AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
20.04.2006
QEYDİYYAT NÖMRƏSİ
395
ADI
“Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2006, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 327)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.04.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz

“Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI [1]

 

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1.  "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1.  on gün müddətində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının işçilərinin ümumi say həddini təsdiq etsin və cari ildə maliyyələşmə məsələlərini həll etsin; [2]

2.2.  bir ay müddətində qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3.  bu Fərmandan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

3.  Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 aprel 2006-cı il

       395

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında [3]

 

Ə S A S N A M Ə

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.   Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (bundan sonra - Administrasiya) Azərbaycan Respublikasının ərazisində dəniz nəqliyyatı sahəsində (bundan sonra - müvafiq sahədə) bu Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2.   Administrasiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3.   Administrasiya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4.   Administrasiya müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan və ingilis dillərində öz adı həkk olunmuş möhürə, rəsmi emblemə, özünün xüsusi bayrağına, müvafiq ştamplara və blanklara malikdir.

Administrasiyanın işçiləri xüsusi xidməti geyim formasına malikdirlər. [4]

5.   Administrasiyanın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. [5]

6.   Administrasiya Bakı şəhərində yerləşir.

 

2. ADMİNİSTRASİYANIN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

7. Administrasiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1.  müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2.  müvafiq sahənin inkişafını təmin edir.

 

3. ADMİNİSTRASİYANIN VƏZİFƏLƏRİ

 

8. Administrasiya bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1.  müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;

8.2.  dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.3.  digər icra hakimiyyəti orqanlarının qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

8.4.  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.5.  qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;

8.6.  qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

8.7.  qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

8.8.  müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.9.  qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

8.10. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək; [6]

8.11. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək; [7]

8.12. Administrasiyanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.13. Administrasiyanın fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.14. Azərbaycan Respublikasının ərazisində liman nəzarətini və Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə münasibətdə bayraq nəzarətini həyata keçirilməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək; [8]

8.15. dəniz üzgüçülüyünün təhlükəsizlik sistemini təşkil etmək və Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyü qaydalarına nəzarət edilməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək; [9]

8.16. Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyündə bələdçi xidmətinin fəaliyyətinə nəzarəti həyata keçirmək;

8.17. tabeliyindəki qurum vasitəsilə Azərbaycan Respublikasının ərazisində gəmilərin üzmə rejimini təşkil etmək və həmin rejimə riayət edilməsinə nəzarəti həyata keçirmək, gəmilərin hərəkətini tənzimləmək məqsədi ilə gəmi sürücülərinə icrası məcburi olan göstərişlər vermək; [10]

8.18. qanunvericiliklə müəyyən edilmiş qaydada, öz səlahiyyətləri daxilində, müvafiq sahənin sabit fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görmək;

8.19. dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində, tədbirlər görmək;

8.20. qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada, dənizdə batmış üzmə vasitələrinin (əmlakı ilə birlikdə) çıxarılmasını təşkil etmək və onun mühafizə olunması üçün zəruri tədbirlər həyata keçirmək;

8.21. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq, habelə gəmilərdə texniki müayinə aparmaq, gəmilərdən tonnaj yığımını təmin etmək və gəmi sənədlərini vermək; [11]

8.22. Azərbaycan Respublikasında təsnifat cəmiyyətlərinin fəaliyyət göstərməsinə razılıq vermək və onların fəaliyyətinə nəzarət etmək; [12]

8.23. qanunvericiliklə müəyyən edilmiş qaydada gəmilərə çağırış siqnallarının, gəmi radiostansiyasının fərdi çağırış nömrələrinin və gəmi peyk rabitə stansiyasının identifikasiya nömrələri daxil olmaqla, müvafiq sənədlərin verilməsi üçün zəruri tədbirlər görülməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək; [13]

8.24. gəmilərin saxlanılmasına və istismarına dair texniki tələbləri və qaydaları hazırlamaq və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək;

