×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
30.08.2005
QEYDİYYAT NÖMRƏSİ
284
ADI
"Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 02-09-2005, Nəşr nömrəsi: 203), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2005, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 716)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.09.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 5.5-ci maddəsində nəzərdə tutulmuş eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 8.6-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hava hərəkəti dispetçeri şəhadətnaməsinin (vəsiqəsinin) verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [1]

1.6. həmin Qanunun 9.8-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş birgə bazalı aerodromların dövlət qeydiyyatına alınması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş aviasiya ilə əlaqədar axtarış və xilasetmə bölmələrinin yaradılması və işlərinin aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanunun 11.6-cı maddəsində nəzərdə tutulmuş aviasiya qəzalarını və insidentlərini araşdıran komissiyanın fəaliyyət göstərməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin Qanunun 13.2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş aviasiya qəzasının və insidentinin araşdırılması üzrə işlərin maliyyələşdirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.10. həmin Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş milli nişanların və qeydiyyat nişanlarının hava gəmisində təsviri qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.11. həmin Qanunun 19.3-cü maddəsində nəzərdə tutulmuş hava gəmisinin uçuşa yararlılığı və ətraf mühitin mühafizəsinə uyğunluğu haqqında vəsiqələrin (sertifikatların) verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.12. həmin Qanunun 25.5-ci maddəsində nəzərdə tutulmuş hava gəmilərinin və aviasiya məmulatının hazırlanmasına, təmir edilməsinə, onlara texniki xidmət göstərilməsinə və dəyişikliklər edilməsinə dair mühəndis (texnik) şəhadətnamələrinin, vəsiqələrinin (sertifikatlarının) verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.13. həmin Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş hava gəmisinin aviasiya personalı ilə təmin edilməsi, onlara şəhadətnamələrin, vəsiqələrin (sertifikatların) verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.14. həmin Qanunun 32.4.3-cü maddəsində nəzərdə tutulmuş aviasiya qəzası və ya insidenti barədə məlumatın verilmə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.15. həmin Qanunun 34.3-cü maddəsində nəzərdə tutulmuş istismarçı sertifikatının verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydaları və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava əlaqələrinin müxtəlif kateqoriyaları üçün istismarçı sertifikatlarına olan tələbləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.16. həmin Qanunun 43.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət proqramı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.17. həmin Qanunun 44.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş mülki və eksperimental hava gəmilərində daşınmasına icazə verilə bilən hərbi avadanlığın (ləvazimatların) siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.18. həmin Qanunun 45.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.19. həmin Qanunun 5.7-ci maddəsində, 6.3-cü maddəsinin birinci cümləsində, 6.4-cü və 6.5-ci maddələrində, 6.6-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində, 7.4-cü maddəsinin birinci hissəsində, 8.2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 8.3-cü və 8.4-cü maddələrində, 8.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 8.6-cı maddəsinin birinci cümləsində, 8.7-ci maddəsinin birinci və ikinci cümlələrində, 8.8-ci maddəsində, 8.9-cu maddəsinin birinci hissəsində, 8.10-cu maddəsinin ikinci və üçüncü cümlələrində, 9.2-ci, 9.3-cü və 9.3.5-ci maddələrində, 9.4-cü və 9.6-cı maddələrinin birinci və ikinci cümlələrində, 9.7-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və ikinci hissəsində, 9.9-cu və 10.1-ci maddələrində, 10.2-ci maddəsinin birinci hissəsində, 10.7-ci maddəsinin birinci və ikinci hissələrində, 11.3-cü maddəsində, 11.4-cü maddəsinin birinci cümləsində, 11.5-ci maddəsinin ikinci hissəsində, 12.1-ci və 12.2-ci maddələrində, 17.1-ci və 17.2-ci maddələrinin ikinci cümlələrində, 17.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 17.4-cü, 18.1-ci, 20.1-ci, 20.3-cü, 20.4-cü və 20.7-ci maddələrində, 21.1-ci maddəsinin birinci və ikinci hissələrində, 21.2-ci maddəsində, 21.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 22.3-cü maddəsinin birinci, ikinci, üçüncü hissələrində və dördüncü hissəsinin birinci cümləsində, 23-cü maddəsinin birinci cümləsində, 25.1-ci maddəsinin birinci hissəsində, 25.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 25.3-cü maddəsinin birinci və ikinci hissələrində, 25.4-cü maddəsində, 26.1-ci maddəsinin ikinci cümləsində, 26.3-cü maddəsində, 27-ci maddəsinin birinci cümləsində, 28.1-ci maddəsinin birinci və ikinci hissələrində, 28.2-ci, 29-cu, 30-cu və 32.4.2-ci maddələrində, 32.4.3-cü maddəsində (birinci halda), 32.5.2-ci maddəsində, 34.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 34.2-ci maddəsinin birinci, ikinci və üçüncü cümlələrində, 35.0-cı maddəsində, 36-cı maddəsinin birinci hissəsində, 37-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və ikinci cümlələrində, 38.1-ci maddəsində, 38.2-ci maddəsinin birinci cümləsində, 39.1-ci, 39.2-ci, 41.0-cı, 41.0.3-cü, 42.3-cü, 42.4-cü və 42.6-cı maddələrində, 42.7-ci maddəsinin ikinci cümləsində, 43.2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində, 44.1-ci maddəsinin birinci cümləsində, 44.3-cü, 44.4-cü və 50.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın, 5.6-cı, 7.1-ci və 7.2-ci maddələrində, 7.4-cü maddəsinin birinci hissəsində, 8.9-cu maddəsinin ikinci hissəsində, 8.11-ci və 9.3.10-cu maddələrində, 9.8-ci maddəsinin birinci hissəsində, 9.10-cu və 10.3-cü maddələrində, 10.4-cü maddəsinin birinci hissəsində, 10.5-ci maddəsində, 11.4-cü maddəsinin birinci cümləsində, 14.1-ci və 14.2-ci maddələrində, 26.1-ci maddəsinin ikinci cümləsində, 42.2-ci maddəsində və 42.7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.20. öz səlahiyyətləri daxilində “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-1-ci və 43.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [2]

