“Hərbi nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Hərbi nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 265 nömrəli Fərmanının 1.5-ci, 1.6-cı və 1.7-ci bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Hərbi nəqliyyat vasitələrinin uçot Qaydaları”, “Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin hərbi nəqliyyat vasitələri ilə təmin olunması Qaydaları” və “Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını və texniki sazlığını təmin edən tədbirlərin və məcburi tələblərin siyahıları, habelə uçot və hesabat sənədlərinin nümunələri” təsdiq edilsin (əlavə olunur).
[1]
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 4 aprel 2006-cı il
№ 96
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Hərbi nəqliyyat vasitələrinin uçot
QAYDALARI
[2]
ÜMUMİ MÜDDƏALAR
1.1.
Bu Qaydalar "Hərbi nəqliyyat vəzifəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 265 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən hazırlanmışdır və hərbi nəqliyyat vasitələrinin uçot qaydalarını müəyyən edir.
1.2.
Bu Qaydalarda hərbi nəqliyyat vasitələri dedikdə, Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunmalı dəmir yolu, su, hava, boru kəməri, avtomobil, at-araba və yükdaşıyan heyvan nəqliyyatı, motosikletlər, traktorlar, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat və digər maşın və mexanizmlər başa düşülür.
1.3.
Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin hərbi nəqliyyat vasitələrilə vaxtında, keyfiyyətli və tam həcmdə təmin olunması məqsədilə hərbi nəqliyyat vasitələrinin uçotu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrdə aparılır.
[3]
1.4.
Xarici dövlətlərin diplomatik nümayəndəliklərinə və konsul bölmələrinə, xarici və beynəlxalq təşkilatlara, onların filial və nümayəndəliklərinə, xarici şirkətlərin filial və nümayəndəliklərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə məxsus olan hərbi nəqliyyat vasitələri, vətəndaşlara məxsus olan bütün növ minik avtomobilləri və motosikletlər istisna olmaqla, bütün hərbi nəqliyyat vasitələrinin uçotu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrdə aparılır.
2. HƏRBİ NƏQLİYYAT VASİTƏLƏRİNİN UÇOTUNUN APARILMASI İLƏ BAĞLI HƏRBİ KOMİSSARLIQLARIN VƏZİFƏLƏRİ
2.1. Hərbi nəqliyyat vasitələrinin uçotunun aparılması ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin vəzifələri aşağıdakılardır:
təşkilatlardan vaxtlı-vaxtında hərbi nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatların alınması;
hərbi nəqliyyat vasitələrinin yerləşdiyi ərazi və məxsus olduğu təşkilatın öyrənilməsi;
Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə hərbi nəqliyyat vasitələrini təqdim edən təşkilatlardan hərbi-nəqliyyat vasitələrinin götürülmə mümkünlüyünün və rayon üzrə hərbi nəqliyyat vasitələrinin götürülmə miqdarının təyin edilməsi;
hərbi nəqliyyat vasitələrinin növü və markasına uyğun olaraq, rayonda olan təmir və texniki xidmət bazalarından Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin tələbatına uyğun olaraq səfərbərlik zamanı və müharibə dövründə istifadə olunmasının mümkünlüyünün öyrənilməsi;
Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təhvil verilən hərbi nəqliyyat vasitələrinin ehtiyat hissələr komplekti, işçi alətləri və yanacaqdoldurma ləvazimatları ilə, həmçinin şəxsi heyətin daşınması üçün oturacaqlarla təmin edilməsi;
səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması.
2.2.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrdə hərbi nəqliyyat vasitələrinin uçotu, onun mövcudluğu, texniki vəziyyəti, istifadəsi və Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin komplektləşdirilməsi bu qərarla təsdiq edilmiş "Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını və texniki sazlığını təmin edən tədbirlərin və məcburi tələblərin siyahıları, habelə uçot və hesabat sənədlərinin nümunələri"nə uyğun olaraq aparılır.
2.3.
Dövlət Statistika Komitəsi, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi, digər dövlət orqanları, yerli özünüidarəetmə orqanları və təşkilatlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin sorğusuna əsasən hərbi nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatları təqdim etməlidirlər.