8.25. qanunvericiliklə müəyyən edilmiş qaydada dənizçilik rütbələrinin verilmə qaydalarının layihələrini hazırlamaq və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək, dənizçilərə ixtisas şəhadətnamələri (diplomları) və dənizçinin şəxsiyyət sənədlərini vermək; [14]

8.25-1. Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması barədə müvafiq şəhadətnamələr vermək. [15]

8.26. qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada müvafiq sahəyə aid obyektlərdə qəza hallarının araşdırılmasını həyata keçirmək və onların qeydiyyatını aparmaq; [16]

8.27. müəyyən edilmiş qaydada dəniz yollarında naviqasiya təminatına nəzarəti həyata keçirilməsini, Azərbaycan Respublikasının ərazi sularında Gəmilərin Hərəkətini İdarəetmə Sistemini (GHİS) təşkil edilməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək; [17]

8.28. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahəyə aid olan obyektlərin, gəmilərin, texniki gəmi avadanlıqlarının və digər qurğuların tikintisi, istismarı, təmiri və yenidən təchizatı ilə əlaqədar tələbləri hazırlamaq və təsdiq etmək;

8.28-1. dəniz yollarını, habelə dəniz yollarında və sahildə naviqasiya avadanlıqlarının quraşdırılması yerlərini müəyyən etmək; [18]

8.29. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahəyə aid olan obyektlərin (limanlar, yükaşırma terminalları) inşası, yenidən qurulması və texniki baxımdan müasirləşdirilməsinin texniki göstəricilərini yoxlamaq və rəy vermək; [19]

8.30. qanunvericiliklə müəyyən edilmiş qaydada limanlar, yükaşırma terminalları daxil olmaqla dəniz nəqliyyatı obyektlərinin tikintisinə icazə vermək; [20]

8.30-1. limanların dövlət reyestrinin aparılmasını təmin etmək; [21]

8.30-2. limanların fəaliyyətə başlamasına hazırlıq səviyyəsini yoxlamaq;

8.30-3. limanların müvəqqəti bağlı elan edilməsinə dair qərar qəbul etmək;

8.30-4. limanların bağlı elan edilməsinə dair vəsatətlə çıxış etmək;

8.30-5. gəmi agenti xidməti göstərmək üçün fiziki və hüquqi şəxslərə sertifikatlar vermək;

8.30-6. tabeliyindəki qurum tərəfindən dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərin (naviqasiya, bələdçi, kanal, lövbər, mayak, gəmi yığımı və s.) göstərilməsinə görə müəyyən olunmuş tariflərə əsasən yığımların təmin olunmasına nəzarət etmək;

8.30-7. limanlarda dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyat və sağlamlığının, dəniz ətraf mühitinin mühafizəsi ilə əlaqədar icrası məcburi olan göstərişlər vermək;

8.30-8. limanlara “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”də nəzərdə tutulmuş sənədlərin verilməsini təmin etmək;

8.31. mülkiyyət növündən və milli mənsubiyyətindən (Dövlət bayrağından) asılı olmayaraq, gəmilərdən və obyektlərdən neft və neft məhsullarının və digər zərərli maddələrin dənizə axıdılmasının qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində zəruri tədbirlər görmək;

8.32. Azərbaycan Respublikasının Xəzər dənizinin axtarış-xilasetmə məsul sektorunda Azərbaycan Respublikasının və xarici dövlətlərin dəniz və aviasiya qəza-xilasetmə xidmətləri tərəfindən dənizdə qəzaya uğramış insanların axtarışı və xilas edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində iştirak etmək;

8.33. müvafiq sahədə qanunvericiliyin tələblərinə uyğun olaraq əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsində  qanunvericiliklə  müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində iştirak etmək;

8.34. gəmi və dəniz nəqliyyatının digər obyektləri ilə kriptoqrafik rabitənin təşkilində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək;

