×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
01.03.2006
QEYDİYYAT NÖMRƏSİ
64-IIIQ
ADI
"Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2006, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 212)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.03.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
350.000.000
360.000.000
390.000.000
440.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahə-sində əməkdaşlıq haqqında" Sazişin

"Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahə-sində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında " 2005-ci il oktyabrın 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

II.            Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 1 mart 2006-cı il

№ 64-IIIQ

 

 

 

 

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası

Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop

maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil

cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında

 

SAZİŞ

Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti,

ikitərəfli əlaqələrin möhkəmləndirilməsi arzusunu rəhbər tutaraq , terrorçuluq, separatçılıq və onun digər təzahürləri ilə, həmçinin narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın zəruriliyinə əmin olaraq,

terrorçuluğun bütün forma və təzahürlərində bütün aktları, üsulları və praktikanı qeyd-şərtsiz pislədiyini təsdiqləyərək və terrorçuluqla mübarizə üçün hər cür gərəkli vasitələrdən istifadə etmək əzmini bəyan edərək,

terrorçuluğun beynəlxalq sülh və təhlükəsizliyə, dövlətlərin ərazi bütövlüyünə təhlükə yaratdığını, eləcə də dövlətlərin iqtisadi və sosial inkişafı üçün mənfi nəticələrə səbəb olduğunu dərk edərək,

transmilli mütəşəkkil cinayətkarlığın böyüməsindən, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsinin həcminin artmasından narahat olaraq, öz dövlətlərinin ərazisində terrorçuluqla, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi ilə əlaqədar olan qeyri-hüquqi fəaliyyətin qarşısını almaq və kökünü kəsmək məqsədilə əməli tədbirlər görülməsinin zəruriliyini etiraf edərək, beynəlxalq hüququn prinsip və normalarına əsaslanaraq, aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə   1

Tərəflər terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizədə öz dövlətlərinin milli qanunvericiliklərinə və beynəlxalq öhdəliklərinə əməl edərək, bu Sazişin müddəalarına uyğun əməkdaşlıq edirlər.

 

Maddə   2

Tərəflər terrorçuluqla mübarizə məqsədilə:

1.       Planlaşdırılan və ya törədilən terrorçuluq aktları, bu fəaliyyətlərə cəlb
olunmuş şəxslər və təşkilatlar, icra üsulları, habelə istifadə edilən texniki avadanlıq və vasitələr barədə məlumat mübadiləsi edirlər.

2.      Digər Tərəfin dövlət ərazisində terrorçuluq aktlarını planlaşdıran, törədən və ya törətmiş terrorçu təşkilat və qruplaşmalar, onların strukturları və iştirakçıları barəsində məlumat mübadiləsi edir, həmçinin terrorçuluqla mübarizə və dövlət təhlükəsizliyinə ciddi təhlükə törədən cinayətlərin qarşısının alınması üçün zəruri olan məlumatla bir-birlərini təmin edirlər.

3.     Terrorçuluğa aidiyyəti olan analitik materialları mübadilə edirlər.

4.     Hava və dəniz limanlarında, dəmir yolu vağzallarında təhlükəsizlik standartlarının yaxşılaşdırılması üçün dəniz və hava yolu nəqliyyatlarının, eləcə də dəmir yollarının təhlükəsizliyinə dair bilik və təcrübələrinin mübadiləsini keçirirlər.

5.     Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq, bir Tərəf və ya hər iki Tərəf digər Tərəfin sorğusu əsasında birgə operativ və digər tədbirlər həyata keçirirlər.

 

Maddə   3

Tərəflər narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların, tərkibində narkotik vasitə və psixotrop maddə olan dərmanların qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə:

1.      Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsinə cəlb olunmuş fiziki və hüquqi şəxslər haqqında, o cümlədən onlar tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların daşınması üçün istifadə edilən üsullar, marşrutlar və nəqliyyat vasitələri barəsində, həmçinin bu kateqoriyaya aid cinayətlərin qarşısının alınmasına kömək edə biləcək istənilən digər detallara dair məlumatların mübadiləsini həyata keçirirlər.

2.    Narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə kriminalistik və kriminoloji araşdırmaların nəticələrinin mübadiləsini edirlər.

3.     Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların nəzarət altında olan daşınması üzrə təcrübə mübadiləsi edirlər.

4.    Zərurət yarandıqda, qeyri-hüquqi məqsədlər üçün istifadə edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların nümunələrini bir-birlərinə təqdim edirlər.

5.    Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların beynəlxalq
qeyri-qanuni dövriyyəsi üsulları barədə məlumat mübadiləsi edirlər.

6.    Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq, bir Tərəf və ya hər iki Tərəf, digər Tərəfin sorğusu əsasında birgə operativ və digər tədbirlər həyata keçirir.

