AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
17.04.2006
QEYDİYYAT NÖMRƏSİ
1415
ADI
Dövlət əhəmiyyətli ziyafətlərin keçirilməsinin təmin edilməsi üçün bəzi tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2006, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 344)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.04.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dövlət əhəmiyyətli ziyafətlərin keçirilməsinin təmin edilməsi

Dövlət əhəmiyyətli ziyafətlərin keçirilməsinin təmin edilməsi

üçün bəzi tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasında dövlət əhəmiyyətli ziyafətlərin və tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin etmək, habelə "Gülüstan" şadlıq sarayının fəaliyyətini təkmilləşdirmək və onun maddi-texniki təminatını gücləndirmək məqsədilə qərara alıram:

1.       "Gülüstan" şadlıq sarayı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilsin.

2.     Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilən "Gülüstan" şadlıq sarayı "Gülüstan" sarayı adlandırılsın.

3.     Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilən "Gülüstan" sarayına Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilat statusu verilsin və onun saxlanılması xərcləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin.

4.     "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun
təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci
il 11 iyul tarixli 886 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən
maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
sektoru statusuna malik olan təşkilatların siyahısı"na aşağıdakı məzmunda 8-
ci bənd əlavə edilsin:

"8. "Gülüstan" sarayı.".

5.     "Gülüstan" sarayı digər fəaliyyəti nəticəsində əldə olunan gəlirlər hesabına büdcədənkənar vəsaitlərin formalaşdırılmasını və bu vəsaitlərin istifadəsini mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirir.

6.     Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi bu Sərəncamdan
irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

7.     Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

7.1.  cari ilin sonuna kimi "Gülüstan" sarayının fəaliyyəti ilə bağlı tələb
olunan vəsaitin maliyyələşdirilməsini müvafiq qaydada təmin etsin;

7.2.   2007-ci il və növbəti illər üçün dövlət büdcəsi layihəsində "Gülüstan"
sarayının fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının (İşlər İdarəsinin tabeliyində olan təşkilatlar
daxil olmaqla) saxlanılması xərclərində müvafiq vəsaitin nəzərdə tutulmasını
təmin etsin. [1]

8.  Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 aprel 2006-cı il

                  1415


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 13 oktyabr 2021-ci il tarixli 2955 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1137)

 

SƏRƏNCAMA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 oktyabr 2021-ci il tarixli 2955 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1137) ilə 4-7-ci hissələri ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status