AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.09.2005
QEYDİYYAT NÖMRƏSİ
1021-IIQD
ADI
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 02-11-2005, Nəşr nömrəsi: 254), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2005, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 905)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.11.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi haqqında

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I.   "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 10, maddə 607) 15-ci maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir."

II.    "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 740; 2002-ci il, 12, maddə 706; 2003-cü il, 1, maddə 23, 8, maddə 428, 12, I kitab, maddə 698; 2005-ci il, 1, maddə 1; 2005-ci il 10 iyun tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu) 14.14-cü maddəsində "qəbul edilmək" sözlərindən sonra ", bərpa edilmək" sözləri əlavə edilsin.

III.   Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2005-ci il

           1021-IIQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status