3. HƏRBİ NƏQLİYYAT VASİTƏLƏRİNİN UÇOTUNUN APARILMASI
3.1. Hərbi nəqliyyat vasitələrinin uçotu nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlardan onların qeydiyyata alınması barədə, dövlət qeydiyyatına alınmayan hərbi nəqliyyat vasitələri üzrə isə yerli icra hakimiyyəti orqanlarından daxil olan məlumatlar əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrdə aparılır.
3.2.
Uçotun aparılmasına nəzarəti təmin etmək məqsədilə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar tərəfindən hər 10 gündən bir hərbi nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması barədə məlumatlar ərazi üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrə göndərilir.
3.3.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrdə ərazi üzrə hərbi nəqliyyat vasitələrinin kartotekası və kompüter bazası yaradılır.
Bunlar aşağıdakılar üzrə həyata keçirilir:
1)
hüquqi və fiziki şəxslərə məxsus olan hərbi nəqliyyat vasitələri üçün
dövlət qeydiyyat nişanlarının seriya və nömrələri üzrə;
2)
hüquqi şəxslərə məxsus olan hərbi nəqliyyat vasitələri üçün həmçinin
onların sahiblərinin adları üzrə.
3.4.
Yeni qeydiyyata alınmış hərbi nəqliyyat vasitələri barədə məlumatlar
daxil olduğu andan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrdə onlara uçot kartoçkaları açılır və onların sahibləri bu barədə təxirəsalınmadan məlumatlandırılır.
3.5.
Uçotda dayanan hərbi nəqliyyat vasitələri və onların mülkiyyətçiləri barədə məlumat almağa yalnız təhqiqat, istintaq, məhkəmə və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanların hüququ vardır.
3.6.
Nəzərdə tutulmuş orqanlara müvafiq məlumatlar onların yazılı sorğuları əsasında verilir. Belə məlumatların telefon rabitəsi vasitəsilə ötürülməsi nə həmin gün üçün müəyyən olunmuş parol - "şərtləşdirilmiş ifadə" əsasında yol verilir.
4. TƏKRAR DÖVLƏT QEYDİYYATINA ALINMIŞ HƏRBİ NƏQLİYYAT VASİTƏLƏRİNİN UÇOTUNUN APARILMASI
4.1. Təkrar dövlət qeydiyyatına alınmış hərbi nəqliyyat vasitələrinin uçotu nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlardan onların təkrar dövlət qeydiyyatına alınması barədə daxil olan məlumatlar əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrdə aparılır.
Belə hallara aşağıdakılar aiddir:
fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yerin dəyişməsi;
hərbi nəqliyyat vasitəsinin sahibinin dəyişməsi;
hərbi nəqliyyat vasitəsinin sahibinin soyadı, adı, atasının adının dəyişməsi;
avadanlıqla təchiz edilib yenidən yığılması və aqreqatlarının dəyişdirilməsinə görə hərbi nəqliyyat vasitəsinin tipinin və yaxud modelinin dəyişdirilməsi.
4.2.
Uçotun aparılmasına nəzarəti təmin etmək məqsədilə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar tərəfindən hər 10 gündən bir hərbi nəqliyyat vasitələrinin təkrar dövlət qeydiyyatına alınması barədə məlumatlar ərazi üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrə göndərilir.
4.3.
Qeydiyyat göstəricilərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, bütün hallarda hərbi nəqliyyat vasitəsinin uçot kartoçkasında və kompüter bazasında müvafiq dəyişikliklər aparılır.
4.4.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ilə hərbi nəqliyyat vasitələrinin siyahısı müvafiq kartoteka ilə tutuşdurularaq dəqiqləşdirmə aparılır və onların sayının balanslaşdırılması məqsədilə aidiyyəti hüquqi və fiziki şəxslərlə mütəmadi əlaqələr saxlanılır, əvəzləmələr aparılmaqla əlavə tədbirlər görülür.
4.5. Əgər hərbi nəqliyyat vasitələri onun sahibinin dəyişməsi nəticəsində təkrar qeydiyyata alınmışdırsa, onun yeni sahibi təxirəsalınmadan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən hərbi nəqliyyat vasitələri barədə məlumatlandırılır.