 

Maddə   4

Tərəflər mütəşəkkil cinayətkarlığın təhlükəli növləri ilə mübarizə məqsədilə əməkdaşlıq edərək:

1. Mütəşəkkil cinayətkarlığa, kriminal təşkilat və qruplaşmaların strukturlarına cəlb olunmuş şəxslər, ayrı-ayn şəxslərin və qruplaşmaların münasibətləri barəsində, cinayətə aid olan şərtlər (xüsusilə cinayətin törədilməsi üsulu, vaxtı və yeri barədə), görülən tədbirlər, həmçinin maraqlı ola biləcək digər detallar haqqında informasiya mübadiləsi həyata keçirirlər.

2. Daxil olan sorğuları yerinə yetirirlər

         Sorğuda     aşağıdakılar qeyd olunmalıdır:

-   sorğu yönəldilən orqanın adı;

-   sorğunu yönəldən orqanın adı;

-   sorğuların məlumatın məğzi;

-   sorğuların məlumatın alınmasının vacibliyinin qısa şəkildə əsaslandırılması;

-   sorğunun yerinə yetirilməsi üçün zəruri olan digər məlumat.

Sorğu onu göndərən orqanın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır.

3. Müvafiq sorğunu aldıqdan sonra cinayət fəaliyyətinin araşdırılması nəticəsində əldə edilən, cinayətlərin törədilməsi zamanı istifadə olunmuş əşya və nümunələr barəsində məlumatı bir-birlərinə təqdim edirlər. Beynəlxalq cinayətkarlığın yeni formalarının qarşısının alınması sahəsində məlumat və təcrübələrin mübadiləsini həyata keçirirlər.

4.     Mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə kömək etmək və daha yüksək səviyyəli təcrübə qazanmaq, habelə təhqiqat texnikasının ən yeni nailiyyətlərini, eləcə də cinayətkarlıqla mübarizə üçün istifadə olunan avadanlıq, vasitə və üsulları qarşılıqlı surətdə öyrənmək məqsədilə təhsil və ixtisasın artırılması sahəsində mütəxəssis mübadiləsini həyata keçirirlər.

5.     Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq, bir Tərəf və ya hər iki Tərəf, digər Tərəfin sorğusu əsasında birgə operativ və digər tədbirlər həyata keçirirlər.

 

Maddə   5

1. Bu Sazişin müddəalarını yerinə yetirmək üçün Tərəflərin səlahiyyətli orqanları aşağıdakılardır:

Azərbaycan Respublikası üçün - Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi.

Latviya Respublikası üçün - Daxili İşlər Nazirliyi, Dövlət Polisi, Təhlükəsizlik Polisi, Dövlət Sərhəd Xidməti; Dövlət Gəlirləri Xidməti.

Əgər Tərəflər münasibətlərin yeni qaydaları barəsində razılığa gəlməzlərsə, Tərəflərin səlahiyyətli orqanları bu Sazişin müddəalarını yerinə yetirmək məqsədilə öz səlahiyyətləri daxilində fəaliyyətlərini əlaqələndirirlər.

2.     Tərəflərin səlahiyyətli orqanları konkret sahələrdə əməkdaşlığın növlərini və ayrı-ayrı Protokollarda kommunikasiya növlərini müəyyənləşdirə bilərlər.

3.     Tərəflər bu Sazişin 10-cu maddəsində göstərilən dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə xəbərdarlıqla birgə, kommunikasiya üçün zəruri olan informasiya mübadiləsini də həyata keçirirlər.

4.     Tərəflər bu maddənin 1-ci hissəsində göstərilən səlahiyyətli orqanların siyahısında baş verən dəyişikliklər barədə bir-birini dərhal diplomatik kanallar vasitəsilə məlumatlandıracaqlar.

5.     Tərəflər bu Saziş əsasında əməkdaşlığı həyata keçirərkən rus dilindən istifadə edirlər.

Maddə   6

Əməkdaşlıq zamanı şəxslər barəsində alınmış məlumatların qorunması üçün aşağıdakı şərtlər qüvvədədir:

1.       Məlumatı alan Tərəf bu məlumatdan yalnız məlumatı göndərən Tərəfin qoyduğu şərtlər və məqsədlər üçün istifadə edə bilər.

2.     Məlumat göndərən Tərəfin sorğusu üzrə, məlumatı alan Tərəf təqdim olunan məlumatların istifadəsi və alınan nəticələr barədə informasiya təqdim edir.

3.     Tərəflər bu Saziş çərçivəsində şəxsi məlumatları yalnız Tərəflərin səlahiyyətli orqanlarına təqdim edə bilərlər. Bu məlumatlar digər təşkilatlara yalnız məlumatı göndərən Tərəfin ilkin razılığı üzrə ötürülə bilər.