8.35. mülkiyyət növündən asılı olmayaraq, bütün gəmi və digər üzən qurğuların adlandırılması (kiçik həcmli gəmilər istisna olmaqla) qaydalarını, habelə Azərbaycan Respublikasının ərazi sularında üzmə qaydalarını hazırlamaq;

8.36. Dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində normativ hüquqi aktlar hazırlamaq və təsdiq etmək; [22]

8.36.1. Dənizçilik sahəsində təhsil sistemini "Dənizçilərin hazırlanması, sertifikatlaşdırılması və növbə çəkmələri haqqında" (STCW-78) Beynəlxalq Konvensiyaya müvafiq olaraq təşkil etmək, dənizçilərin hazırlanmasına dair təhsil, kurs proqramları;

8.36.2. "Donanmanın Fəxri İşçisi" adlarının verilməsi qaydaları;

8.36.3. Azərbaycan Respublikasının gəmiçilik şirkətləri üçün qəza hallarında tədbirlər planının təşkili üzrə Təlimat;

8.36.4. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə;

8.36.5. Dənizçilərin hazırlanması və sertifikatlaşdırılması mərkəzi haqqında Əsasnamə;

8.36.6. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində istehsalat və üzgüçülük təcrübəsinin təşkili və aparılması haqqında Əsasnamə;

8.36.7. Fəlakət zamanı təhlükəsizliyin təmin edilməsi üçün qlobal dəniz rabitə sisteminin tətbiqi haqqında Əsasnamə;

8.36.8. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində növbəçəkmənin təşkili və icrası üzrə Təlimat;

8.36.9. "Dənizçilərin hazırlanması, sertifikatlaşdırılması və növbə çəkmələri haqqında" (STCW-78) Beynəlxalq Konvensiyanın tələblərinin gəmiçilik şirkətləri tərəfindən yerinə yetirilməsi üçün təlimatlar;

8.36.10. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində komandir heyəti üzvləri üçün kadrların seçilməsi, vəzifəyə təyin edilməsi və xidməti vəzifələrin artırılması barədə Əsasnamə;

8.36.11. Gəmilərin qəza hadisələrinin təsnifatı, təhqiqatı və qeydə alınması qaydaları;

8.36.12. Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə;

8.36.13. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair qaydaları hazırlamaq və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək.

8.36-1. su nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək; [23]

8.37. müvafiq sahəyə aid olan qanunvericiliyin pozulmasına görə şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;

8.38. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4. ADMİNİSTRASİYANIN HÜQUQLARI

 

9. Administrasiya öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1.   müvafiq sahəyə aid normativ hüquqi aktların və sahə standartlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək; [24]

9.2.  müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

9.3.  müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.4.  qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.5.  müvafiq sahəyə aid olan tədbirlərdə iştirak etmək;

9.6.  fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

9.7.  müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək; [25]

9.8.  müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.9.  qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq; [26]

9.10.  qanunvericiliyə uyğun olaraq gəmi heyəti üzvlərinə verilmiş şəhadətnamələri (diplomları) ləğv etmək və ya onların qüvvədə olmasını dayandırmaq;

9.11.  xarici dövlətin bayrağı altında üzən gəmilər vasitəsilə kabotaja icazə verilməsi məsələlərini həll etmək;

9.12.  müəyyən edilmiş qaydada müvafiq sahədə baş verən qəza hadisələrinin və onların baş verməsi səbəblərinin araşdırılmasını və təhqiqatın liman kapitanları və gəmi sahibləri tərəfindən aparılması üçün zəruri tədbirlər görmək;

9.13.  müvafiq sahədə işçi qrupları və komissiyalar yaratmaq;

9.14. müvafiq sahə ilə bağlı konfranslar, seminarlar və digər tədbirlər keçirmək;

9.15. dəniz üzgüçülüyünün təhlükəsizliyinə və sahil zonasının çirkləndirilməməsinə dair tələblərin yerinə yetirilməməsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək;

