×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
24.03.2006
QEYDİYYAT NÖMRƏSİ
1368
ADI
Azərbaycan Respublikasında bioloji müxtəlifliyinin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2006, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 257)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.03.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
5

Azərbaycan Respublikasında bioloji müxtəlifliyinin  qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

BMT-nin "Bioloji müxtəliflik haqqında" Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 mart 2006-cı il

                       № 1368

 

 

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 24 mart tarixli 1368 nömrəli Sərəncamı ilə

                                                                                       TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında bioloji müxtəlifliyin

qorunması və davamlı istifadəsinə dair

 

MİLLİ STRATEGİYA VƏ FƏALİYYƏT PLANI

 

1. Giriş

Azərbaycan xalqının bütün tarixi keçmişi və mədəni inkişafı eyni zaman-da onun zəngin təbii sərvətlərindən qidalanıb qaynaqlanmışdır.

Təbii sərvətlərin mühüm tərkib hissəsi kimi bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə və digər su ekosistemləri və ekoloji komplekslərdə olan canlı orqanizmləri özündə birləşdirir. XX əsrin ortalarından etibarən bioloji müxtəlifliyə və ekosistemlərə təhlükə törədən amillərin sayı artmış, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğramış, bir çox fauna və flora növləri, cinslər məhv olmuş və ya onların sayı kəskin surətdə azalmağa başlamışdır. Bioloji müxtəlifliyin belə itkisi onun qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsini tələb edir.

Son illərdə bioloji müxtəlifliyin problemləri önə çəkilərək bu sahədə xeyli iş görülmüşdür. Belə ki, Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı, "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" Milli Proqram və digər dövlət proqramları qəbul edilərək həyata keçirilir. Bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi ən mühüm qlobal problem olduğundan onun həlli, Azərbaycan da daxil olmaqla, dünya birliyi ölkələrinin birgə fəal səyi nəticəsində mümkündür.

Bioloji müxtəlifliyin qorunması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə Azərbaycan Respublikası 2000-ci ildə BMT-nin "Bioloji müxtəliflik haqqında" Konvensiyasına qoşulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli 848 nömrəli Sərəncamı ilə bu Konvensiyaya uyğun olaraq ölkənin götürdüyü öhdəliklərin yerinə yetirilməsini, bitkilərin, heyvanların və mikroorqanizmlərin genetik ehtiyatlarının yox olması təhlükəsinin qarşısını almaq üçün kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə Dövlət Komissiyası yaradılmışdır.

Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı (bundan sonra - Milli Strategiya və Fəaliyyət Planı) bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsinə və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilmişdir.

2. Milli Strategiya və Fəaliyyət Planının məqsədi

Yoxsulluğun aradan qaldırılmasına, ekoloji tarazlığın tənzimlənməsinə və davamlı inkişafa nail olmaqla, ölkədəki bioloji müxtəlifliyin qorunub saxlanılması və onun səmərəli istifadəsini təmin etməklə gələcək nəsillərə çatdırılması Milli Strategiya və Fəaliyyət Planının əsas məqsədidir.

                3. Milli Strategiya və Fəaliyyət Planının əsas istiqamətləri

Milli Strategiya və Fəaliyyət Planının əsas istiqamətləri aşağıdakılardır:

bitkilərin, heyvanların və mikroorqanizmlərin genetik ehtiyatlarının, onların qiymətli növlərinin, sortlarının, cinslərinin qorunması;

biomüxtəlifliyin səmərəli istifadəsi sahəsində qısa və uzunmüddətli proqramların hazırlanması və həyata keçirilməsi;

bioloji müxtəlifliyin davamlı istifadəsində ekosistem çərçivəsində yanaşmanın vacibliyini nəzərə alaraq nadir və nəsli kəsilmək təhlükəsində olan bitki və heyvan növlərinin qorunmasına üstünlük verilməsi, yerli ənənələrin və mədəni dəyərlərin nəzərə alınması;

ölkədə olan bioloji müxtəlifliyin genofondunun dünya standartları səviyyəsində məlumat bazasının yaradılması;

regional və beynəlxalq təşkilatların ekoloji təcrübəsindən, maliyyə mənbələrindən istifadə etməklə müasir texnologiyaların ölkəyə gətirilməsi və geniş tətbiqi;

ətraf mühitə antropogen təsirinin qiymətləndirilməsində ictimaiyyətin fəal iştirakı üçün imkanların yaradılması;

əhalinin ekoloji maarifləndirilməsi ilə bağlı hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən etməklə cəmiyyətdə ekoloji biliklərin geniş yayılmasını, ekoloji təhsilin ardıcıllığının və fasiləsizliyinin təmin edilməsi;

bioloji müxtəliflikdən əldə edilən səmərənin ədalətlə bölünməsi.

