AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
05.10.2002
QEYDİYYAT NÖMRƏSİ
794
ADI
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2002, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 590)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
210.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Milli Televiziya və Radio Şurası yaradılsın.

2. Müəyyən edilsin ki, Milli Televiziya və Radio Şurasının əsas vəzifəsi - televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir.

3. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı bir ay müddətində Milli Televiziya və Radio Şurası haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. “Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli, 543 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

öz səlahiyyətləri daxilində “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

6. Müəyyən edilsin ki:

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.4-cü və 19.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

həmin Qanunun 16.7-ci maddəsinin ikinci cümləsində və 19.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [2]

həmin Qanunun 11.2-ci, 11.3-cü, 11.4-cü, 11.5-ci, 11.6-cı, 13.1-ci, 13.3-cü, 13.5-ci, 16.11-ci, 19.2-ci, 21.2-ci, 21.3-cü, 22.4-cü, 23.1-ci - 23.4-cü, 29.2-ci, 30.2-ci, 30.3-cü, 32-1-ci, 33.1-ci, 34.3-cü, 40.2.7-ci maddələrində nəzərdə tutulmuş “dövlət orqanı”nın səlahiyyətlərini Milli Televiziya və Radio Şurası həyata keçirir; [3]

həmin Qanunun 16.1-ci, 16.3-cü, 16.4-cü və 16.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası həyata keçirir;

həmin Qanunun 14.4-cü, 16.6-cı, 16.8-ci, 16.11-ci, 20.3-cü, 26.1.3-cü, 30.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir; [4]

həmin Qanunun 18.4.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir; [5]

həmin Qanunun 35.11-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

həmin Qanunun 40.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi həyata keçirirlər. [6]

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 oktyabr 2002-ci il

                       № 794

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 fevral 2005-ci il tarixli 193 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 69)

2.       29 noyabr 2006-cı il tarixli 485 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 947)

3.       12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798)

4.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

5.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

6.       16 sentyabr 2015-ci il tarixli 608 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 sentyabr 2015-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 995)

7.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

8.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

9.       10 dekabr 2018-ci il tarixli 385 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2542)

10.    1 may 2020-ci il tarixli 1014 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 539)

11.    23 iyun 2020-ci il tarixli 1074 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 iyun 2020-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №6, maddə 715)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə ikinci abzasında “maddəsində” sözü “və 19.5-ci maddələrində” sözləri ilə əvəz edilmişdir.

 

[2] 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə üçüncü abzasından “və 19.5-ci maddəsində” sözləri çıxarılmışdır.

 

[3] 16 sentyabr 2015-ci il tarixli 608 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 sentyabr 2015-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 995) ilə 6-cı hissəsinin dördüncü abzasına “13.5-ci,” sözlərindən sonra “16.11-ci,” sözləri və “22.4-cü,” sözlərindən sonra “23.1-ci - 23.4-cü,” sözləri əlavə edilmişdir.

1 may 2020-ci il tarixli 1014 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 539) ilə 6-cı hissəsinin dördüncü abzasından “33.1-ci,” sözləri çıxarılmışdır.

 

23 iyun 2020-ci il tarixli 1074 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 iyun 2020-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №6, maddə 715) ilə 6-cı hissənin 4-cü abzasına “30.3-cü,” sözlərindən sonra “32-1-ci,” sözləri əlavə edilmişdir.

 

[4] 7 fevral 2005-ci il tarixli 193 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 69) ilə 6-cı bəndin altıncı abzasında "Rabitə Nazirliyi" sözləri "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

29 noyabr 2006-cı il tarixli 485 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 947) ilə 6-cı bəndinin altıncı abzasından “16.7-ci (birinci cümlədə),” sözləri çıxarılmışdır.

2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 6-cı hissəsinin altıncı abzasında “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 6-cı hissənin altıncı abzasına “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

 

[5] 29 noyabr 2006-cı il tarixli 485 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 947) ilə 6-cı bəndinin altıncı abzasından “16.7-ci (birinci cümlədə),” sözləri çıxarılmışdır.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 6-cı hissəsinin yeddinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz  edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 6-cı hissənin altıncı bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[6] 10 dekabr 2018-ci il tarixli 385 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2542) ilə 6-cı hissəsinin səkkizinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin hissəyə yeni məzmunda doqquzuncu abzas əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status