×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
22.11.2005
QEYDİYYAT NÖMRƏSİ
213
ADI
"Sosial müdafiə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"nın və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2005, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1073)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.11.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.000.000
340.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"nın və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı"nın təsdiq edilməsi haqqında

“Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası” və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    A. RASİZADƏ

 

Bakı şəhəri, 22 noyabr 2005-ci il

                           № 213

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi

 

QAYDASI

 

Bu Qayda "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydasını müəyyən edir.

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlarda (bundan sonra - müəssisə) sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir.

Müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlilliyi olan şəxslərin işləməsi üçün müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır. [1]

1.2. Kvota ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə aşağıdakı kimi müəyyən edilir:

1.2.1.  işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulur; [2]

1.2.2.  işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulmaqla);

1.2.3.   işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulmaqla). [3]

1.3. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyasına aşağıdakılar aid edilirlər:

20 yaşadək gənclər;

yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər;

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyə edən valideynlər; [4]

pensiya yaşına 2 ildən az qalmış şəxslər;

əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar; [5]

cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar;

məcburi köçkünlər;

müharibə veteranları;

şəhid ailəsinin üzvləri. [6]

 

2. KVOTA TƏYİN EDİLMƏSİ QAYDASI

 

2.1.   İşəgötürənlər hər ilin 1 iyul tarixinə olan məlumata əsasən müəssisədəki iş yerlərinin sayı, işçilərin orta siyahı sayı haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına (bundan sonra - şəhər, rayon məşğulluq mərkəzləri) avqust ayının 1-dək rəsmi məlumat verməlidirlər. [7]

2.2.   Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün şəhər, rayon üzrə kvota ilə müəyyən olunan iş yerlərinin ümumi sayı, o cümlədən hər bir kateqoriya üçün ayrılıqda kvotanın sayı bu Qaydanın 1.3-cü bəndində göstərilən vətəndaşların ərazi əmək bazarında iştirakından və kvota tətbiq olunan müəssisələrdəki işçilərin sayından asılı olaraq şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən müəssisələr üçün hesablanır və Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsində müzakirə olunduqdan sonra sentyabr ayının 20-dək yerli icra hakimiyyəti orqanına təqdim olunur.

2.3.   Kvota üzrə işçilərin sayı oktyabr ayının 15-dək yerli icra hakimiyyəti orqanının qərarı ilə təsdiq olunur.

2.4.   Həmin qərardan çıxarış 15 gün müddətində şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən müəssisələrə çatdırılır.

 

3. KVOTANIN TƏTBİQ EDİLMƏ QAYDASI

 

3.1.  Müəssisələr üçün kvota ilə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi şəhər, rayon məşğulluq mərkəzlərinin və ya “DOST” mərkəzlərinin göndərişi ilə həyata keçirilir. İşəgötürən 5 gün müddətində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işə qəbul edilməsi haqqında qərar qəbul edib, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təsdiq olunmuş formada "Göndəriş"in ikinci hissəsində müvafiq qeydlər apararaq şəhər, rayon Məşğulluq Mərkəzinə və ya “DOST” mərkəzinə təqdim edir. [8]

3.2.  İşəgötürən tərəfindən "Göndəriş"in ikinci hissəsində müvafiq qeydlər aparılmaqla şəhər, rayon Məşğulluq Mərkəzinə və ya “DOST” mərkəzinə təqdim edilməsi  halları işə qəbul etməkdən imtina kimi qiymətləndirilir. [9]

3.3.   Sosial müdafiyəyə xüsusi ehtiyacı olan vətəndaşların işə düzəlmək üçün birbaşa müəssisələrə müraciət etdikləri hallarda işəgötürənlər şəhər, rayon Məşğulluq Mərkəzinə və ya “DOST” mərkəzinə ən geci 5 gün müddətində məlumat vermək şərtilə, müəyyən olunmuş kvota hesabına onları işə qəbul edə bilərlər.

3.4.   Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlara şəhər, rayon məşğulluq mərkəzləri və ya “DOST” mərkəzləri tərəfindən müəssisələrə göndəriş verilərkən həmin müəssisədə kvota üzrə işlə təmin edilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sayı nəzərə alınır. [10]

3.5.   Kvota tətbiq olunan müddətdə kvota üzrə müəyyən edilmiş iş yerində vakansiya yarandığı təqdirdə, işəgötürənlər 5 gün müddətində şəhər, rayon məşğulluq mərkəzlərinə və ya “DOST” mərkəzlərinə məlumat verməlidirlər.

 

4. SOSİAL MÜDAFİƏYƏ XÜSUSİ EHTİYACI OLAN VƏ İŞƏ DÜZƏLMƏKDƏ ÇƏTİNLİK ÇƏKƏN VƏTƏNDAŞLARIN MƏŞĞULLUĞUNUN TƏMİN OLUNMASINDA İŞƏGÖTÜRƏNLƏRİN MƏSULİYYƏTİ

 

4.1. Şəhər, rayon məşğulluq mərkəzləri və ya “DOST” mərkəzləri tərəfindən göndəriş verilmiş əlilliyi olan şəxsləri, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlarısosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən, eləcə də kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq forma üzrə aylıq hesabatı təqdim etməyən işəgötürənlər inzibati məsuliyyətə cəlb olunurlar. [11]

4.2. Qanunvericiliklə nəzərdə tutulmuş inzibati cərimələr işəgötürən vəzifəli şəxsin (rəhbərin) əməkhaqqından və ya digər gəlirlərindən tutulur.