9.16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının ərazisində mülkiyyət növündən və milli mənsubiyyətindən (Dövlət bayrağından) asılı olmayaraq, bütün dəniz gəmilərinə, liman və digər dəniz nəqliyyatı obyektlərinə maneəsiz daxil olmaq;

9.17. qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində müvafiq sertifikatların (diplomların) verilməsi üzrə ixtisas komissiyaları yaratmaq, onların fəaliyyətinə rəhbərlik etmək, habelə müvafiq sahədə aidiyyəti təşkilatları cəlb etməklə birgə komissiyaların işini təşkil etmək;

9.18. dəniz və digər nəqliyyat növləri arasında nəqliyyat qovşaqlarında yük sahibləri, operatorlar, ekspeditorlar, agentlik və digər təşkilatlarla qarşılıqlı münasibətlərin təkmilləşdirilməsinə dair təkliflər vermək;

9.19. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. ADMİNİSTRASİYANIN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

10. Administrasiyanın aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Administrasiyanın vahid sistemini təşkil edir. Administrasiya öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. [27]

11. Administrasiyanın işçilərinin ümumi say tərkibi və strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Administrasiyanın strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. [28]

12. Administrasiyanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Administrasiyanın rəisi Administrasiyaya həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13. Administrasiyanın rəisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. [29]

14. Administrasiya rəisinin müavinləri onlara Administrasiyanın rəisi tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

15. Administrasiyanın rəisi:

15.1. Administrasiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

15.2. Administrasiyanın aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir; [30]

15.3. müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin say həddi daxilində Administrasiyanın aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

15.4. Administrasiyanın aparatının işçilərini və digər qurumlarının rəhbərlərini və ya həmin qurumların rəhbərləri ilə yanaşı, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

15.5. qanunvericiliklə müəyyən olunmuş qaydada liman kapitanlarını təyin edir və onların fəaliyyətinə nəzarəti həyata keçirir;

15.6. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahədə beynəlxalq sənədlər üzrə danışıqlar aparır, onları müəyyən edilmiş qaydada imzalayır və icrasına nəzarətin həyata keçirilməsini təmin edir;

15.7. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

15.8. Administrasiyanın vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

15.9. Administrasiyanı təmsil edir;

15.10.  qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

15-1. Administrasiyanın rəisi öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə tapşıra bilər. [31]

16. Administrasiyada Administrasiyanın rəisindən (kollegiya sədri), onun müavinindən (müavinlərindən) və Administrasiyanın rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Orqanın kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

17. Administrasiyanın kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

18. Administrasiyanın kollegiyası öz iclaslarında Administrasiyanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

19. Administrasiyanın kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Administrasiyanın kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Administrasiyanın kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

20. Administrasiyanın kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Administrasiyanın rəisi tərəfindən təsdiq edilir.

21. Administrasiyanın kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Administrasiyanın rəisi bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Administrasiyanın kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

22. Administrasiyanın kollegiyasının iclaslarına, zəruri hallarda, digər icra hakimiyyəti orqanlarının və təşkilatlarının, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər. [32]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 avqust 2008-ci il tarixli 813 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 720)

2.       11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)

3.       27 noyabr 2008-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 noyabr 2008-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 980)

4.       21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289)

5.       15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)

6.       06 iyul 2012-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 678)

7.       25 iyun 2013-cü il tarixli 927 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 655)

8.       14 may 2014-cü il tarixli 161 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 may 2014-cü il, № 102; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 474)

9.       22 dekabr 2014-cü il tarixli 420 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 dekabr 2014-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1574)

10.    16 sentyabr 2015-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 sentyabr 2015-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1008)

11.    22 may 2018-ci il tarixli 90 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 958)

 

FƏRMANA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 may 2018-ci il tarixli 90 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 958) ilə “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ləğv edilmişdir.

 

[2] 27 noyabr 2008-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 noyabr 2008-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 980) ilə adından, preambulasından, 1-ci və 2.1-ci bəndlərindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılmışdır.

 

[3] 27 noyabr 2008-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 noyabr 2008-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 980) ilə "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"nin adından və 1-ci bəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılmışdır.