                                 4. Milli Strategiya və Fəaliyyət Planının maliyyələşdirilməsi

Milli Strategiya və Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər aşağıdakı maliyyə mənbələri hesabına həyata keçiriləcəkdir:

dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində müvafiq dövlət qurum-larının xərclər smetasında ekoloji problemlərin həlli üçün nəzərdə tutulmuş vəsaitlər;

ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun vəsaitləri;

mikrokreditlər;

kiçik qrantlar;

beynəlxalq donorların və maliyyə qurumlarının ianələri.

5. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəaliyyət Planı

 

 

Tədbirlər

Pri-oritet-Iər

İcraçılar

İcra

müddəti

1

2

3

4

5

1. BİOLOJİ MÜXTƏLİFLİYİN VƏ GENETİK EHTİYATLARIN QORUNMASI SAHƏSİNDƏ MÜHAFİZƏ TƏDBİRLƏRİNİN GÜCLƏNDİRİLMƏSİ

1.1. Beynəlxalq və milli statusa malik nadir və nəsli kəsilən bitki və heyvan növlərinin siyahısının dəqiqləşdirilməsi

1.1.1

Qlobal təhlükə altında olan bitki və heyvan növlərinin siyahısına Azərbaycan   Respublikası   üzrə   yeni əlavələrin edilməsi və onların milli statusunun müəyyənləşdirilməsi

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006-cı ildən davam edəcək

1.1.2

Bitki və heyvan növlərinin beynəlxalq standartlara uyğun qorunma statusunun   müəyyən    edilməsi    yenidən qiymətləndirilməsi

II

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006

1.1.3

"Azərbaycan   Respublikasının   Qırmızı Kitabı"nın ikinci nəşrinin təşkili

II

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2009

1.2. Zəngin biomüxtəlifliyi olan ekosistemlərin      müəyyənləşdirilməsi və qiymətləndirilməsi

1.2.1

Regionlar   üzrə   yüksək   bioloji müxtəlifliyə malik olan ekosistemlərin    müəyyənləşdirilməsi    qorunub   saxlanılması   məqsədilə onların qiymətləndirilməsi

II

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

2006-2009

1.3. Təhlükə altında olan heyvan və bitki növlərinin qorunması

1.3.1

Nadir və nəsli kəsilməkdə  olan heyvan və bitki növlərinin qorunması üçün tədbirlərin işlənib hazırlanması və tətbiqi

I

Ekologiya və Təbii Sərvətlər   Nazirliyi,   Milli Elmlər     Akademiyası, yerli   icra   hakimiyyəti orqanları

2006-2009

1.3.2

Nadir və nəsli kəsilmiş növlərin reintroduksiyası   üçün   layihələrin hazırlanması və tətbiqi

II

Ekologiya və Təbii Sərvətlər   Nazirliyi,   Milli Elmlər Akademiyası

2006-2007

1.4. Miqrasiya dəhlizlərinin saxlanılması və bərpası

1.4.1

Qlobal və milli statusu olan heyvan növlərinin miqrasiya dəhlizlərinin qorunması üzrə layihələrin hazırlanması və tətbiqi

I

Ekologiya        Təbii Sərvətlər Nazirliyi

2006


1

2

3

4

5

1.4.2

Miqrasiya edən quşların qorunması üçün Ramsar Konvensiyasına daxil edilmiş su-bataqlıq sahələrinin mühafizəsinə dair tədbirlər planının hazırlanması və həyata keçirilməsi

III

Ekologiya və Təbii Sərvətlər   Nazirliyi,   Milli Elmlər Akademiyası

2006

1.5. Kənd təsərrüfatı bitkilərinin və heyvan növlərinin vəziyyətinin qiymətləndirilməsi və qorunması

1.5.1

Cırlaşmaq təhlükəsi altında olan yerli bitki sortlarının, nəsli kəsilməkdə olan heyvan cinslərinin müəyyənləşdirilməsi və mühafizəsi