5. DÖVLƏT QEYDİYYATINDAN ÇIXARILMIŞ HƏRBİ NƏQLİYYAT VASİTƏLƏRİNİN UÇOTUNUN APARILMASI
5.1. Dövlət qeydiyyatından çıxarılmış hərbi nəqliyyat vasitələrinin uçotuonların uçotdan çıxarılması barədə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlardan daxil olan məlumatlar əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrdə aparılır.
Belə hallara aşağıdakılar aiddir:
1)
hərbi nəqliyyat vasitəsi sahibinin yaşayış yerinin dəyişməsi və onun yeni yaşayış yerinin hərbi nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olması, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallar;
2)
nəqliyyat vasitəsinin mülkiyyət hüququna xitam verilməsi və ya nəqliyyat vasitəsinin başqasına verilməsi halları;
3)
hərbi nəqliyyat vasitəsinin çıxdaş edilməsi halları.
5.2.
Uçotun aparılmasına nəzarəti təmin etmək məqsədilə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar tərəfindən hər 10 gündən bir dövlət qeydiyyatından çıxarılmış hərbi nəqliyyat vasitələri barədə məlumatlar ərazi üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrə göndərilir.
5.3.
Hərbi nəqliyyat vasitələrinin uçotdan çıxarılması ilə əlaqədar olaraq, bütün hallarda hərbi nəqliyyat vasitəsinin uçot kartotekasında və kompüter bazasında müvafiq dəyişikliklər barədə qeydlər aparılır.
5.4.
Əgər hərbi nəqliyyat vasitəsi onun sahibinin dəyişməsi nəticəsində uçotdan çıxarılmışdırsa, onun yeni sahibi təxirəsalınmadan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən hərbi nəqliyyat vəzifələri barədə məlumatlandırılmalıdır.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin hərbi nəqliyyat vasitələri ilə təmin olunması
QAYDALARI
[4]
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar "Hərbi nəqliyyat vəzifəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 265 nömrəli Fərmanının 1.6-cı bəndinə əsasən hazırlanmışdır.
1.2.
Bu Qaydalar Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin hərbi nəqliyyat vasitələri ilə təmin edilməsi qaydalarını müəyyən edir.
1.3.
Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin hərbi nəqliyyat vasitələri ilə təmin edilməsinə aşağıdakılar daxildir:
hərbi nəqliyyat vasitələrinin uçotunun Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrdə təşkil edilməsi və aparılması;
[5]
səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin hərbi nəqliyyat vasitələri ilə vaxtında, keyfiyyətli və tam həcmdə təmin olunması;
səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi nəqliyyat vasitələrinin Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunması, habelə bu hərbi nəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi.
2. HƏRBİ NƏQLİYYAT VASİTƏLƏRİNİN UÇOTUNUN TƏŞKİLİ VƏ APARILMASI
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri hərbi nəqliyyat vasitələrinin uçotunu bu qərarla təsdiq edilmiş "Hərbi nəqliyyat vasitələrinin uçot Qaydaları"na uyğun olaraq təşkil edir və aparırlar.
3. AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNƏ, QANUNVERİCİLİKLƏ NƏZƏRDƏ TUTULMUŞ DİGƏR SİLAHLI BİRLƏŞMƏLƏRƏ VƏ XÜSUSİ BİRLƏŞMƏLƏRƏ HƏRBİ NƏQLİYYAT VASİTƏLƏRİNİN TƏQDİM EDİLMƏSİ
3.1.
Səfərbərlik zamanı və müharibə dövründə hərbi nəqliyyat vasitələri Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında təqdim olunur. Sülh dövründə isə "Hərbi nəqliyyat vasitələri haqqında Əsasnamə" ilə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən cəlb edilir.
3.2.
Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi nəqliyyat vasitələrinin siyahısı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
3.3.
Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi nəqliyyat vasitələrinin götürülmə limiti və faiz normaları, habelə hərbi nəqliyyat vasitələrini təqdim etməkdən azad olunan dövlət orqanlarının və təşkilatların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
3.4.
Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə səfərbərlik zamanı və müharibə dövründə hərbi nəqliyyat vasitələrinin təqdim olunması barədə səfərbərlik tapşırıqları təşkilat rəhbərlərinə sülh dövründə, vətəndaşlara isə müharibə dövründə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən çatdırılır.
3.5.
Hərbi nəqliyyat vasitələrinin götürülməsi və Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin əmr və sərəncamları əsasında həyata keçirilir.
3.6.
Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə hərbi nəqliyyat vasitələrinin verilməsi qaydaları, qəbul məntəqələri və təqdim olunma müddətləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilir və bu barədə müvafiq məlumatlar dinc dövrdə təşkilatlara çatdırılır.
3.7.
Hərbi nəqliyyat vasitələri Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə qəbul məntəqələrində müəyyən olunmuş müddət ərzində müvafiq sənədlərlə, texniki saz vəziyyətdə, normativ hüquqi aktlarla müəyyən olunmuş normalara uyğun olaraq təqdim edilir.
3.8.
Hərbi nəqliyyat vasitələrinin qəbul məntəqələrinə çatdırılması, onların üzərində xüsusi qurğuların quraşdırılması üçün hazırlıq tədbirlərinin görülməsi, hərbi nəqliyyat vasitələrinin yenidən təchiz edilməsi, yaxud təchizatının tamamlanması işləri təşkilatların öz daxili imkanları hesabına aparılır.
3.9. Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydaya uyğun həyata keçirilir.
4. HƏRBİ NƏQLİYYAT VƏZİFƏSİNİN VƏTƏNDAŞLAR TƏRƏFİNDƏN YERİNƏ YETİRİLMƏSİ QAYDALARI
4.1.
Vətəndaşlar hərbi nəqliyyat vəzifəsini müharibə dövründə mülkiyyətində olan nəqliyyat vasitələrini Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim etməklə həyata keçirirlər. Bu halda vətəndaşlara onların nəqliyyat vasitələrinin təhvil verilməsini təsdiq edən sənədlər verilir.
4.2.
Vətəndaşlar tərəfindən Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunmalı nəqliyyat vasitələrinin siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.
5. MƏSULİYYƏT
Bu Qaydaların tələblərini yerinə yetirməyən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını və texniki sazlığını təmin edən tədbirlərin və məcburi tələblərin siyahıları, habelə uçot və hesabat sənədlərinin
NÜMUNƏLƏRİ
[6]
1. HƏRBİ NƏQLİYYAT VASİTƏLƏRİNİN SƏFƏRBƏRLİK HAZIRLIĞI
1.1. Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə nəqliyyat vasitələrinin təqdim olunması səfərbərlik hazırlığının və səfərbərliyin tərkib hissəsidir.
1.2. Hərbi nəqliyyat vasitələrinin səfərbərlik hazırlığına aşağıdakılar daxildir: səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi nəqliyyat vasitələrinin yüksək texniki hazırlığını təmin edən tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;
səfərbərlik zamanı və müharibə dövründə təşkilatların dayanıqlı işinin təmin edilməsi məqsədilə istehsalat - texniki bazanın hazırlanması və hərbi nəqliyyat vasitələrinin təmirinə və texniki qulluğuna qabaqcıl üsulların tətbiq edilməsi;
səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi nəqliyyat vasitələri üçün toxunulmaz ehtiyatlarda ehtiyat hissələrinin, alətlərin və əmlakların toplanması, yük maşınlarında şəxsi heyətin daşınması üçün oturacaqların hazırlanması;
hərbi nəqliyyat vasitələrinin səfərbərlik hazırlığının təmin olunması üçün lazım olan maddi vəsaitlərin səfərbərlik ehtiyatlarının toplanması;
səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin istifadəsində olan hərbi nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasının təmin olunması məqsədilə təmir gücünün artırılması tədbirlərinin işlənib hazırlanması;
səfərbərlik zamanı və müharibə dövründə hərbi nəqliyyat vasitələrinin işinin fasiləsiz təmin olunması üçün mühəndis-texniki işçilərin, sürücü heyətinin, təmir işçiləri və digər işçilərin hazırlanması üzrə tədbirlərin işlənib hazırlanması;
təşkilatlarda olan hərbi nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyətinin uçotunun təşkil edilməsi və onların səfərbərlik hazırlığına nəzarət edilməsi.
