430.000.000
Azərbaycan Respublikasının 2004-cü il 18 iyun tarixli 690-IIQ nömrəli qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu "Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında" 1990-cı il tarixli Beynəlxalq Konvensiyanın icrasının təmin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının 2004-cü il 18 iyun tarixli 690-IIQ nömrəli qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu "Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında" 1990-cı il tarixli Beynəlxalq Konvensiyanın icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. "Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında" 1990-cı il tarixli Beynəlxalq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (a) (i) yarımbəndində nəzərdə tutulmuş səlahiyyətli milli orqan qismində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi təyin edilsin.
[1]
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndinə uyğun olaraq, "Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında" 1990-cı il tarixli Beynəlxalq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (a) (i) yarımbəndində nəzərdə tutulmuş səlahiyyətli milli orqan qismində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təyin edilməsi barədə Beynəlxalq Dəniz Təşkilatının Baş Katibinə müvafiq bildiriş göndərsin.
[2]
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2005-ci il
№ 1205
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 5 aprel 2010-cu il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 06 aprel 2010-cu il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 304)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
5 aprel 2010-cu il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 06 aprel 2010-cu il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 304) ilə 1-ci bənddə "orqanlar qismində öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi" sözləri "orqan qismində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
[2]
5 aprel 2010-cu il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 06 aprel 2010-cu il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 304) ilə 2-ci bənddə "orqanlar qismində öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin" sözləri "orqan qismində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin" sözləri ilə əvəz edilmişdir.