AKTIN NÖVÜ
Mərkəzi bankının qərarı
QƏBUL EDİLDİYİ TARİX
25.05.2001
QEYDİYYAT NÖMRƏSİ
20
ADI
Azərbaycan Respublikasının bank sistemində xarici valyuta əməliyyatları üzrə uçot Qaydaları
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 30-06-2001, Nəşr nömrəsi: 05-06)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.07.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
2696
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“QEYDƏ ALINMIŞDIR”

QEYDƏ ALINMIŞDIR

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyində

 

Qeydiyyat № 2696

"08" iyun 2001-ci il

 

Nazir ______________F.F.Məmmədov

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası

Milli Bankın İdarə heyəti

 

Protokol № 20

"25" may 2001-ci il

 

Sədr_____________E.S.Rüstəmov

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ BANK SİSTEMİNDƏ XARİCİ VALYUTA ƏMƏLİYYATLARI ÜZRƏ UÇOT QAYDALARI

 

 

1. Ümumi müddəalar

 

1.1.           Bu QaydalarAzərbaycan Respublikasının Milli Bankı haqqında”, “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasının bank sistemində (irəlidəbank”) maliyyə hesabatlarında əks olunan və valyuta mövqeyinə təsir edən xarici valyuta əməliyyatları üzrə uçot siyasətini əyyənləşdirir.

1.2.           Bu Qaydalar xarici valyuta əməliyyatları üzrə mühasibat uçotunun prinsiplərini, o cümlədən dəyəri xarici valyutada olan və maliyyə hesabatlarında milli valyutada ifadə olunan aktivlərin uçotunu, habelə rəsmi məzənnənin dəyişməsi ilə əlaqədar müvafiq hesabların yenidən qiymətləndirilməsi nəticəsində yaranan gəlir və xərclərin tanınması qaydalarını tənzimləyir.

 

 

 

2. Anlayışlar

 

2.1.           Xarici valyuta - müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları və xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablarda olan vəsaitlərdir.

2.2.           Xarici valyuta əməliyyatları - xarici valyutada əks olunmuş və ya hesablaşmaların xarici valyutada aparılması tələb olunan əməliyyatlardır. Bu əməliyyatlar aşağıdakılardan ibarətdir:

-         xarici valyutanın alınması və satılması;

-         bir xarici valyutanın digər xarici valyutaya mübadiləsi;

-            dəyəri xarici valyutada olan və maliyyə hesabatlarında milli valyutada ifadə olunan aktivlərin alınması və satılması;

-         xarici valyutada əldə edilmiş gəlirlər və çəkilmiş xərclərin tanınması;

-         bankın valyuta mövqeyinə təsir edən digər əməliyyatlar.

 

2.3.           Sövdələşmə tarixi - xarici valyuta əməliyyatlarının aparılmasına dair əqdin bağlandığı tarixdir.

2.4.            Valyutalaşdırma tarixi - vəsaitlərin əks-agentin hesabına daxil edilməsinin , əqd iştirakçıları tərəfindən razılaşdırılmış tarixidir.

2.5.            Sövdələşmə məzənnəsi - xarici valyutanın sövdələşmə tarixində razılaşdırılmış məzənnəsidir.

2.6.           Rəsmi məzənnə - Azərbaycan Respublikası milli valyutasının (manatın) xarici valyutaya nisbətən Azərbaycan Respublikası Milli Bankı tərəfindən uçot məqsədilə təyin edilmiş məzənnəsidir.

2.7.   Məzənnə fərqi - eyni məbləğdə xarici valyutanın "maliyyə hesabatlarında müxtəlif məzənnələrlə əks olunması nəticəsində yaranan fərqdir.

 

3. Xarici valyuta əməliyyatlarının tanınması

 

3.1.    Xarici valyuta əməliyyatları maliyyə hesabatlarında hesabatın tərtib edildiyi tarixə rəsmi məzənnə və əməliyyatın xarici valyutada məbləğinin hasili nəticəsİndə yaranan dəyərlə tanınır.

 

4. Xarici valyuta əməliyyatlarının uçot qaydaları

 

4.1.           Xarici valyuta əməliyyatlarının uçotunun əsasını multivalyuta sistemi təşkil edir.

4.2.           Multivalyuta sisteminin mahiyyəti ondan ibarətdir ki, ikili mühasibat yazılışı verilərkən müxabirləşmənin hər bir tərəfində müxtəlif valyutalarda ifadə edilmiş məbləğlər əks etdirilir.

4.3.           Xarici valyuta əməliyyatlarına dair mühasibat yazılışları rəsmi məzənnəyə uyğun həyata keçirilir.

4.4.           Bir xarici valyutanın digər xarici valyutaya mübadiləsi əməliyyatı, bu valyutaların milli valyutada alınması və satılmasından ibarət iki əməliyyatın kombinasiyası kimi uçota alınır.

4.5.           Xarici valyuta əməliyyatlarının uçota alınması zamanı, rəsmi məzənnə ilə sövdələşmə məzənnəsi arasındakı fərq gəlir və ya xərc kimi tanınaraq, maliyyə hesabatlarında valyutalaşdırma tarixində əks etdirilir.

4.6.           Xarici valyuta əməliyyatları zamanı sövdələşmə tarixi ilə valyutalaşdırma tarixi müxtəlif olduqda, əməliyyatların uçotu əqd bağlandığı tarixdən valyutalaşdırma tarixinə qədər müvafiq balansdankənar hesablarda aparılır.

4.7.           Xarici valyuta əməliyyatları zamanı sövdələşmə tarixi ilə valyutalaşdırma tarixi eynidirsə, əməliyyatların uçotu birbaşa balans hesablarında aparılır.

4.8.           Multivalyuta sistemi ilə uçotda mövqe hesablarından istifadə olunmur.

 

5. Məzənnə Fərqinin uçotu

 

 

5.1.           Mühasibat balansında (uçotda) xarici valyutada ifadə olunmuş hesabların qalıqları (digər təşkilatların Nizamnamə kapitalında iştirak üçün qoyulmuş investisiya və kapital hesabları istisna olmaqla) rəsmi məzənnənin dəyişməsi nəticəsində korrektə olunur (yenidən qiymətləndirilir).

5.2.           Mühasibat balansında (uçotda) xarici valyutada ifadə olunmuş digər təşkilatların Nizamnamə kapitalında iştirak üçün qoyulmuş investisiyalar və kapital hesabları ilə bağlı valyuta əməliyyatları valyutalaşdırma tarixinə mövcud olan rəsmi məzənnə ilə tanınır və rəsmi məzənnənin dəyişməsi ilə əlaqədar korrektə edilmir (yenidənqiymətləndirilmir).

5.3.           Rəsmi məzənnə düşdükdə, aktiv valyuta hesabları üzrə məzənnə fərqi gəlir kimi, passiv valyuta hesabları üzrə məzənnə fərqi xərc kimi tanınır.

5.4. Rəsmi məzənnə qalxdıqda, aktiv valyuta hesabları üzrə məzənnə fərqi xərc kimi, passiv valyuta hesabları üzrə məzənnə fərqi gəlir kimi tanınır.

 

6. Yekun müddəalar

 

6.1.            Bu Qaydaların qüvvəyə minməsi ilə əlaqədar Milli Bankın 28 oktyabr 1996- il tarixliKredit təşkilatlarının mühasibat balanslarında xarici valyuta hesablarının qiymətləndirilməsi haqqında Qaydalaröz qüvvəsini itirmiş hesab edilsin.

6.2.            Bu Qaydalar 01 iyul 2001-ci il tarixdən qüvvəyə minir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status