2.2. həmin Qanunun 5.5-ci, 7.2-ci maddələrində, 9.8-ci maddəsinin ikinci hissəsində, 10.2-ci maddəsinin birinci hissəsində, 10.7-ci, 10.8-ci maddələrində, 11.4-cü maddəsində (birinci halda), 11.6-cı maddəsində, 13.2-ci maddəsinin ikinci hissəsində, 14.2-ci və 18.2-ci maddələrində, 32.4.3-cü maddəsində (ikinci halda), 34.3-cü və 43-1.4-cü maddələrində, 44.1-ci və 45.2-ci maddələrinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. [3]

2.3. həmin qanunun 11.5-ci maddəsinin ikinci hissəsində, 12.1-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər; [4]

2.4. həmin qanunun 11.4-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər; [5]

2.5. həmin qanunun 5.6-cı, 5.7-ci maddələrində, 8.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 8.6-cı maddəsinin ikinci hissəsində, 11.3-cü maddəsində, 17.1-ci və 17.2-ci maddələrinin ikinci cümlələrində, 17.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 17.4-cü, 19.3-cü, 20.1-ci, 20.3-cü, 20.4-cü və 20.7-ci maddələrində, 21.1-ci maddəsinin birinci və ikinci hissələrində, 21.2-ci maddəsində, 21.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 22.3-cü maddəsinin birinci, ikinci, üçüncü hissələrində və dördüncü hissəsinin birinci cümləsində, 23-cü maddəsinin birinci cümləsində, 25.1-ci maddəsinin birinci hissəsində, 25.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 25.3-cü maddəsinin birinci və ikinci hissələrində, 25.4-cü, 25.5-ci, 26.2-ci və 26.3-cü maddələrində, 27-ci maddəsinin birinci cümləsində, 28.1-ci maddəsinin birinci və ikinci hissələrində, 28.2-ci, 29-cu və 30-cu maddələrində, 32.4.2-ci və 32.4.3-cü (birinci halda), 42.3-cü, 44.3-cü və 44.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın, habelə həmin qanunun 7.1-ci və 8.11-ci maddələrində, 9.8-ci maddəsinin birinci hissəsində, 14.1-ci maddəsində, 26.1-ci maddəsinin ikinci cümləsində və 42.2-ci maddəsində və 42.7-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini mülki hava gəmilərinə münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, dövlət hava gəmilərinə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər; [6]