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Kvota şamil edilməyən müəssisələrin

 

S İ Y A H I S I

 

1.        Dövlət orqanları;

2.      Mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);

3.      Elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);

4.   İşçilərinin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələr;

5.   Hərbi qurumların, hüquq mühafizə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları. [12]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.        26 dekabr 2007-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1344)

2.        20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787)

3.        10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449)

4.        22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

5.        9 iyul 2019-cu il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1320)

6.        24 noyabr 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1402)

7.        25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209)

8.        5 mart 2021-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 272)

9.        27 may 2021-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2021-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 531)

10.     21 sentyabr 2022-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1099)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 noyabr 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1402) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 1.1-ci bəndin ikinci abzasında “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilmişdir.

 

[2] 24 noyabr 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1402) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 1.2.1-ci, 1.2.2-ci, 1.2.3-cü yarımbəndlərdə “əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər” sözləri “əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 sentyabr 2022-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1099) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 1.2.1-ci, 1.2.2-ci, 1.2.3-cü yarımbəndlərindən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılmışdır.

 

[4] 26 dekabr 2007-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1344) ilə «Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası»nın 1.3-cü bəndinin dördüncü abzasında «qadınlar» sözü «valideynlər» sözü ilə əvəz edilmişdir.

20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 1.3-cü bəndin dördüncü abzasında «əlil uşaqları» sözləri «sağlamlıq imkanları məhdud uşaqları» sözləri ilə əvəz edilmişdir.

24 noyabr 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1402) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 1.3-cü bəndin dördüncü abzasına “məhdud” sözündən sonra “18 yaşınadək” sözləri əlavə edilmişdir.

21 sentyabr 2022-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1099) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 1.3-cü bəndinin dördüncü abzasında “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[5] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 1.2.1-ci, 1.2.2-ci, 1.2.3-cü bəndlərdə, 1.3-cü bəndin altıncı abzasında «əlillər» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər» sözləri əlavə edilmişdir.

24 noyabr 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1402) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 1.3-cü bəndin altıncı abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər;

21 sentyabr 2022-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1099) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 1.3-cü bəndinin altıncı abzasından “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılmışdır.

 

[6] 27 may 2021-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2021-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 531) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 1.3-cü bəndinin onuncu abzasında “ailələri” sözü “ailəsinin üzvləri” sözləri ilə əvəz edilmişdir.

 

[7] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 2.1-ci bənddə "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin" sözləri "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin" sözləri ilə əvəz edilmişdir.

5 mart 2021-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 272) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 2.1-ci bəndində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına” sözləri ilə əvəz edilmişdir.

 

[8] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 3.1-ci bənddə "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi" sözləri "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti" sözləri ilə əvəz edilmişdir.

9 iyul 2019-cu il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1320) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 3.1-ci bəndin birinci cümləyə “şəhər, rayon məşğulluq mərkəzlərinin” sözlərindən sonra “və ya “DOST” mərkəzlərinin” sözləri əlavə edilmişdir və ikinci cümləyə “şəhər, rayon Məşğulluq Mərkəzinə” sözlərindən sonra “və ya “DOST” mərkəzinə” sözləri əlavə edilmişdir.

5 mart 2021-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 272) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 3.1-ci bəndində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[9] 9 iyul 2019-cu il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1320) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 3.2-ci və 3.3-cü bəndlərinə “şəhər, rayon Məşğulluq Mərkəzinə” sözlərindən sonra “və ya “DOST” mərkəzinə” sözləri əlavə edilmişdir.

 

[10] 9 iyul 2019-cu il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1320) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 3.4-cü və 3.5-ci bəndlərinə ismin müvafiq hallarında “şəhər, rayon məşğulluq mərkəzləri” sözlərindən sonra ismin müvafiq hallarında “və ya “DOST” mərkəzləri” sözləri əlavə edilmişdir.

 

25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 3.4-cü bəndində “vətəndaşlar” sözü “vətəndaşlara” sözü ilə və “göndərilərkən” sözü “göndəriş verilərkən” sözləri ilə əvəz edilmişdir.

 

[11] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 4.1-ci bənddə «əlilləri» sözündən sonra «, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri» sözləri əlavə edilmişdir.

9 iyul 2019-cu il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1320) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 4.1-ci bəndə “Şəhər, rayon məşğulluq mərkəzləri” sözlərindən sonra “və ya “DOST” mərkəzləri” sözləri əlavə edilmişdir.

24 noyabr 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1402) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 4.1-ci bəndində “əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri” sözləri “əlilliyi olan şəxsləri, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları” sözləri ilə əvəz edilmişdir.

25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 4.1-ci bəndində “göndərilmiş” sözü “göndəriş verilmiş” sözləri ilə əvəz edilmişdir.

21 sentyabr 2022-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1099) ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın 4.1-ci bəndindən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları” sözləri çıxarılmışdır.

 

[12] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın 5-ci hissəsində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status