×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.11.2005
QEYDİYYAT NÖMRƏSİ
221
ADI
Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına alınan pestisidlərin və aqrokimyəvi maddələrin satılması Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2005, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1077)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.11.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına alınan pestisidlərin satılması Qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına alınan pestisidlərin satılması Qaydalarının təsdiq edilməsi haqqında   [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamına əlavə edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 sentyabr tarixli 1019 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.         "Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına alınan pestisidlərin satılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2.        Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    A.RASİZADƏ

Bakı şəhəri, 29 noyabr 2005-ci il

                                       221

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 29 noyabr tarixli 221 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

     Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına alınan pestisidlərin satılması

QAYDALARI

1.        Bu Qaydalar "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamına əlavə edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 sentyabr tarixli 1019 nömrəli Sərəncamı əsasında hazırlanmışdır və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına alınan pestisidlərin (bundan sonra-pestisidlər və aqrokimyəvi maddələr) "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - "Aqrolizinq" ASC) tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq hüquqi və fiziki şəxslərə (bundan sonra-istifadəçi) satılmasının təşkilini tənzimləyir.

2.       İstifadəçi pestisidləri və aqrokimyəvi maddələri dəyərini tam ödəməklə və ya müddətli ödənişlə "Aqrolizinq" ASC-dən əldə edə bilər. Bu məqsədlə istifadəçi "Aqrolizinq" ASC-nin yerli qurumlarına yazılı müraciət etməlidir.

Müraciətdə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxs üçün-hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;

fiziki şəxs üçün-adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı);

alınacaq pestisidlərin növləri və çəkisi. 

Pestisidlərin müddətli ödənişlə əldə olunması üçün istifadəçi müraciətində mülkiyyətində (və ya istifadəsində) olan torpaq sahəsi, yetişdirilməsi nəzərdə tutulan bitki növləri və ya mövcud əkinləri barədə zəruri məlumatları açıqlayaraq, onları təsdiqləyən sənədlərin surətlərini əlavə etməlidir.

      Təqdim olunan müraciət və bu Qaydalarda nəzərdə tutulan sənədlər "Aqrolizinq" ASC-nin yerli qurumları tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yerli nümayəndələrinin iştirakı ilə baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq 5 iş günü ərzində pestisidlərin dəyərinin tam ödənilməklə və ya müddətli ödənişlə satılması barədə qərar qəbul edilir və istifadəçiyə 2 iş günü müddətində məlumat verilir. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə istifadəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 3 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla pestisidlərin satılmasından imtina edildiyi halda istifadəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

İstifadəçiyə pestisidlərin satılmasından aşağıdakı hallarda imtina edilir:

bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

istifadəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda.

3.         İstifadəçi alınacaq pestisidlərin dəyərini onları satıcıdan bilavasitə əldə etməklə ödədikdə, istifadəçi ilə "Aqrolizinq" ASC-nin yerli qurumları arasında qanunvericiliyə müvafiq olaraq alğı-satqı həyata keçirilir.

4.        İstifadəçi pestisidləri və aqrokimyəvi maddələri müddətli ödənişlə əldə etdiyi halda satıcıya malın dəyərinin 10 faizini əvvəlcədən, qalan hissəsini isə bir il müddətində ödəyir. Bu barədə "Aqrolizinq" ASC-nin yerli qurumları ilə istifadəçi arasında tərəflərin hüquq və öhdəliklərini nəzərdə tutan müqavilə (nümunə əlavə olunur) və müəyyən edilmiş qaydada girov (ipoteka) müqaviləsi bağlanılır.

Girov (ipoteka) müqaviləsi bağlanılarkən istifadəçi bank və ya bank olmayan kredit və ya sığorta təşkilatının pestisidlərin dəyərinin ödənilməyən hissəsi üzrə zəmanət öhdəliyini təqdim edə bilər.

