AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.12.2005
QEYDİYYAT NÖMRƏSİ
242
ADI
“Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcminin və Qaydasının, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısının və miqdarı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2005, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1241)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.12.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcminin və Qaydasının, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısının və miqdarı”nın təsdiq edilməsi ha

“Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcminin və Qaydasının, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısının və miqdarı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcmi və Qaydası, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısı və miqdarı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 29 dekabr 2005-ci il

№ 242  

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il  29 dekabr  tarixli 242 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə

göstərilən tibbi yardımın həcmi

 

Hemofiliya xəstələri üçün [1]

 

Tibbi yardımın növü

Tibbi yardımın həcmi

Laboratoriya müayinələri

1

2

Qanın ümumi analizi 

 

Zərdab ferritinin təyini

Dəmirin təyini

Kreatinin təyini

Qan qrupu və rezus faktorunun müayinəsi

Sidiyin ümumi analizi

Nəcisin gizli qanaxmaya görə müayinəsi

Koaquloqramma

VIII, IX (Fon – Villebrand) faktorun təyini

Hemofiliyanın inqibitor formasının təyini

Qələvi fosfatazanın təyini

Bilirubinin təyini

ALT-nin təyini

AST-nin təyini

γ-GT-nin təyini

(HBV) B hepatitinin tədqiqi

(HCV) C hepatitinin tədqiqi

HIV-1 və HIV-2- nin tədqiqi

müalicə üçün xəstəxanaya hər dəfə daxil olanda

6 aydan bir

6 aydan bir

6 aydan bir

hər hemotransfizia günü

 

hər hemotransfizia günü

hər hemotransfizia günü

 

6 aydan bir

6 aydan bir

 

ildə bir dəfə

 

3 aydan bir

3 aydan bir

3 aydan bir

3 aydan bir

3 aydan bir

ildə bir dəfə

ildə bir dəfə

ildə bir dəfə

Kardioloji müayinələr

ExoKG

EKG

6 aydan bir

6 aydan bir

Konsultasiyalar

Ortoped

Stomatoloq

Psixoloq

Kardioloq

Kompleks həkim müayinəsi

Oftalmoloq 

Otolarinqoloq

Digər mütəxəssislər

6 aydan bir

ildə bir dəfə

mütəmadi

hematoloqun məsləhəti ilə

tibbi göstərişlərə görə

ildə bir dəfə

ildə bir dəfə

tibbi göstərişlərə görə

 

Talassemiya xəstələri üçün

 

Tibbi yardımın növü

Tibbi yardımın həcmi

Laboratoriya müayinələri

1

2

Qanın ümumi analizi

Zərdab ferritininin təyini

Qlükozanın təyini

Uratların təyini

Kreatinin təyini

Dəmirin təyini

TIBC-nin təyini

Qələvi fosfatazanın təyini

γ-GT-nin təyini

ALT-nin təyini

AST-nin təyini

LDH-nin təyini

ayda 1 dəfə

3 aydan bir

3 aydan bir

3 aydan bir

3 aydan bir

3 aydan bir

3 aydan bir

3 aydan bir

3 aydan bir

3 aydan bir

3 aydan bir

3 aydan bir

S hepatiti panelinin təyini

B hepatiti panelinin təyini

İİV- 1 və İİV- 2-nin tədqiqi

Sərbəst T4 və TSH- nin təyini

Paratireoid hormonunun təyini

FSH-nin təyini

LH-nin təyini

Testesteronun təyini

Estradiolun təyini

Kortizolun təyini

Oral qlükozaya tolerantlıq testi

Sümüyün sıxlığının təyini

Sink, mis, selen, vitamin C, vitamin E-nin təyini

Qara ciyərin biopsiyası

ildə bir dəfə

ildə bir dəfə

ildə bir dəfə

ildə bir dəfə

ildə bir dəfə

ildə bir dəfə

ildə bir dəfə

ildə bir dəfə

ildə bir dəfə

ildə bir dəfə

ildə bir dəfə

ildə bir dəfə

ildə bir dəfə

 

ildə bir dəfə

Kardioloji müayinələr

EKG

ExoKG

Ürək kameralarının ölçüləri

Sistolik funksiya

Diastolik funksiya

Fraksional yığılma qabiliyyəti

6 aydan bir

6 aydan bir

6 aydan bir

6 aydan bir

6 aydan bir

6 aydan bir

Konsultasiyalar

Kardioloq

Endokrinoloq

Kompleks həkim müayinəsi

Oftalmoloq

Otolaringoloq

Psixoloq

 

6 aydan bir

6 aydan bir

ildə bir dəfə

ildə bir dəfə

ildə bir dəfə

mütəmadi

Əsas müalicə tədbirləri

Eritrosit kütləsinin köçürülməsi

Desferalın yeridilməsi

ayda bir dəfə

hər həftənin 5 günü

Əlavə müalicə tədbirləri

Dalağın cərrahi yolla çıxarılması

tibbi göstərişlərə görə

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il  29 dekabr  tarixli 242 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın

 

QAYDASI

1. Azərbaycan Respublikasının ərazisində hemofiliya və talassemiya xəstəiyinə düçar olmuş şəxslərə ixtisaslaşdırılmış tibbi yardım akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Milli Hematologiya və Transfuziologiya Mərkəzində, Respublika Uşaq Klinik Xəstəxanasında, Gəncə və Şəki rayonlararası qanköçürmə mərkəzlərinin nəzdindəki qanın irsi xəstəliklərinin müalicəsi üzrə gündüz stasionarlarında göstərilir. [2]

2. İrsi qan xəstəliyi olan şəxslərə tibbi yardım fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi, 16 yaşına çatmamış şəxslərə isə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında göstərilir.

