350.000.000
Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Müasir dövrdə beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlığın doğurduğu yeni təhdidlər, habelə silah və narkotiklərin qanunsuz dövriyyəsinin, qeyri-qanuni miqrasiyanın artması qabaqlayıcı, adekvat tədbirlərin görülməsini və bu sahədə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsini zəruri edir.
Bu təhlükəli təzahürlərin aşkar edilməsi və qarşısının alınmasının səmərəli üsullarından biri də hüquq mühafizə orqanları və digər səlahiyyətli dövlət orqanlarının iş təcrübəsində dövlət sərhədlərindən keçən şəxslərin etibarlı yoxlanılmasını təmin edəcək müasir informasiya texnologiyalarının tətbiqidir.
Ənənəvi eyniləşdirmə üsulları ilə müqayisədə daha səmərəli olan biometrik eyniləşdirmə sistemi artıq dünyanın bir sıra dövlətləri tərəfindən qəbul edilmişdir, digərləri isə yaxın zamanlarda bu sistemi tətbiq etməyə hazırlaşır.
Biometrik eyniləşdirmə sistemin təsis edilməsi özündə beynəlxalq standartlara cavab verən əhali haqqında vahid məlumat bazasının formalaşdırılmasını, biometrik pasportların, eyni zamanda şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasını təmin edən milli və beynəlxalq standartların hazırlanması üçün zəruri şəraitin yaradılmasını ehtiva edir.
Biometrik eyniləşdirmə sisteminin məqsədi yeni nəsil pasportlarından istifadə etməklə milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və digər dövlətlərlə qarşılıqlı əsasda Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə getməsi və əcnəbilərin Azərbaycan Respublikasına gəlməsinin təmin edilməsidir.
Müasir təhlükəsizlik standartlarının harmonizasiyası ilə bağlı beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılmasının normativ hüquqi, təşkilati, proqram-texniki, maliyyə-iqtisadi əsaslarının formalaşdırılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri
|
|
Artur Rasizadə
|
– Azərbaycan Respublikasının Baş naziri
|
Komissiyanın üzvləri:
|
|
Ramin Quluzadə
|
– Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
[1]
|
Şahin Mustafayev
|
– Azərbaycan Respublikasının iqtisadiyyat |
Samir Şərifov
|
– Azərbaycan Respublikasının maliyyə naziri
[3]
|
Mədət Quliyev
|
– Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
[4]
|
Fikrət Məmmədov
|
– Azərbaycan Respublikasının ədliyyə naziri
|
|
|
Elmar Məmmədyarov
|
– Azərbaycan Respublikasının xarici işlər naziri
|
Elçin Quliyev
|
– Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
|
Oqtay Şirəliyev
|
– Azərbaycan Respublikasının səhiyyə naziri
|
Ramil Usubov
|
– Azərbaycan Respublikasının daxili işlər naziri
|
2. Dövlət Komissiyasına tapşırılsın ki:
2.1. altı ay müddətində Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Proqramını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2006-cı il
№ 1348
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
3 iyul 2006-cı il tarixli 424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 588)
2.
13 fevral 2009-cu il tarixli 61 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2009-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 74)
3.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)
4.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)
5.
1 noyabr 2015-ci il tarixli 671 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1301)
6.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
7.
21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51)
8.
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 1-ci hissədə “rabitə və informasiya texnologiyaları naziri” sözləri “rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir.
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 1-ci hissədə “Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” sözləri “Ramin Quluzadə - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir və həmin hissədən “Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri” sözləri çıxarılmışdır.
[2]
13 fevral 2009-cu il tarixli 61 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2009-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 74) ilə 1-ci bəndində "Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri "Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri ilə əvəz edilmişdir.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 1-ci hissəsində “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilmişdir.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissədən “və sənaye” sözləri çıxarılmışdır.
[3]
3 iyul 2006-cı il tarixli 424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 588) ilə 1-ci bəndində “Əvəz Ələkbərov - “Azərbaycan Respublikasının maliyyə naziri” sözləri “Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri” sözləri ilə əvəz edilmişdir.
[4]
1 noyabr 2015-ci il tarixli 671 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1301) ilə 1-ci hissədə “Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Mədət Quliyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51) ilə 1-ci hissəsində “Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” sözləri ilə əvəz edilmişdir.