2.6. həmin qanunun 6.3-cü maddəsinin birinci cümləsində, 6.7-ci, 6.8-ci və 6.9-cu maddələrində, 7.4-cü maddəsinin birinci hissəsində (birinci halda), 8.3-cü, 8.4-cü maddələrində, 8.6-cı maddəsinin birinci hissəsində, 8.7-ci maddəsinin birinci cümləsində, 8.8-ci maddəsində, 8.9-cu maddəsinin birinci hissəsində, 8.10-cu maddəsinin ikinci və üçüncü cümlələrində, 9.2-ci maddəsində, 9.3-cü (Mülki hava gəmiləri ilə dövlət hava gəmilərinin birgə istifadəsi nəzərdə tutulan hava limanlarının və mülki aerodromların sertifikatlaşdırılması isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəyi nəzərə alınmaqla aparılır) və 9.3.5-ci maddələrində, 9.4-cü və 9.6-cı maddələrinin birinci və ikinci cümlələrində, 9.7-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və ikinci hissəsində, 18.1-ci, 32.5.2-ci maddələrində, 34.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 34.2-ci maddəsinin birinci, ikinci və üçüncü cümlələrində, 35.0-cı maddəsində, 36-cı maddəsinin birinci hissəsində, 37-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və ikinci cümlələrində, 38.1-ci maddəsində, 38.2-ci maddəsinin birinci cümləsində, 39.1-ci, 39.2-ci, 41.0-cı, 41.0.3-cü və 42.4-cü maddələrində, 43.2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində və 50.6-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın, habelə həmin qanunun 8.9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir; [7]

2.7. həmin qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir;

2.8. həmin qanunun 6.5-ci maddəsində, 6.6-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində və 8.7-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

2.9. həmin qanunun 9.10-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər; [8]

2.10. həmin qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.11. həmin qanunun 10.3-cü və 10.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.12. həmin qanunun 10.4-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər; [9]

2.13. həmin qanunun 42.6-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.14. həmin qanunun 44.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.15. həmin qanunun 7.4-cü maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.16. həmin qanunun 9.3.10-cu maddəsində nəzərdə tutulmuş "müvafıq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.17. həmin qanunun 9.9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər; [10]

2.18. həmin Qanunun 43-1.1-ci və 43-1.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir. [11]

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 avqust 2005-ci il

                  № 284

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 fevral 2009-cu il tarixli 54 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 fevral 2009-cu il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 67)

2.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

3.       19 fevral 2015-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 fevral 2015-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 129)

4.       3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353)

5.       21 iyun 2017-ci il tarixli 1497 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1113)

6.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

7.       19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1840)

8.       18 dekabr 2018-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2564)

9.       2 may 2019-cu il tarixli 671 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2019-cu il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 823)

10.    31 may 2022-ci il tarixli 1703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 471)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 fevral 2015-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 fevral 2015-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 129) ilə 1.5-ci, 1.11-1.13-cü bəndlər ləğv edilmişdir.

 

[2] 21 iyun 2017-ci il tarixli 1497 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1113) ilə 2.1-ci bənddə “43.1-ci maddəsində” sözləri “42.1-1-ci və 43.1-ci maddələrində” sözləri ilə əvəz  edilmişdir.