1.3. Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi nəqliyyat vasitələrinin səfərbərlik hazırlığının təmin olunması sahəsində təşkilatların vəzifələri aşağıdakılardır:
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin nümayəndələri ilə birgə nəqliyyat vasitələrini seçmək;
[7]
hərbi nəqliyyat vasitələrini Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunmağa hazır vəziyyətdə saxlamaq;
hərbi nəqliyyat vasitələrində xüsusi qurğuların yerləşdirilməsi məqsədilə hazırlıq tədbirləri görmək, səfərbərlik tapşırıqlarına uyğun olaraq səfərbərlik üçün zəruri ehtiyatların yığılmasını, saxlanılmasını və təzələnməsini təmin etmək;
qanunvericiliyə uyğun olaraq hərbi nəqliyyat vasitələrinin mövcudluğunu və texniki vəziyyətini yoxlamaq;
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatlar vermək.
1.4. Hərbi nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını yoxlamaq məqsədilə təşkilatlar aşağıdakı orqanların nümayəndəliklərinin işlərinə şərait yaratmalıdırlar:
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri;
yerli özünüidarəetmə orqanlarının;
Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin.
1.5. Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi nəqliyyat vasitələrinin uçot və hesabat sənədləri bu sənədin 1, 2 və 3 nömrəli əlavələrinə uyğun olaraq aparılır.
2. TƏŞKİLATLARDAN QƏBUL EDİLƏN HƏRBİ NƏQLİYYAT VASİTƏLƏRİNİN AQREQATLARI, MEXANİZMLƏRİ, HİSSƏLƏRİ VƏ QURĞULARI AŞAĞIDAKI TƏLƏBLƏRƏ CAVAB VERMƏLİDİR:
2.1.
mühərrik - asan işə düşməli, bütün istismar rejimlərində dayanıqlı işi təmin etməli;
2.2.
transmissiya - nəqliyyat vasitələrinin texniki xarakteristikasına müvafiq olaraq bütün hərəkət sürətlərində və yüksək rejimlərində mühərrikin gücünün aparıcı təkərlərə səssiz və rəvan ötürülməsini təmin etməli;
2.3.
sükan idarə mexanizmi - idarə edilən təkərlərin son həddə, geriyə və başlanğıc vəziyyətə asan döndərilməsini təmin etməli;
2.4.
əyləc sistemi - nəqliyyat vasitələrinin bütün təkərlərinin bərabər olaraq dayandırılmasını və müəyyən edilmiş dayandırma effektivliyi normalarını təmin etməli;
2.5.
rama - nəqliyyat vasitələrinin bütün aqreqatlarının və hissələrinin rama-gövdəyə düzgün quraşdırılmasını və etibarlı bərkidilməsini təmin etməli;
2.6.
asqı - nəqliyyat vasitələrinin bütün körpülərinin (oxlarının) etibarlı bərkidilməsini, hərəkət hissələrinin məruz qaldığı zərbələrin azaldılmasını və yox edilməsini təmin etməli;
2.7.
qabaq körpü - nəqliyyat vasitələrinin texniki sənədlərinə uyğun olaraq qabaq təkərlərin, sükan idarə mexanizminin və hərəkət hissələrinin etibarlı bərkidilməsini təmin etməli;
[8]
2.8.
təkər və avtoşinlər - nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və etibarlı dayandırılması tələblərinə cavab verməli;
2.9.
tırtıllı nəqliyyat vasitələrinin hərəkət hissələri - hərəkət təhlükəsizliyini, etibarlı dayandırılmanı və lazımi manevrləri, həmçinin hərəkət zamanı zərbələrin və titrəyişlərin yox edilməsini təmin etməli;
2.10.
ban və kabina - sərnişinlərin təhlükəsiz daşınması, yüklərin saxlanması tələblərinə cavab verməli və sürücünün normal işi üçün şərait yaratmalı;
2.11.
yedəkçi və qoşquların dartma-qoşqu qurğuları - etibarlı qoşqunu təmin, zərbələri və titrəyişləri yox etməli;
2.12.
elektrik avadanlığı - mühərrikin işə düşməsini, alışdırma, işıqlandırma sistemlərinin, səs cihazlarının və elektrik nəzarət cihazlarının fasiləsiz işini təmin etməlidir.
