×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
23.12.2005
QEYDİYYAT NÖMRƏSİ
36-IIIQD
ADI
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2006, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 67)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.02.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
250.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının bəzi qanunvericilik

Azərbaycan Respublikasının bəzi qanunvericilik

aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 405; 2001-ci il, № 11, maddələr 689, 690, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 242; 2003-cü il, № 1, maddələr 11, 16, № 6, maddə 256; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 202, № 5, maddə 314, № 6, maddə 397; 2005-ci il, № 2, maddə 62) aşağıdakı əlavələr edilsin:

1. 15-ci maddənin 2-ci bəndinə aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilsin:

 “Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə, 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir.”.

2. 22-ci maddənin ikinci hissəsinin 4-cü bəndində “məsul vəzifə tutduqda” sözlərindən sonra “və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda;” sözləri əlavə edilsin.

II. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 478; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 5, maddələr 237, 241; 2003-cü il, № 1, maddə 11, № 6, maddə 256, № 8, maddə 423; 2004-cü il, № 2, maddə 59, № 6, maddə 415, № 10, maddə 761) 56-cı maddəsinin 6-cı bəndinin üçüncü abzasında “razılığı” sözü “rəyi” sözü ilə əvəz edilsin.

III. Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyənin nümunəvi nizamnaməsi”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 1; 2001-ci il, № 12, maddə 736; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10; 2005- ci il, № 2, maddə 62) IV bölməsinin “Bələdiyyənin iclası” hissəsinin 2-ci bəndinin altıncı abzasında “yerli büdcənin” sözləri “növbəti büdcə ili üzrə yerli büdcənin layihəsinin” sözləri ilə əvəz edilsin.

IV. “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikası Qanununun

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 706; 2004-cü il, № 1, maddə 10) 13-cü maddəsinə aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilsin:

“Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə, 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir.”.

V. Azərbaycan Respublikasının 2002-ci il 5 mart tarixli 269-IIQ saylı qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi” nə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 117) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 21.4-cü maddədə “müəssisə və təşkilatlarda” sözləri “müəssisələrdə, təşkilatlarda və yerli özünüidarə orqanlarında” sözləri ilə əvəz edilsin.

2. 24.8-ci maddədə “16-cı maddəsinin birinci hissəsinə” sözləri “16-cı maddəsinin birinci və dördüncü hissələrinə” sözləri ilə əvəz edilsin və “onun müvafiq daimi komissiyasına” sözlərindən sonra “,bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana” sözləri əlavə edilsin. [1]

VI. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 216; 2003-cü il, № 6, maddə 256; 2004-cü il, № 4, maddə 212, № 5, maddə 314) 7-ci bəndinin dördüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

“Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.”.

VII. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 584; 2003-cü il, № 6, maddə 267; 2004-cü il, № 12, maddə 979; 2005-ci il, № 5, maddə 393) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. Qanuna aşağıdakı məzmunda 35.3-cü maddə əlavə edilsin:

“35.3. Yerli büdcə layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir. Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər.”.

2. 36.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“36.1. Növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədilə dərc edilir.”.

3. 39.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“39.1. Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir.”.

VIII. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 268) aşağıdakı məzmunda 4.6-cı maddə əlavə edilsin:

“4.6. Azərbaycan Respublikasının Hesablama Palatası bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın sorğusu əsasında yerli büdcənin maliyyə- büdcə ekspertizasını keçirir, rəy hazırlayır, təkliflər verir və zərurət yarandıqda audit yoxlamasını həyata keçirir.”.

IX. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə” nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 537) 6.2-ci bəndindən “,bələdiyyə şurasına” sözləri, 6.3-cü bəndindən “yaxud bələdiyyə şurasına” sözləri, 6.4-cü bəndindən “,bələdiyyə şurasına” sözləri çıxarılsın.

X. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

 

 

 

Bakı şəhəri, 23 dekabr 2005-ci il

№ 36-IIIQD


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 29 iyun 2018-ci il tarixli 1199-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 sentyabr 2018-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1820)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 iyun 2018-ci il tarixli 1199-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 sentyabr 2018-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1820) ilə V hissə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status