 

[4] 27 noyabr 2008-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 noyabr 2008-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 980) ilə "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"nin 4-cü bənddə "öz adı həkk olunmuş möhürə" sözləri "Azərbaycan və ingilis dillərində öz adı həkk olunmuş möhürə, rəsmi emblemə, özünün xüsusi bayrağına" sözləri ilə əvəz edilmişdir və 4-cü bəndə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

 

[5] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»nin 5-ci bənddə «mövcud qanunvericiliyə zidd olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilmişdir.

 

[6] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»nin 8.10-cu bənddə «məlumatlandırılmasını» sözündən sonra «, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini» sözləri əlavə edilmişdir.

 

[7] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»nin 8.11-ci bənddə «təmin etmək» sözlərindən sonra «, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək» sözləri əlavə edilmişdir.

15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 8.11-ci bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə, 8.36.13-cü bəndində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

 

[8] 06 iyul 2012-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 678) ilə «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»də 8.17-ci bənddə “həyata keçirmək” sözlərindən sonra “,gəmilərin hərəkətini tənzimləmək məqsədi ilə gəmi sürücülərinə icrası məcburi olan göstərişlər vermək” sözləri əlavə edilmişdir.

25 iyun 2013-cü il tarixli 927 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 655) ilə “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 8.14-cü, 8.21-ci və 8.36.13-cü yarımbəndlərində “bayrağı” sözündən əvvəl “Dövlət” sözü əlavə edilmişdir.

14 may 2014-cü il tarixli 161 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 may 2014-cü il, № 102; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 474) ilə 8.14-cü bənddə “həyata keçirmək” sözləri “həyata keçirilməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək” sözləri ilə əvəz edilmişdir.

 

[9] 14 may 2014-cü il tarixli 161 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 may 2014-cü il, № 102; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 474) ilə 8.15-ci bənddə “nəzarət etmək” sözləri “nəzarət edilməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək” sözləri ilə əvəz edilmişdir.

 

[10] 06 iyul 2012-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 678) ilə «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»də 8.17-ci bənddə “həyata keçirmək” sözlərindən sonra “,gəmilərin hərəkətini tənzimləmək məqsədi ilə gəmi sürücülərinə icrası məcburi olan göstərişlər vermək” sözləri əlavə edilmişdir.

14 may 2014-cü il tarixli 161 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 may 2014-cü il, № 102; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 474) ilə 8.17-ci bənddə “Azərbaycan Respublikasının” sözlərindən əvvəl “tabeliyindəki qurum vasitəsilə” sözləri əlavə edilmişdir.

 

[11] 27 noyabr 2008-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 noyabr 2008-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 980) ilə "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"nin 8.21-ci bənddə "gəmi sənədlərini vermək" sözləri "gəmilərdə texniki müayinə aparmaq, gəmilərdən tonnaj yığımını təmin etmək və gəmi sənədlərini vermək" sözləri ilə əvəz edilmişdir.

 

[12] 06 iyul 2012-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 678) ilə «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»də 8.22-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.22. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası dəniz registrinin fəaliyyətini tənzimləmək, habelə Azərbaycan Respublikasında beynəlxalq təsnifat cəmiyyətlərinin fəaliyyət göstərməsinə razılıq vermək və onların fəaliyyətinə nəzarət etmək;

 

[13] 14 may 2014-cü il tarixli 161 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 may 2014-cü il, № 102; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 474) ilə 8.23-cü bənddə “tədbirlər görmək” sözləri “tədbirlər görülməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək” sözləri ilə əvəz edilmişdir.

 

[14] 6 avqust 2008-ci il tarixli 813 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 720) ilə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 8.25-ci bəndindən “dənizçi pasportlarının,” sözləri çıxarılmışdır və “dənizçi pasportları” sözləri “dənizçinin şəxsiyyət sənədlərini” sözləri ilə əvəz edilmişdir.