II

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi

    2006-2009

1.5.2

Ailə kəndli təsərrüfatlarında yerli bitki sortlarının və heyvan cinslərinin saxlanmasına və çoxaldılmasına dair pilot layihələrin tətbiqi

II

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2006-2009

1.6. Urbanlaşmış və sənaye landşaftlarında

biomüxtəlifliyin yaradılması və zənginləşdirilməsi

1.6.1

Ölkənin iri şəhərlərində (Gencə, Mingəçevir, Sumqayıt, Əli Bayramlı, Şəki, Naxçıvan) nəbatat bağlarının yaradılması, biomüxtəlifliyin zənginləşdirilməsi məqsədilə mövcud park və yaşıllıq zonalarının qorunub saxlanılması, genişləndirilməsi və yenilərinin salınmasının təşkili

II

/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları

2006-2009

1.6.2

Böyük yaşayış məntəqələri ətrafındakı göllərin biomüxtəlifliyinin qorunmasına dair tədbirlərin hazırlanması və tətbiqi

IV

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2006-2008

1.7. Biomüxtəlifliyin qorunması üzrə elmi tədqiqatların aparılması

1.7.1

Təhlükə altında olan yabanı bitkilər və vəhşi heyvanların təbii bərpasının öyrənilməsi məqsədilə tədqiqatların aparılması

II

Ekologiya        Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006

1.7.2

Miqrasiya edən heyvan növlərinin nişanlanması üzrə tədqiqatların aparılması

II

Ekologiya və Təbii Sərvətlər   Nazirliyi,   Milli Elmlər Akademiyası

2006-2009

1.7.3

Ekosistemlərin tarazlığını pozan və aqrobiomüxtəlifliyə ciddi zərər vuran patogen bitki və heyvan növləri üzrə tədqiqatların aparılması

IV

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi

2006-cı ildən davam edəcək


 

 

 

1

2

3

4

5

1.7.4

Bitki və heyvan növləri üzrə İnventarlaşdırma Proqramının hazırlanması və həyata keçirilməsi

III

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi

2006

1.7.5

Biomüxtəlifliyin monitorinq sisteminin yaradılması, bitki və heyvan növlərinə ekoloji və antropogen təsirlərin qiymətləndirilməsi məqsədilə indikator növlərinin müəyyənləşdirilməsi sahəsində tədqiqatların aparılması

IV

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006-2009

1.8. Bioloji müxtəlifliyin inkişafının təmin edilməsi üçün

torpaqların yaxşılaşdırılması, səmərəli istifadəsi və mühafizəsi

1.8.1

Torpaqların bioloji müxtəlifliyinin davamlı inkişafına müsbət təsir göstərən amillərin öyrənilməsi və onların qiymətləndirilməsi

I

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006

1.8.2

Torpaq-iqlim bölgələri üzrə torpaq mühitində bioloji müxtəlifliyin davamlı inkişafına təsir edən amillərin öyrənilməsi üçün tədbirlərin hazırlanması və tətbiqi

II

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006-2008

1.8.3

Kənd təsərrüfatında suvarma şəraitində intensiv istifadə olunan (Mil-Qarabağ, Şirvan, Muğan-Salyan və Naxçıvan Muxtar Respublikasının (Arazyanı düzənliyi) bölgələrində deqradasiyaya uğramış (şoranlaşmış, bataqlaşmış, şorakətləşmiş, səhralaşmış) torpaqların bərpası üçün pilot layihənin işlənib həyata keçirilməsi

I

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2006-2009

2. XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİNİN

GENİŞLƏNDİRİLMƏSİ

2.1. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi

2.1.1

Xüsusi mühafizə olunan təbiət ərazilərinin inventarlaşdırılmasının keçirilməsi və zərurət yarandıqda onların statusu haqqında təkliflərin hazırlanması

II

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006-2008



 

1

2

3

4

5

2.1.2

Xüsusi mühafizə olunan təbiət əraziləri sisteminə daxil olmayan prioritet ekosistemlərin müəyyənləşdirilməsi

II

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006

2.1.3

Kiçik çaylarda və sututarlarda sahil mühafizə zonalarının yaradılmasının təşkili

II

Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

2006-2009

2.1.4

Xüsusi mühafizə olunan təbiət ərazilərinin dövlət kadastrının hazırlanması

II

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006-2009

2.1.5

Yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin (Samur-Yalama, Şah-dağ, Göy göl milli parkları, Kürdili Dövlət Təbiət Qoruğu və s.) yaradılmasına dair təkliflərin hazırlanması