5.  İstifadəçi pestisidlərin dəyərini birdəfəlik və ya müqavilədə göstərilən qayda ilə "Aqrolizinq" ASC tərəfindən bankda və ya bank olmayan kredit təşkilatında açılmış depozit hesaba köçürür.

Depozit hesaba köçürülən vəsaitdən yenidən qanunvericilikdə nəzərdə tutulmuş qaydada pestisidlərin alınmasında istifadə olunur.

6.  Dövlət büdcəsinin vəsaiti hesabına alınan pestisidlər və aqrokimyəvi maddələr istifadəçiyə satılanadək qanunvericilikdə nəzərdə tutulmuş qaydada "Aqrolizinq" ASC tərəfindən sığortalanmalıdır.

7. Pestisidlərin alınması, onların hüquqi və fiziki şəxslərə satılması və bu zaman həyata keçirilən ödənişlər barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilir. [2]

 


"Azərbaycan Respublikasının dövlət büdcəsinin

vəsaiti hesabına alınan pestisidlərin və aqrokimyəvi

maddələrin satılması Qaydaları"na

ƏLAVƏ

 Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına alman pestisidlərin müddətli ödənişlə satılması

MÜQAVİLƏSİ (NÜMUNƏ)

______________________ "_____________"_____________ 200   il

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin______________________

_______________________________________________________________________________

                                                         (yerli qurumunun adı)

 

__________________________________________________şəxsində bir tərəfdən

 

        (vəzifəsi, soyadı, adı, atasının adı)

(bundan sonra-satıcı),__________________________________________ 

(hüquqi və ya fiziki şəxsin soyadı, adı, atasının adı)

 

digər tərəfdən (bundan sonra-istifadəçi) aşağıdakı müqaviləni bağlayırlar.

1.  Müqavilənin predmeti

Satıcı istifadəçinin müraciətinə əsasən aşağıdakı pestisidləri və aqrokimyəvi maddələri bu müqavilədə göstərilən şərtlərlə satır:

(pestisidin və (və ya) aqrokimyəvi maddənin növü və çəkisi)

2.  Hesablaşmanın həyata keçirilməsi

2.1. İstifadəçi bu müqavilə üzrə əldə edəcəyi__________________

                                                                                     (pestisidin və (və ya) aqrokimyəvi maddənin növü)

dəyərinin 10 faizini təşkil edən__________________vəsaiti "Aqrolizinq" ASC

        (manatla)

tərəfindən _______________________________ açılmış____________________

                 (bankın adı) [3]                                                                                  (hesabın nömrəsi)

hesaba əvvəlcədən köçürür və müvafiq ödəniş sənədini satıcıya təqdim edir.

Satıcı ən geci 2 (iki) gün müddətində bu müqavilədə göstərilən pestisidlərin təhvil-təslim aktı əsasında istifadəçiyə anbardan buraxılmasını təmin edir.

2.2. Bu müqavilə üzrə pestisidlərin dəyərinin ödənilməyən hissəsi tərəflərin razılığı ilə aşağıdakı qrafikə əsasən ödənilir:

 

 

 

 

 

Pestisidlərin dəyərinin ödənilməyən hissəsi (manata)

         Aylıq ödəniş məbləği

                  (manata)

                 Son ödəmə tarixi

 

 

3.  Tərəflərin hüquq və öhdəlikləri

3.1. Satıcının hüquq və öhdəlikləri:

3.1.1.    istifadəçi ilə bu müqavilə üzrə pestisidlərin dəyərinin ödənilməyən hissəsinə dair girov (ipoteka) müqaviləsini bağlamaq;

3.1.2.    bu müqavilənin 2.1-ci yarımbəndində göstərilən müddətdə pestisidləri və aqrokimyəvi maddələri istifadəçiyə anbardan buraxmaq;

3.1.3.    istifadəçini müvafiq standartların tələblərinə uyğun olan pestisidlər və aqrokimyəvi maddələrlə təmin etmək;

3.1.4.    istifadəçidən alınan pestisidlərin dəyərinin ödənilməyən hissəsini bu müqavilənin 2.2-ci yarımbəndində göstərilən qrafikə əsasən ödənilməsini tələb etmək;

3.1.5.    istifadəçi tərəfindən bu müqavilənin şərtləri pozulduqda öhdəliklərə qoyulmuş girov hesabına vurulmuş ziyanın ödənilməsini qanunvericilikdə müəyyən olunmuş qaydada tələb etmək.