 

[3] 13 fevral 2009-cu il tarixli 54 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 fevral 2009-cu il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 67) ilə 2.2-ci bənddə "5.5-ci maddəsində" sözləri "5.5-ci, 7.2-ci maddələrində" sözləri ilə, "10.8-ci və 11.6-cı maddələrində" sözləri "10.2-ci maddəsinin birinci hissəsində, 10.7-ci, 10.8-ci maddələrində, 11.4-cü maddəsində (birinci halda), 11.6-cı maddəsində" sözləri ilə əvəz edilmişdir və "18.2-ci" rəqəmindən əvvəl "14.2-ci," rəqəmi əlavə edilmişdir.

 

19 fevral 2015-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 fevral 2015-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 129) ilə 2.2-ci bənddə “8.6-cı və 9.8-ci maddələrinin” sözləri “9.8-ci maddəsinin” sözləri ilə əvəz edilmişdir “, 18.2-ci, 19.3-cü, 25.5-ci və 26.2-ci maddələrində” sözləri “və 18.2-ci maddələrində” sözləri ilə əvəz edilmişdir.

 

18 dekabr 2018-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2564) ilə 2.2-ci bənddə “34.3-cü maddəsində” sözləri “34.3-cü və 43-1.4-cü maddələrində” sözləri ilə əvəz edilmişdir.

 

[4] 19 fevral 2015-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 fevral 2015-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 129) ilə 1.5-ci, 1.11-1.13-cü bəndlər ləğv edilmişdir.

3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353) ilə 2.3-cü, 2.4-cü və 2.11-ci bəndlərdən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin bəndlərə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti,” sözləri əlavə edilmişdir.

19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1840) ilə 2.3-cü, 2.4-cü, 2.11-ci və 2.13-cü bəndlərindən “, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri çıxarılmışdır.

31 may 2022-ci il tarixli 1703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 471) ilə 2.3 – 2.6-cı, 2.9 – 2.13-cü, 2.16-cı və 2.17-ci bəndlərdə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[5] 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 2.3-cü, 2.4-cü, 2.11-ci bəndlərində “Nəqliyyat Nazirliyi” sözləri, 2.9-cu bəndində “Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri və 2.13-cü bəndində “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[6] 19 fevral 2015-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 fevral 2015-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 129) ilə 2.5-ci bənddə “8.5-ci maddəsinin birinci və ikinci cümlələrində,” sözlərindən sonra “8.6-cı maddəsinin ikinci hissəsində,” sözləri əlavə edilmişdir17.4-cü,” sözlərindən sonra “19.3-cü,” sözləri əlavə edilmişdir25.4-cü,” sözlərindən sonra “25.5-ci, 26.2-ci və” sözləri əlavə edilmişdir.

19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1840) ilə 2.5-ci, 2.6-cı, 2.10-cu, 2.12-ci, 2.14-cü, 2.16-cı, 2.17-ci bəndlərində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[7] 21 iyun 2017-ci il tarixli 1497 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1113) ilə 2.6-cı bəndə “7.4-cü maddəsinin” sözlərindən əvvəl “6.7-ci, 6.8-ci və 6.9-cu maddələrində,” sözləri əlavə edilmişdir.

 

[8] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 2.9-cu və 2.13-cü bəndlərində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

[9] 3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353) ilə 2.12-ci və 2.15-ci bəndlərdən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin bəndlərə “Fövqəladə Hallar Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti,” sözləri əlavə edilmişdir.

 

[10] 13 fevral 2009-cu il tarixli 54 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 fevral 2009-cu il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 67) ilə yeni məzmunda 2.3-2.17-ci bəndlər əlavə edilmişdir.

 

[11] 18 dekabr 2018-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2564) ilə 2.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.18-ci bənd əlavə edilmişdir.

2 may 2019-cu il tarixli 671 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2019-cu il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 823) ilə 2.18-ci bənddə “maddəsində” sözü “və 43-1.2-ci maddələrində” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status