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006-2009

3. MEŞƏLƏRİN BİOLOJİ MÜXTƏLİFLİYİNİN QORUNMASI VƏ

 SƏMƏRƏLİ İSTİFADƏSİ

3.1. Meşələrin davamlı istifadəsinin dəstəklənməsi

3.1.1

Şoran və təkrar şoranlaşmaya məruz qalmış torpaqların yuyulması və bu ərazilərdə şəraitə uyğunlaşmış ağac və kol cinslərindən ibarət meşələrin bərpasına və süni meşəliklərin yaradılmasına dair təkliflərin hazırlanması və pilot layihələrin həyata keçirilməsi

III

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi,   Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

2006

3.1.2

Sərhədyanı ərazilərdə meşələrin, nadir kolluqların, kserofit seyrək meşəliklərin təbii bərpasının təmin edilməsi, qorunub saxlanılması və davamlı istifadə olunması üçün təxirəsalınmaz tədbirlərin hazırlanması və həyata keçirilməsi '

III

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006-2009

3.2. Meşələrin davamlı istifadə edilməsində ictimaiyyətin iştirakının artırılması

3.2.1

Meşə ehtiyatlarının davamlı istifadəsi üçün meşələrin idarə olunmasında yerli əhalinin rolunun gücləndirilməsi

II

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2006-2009



 

1

2

3

4

5

3.3. Əhalinin gəlir mənbələrinin davamlığını təmin etmək üçün ekoturizmin inkişafı

3.3.1

Milli parkların yaxınlığında yaşayan əhalinin həyat səviyyəsinin davamlı inkişafının təmin edilməsi (yerli adət-ənənələr, əl işləri və s. daxil olmaqla xalq sənətkarlığının inkişaf etdirilməsi)

II

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi,   Mədəniyyət və Turizm Nazirliyi

2006-2009

3.3.2

Ekoturizmin inkişaf etdirilməsi, biomüxtəlifliyin qorunması və səmərəli istifadəsinə dair tək-liflərin hazırlanması

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi

2006-2008

4. SƏRHƏDYANI ƏRAZİLƏRDƏ BİOLOJİ EHTİYATLARIN MÜHAFİZƏSİ

4.1. Həmsərhəd ölkələrlə birgə olan bioloji ehtiyatların öyrənilməsi

 və qorunub saxlanılması

4.1.1

Naxçıvan Muxtar Respublikasında Araz çayının çirklənmə mənbələrinin öyrənilməsi və əhalinin təmiz su ilə təmin olunması məqsədilə suyun keyfiyyət monitorinqinin aparılması

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı  Nazirliyi

2006-2009

4.1.2

Türkiyə Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası ilə birgə olan bioloji ehtiyatların vəziyyətinin öyrənilməsi məqsədilə əməkdaşlığın genişləndirilməsi

II

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Xarici İşlər Nazirliyi

2006-2009

4.2. Həmsərhəd ölkələrlə əməkdaşlıq və məlumat mübadiləsi

mexanizminin təkmilləşdirilməsi

4.2.1

Həmsərhəd ölkələrdə biomüxtəlifliklə bağlı olan təşkilatlarla təcrübə mübadiləsinin aparılması

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006-2009

5. NADİR VƏ MƏHV OLMAQ TƏHLÜKƏSİNƏ MƏRUZ QALMIŞ BİTKİ VƏ HEYVAN NÖVLƏRİNİN ÖZ TƏBİİ MƏSKƏNLƏRİNDƏN KƏNARDA (EX-SİTU ŞƏRAİTİNDƏ) QORUNMASI VƏ BƏRPASI

5.1. Ex-situ şəraitində saxlanılan, nadir və məhv olmaq təhlükəsi altında olan bitki və

heyvan növlərinin qorunub saxlanması və həyat davamlığının təmin edilməsi

5.1.1

Ex-situ şəraitində nadir və məhv olmaq təhlükəsi altında olan bitki və heyvan növlərinin, populyasiyaların və fərdlərin aşkar edilməsi, öyrənilməsi, siyahıya alınması və pasportlaşdırılması

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006


 

1

2

3

4

5

5.1.2

Nadir və  məhv  olmaq  təhlükəsi altında olan bitki və heyvan növləri üçün regional bərpa mərkəzlərinin yaradılması

