AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
01.09.2005
QEYDİYYAT NÖMRƏSİ
980-IIQD
ADI
"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 25-10-2005, Nəşr nömrəsi: 247), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2005, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 874)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.10.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
070.000.000
180.000.000
330.000.000
380.000.000
400.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə

"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan  Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 243; 1995-ci il, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 385, № 6, maddə 493; 1998-ci il, № 2, maddə 70; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 738, № 11, maddə 674; 2002-ci il, № 1, maddə 4, № 8, maddə 463; 2004-cü il, № 7, maddə 505, Azərbaycan Respublikasının 2005-ci il 4 mart tarixli 850-IIQD nömrəli Qanunu) 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində "müvəkkilinə (ombudsmana)," sözlərindən sonra "Məhkəmə-Hüquq Şurasının üzvlərinə," sözləri əlavə edilsin.

II.  "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 564; 2001-ci il, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002-ci il, № 1, maddə 9, № 8, maddə 463; 2003-cü il, № 8, maddə 424; 2004-cü il, № 2, maddə 57, № 11, maddə 901, Azərbaycan Respublikasının 2005-ci il 4 mart tarixli 855-IIQD nömrəli Qanunu) 85-ci maddəsinin üçüncü bəndinin "Qeyd" hissəsində "müvəkkilin (ombudsmanın)" sözlərindən sonra ", Məhkəmə-Hüquq Şurasının üzvlərinin" sözləri əlavə edilsin.

III.    Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003-cü il, № 1, maddələr 9, 23; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3,
maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005-ci il, № 3, maddə 151, № 4, maddə 278, Azərbaycan Respublikasının 2005-ci il 15 aprel tarixli 888-IIQD nömrəli Qanunu) 179-cu maddəsinin 2-ci hissəsinə aşağıdakı məzmunda "n", "o" və "ö" bəndləri əlavə edilsin:

"n) Məhkəmə-Hüquq Şurasına və ya Hakimlərin Seçki Komitəsinə üzv təyin edildikdə;

o) dövlət orqanlarının, elmi müəssisələrin, idarə və təşkilatların əməkdaşları, mütəxəssisləri və ekspertləri Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə cəlb edildikdə;

ö) hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə.".

IV.  "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,  1999-cu il, № 12, maddə 688; 2000-ci il, № 7, maddə 494; 2002-ci il, № 8, maddə 464; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202) 10-cu maddəsinin üçüncü hissəsinə aşağıdakı məzmunda on yeddinci abzas əlavə edilsin, on yeddinci-iyirmi üçüncü abzaslar müvafiq olaraq on səkkizinci-iyirmi dördüncü abzaslar hesab olunsun:

"Məhkəmə-Hüquq Şurasının üzvləri barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdimat verir;".

V.  “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 9; Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 898-IIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:

1.   Qanuna aşağıdakı məzmunda 3.6-cı maddə əlavə edilsin:

"3.6. Məhkəmə-Hüquq Şurasının qərarları.".

2.  Qanuna aşağıdakı məzmunda 40-1-ci maddə əlavə edilsin:

"Maddə   40-1.  Məhkəmə-Hüquq Şurasının qərarlarının dərci

Məhkəmə-Hüquq Şurasının dərc olunmalı qərarları rəsmi nəşr sayılan müvafiq icra hakimiyyəti orqanının mətbu nəşrində dərc olunur.". [1]

VI.       Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, II kitab, maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276; 2004-cü il, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005-ci il, № 1, maddə 4, № 4, maddə 278, Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli 939-IIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:

1.         11.3-cü maddədə "müvəkkili (ombudsman)" sözlərindən sonra ", Məhkəmə-Hüquq Şurasının üzvləri" sözləri əlavə edilsin.

2.       215.3.2-ci maddədə "müvəkkilin (ombudsmanın)," sözlərindən sonra "Məhkəmə-Hüquq Şurasının üzvlərinin," sözləri əlavə edilsin.

 

VII.       "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; Azərbaycan Respublikasının 2005-ci il 15 aprel tarixli 886-IIQD nömrəli və 10 may tarixli 914-IIQD nömrəli qanunları) 8.1.1-ci maddəsində "və" bağlayıcısı vergül işarəsi ilə əvəz edilsin və "Ali Məhkəməsinin Aparatı" sözlərindən sonra ", habelə  Məhkəmə-Hüquq Şurasının Aparatı" sözləri əlavə edilsin.

VIII.    "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 515) aşağıdakı əlavələr edilsin:

 

1.         2.1-ci maddədə "Azərbaycan Respublikası Ali Məhkəməsinin," sözlərindən sonra "Məhkəmə-Hüquq Şurasının," sözləri əlavə edilsin.

2.        3.1-ci maddədə "Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin," sözlərindən sonra "Məhkəmə-Hüquq Şurası sədrinin," sözləri əlavə edilsin.

IX.        Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 sentyabr 2005-ci il

                        № 980-IIQD

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 dekabr 2010-cu il tarixli 21-IVKQ nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2011-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 69)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 21 dekabr 2010-cu il tarixli 21-IVKQ nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2011-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 69) 98.2-ci yarımbəndi ilə qüvvədən salınmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status