3. AQREQATLARDA VƏ MEXANİZMLƏRDƏ AŞAĞIDA GÖSTƏRİLƏN NASAZLIQLARDAN BİRİ OLARSA, TƏŞKİLATLARDAN HƏRBİ NƏQLİYYAT VASİTƏLƏRİ QƏBUL EDİLMİR:
3.1. Mühərriklər üzrə:
yağlama sistemində (isti mühərrikdə) yağın təzyiqi yol verilən həddən az olduqda;
yüksək tüstüləmə, karter qazlarının çıxışının çoxalması və ya sızması halları olduqda;
dirsəkli valın yastıqlarında, porşen-silindr cütündə və qazpaylama mexanizminin hissələrində kəskin səs olduğu hallarda;
mühərrik etibarsız işə düşdükdə, onun istismar rejimlərində qızması və qeyri-müntəzəm işləməsi hallarında;
qəbul məntəqələrinin az güc vasitələri ilə qarşısının alınması mümkün olmayan yağın, yanacağın və ya soyuducu mayenin axması hallarında;
silindrlər bloku başlığında, blokunda və karterdə, hava və qazçıxan borularda çat olduqda;
hava ilə soyudulan mühərriklərdə silindrlər bloku başlığının və silindrlər blokunun qabırğalarının 20%-dən çoxunun zədələnməsi hallarında;
mühərriki sıxılmış təbii qazla işləyən nəqliyyat vasitələrində mühərriki benzinlə işləmə sistemi çıxarıldıqda və ya işləmədikdə;
mühərrik yalnız maye və ya sıxılmış qazla işləmək üçün nəzərdə tutulduğu hallarda.
3.2. Transmissiya aqreqatları üzrə:
transmissiya aqreqatlarının və hissələrinin gövdəsində çatların olması, onların bərkidilmə yerinin zədələndiyi hallarda;
ilişmə muftasının qoşulmasının və açılmasının tam olmadığı hallarda, həmçinin onun qoşulması zamanı kəskin sıçrayış və səslər olduqda;
sürətlər qutusunun, paylayıcı qutunun qoşulmasının çətinləşdiyi, nəqliyyat vasitəsinin istənilən sürətlə hərəkəti zamanı və ya mühərrik işlədiyi zaman sürətlər qutusunun dəstəyinin neytral vəziyyətində səslərin əmələ gəlməsi hallarında;
nəqliyyat vasitəsinin yerindən tərpənməsi və hərəkəti zamanı dirsəkli valın bərk titrəməsi və səs salması, kardan valının görünən əyintisi və kardan ötürməsi hissələrində çat olduğu hallarda;
nəqliyyat vasitəsinin yerindən tərpənməsi və hərəkəti zamanı aparıcı körpülərdə, əsas və bort ötürmələrində yüksək səs və zərbə olduğu hallarda;
transmissiya aqreqatlarından yağın axması hallarında;
motosikletlərin işəsalma və hərəkət hissələri xarab olduqda.
3.3. Sükan idarə mexanizmi üzrə:
sükan idarə mexanizminin karteri və ya idarə klapanının gövdəsində çat olduğu hallarda;
sükan idarə mexanizminin kolonkası və karterinin bərkidilmə yerlərinin zədələndiyi hallarda;
sükan idarə mexanizminin eninə və uzununa dartqılarının hissələrinin çatlaması və əyilməsi, onların bərkidildiyi hissələrin yivlərinin zədələnməsi hallarında;
sükan idarə mexanizmi gücləndiricisinin işləmədiyi və ya rəvan işləmədiyi, onun hidravlik sistemində yağ axması hallarında;
motosikletin sükanının və qabaq çəngəlinin əyilməsi və çatlaması hallarında.