II

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi

2006-2008

5.2. Genetik ehtiyatların qorunması

5.2.1

Nadir və kökü kəsilmək təhlükəsi altında olan yerli bitki və heyvan növlərinin,   onların   əcdadlarının genofondunun   qorunub   saxlanılması məqsədilə Genetik Bankların yaradılması

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi

2006-2009

6. EKOLOJİ TƏHSİLİN ARTIRILMASI

6.1. Biomüxtəlifliyin menecmentində lazımi imkanların araşdırılması

və beynəlxalq əməkdaşlığın genişləndirilməsi

6.1.1

Biomüxtəlifliyin menecment sistemində   islahatların   aparılması   onun     beynəlxalq     standartlara uyğunlaşdırılmasının təşkili

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

2006-2008

6.1.2

Beynəlxalq təcrübəni nəzərə alan ixtisasartırma kurslarının təşkili

I

Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı  Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

2006

 

6.2. Beynəlxalq səviyyədə  məlumat  mübadiləsinin

və əməkdaşlığın təkmilləşdirilməsi

 

6.2.1

Biomüxtəlifliyin    səmərəli    istifadəsi,     qorunması          təbii sərvətlərin   idarə   olunması   üzrə ixtisaslı kadrların hazırlanması

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi

2006-2009

 

7. BİOLOJİ MÜXTƏLİFLİYİN QORUNMASI İLƏ ƏLAQƏDAR OLAN TƏŞKİLATLARIN ƏLAQƏLƏRİNİN, MƏLUMAT MÜBADİLƏLƏRİNİN

VƏ BİRGƏ TƏDBİRLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİ

 

7.1. Bioloji müxtəlifliyin qorunması ilə bağlı təşkilatların əlaqələrinin inkişaf etdirilməsi

 

7.1.1

Respublika     ərazisində     bioloji müxtəlifliyin  qorunması  ilə bağlı təşkilatlar və həyata keçirilən layihələr haqqında məlumat bazasının yaradılması

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006-2009



 

1

2

3

4

5

7.1.2

Biomüxtəlifliyin qorunmasında iştirak edən maraqlı tərəflərlə əməkdaşlığın     genişləndirilməsi və inkişaf etdirilməsi

II

Ekologiya və Təbii

Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Kənd

Təsərrüfatı  Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

2006-2009

8. ƏHALİNİN EKOLOJİ MAARİFLƏNDİRİLMƏSİ  VƏ TƏHSİL SƏVİYYƏSİNİN

ARTIRILMASI

8.1. Müasir təlim-tərbiyə bazasının yaradılması

8.1.1

Əhalinin     biomüxtəliflik     üzrə

məlumatlandırılmasının     gücləndirilməsi  üçün  bölgələrdə   resurs

mərkəzlərinin yaradılması

I

Ekologiya və Təbii

Sərvətlər Nazirliyi,

Təhsil Nazirliyi, Milli

Elmlər Akademiyası

2006-2009

8.1.2

Xüsusi   mühafizə   olunan   təbiət

ərazilərində   tədris-təcrübə   üçün

lazımi şəraitin yaradılması

III

Ekologiya və Təbii

Sərvətlər Nazirliyi,

Təhsil Nazirliyi

2006-2009

8.2. Biomüxtəliflik üzrə təhsil səviyyəsinin yüksəldilməsi

8.2.1

Biomüxtəlifliklə    əlaqədar    olan

mövcud təhsil materiallarının toplanması və icmalının hazırlanması

I

Ekologiya və Təbii

Sərvətlər Nazirliyi,

Milli Elmlər

Akademiyası,

Mədəniyyət və Turizm

Nazirliyi, Təhsil

Nazirliyi

2006

8.2.2

Təhsil materialları kimi, biomüxtəlifliyin   səmərəli   istifadəsi   qorunub   saxlanmasına   dair   filmlərin,    reklamların,    bukletlərin,

posterlərin       poçt   kartlarının

hazırlanması

I

Milli Elmlər

Akademiyası, Təhsil

Nazirliyi, Ekologiya və

Təbii Sərvətlər Nazirliyi

2006-2009

8.2.3

Ali və orta təhsil müəssisələrində

təhsil   səviyyəsinin   yüksəldilməsi

məqsədilə    biomüxtəlifliyə    aid

kompüter    interaktiv  proqramların təşkili

III

Ekologiya və Təbii

Sərvətlər Nazirliyi,

Milli Elmlər

Akademiyası, Təhsil

Nazirliyi, İqtisadi

İnkişaf Nazirliyi

2006-2009

8.3. Biomüxtəliflik və onun qorunması   haqqında məlumatların geniş

yayılması

8.3.1

Milli biomüxtəliflik haqqında websəhifənin     mövcudluğu     barədə

əhalinin məlumatlandırılması

II

Ekologiya və Təbii

2006-2009

Sərvətlər Nazirliyi,

Milli Elmlər

Akademiyası

 

