Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində işləyən diplomatik xidmət əməkdaşlarının vəzifələri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinin icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində işləyən diplomatik xidmət əməkdaşlarının aşağıdakı vəzifələri müəyyən edilsin:
1.1.
nazir;
1.2.
nazir müavini;
1.3.
xüsusi tapşırıqlar üzrə səfir;
1.4.
baş idarə rəisi;
1.5.
baş idarə rəisinin müavini;
1.6.
idarə rəisi;
1.7.
idarə rəisinin müavini;
1.8.
müşavir;
[1]
1.9.
şöbə müdiri;
1.10.
şöbə müdirinin müavini;
1.10.
sektor müdiri;
1.11.
birinci katib;
1.12.
ikinci katib;
1.13.
üçüncü katib;
1.14.
attaşe.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr 2005-ci il
N 1066
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
22 noyabr 2005-ci il tarixli 318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1013)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
22 noyabr 2005-ci il tarixli 318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1013) ilə 1.8-ci bənd əlavə edilmişdir və 1.8-1.14-cü bəndlər müvafiq olaraq 1.9-1.15-ci bəndlər hesab edilmişdir.