 

[15] 27 noyabr 2008-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 noyabr 2008-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 980) ilə "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"yə yeni məzmunda yeni 8.25-1 bənd əlavə edilmişdir.

 

[16] 27 noyabr 2008-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 noyabr 2008-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 980) ilə "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"yə 8.26-cı bənddə "təhqiqatına kömək göstərmək" sözləri "araşdırılmasını həyata keçirmək və onların qeydiyyatını aparmaq" sözləri ilə əvəz edilmişdir.

 

[17] 14 may 2014-cü il tarixli 161 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 may 2014-cü il, № 102; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 474) ilə 8.27-ci bənddə “həyata keçirmək” sözləri “həyata keçirilməsini” sözləri ilə, “təşkil etmək” sözləri “təşkil edilməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək” sözləri ilə əvəz edilmişdir.

 

[18] 14 may 2014-cü il tarixli 161 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 may 2014-cü il, № 102; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 474) ilə 8.28-1-ci bənd əlavə edilmişdir.

 

[19] 16 sentyabr 2015-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 sentyabr 2015-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1008) ilə 8.29-cu bənddən “liman məntəqələri,” sözləri çıxarılmışdır.

 

[20] 16 sentyabr 2015-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 sentyabr 2015-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1008) ilə 8.30-cu bənddən “liman məntəqələri və” sözləri çıxarılmışdır.

 

[21] 14 may 2014-cü il tarixli 161 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 may 2014-cü il, № 102; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 474) ilə 8.30-1 – 8.30-8-ci bəndlər əlavə edilmişdir.

 

[22] 27 noyabr 2008-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 noyabr 2008-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 980) ilə "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"yə yeni məzmunda 8.36-cı bənd əlavə edilmişdir, 8.36-8.37-ci bəndlər müvafiq olaraq 8.37-8.38-ci bəndlər hesab edilmişdir.

 

06 iyul 2012-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 678) ilə «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»də 8.36-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.36. Administrasiya aşağıdakı normativ hüquqi aktları hazırlayır və təsdiq edir:

 

[23] 22 dekabr 2014-cü il tarixli 420 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 dekabr 2014-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1574) ilə “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”yə yeni məzmunda 8.36-1-ci yarımbənd əlavə edilmişdir.

 

[24] 06 iyul 2012-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 678) ilə «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»də 9.1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

9.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

 

[25] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»nin 9.7-ci bənd çıxarılmışdır.

 

[26] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»nin 9.9-cu bənddən «, internet saytı yaratmaq və ondan istifadə etmək» sözləri çıxarılmışdır.

 

[27] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»yə 28.1. 10-cu bənddə «onun strukturuna daxil olan qurumlar» sözlərindən sonra «və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair)» sözləri əlavə edilmişdir.

 

[28] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»yə 11-ci bənd üzrə birinci cümlədə «say tərkibi» sözlərindən sonra «və strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısı» sözləri əlavə edilmişdir və ikinci cümlədə «Administrasiya» sözü «Azərbaycan Respublikasının Prezidenti» sözləri ilə əvəz edilmişdir.

 

[29] 27 noyabr 2008-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 noyabr 2008-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 980) ilə "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"yə 13-cü bənddə "Azərbaycan Respublikasının Nazirlər Kabineti" sözləri "Azərbaycan Respublikasının Prezidenti" sözləri ilə əvəz edilmişdir.

 

[30] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»yə 15.2-ci bənddə «strukturuna daxil olan qurumların» sözləri «qurumlarının» sözü ilə əvəz edilmişdir və «əsasnamələrini» sözündən sonra «(nizamnamələrini)» sözü əlavə edilmişdir.

21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»nin 15.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Administrasiyanın aparatının struktur bölmələrinin və qurumlarının  əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

 

[31] 14 may 2014-cü il tarixli 161 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 may 2014-cü il, № 102; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 474) ilə 15-1-ci bənd əlavə edilmişdir.

 

[32] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»nin 22-ci bənddən «rəhbərləri» sözü çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status