AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
16.11.2005
QEYDİYYAT NÖMRƏSİ
312
ADI
“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2005, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1007)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.11.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1.     qüvvədə olan qanunvericilik aktlarının "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.     Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.     "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4.     həmin Qanunun 1.0.1-ci maddəsində nəzərdə tutulmuş əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinə dair təkliflərini hər il dövlət büdcəsi layihəsi ilə birgə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5.     həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalarmı müəyyənləşdirib təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6.     həmin Qanunun 7.3-cü maddəsində nəzərdə tutulmuş ailənin orta aylıq gəlirinin hesablanması qaydasını müəyyənləşdirib təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7.     öz səlahiyyətləri daxilində "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci (hər iki halda), 10.3-cü (hər iki halda) maddələrində və 10.6-cı maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.1-1. həmin Qanunun 10.3-cü maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; [1]

2.1-2. həmin Qanunun 6.2-ci və 7.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [2]

2.2. həmin Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”n səlahiyyətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları həyata keçirir; [3]

2.3. həmin Qanunun 6.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər (rayon) əhalinin sosial müdafiəsi mərkəzləri həyata keçirir; [4]

2.4. həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.5. həmin Qanunun 10.2-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi nəzərdə tutulur;

2.6. həmin Qanunun 10.3-cü maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi nəzərdə tutulur. [5]

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 noyabr 2005-ci il

         312

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 iyul 2011-ci il tarixli 470 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 26 iyul 2011-ci il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 633)

2.       25 may 2017-ci il tarixli 1423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 may 2017-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 826)

3.       3 iyul 2019-cu il tarixli 772 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1220)

4.       14 iyul 2020-ci il tarixli 1107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 iyul 2020-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 887)

5.       31 may 2022-ci il tarixli 1703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 471)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 14 iyul 2020-ci il tarixli 1107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 iyul 2020-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 887) ilə yeni məzmunda 2.1-ci və 2.1-1-ci bəndlər əlavə edilmişdir.

 

[2] 14 iyul 2020-ci il tarixli 1107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 iyul 2020-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 887) ilə 2.1-ci bənd 2.1-2-ci bənd hesab edilmişdir və həmin bənddə “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilmişdir.

 

[3] 14 iyul 2011-ci il tarixli 470 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 26 iyul 2011-ci il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 633) ilə 2.2-ci bənddə "Nazirliyinin Baş Məşğulluq İdarəsi" sözləri "Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti" sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 iyul 2011-ci il tarixli 470 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 26 iyul 2011-ci il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 633) ilə 2.3-cü bənddə "Nazirliyinin rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri" sözləri "Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər (rayon) əhalinin sosial müdafiəsi mərkəzləri" sözləri ilə əvəz edilmişdir.

25 may 2017-ci il tarixli 1423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 may 2017-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 826) ilə 2.3-cü bənddən “yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər (rayon) əhalinin sosial müdafiəsi mərkəzləri” sözləri çıxarılmışdır.

3 iyul 2019-cu il tarixli 772 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1220) ilə 2.3-cü bəndə “6.1-ci,” sözlərindən sonra “6.3-cü,” sözləri əlavə edilmişdir.

14 iyul 2020-ci il tarixli 1107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 iyul 2020-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 887) ilə 2.3-cü bənddə “, 6.3-cü, 10.2-ci və 10.3-cü” sözləri “və 6.3-cü” sözləri ilə əvəz edilmişdir.

 

[5] 14 iyul 2020-ci il tarixli 1107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 iyul 2020-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 887) ilə 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 2.4-cü, 2.5-ci və 2.6-cı bəndlər əlavə edilmişdir.

31 may 2022-ci il tarixli 1703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 471) ilə 2.6-cı bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status