AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
09.11.2005
QEYDİYYAT NÖMRƏSİ
1092
ADI
Ə.İ.Məmmədovun Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2005, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1026)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.11.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Ə

 

Ə. İ. Məmmədovun Sabirabad Rayon İcra Hakimiyyətinin   başçısı   vəzifəsindən   azad   edilməsi haqqında

 

            AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

 

1.         "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 may tarixli 806 nömrəli və "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 oktyabr tarixli 1062 nömrəli Sərəncamlarının müddəalarının yerinə yetirilməməsinə və cari il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilər zamanı səslərin hesablanması prosesinə müdaxilə etdiyinə görə Əşrəf İsrafil oğlu Məmmədov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

2.       Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 noyabr 2005-ci il

                        1092

 


 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status