 


 

 

1

2

3

4

5

8.3.2

Biomüxtəlifliyin qorunub saxlanılması, artırılması, bərpası, davamlı istifadəsi, mədəni ənənələr haqqında proqramların hazırlanması və müəyyən olunmuş qaydada tətbiqi

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti

2006

8.3.3

Biomüxtəliflik sahəsinə dair son məlumatların kütləvi informasiya vasitələri ilə işıqlandırılması

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006-2009

8.3.4

 

Yerli bitki və heyvanların nəsli kəsilmiş və təhlükə altında olan növlərinin poçt markalarında əks etdirilməsi

III

Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

2006-2009

9. BİOLOJİ MÜXTƏLİFLİKLƏ ƏLAQƏDAR OLAN MƏDƏNİ DƏYƏRLƏRİN VƏ ƏNƏNƏLƏRİN QORUNMASI

9.1. Biomüxtəlifliyin qorunması ilə bağlı yerli əhalinin mədəni-ənənəvi üsullarının müəyyən edilməsi və dəstəklənməsi

9.1.1

Yerli ənənələrin biomüxtəlifliyə potensial təsirlərinin qiymətləndirilməsi və davamlı istifadəsinə dair təkliflərin hazırlanması

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi

2006-2009

9.1.2

Biomüxtəliflik və mədəniyyət mövzusunda foto, təsviri sənət sərgisi və məqalələr müsabiqəsinin keçirilməsi

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi

2006-2009

9.1.3

Biomüxtəliflik sahəsində çalışan mütəxəssislər üçün biomüxtəliflik və təbii irsin qorunması məqsədilə seçilmiş əsərlər məcmuəsinin nəşr edilməsi

III

Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,   Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi

2006-2008

9.1.4

Təhlükəyə və deqradasiyaya məruz qalan mədəni əhəmiyyətli təbiət ərazilərinin müəyyənləşdirilməsi, bərpa imkanlarının qiymətləndirilməsi və inkişafına dair təkliflərin hazırlanması

I

Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

2006-2009



 

1

2

3

4

5

10. BİOMÜXTƏLİFLİYİN QORUNMASINI TƏMİN ETMƏK MƏQSƏDİLƏ

SOSİAL-İQTİSADİ HƏVƏSLƏNDİRMƏNİN TƏTBİQİNƏ NAİL OLUNMASI

10.1. Biomüxtəlifliyin qorunmasına kömək edən sosial və iqtisadi həvəsləndirmə tədbirlərin genişləndirilməsi

10.1.1

Xüsusi   mühafizə   olunan   təbiət

ərazilərinin  mühafizə   zonalarında

fəaliyyət   göstərən   təsərrüfatların

və əhalinin antropogen təsirlərinin

azaldılması məqsədilə bioloji müxtəlifliyin    qorunmasını,    davamlı

inkişafını   təmin   edən   təkliflərin

hazırlanması və tətbiqi

II

Ekologiya və Təbii

Sərvətlər Nazirliyi,

İqtisadi İnkişaf Nazirliyi, Dövlət Torpaq və

Xəritəçəkmə Komitəsi

2006 -2008

10.1.2

Bioloji müxtəlifliyə və ekoloji həssas ərazilərə (ekosistemlərə) antropogen təsirlərin azaldılması məqsədilə   alternativ   (ətraf mühitə  

bioloji müxtəlifliyə az təsiri olan)

fəaliyyətlərin   (yeni      yerlərinin

açılması ilə bağlı) inkişafına dair

təkliflərin hazırlanması   və həyata

keçirilməsi

III

Ekologiya və Təbii

Sərvətlər Nazirliyi,

İqtisadi İnkişaf Nazirliyi,   yerli icra

hakimiyyəti orqanları

2006-2008

10.2. Biomüxtəlifliyin qorunmasını təmin edən sosial və iqtisadi həvəsləndirmənin

hüquqi bazasının yaradılması

10.2.1

Bioloji       sərvətlərin       iqtisadi

qiymətləndirmə   mexanizmlərinin

işlənib hazırlanması

II

Ekologiya və Təbii

Sərvətlər Nazirliyi,

Milli Elmlər

Akademiyası,

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi,

Ədliyyə Nazirliyi

2006-2009

10.2.2

Kənd təsərrüfatı və digər sahələrin

ətraf mühitə təsirinin  azaldılması

məqsədilə   istehsal   olunan   məhsullara "Ekoloji təmiz məhsul" və

ya "Ekoloji təhlükəsiz məhsul" sertifikatının   verilməsinə   dair   təkliflərin  hazırlanması

