Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının təsdiq edilməsi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası təsdiq edilsin (əlavə olunur).
[2]
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 28 yanvar 2002-ci il
№ 665
|
Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi
QAYDASI
[3]
1. Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın ödənilməsi şərtlərini müəyyən edir.
[4]
2. Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq əlavə haqq verilir.
[5]
3. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq aylıq dövlət qulluğunda maaşına nisbətən faizlə müəyyən edilir və hər ay ödənilir.
4. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşağıdakı qaydada hər ay əlavə haqq ödənilir:
[6]
Qulluq stajı (il)
|
Aylıq vəzifə maaşına əlavə haqq (faizlə)
|
1 ildən – 5 ilədək
|
5
|
5 ildən – 10 ilədək
|
10
|
10 ildən – 15 ilədək
|
20
|
15 ildən yuxarı
|
30
|
5. Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqq qulluq keçdiyi dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu hesabına verilir.
[7]
6. Dövlət qulluqçularına qulluq stajına görə aylıq vəzifə maaşına müəyyən edilmiş əlavələrin ödənilməsi məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 2 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.
[8]
7. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır:
dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı;
dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı;
məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü;
dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti;
[9]
dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət;
əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət;
ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət müddəti;
[10]
müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl dövlət qulluğu vəzifəsində qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət.
[11]
Bu hissədə və 7-1-ci hissədə nəzərdə tutulmayan digər fasilələr dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
[12]
7-1. Dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.
[13]
8. Dövlət qulluqçusunun qulluq stajının hesablanması onun qulluq etdiyi dövlət orqanı tərəfindən həyata keçirilir.
9. Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
[14]
10. Dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir.
11. Bu Qaydanın 7-ci və 9-cu hissələrinin tətbiqi ilə əlaqədar yaranmış mübahisələri Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası həll edir.
[15]
12. Dövlət qulluqçusuna qulluq stajına görə verilən əlavə haqq orta əmək haqqı hesablanarkən nəzərə alınır.
13. Dövlət qulluqçusu daha yüksək dərəcəli dövlət qulluğu vəzifəsinə təyin edilərkən əvvəlki vəzifəsində qulluq stajına görə əlavə haqq verilmir.
[16]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441)
2.
3 avqust 2004-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 avqust 2004-cü il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 08, maddə 613)
3.
23 mart 2005-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 172)
4.
24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419)
5.
10 mart 2021-ci il tarixli 1299 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 223)
6.
14 iyul 2021-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 732)
7.
22 dekabr 2022-ci il tarixli 1916 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 dekabr 2022-ci il, “Xalq” qəzeti, 23 dekabr 2022-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1426)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə Fərmanın adında və 1-ci bəndində "İcra hakimiyyəti" sözləri "Dövlət" sözü ilə əvəz edilmişdir.
14 iyul 2021-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 732) ilə adında və 1-ci hissədə “əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları” sözləri “aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası” sözləri ilə əvəz edilmişdir.
[2]
24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə Fərmanın adında və 1-ci bəndində “vəzifədə” sözü “dövlət qulluğunda” sözləri ilə əvəz edilmişdir.
[3]
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “İcra hakimiyyəti orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydaları”nın adında və 1-ci bəndində "İcra hakimiyyəti" sözləri "Dövlət" sözü ilə əvəz edilmişdir.
24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın adında, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci bəndlərdə “vəzifədə” sözü “dövlət qulluğunda” sözləri ilə əvəz edilmişdir.
14 iyul 2021-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 732) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın adında “əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları” sözləri “aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası” sözləri ilə əvəz edilmişdir.
[4]
14 iyul 2021-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 732) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 1-ci hissəsində “Qaydalar” sözü “Qayda” sözü ilə, “Qanununa” sözü “Qanununun 22.7-ci maddəsinə” sözləri ilə əvəz edilmişdir və həmin hissəyə “əlavə haqqın” sözlərindən əvvəl “aylıq” sözü əlavə edilmişdir.
[5]
23 mart 2005-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 172) ilə “İcra hakimiyyəti orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydaları”nın 2-ci bəndində "və həmin haqq hər iki ildən bir artırılır" sözləri çıxarılmışdır.
14 iyul 2021-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 732) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 2-ci və 4-cü hissələrində “xidmətin ikinci ilindən” sözləri “daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan” sözləri ilə əvəz edilmişdir.
[6]
3 avqust 2004-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 avqust 2004-cü il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 08, maddə 613) ilə 4-cü bəndindəki cədvəl yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
[7]
24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 5-ci bənddə “işlədiyi” sözü “qulluq keçdiyi” sözləri ilə əvəz edilmişdir.
[8]
10 mart 2021-ci il tarixli 1299 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 223) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 6-cı hissəsində “əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olunmaqla)” sözləri “vəzifə maaşının” sözləri ilə əvəz edilmişdir.
[9]
24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 7-ci bəndin beşinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
dövlət qulluğu vəzifəsinə qəbul edilmiş dövlət qulluqçusunun həmin vəzifədə sınaq müddəti;
[10]
22 dekabr 2022-ci il tarixli 1916 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 dekabr 2022-ci il, “Xalq” qəzeti, 23 dekabr 2022-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1426) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-ci hissəsinin səkkizinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
ödənişli məzuniyyət dövrləri.
[11]
22 dekabr 2022-ci il tarixli 1916 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 dekabr 2022-ci il, “Xalq” qəzeti, 23 dekabr 2022-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1426) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-ci hissəsinə yeni məzmunda doqquzuncu abzas əlavə edilmişdir.
[12]
14 iyul 2021-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 732) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 7-ci hissənin ikinci bəndində “Bu bənddə” sözləri “Bu hissədə və 7-1-ci hissədə” sözləri ilə əvəz edilmişdir.
[13]
14 iyul 2021-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 732) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na yeni məzmunda 7-1-ci hissə əlavə edilmişdir.
[14]
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “İcra hakimiyyəti orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydaları”nın 9-cu bəndində "işlədiyi dövr nəzərə alınır" sözləri "habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir" sözləri ilə əvəz edilmişdir.
[15]
14 iyul 2021-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 732) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 11-ci hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
11. Bu Qaydaların 7-ci və 9-cu bəndlərinin tətbiqi zamanı yaranmış fikir ayrılığı Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası tərəfindən aradan qaldırılır.
[16]
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “İcra hakimiyyəti orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydaları”nın 13-cü bənd çıxarılmışdır.