3.2. İstifadəçinin hüquq və öhdəlikləri:

3.2.1.    satıcıdan pestisidlərin vaxtında buraxılmasını tələb etmək;

3.2.2.    bu müqavilə üzrə pestisidlərin dəyərinin ödənilməyən hissəsini 2.2-ci yarımbənddə göstərilən qrafikə əsasən ödəmək;

3.2.3.   pestisidlərin tətbiqinə dair dövlət standartlarının, sanitariya və texnoloji normaların, reqlamentlərin və digər normativ sənədlərin tələblərinə əməl etmək;

3.2.4.    satıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi nəticəsində ona vurulan ziyanın ödənilməsini qanunvericilikdə müəyyən olunmuş qaydada tələb etmək.

4. Pestisidlərin keyfiyyəti

Bu müqavilə əsasında istifadəçiyə satılan pestisidlər və aqrokimyəvi maddələr müəyyən olunmuş qaydada sertifikatlaşdırılır.

5.   Pestisidlərin və  aqrokimyəvi maddələrin mülkiyyət hüququnun məhv olunması və ya korlanması riskinin istifadəçiyə keçməsi

Pestisidlərin mülkiyyət hüququ, məhv olunması və ya korlanması riski satıcının təhvil-təslim aktı imzalandığı andan istifadəçiyə keçir.

6. Mübahisələrin həll edilməsi

Bu müqavilədən irəli gələn mübahisələrin həllini tərəflər qarşılıqlı razılaşma yolu ilə həll edə bilmədikdə, mübahisələr məhkəmə yolu ilə həll edilir.

 

7. Yekun müddəalar

7.1.    Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və göstərilən öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir.

7.2.   Bu müqavilə iki nüsxədə tərtib edilir və nüsxələr tərəflərin hər birində saxlanılır.

7.3.    Tərəflər öz aralarında bu müqaviləyə zidd olmayan digər şərtlər müəyyən edə bilərlər.

8. Tərəflərin rekvizitləri

Satıcı:                                                 İstifadəçi:

(bank hesabı, ünvan, telefon, faks)                              (ünvan, telefon, faks)

 imza və möhür                               imza

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 fevral 2007-ci il tarixli 32 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 192)

2.       9 mart 2010-cu il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 257)

3.       10 aprel 2020-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2020-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 484)

4.       7 dekabr 2020-ci il tarixli 485 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2020-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1589)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 fevral 2007-ci il tarixli 32 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 192) ilə qərarın və bu qərarla təsdiq edilmiş Qaydaların adından və mətnindən ismin müvafiq hallarında "və aqrokimyəvi maddələrin" sözləri çıxarılmışdır.

 

7 dekabr 2020-ci il tarixli 485 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2020-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1589) ilə ləğv edilmişdir.

 

[2] 10 aprel 2020-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2020-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 484) ilə “Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına alınan pestisidlərin satılması Qaydaları”na yeni məzmunda 7-ci hissə əlavə edilmişdir.

 

[3] 9 mart 2010-cu il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 257) ilə "Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına alınan pestisidlərin satılması Qaydaları"nın 5-ci bəndinin birinci abzasından "və ya bank olmayan kredit təşkilatında" sözləri çıxarılsın və həmin Qaydalara əlavə — "Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına alınan pestisidlərin müddətli ödənişlə satılması Müqaviləsi (nümunə) "nin 2.1-ci bəndində "bank və ya bank olmayan kredit təşkilatının" sözləri "bankın" sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status