II

Ekologiya və Təbii

Sərvətlər Nazirliyi,

İqtisadi İnkişaf Nazirliyi,   Ədliyyə Nazirliyi

2006-2008

11. BİOLOJİ MÜXTƏLİFLİYƏ DAİR QANUNVERİCİLİYİN

TƏKMİLLƏŞDİRİLMƏSİ

11.1. Bioloji müxtəlifliyə dair qanunvericiliyin beynəlxalq

standartların tələblərinə uyğunlaşdırılması

11.1.1

Ətraf mühitə dair, bioloji müxtəlifliyə

və ətraf mühitə təsir edən iqtisadi

sahələrə aid qanunların bioloji müxtəliflik haqqında beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə təkliflərin hazırlanması

II

Ekologiya və Təbii

Sərvətlər Nazirliyi, Milli

Elmlər Akademiyası,

İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi

2006-2008



 

1

2

3

4

5

11.1.2

\Bioloji təhlükəsizliyi, genetik ehtiyatların invazion və gen mühəndisliyi əsasında alınmış növlərinin istifadəsini və digər əlaqəli məsələləri tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması

II

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi

2006-2008

12. BİOLOJİ MÜXTƏLİFLİYİN BƏRPASI, QORUNMASI VƏ SƏMƏRƏLİ İSTİFADƏSİNƏ DAİR TƏDBİRLƏRİN MALİYYƏLƏŞDİRİLMƏSİ

12.1.  Beynəlxalq səviyyədə biomüxtəliflik üzrə investisiyaların dəstəklənməsi

12.1.1

Bioloji müxtəlifliyə dair Qlobal Ekologiya Fondunun Kiçik Qrantlar Proqramına qoşulmasının təşkili

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006-2009

12.1.2

Biomüxtəlifliyə aid layihələri maliyyələşdirən beynəlxalq maliyyə qurumlarının (donorların) imkan və tələblərinin araşdırılması və "Prioritet layihələr Portfeli"nin hazırlanması

II

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006

12.1.3

Qlobal Ekologiya Fondu ilə birgə maliyyələşdirilmə tələb edən layihələr üzrə güzəştli kreditlərin istifadə imkanlarının araşdırılması, belə layihələr barədə təkliflərin hazırlanması

III

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006-2009

12.2. Ölkə daxilində biomüxtəliflik üzrə investisiyaların dəstəklənməsi

12.2.1

Biomüxtəlifliyin qorunması və davamlı istifadəsinə dair tədbirlərin hazırlanması və həyata keçirilməsi

II

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi

2006

12.2.2

Respublika ərazisində fəaliyyət göstərən özəl qurumların prioritet layihələrin maliyyələşdirilməsinə cəlb edilməsi imkanlarının araşdırılması və tətbiqi

II

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası

2006-2009

12.2.3

Ətraf mühitin mühafizəsi üzrə dövlət fondundan biomüxtəlifliyin qorunması sahəsində prioritet layihələrin yerinə yetirilməsini təmin edən mexanizmin hazırlanması və həyata keçirilməsi

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2006-cı ildən davam edəcək


 

1

2

3

4

5

13. BİOLOJİ MÜXTƏLİFLİYƏ MƏNFİ TƏSİR GÖSTƏRƏN FƏALİYYƏT NÖVLƏRİNİN TƏNZİMLƏNMƏSİ

13.1. Bioloji müxtəlifliyə mənfi təsirlərin azaldılması

13.1.1

Bioloji müxtəlifliyə daha çox təsir edən iqtisadi sahələr üzrə fəaliyyətlərin təhlili, məlumat bankının yaradılması və bu fəaliyyətlərin bioloji müxtəlifliyə təsirinin azaldılması məqsədilə təkliflərin hazırlanması

I

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

2006

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status