3.4. Əyləc sistemi üzrə:
hidravlik intiqaldan maye axdıqda və ya hava intiqalının kipliyi pozulduqda;
boş nəqliyyat vasitəsinin bütün təkərlərinin rəvan və tam dayandırılması təmin edilmədikdə;
sürətlər qutusunun birinci pilləsi qoşulduqda, mühərrikin dirsəkli valının orta fırlanma sürətində nəqliyyat vasitəsini yerindən tərpətdikdə, duracaq əyləci nəqliyyat vasitəsini saxlamadıqda;
kompressor sistemində olan havanın müəyyən olunmuş təzyiqi təmin edilmədikdə;
motosikletin əyləc sistemi nasaz olduqda.
3.5. Rama üzrə:
ramanın uzununa və eninə tirlərində çat və əyintilər olduqda (çatın üstünün bəndlə qaynaqlanmasına icazə verilir);
ramanın hissələrinin pərçim birləşmələri boşaldıqda.
3.6. Asqı üzrə:
ressorun əsas hissələrində çat və qırılmalar olduqda, asqının hava qovşaqlarında havanın sızması müşahidə edildikdə;
ressorun bərkidilmə hissələri və reaktiv ştanqı zədələndikdə və ya həddi aşındıqda;
balansirləyici qurğunun qaydaları həddi aşındıqda və onun toplarından yağ axdıqda;
motosikletin qabaq təkərinin amortizasiya qurğusu və ya arxa təkər asılqanı nasaz olduqda.
3.7. Qabaq körpü üzrə:
dönmə toplarının millərində və oynaqlarında boşluq olduqda;
qabaq təkərlərin yasdıqları dağıldıqda və ya fırlanmadıqda;
körpünün tirlərində və ya sərbəst asma hissələrində əyinti və çatlar olduqda;
qabaq aparıcı təkərin yarımoxunun şarnir birləşmələri həddi aşındıqda.
3.8. Təkər və avtoşinlər üzrə:
təkər diskləri deşiklərinin genişlənməsi təkərlərin etibarlı bərkidilməsini və mərkəzləşdirilməsini təmin etmədikdə;
təkər diskində və onun dairəvi hissəsində çat və əyrilik olduqda;
şinlərin protektorundakı naxışlar həddi aşındıqda, şinlərdə kordun çılpaqlaşması, habelə karkasın təbəqələrə ayrılması, protektorun və şinin yan rezininin qopması kimi yerli zədələr (yarıq, kəsik, qırıq) olduqda.
3.9. Tırtıllı nəqliyyat vasitələrinin hərəkət hissələri üzrə:
tırtıllı arabacığın ramasında çat olduqda;
ressorlar, torsiyonlar, balansirləyici qurğular və ya tarındartma qurğusu qırıldıqda;
aparıcı təkərlərin dişləri qırıldıqda, çatladıqda və ya həddi aşındıqda;
oymaqlar, traklar və barmaqcıqlar çatladıqda və ya həddi aşındıqda; istiqamətləndirici təkərlərin və katokların yastıqları dağıldıqda;
rezin bandajlar dağıldıqda.
3.10. Ban və kabina üzrə:
banın və kabinanın uzununa və eninə tirləri qırıldıqda;
furqonun damı və örtüyü ikitərəfli zədələndikdə;
lanjeronlar və ya avtobusun banının uzununa əsası çatladıqda;
universal sanitar qurğusunun qarışdırılma qovşaqları olmadıqda;
qabaq şüşəsi çatladıqda və ya sürücü yerindən görünüş sahəsini məhdudlaşdıran başqa nasazlıqlar olduqda;
özüboşaldan nəqliyyat vasitəsinin qaldırıcı mexanizmi nasaz olduqda və ya banı qaldırılmış vəziyyətdə dayanmadıqda;
qapıların (avtobuslarda) idarəetmə intiqalı işləmədikdə.