3. Hemofiliya və ya talassemiya diaqnozu qoyulan şəxslər müvafiq ixtisaslaşdırılmış tibb müəssisələrinin birində qeydiyyata götürülürlər  və onlara tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində beynəlxalq tələblərə uyğun tibbi yardım göstərilir.

4. İrsi qan xəstəliyi olan şəxslər həkim-hematoloqun müəyyən etdiyi müalicə tədbirlərinə əməl edirlər, xəstəliyin müalicəsindən imtina edərkən imtinanın səbəbini yazılı şəkildə bildirirlər.

5. Hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslərə ev şəraitində istifadə etdikləri dərman preparatlarını (dəmirqovucu preparatlar, laxtalanma faktor konsentratları) və bu preparatları yeritmə vasitələrini almaq üçün qeydiyyatda olduqları tibb müəssisəsi tərəfindən 2 nüsxədən ibarət resept yazılır.

6. Pulsuz dərman və tibbi vəsaitlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formada olan resept nüsxəsində yazılır.

7. Hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslər üçün dərman preparatları təyin olunarkən, terapevtik doza bir aylıq müalicə kursundan artıq olmamalıdır.

8. Hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslərin ev şəraitində istifadə etdikləri dərman preparatları və bu preparatları yeritmə  vasitələri ilə təminatı resept əsasında onların qeydiyyatda olduqları tibb müəssisəsələri və ya bu müəsssisələrin müqavilə bağladıqları apteklər tərəfindən həyata keçirilir.

9. Hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslərin ev şəraitində istifadə etdikləri dərman preparatlarının və bu preparatları yeritmə vasitələrinin dəyəri dövlət büdcəsindən müvafiq tibb müəssisələrinə nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir. [3]

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il  29 dekabr tarixli 242 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısı və miqdarı

Hemofiliya xəstələri üçün [4]

Vasitələrin  adı

Miqdarı (1 xəstə üçün 1 il ərzində)

Dərman preparatları

VIII, IX, Fon Villebrand  qanın laxtalanma faktor konsentratları

30.000 BV (Beynəlxalq Vahid)

Ağrıkəsici preparatlar

tibbi göstərişlərə görə

Antiqistamin preparatlar

tibbi göstərişlərə görə

Qan komponentləri və onların hazırlanması üçün vasitələr

Eritrosit kütləsi

2 vahid (0,5 litr)

Hepatit B-ni təyin etmək üçün test-sistemlər

10 müayinə

Hepatit C-ni təyin etmək üçün test-sistemlər

10 müayinə

QİÇS-i təyin etmək üçün test-sistemlər

10 müayinə

Sifilisi təyin etmək üçün test-sistemlər

10 müayinə

Qan qrupları və rezus mənsubiyyəti təyin etmək üçün monoklonal anticisimlər

 

6 müayinə

Tibbi materiallar

Birdəfəlik şpris (10 ml)

100 ədəd

Birdəfəlik şpris (5 ml)

100 ədəd

Birdəfəlik şpris (2 ml)

50 ədəd

Faktoru damardaxili yeritmək üçün sistemlər (kəpənək)

 

200 ədəd

Leykositar filtr

2 ədəd

Gips sarğı

10 ədəd

Talassemiya xəstələri üçün

 

Vasitələrin  adı

Miqdarı (1 xəstə üçün 1 il ərzində)

Dərman preparatları

Desferal (500 mq)

600 flakon

Qan komponentləri və onların hazırlanması üçün vasitələr

Eritrosit kütləsi

15,42 vahid (4,32 litr)

Qan torbası (üçlü və ya ikili)

15,42 ədəd

Leykositar filtr

15,42 ədəd

Hepatit B-ni təyin etmək üçün test-sistemlər

20 müayinə üçün

Hepatit C-ni təyin etmək üçün test-sistemlər

20 müayinə üçün

QİÇS-i təyin etmək üçün test-sistemlər

20 müayinə üçün

Sifilisi təyin etmək üçün test-sistemlər

20 müayinə üçün

Qan qruplarını və rezus mənsubiyyətini təyin etmək üçün monoklonal anticisimlər

45 müayinə üçün

Tibbi materiallar

Desferalı yeritmək üçün elektron transfuzion sistemlər

1 ədəd

Birdəfəlik şpris (10 ml)

312 ədəd

Desferalı dəri altına yeritmək üçün sistemlər (kəpənək)

312 ədəd

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 763)

2.       9 aprel 2020-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 12 aprel 2020-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 481)

3.       30 noyabr 2020-ci il tarixli 471 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1414)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 763) ilə “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcminin cədvəllərində “HİV akronimləri “İİV akronimləri ilə əvəz edilmişdir.

 

[2] 9 aprel 2020-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 12 aprel 2020-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 481) ilə “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın Qaydası”nın 1-ci hissəsində “B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda” sözləri “Milli Hematologiya və Transfuziologiya Mərkəzində” sözləri ilə əvəz edilmişdir.

 

[3] 30 noyabr 2020-ci il tarixli 471 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1414) ilə “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın Qaydası”nın 9-cu hissəsində “səhiyyə orqanlarına” sözləri “tibb müəssisələrinə” sözləri ilə əvəz edilmişdir.

 

[4] 20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 763) ilə “Qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısı və miqdarının cədvəllərində “AİDS-i akronimləri “QİÇS-i akronimləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status