4.     Məlumatı göndərən Tərəf təqdim olunacaq məlumatların dəqiqliyinə, həmçinin bu məlumatların ötürülməsinə lüzum olub-olmamasına və onun ehtimal edilən məqsədlərə müvafiq olub-olmamasına əmin olur. Əgər yanlış və ya məhdudiyyət qoyulmuş məlumatlar göndərilibsə, məlumatı alan Tərəf dərhal bu haqda məlumatlandırılır. Məlumatı alan Tərəf lazım olan düzəlişləri edir və ya məhdudiyyət qoyulmuş məlumatları dərhal məhv edir.

5.      Hər bir şəxsin öz barəsində olan məlumatı istəmək, həmçinin bu məlumatın planlaşdırılmış istifadəsi barədə izahat xahiş etmək haqqı vardır. Şəxsə təqdim olunan informasiyaya dair məlumat göndərən Tərəfin milli qanunvericiliyi tətbiq olunur.

6.      Məlumatlar təqdim edilərkən, məlumat göndərən Tərəf öz dövlətinin milli qanunvericiliyinə uyğun olaraq bu məlumatların məhv edilməsi üçün ən son tarixi müəyyən edir. Buna baxmayaraq, təqdim edilən şəxsi məlumatlar onlara olan lüzum bitdikdən sonra məhv edilməlidir. Hər bir Tərəf əldə edilən məlumatların məhvi və bunun səbəbləri barədə digər Tərəfi dərhal məlumatlandırır. Alınmış məlumatlar bu Sazişin qüvvədə olduğu müddət bitdikdən sonra məhv edilir.

7.      Hər iki Tərəf şəxsi məlumatların göndərilməsi, alınması və məhv edilməsi siyahısını tərtib edir.

8.      Tərəflər təqdim edilən şəxsi məlumatları icazəsiz müdaxilədən, dəyişdirilmədən və dərc olunmadan əməli olaraq qoruyur.

Maddə   7

1.      Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq, Tərəflərdən birinin təsnif etdiyi məlumatların məxfiliyini, məlumatı göndərən Tərəfin milli qanunvericiliyinə uyğun ölçüdə qoruyacaqlar.

2.     Bu Sazişin iştirakçısı olmayan tərəfə, bu Saziş çərçivəsində ötürülə biləcək sənədlər, məlumatlar və texniki avadanlıqlar, yalnız onları göndərən Tərəfin səlahiyyətli orqanının yazılı razılığı əsasında ötürülə bilər.

 

Maddə   8

1.      Əgər sorğu yönəldilən Tərəf sorğunun yerinə yetirilməsinin öz əksinin
suverenliyinə, təhlükəsizliyinə, ictimai asayişinə və ya digər önəmli maraqlarına zərər vura biləcəyini, yaxud dövlətin qanunvericiliyinə və ya beynəlxalq öhdəliklərinə zidd olduğunu hesab edirsə, onda bu Saziş çərçivəsində yardım edilməsindən tam və ya qismən imtina edilə bilər.

2.     Sorğunu göndərən Tərəf sorğunun yerinə yetirilməsindən tam və ya qismən imtina edilməsi barədə bunun səbəbləri göstərilməklə yazılı şəkildə məlumatlandırılır.

Maddə   9

1.         Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq müqavilələr üzrə hüquq və öhdəliklərinə toxunmur.

2.   Bu Sazişə hər iki Tərəfin razılığı ilə həmin Sazişin ayrılmaz hissəsi olan ayrı-ayrı protokollar şəklində tərtib edilən və bu Sazişin 10-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə uyğun nəzərdə tutulan qaydalara əsasən qüvvəyə minən və fəaliyyətini dayandıran dəyişikliklər və əlavələr edilə bilər.

3. Bu Sazişin tətbiq olunması və şərhinə dair mübahisəli məsələlər Tərəflərin razılığı ilə müəyyən olunmuş prosedurlar çərçivəsində danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunacaqdır.

Maddə   10

1.       Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurları yerinə yetirməsini təsdiq edən sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

2.      Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Hər bir Tərəf bu barədə diplomatik kanallar vasitəsilə yazılı şəkildə məlumat verərək, bu Sazişin fəaliyyətini dayandıra bilər. Bu Sazişin fəaliyyəti Tərəflərdən birinin onun fəaliyyətini dayandırmaq qərarı haqda aldığı yazılı bildirişin tarixindən 6 ay sonra dayandırılır. Həmin müddət ərzində Tərəflər bu Sazişin qüvvədə olduğu müddətdə üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirməlidirlər.

Bakı şəhərində 3 oktyabr 2005-ci il tarixində Azərbaycan, latış və rus dillərində yazılmış, hər biri eyni qüvvəyə malik olan iki əsl nüsxədə imzalanmışdır.

Bu Sazişin müddəalarını şərh edərkən, fikir ayrılıqları meydana çıxdığı təqdirdə, Tərəflər rusca yazılmış mətndən istifadə edəcəklər.

 

 

Azərbaycan Respublikası                         Latviya Respublikası

Hökuməti tərəfindən                                Hökuməti tərəfindən

(imza)                                                                       (imza)

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status