Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təşkil edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini təşkil etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Təcili Xilasetmə Xidmətinin fəaliyyətinin təmin edilməsi məqsədilə “
2. Fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qala bilən strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin mühafizəsini təşkil etmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbiləşdirilmiş xüsusi mühafizə xidməti yaradılsın.
3. “Xəzər İxtisaslaşdırılmış Hövzə Qəza-Xilasetmə” Açıq Tipli Səhmdar Cəmiyyətinin balansında olan gəmiyanalma körpüləri və gəmilər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilsin.
4. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 622; 2002-ci il, № 8, maddə 478; 2005-ci il, № 4, maddə 299) 2-ci bəndinin dördüncü abzasında “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri və “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 405; 2002-ci il, № 8 maddə, 478; 2003-cü il, № 10, maddə 585; 2004-cü il, № 1 maddə 19; 2005-ci il, № 4, maddə 299) 1-ci bəndində “vergilər” sözündən sonra “fövqəladə hallar” sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. bu Fərmanın 3-cü bəndində nəzərdə tutulmuş gəmilərin siyahısını təsdiq etsin;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2006-cı il
№ 375