3.11. Yedəkçi və qoşquların dartma-qoşqu qurğuları üzrə:
qarmağın və qoşma ilgəyinin səthi yeyildikdə və ya çatladıqda;
yedəkçi və qoşqularda dartma-qoşqu qurğularının bərkidilmə hissələri boş olduqda və ya olmadıqda;
dartma-qoşqu qurğusunun amortizator yayı qırıldıqda;
dartma-qoşqu qurğusunun tıxac yumruğu yaxşı işləmədikdə, açarın barmaqcığı tıxac yumruğunu saxlamadıqda;
qoşqunun çilləsi çatladıqda və ya əyildikdə.
"Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını və texniki sazlığını təmin edən tədbirləri və məcburi tələblərin siyahıları, habelə uçot və hesabat sənədlərinin nümunələri"nə
1 nömrəli ƏLAVƏ
[9]
Partiya № ____________ səfərbərlik sərəncamı verilib
“____” ____________200__ il
MAŞININ QEYDİYYAT KARTI
1._____________________ 2.______________________
(Tipi) (Markası)
3.__________________________ 4.__________________________
(Dövlət inventar nömrəsi) (Buraxılış ili)
|
TEXNİKİ VƏZİYYƏTİNƏ NƏZARƏT
Baxış keçirilən gün, ay, il
|
İstismar edilən gündən ümumi yürüş
|
Əsaslı təmirdən sonra edilən yürüş
|
Gediş ehtiyatı (min km.s.)
|
Texniki vəziyyəti (sazdır, nasazdır)
|
Baxış keçirən işçinin imzası
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
I şöbə rəisinin baş Köməkçisi
(köməkçisi)
|
|
|
||||
__________________________________
hərbi rütbəsi, soyadı, imzası
|
|
|||||
" Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını və texniki sazlığını təmin edən tədbirləri və məcburi tələblərin siyahıları, habelə uçot və hesabat sənədlərinin nümunələri"nə
2 nömrəli ƏLAVƏ
Texnikanın mövcudluğunun və texniki vəziyyətinin
ÜMUMİ KARTOÇKASI
|
MÜƏSSİSƏNİN RƏHBƏR HEYƏTİ
Vəzifəsi
|
Soyadı, adı, atasının adı
|
İş telefonu
|
Yaşayış ünvanı, telefonu
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
MÜƏSSİSƏNİN XARAKTERİSTİKASI
Sürücülər
|
Miqdarı
|
İstehsalat bazası
|
Miqdarı
|
İşləyənlərin cəmi
|
|
dayanacaq üçün tikili
|
|
Onlardan hərbi vəzifəlilər
|
|
açıq qorunma sahəsi
|
|
Onlardan çavuş və əsgərlər
|
|
onlardan qızdırılmaqla
|
|
|
TX və təmir üçün postlar
|
|
|
|
diaqnostika məntəqəsi
|
|
Texnikanın adı
|
Ehtiyat hissə komplektləri
|
Çıxarılan oturacaqlar
|
Texnika dayanıb
|
THƏ
|
||||||
|
olmalıdır
|
hazırda var (%-lə)
|
komplektləş-məsi (%-lə)
|
olmalıdır
|
hazırda var
|
avtoşinsiz
|
akkumulya-torsuz
|
Təmir olun-maq üçün
|
parkın
|
hərbi hissələrə təyin olunanların
|
Minik avtomobili
|
|
|
|
|
|
|
|
|
|
|
Yük avtomobili
|
|
|
|
|
|
|
|
|
|
|
Traktorlar
|
|
|
|
|
|
|
|
|
|
|
Yol-tikinti texnikası
|
|
|
|
|
|
|
|
|
|
|
Qaldırıcı nəqliyyat texnikası
|
|
|
|
|
|
|
|
|
|
|
TUTUMLU DƏMİR BOÇKALAR
Qol tutumlu bidonlar _______ əd. 20 1.
______ əd. əl ilə işləyən yanacaq nasosları
|
Texnikanın tipi və markası
|
Mövcudluğu
|
Texniki cəhətdən
saz olanlar
|
h/h-yə verilməlidir
|
AVTOMOBİLLƏR
|
|
|
|
Yüksək keçidli minik avtomobilləri
|
|
|
|
Yük avtomobilləri
|
|
|
|
bortlu
|
|
|
|
avtodartıcılar
|
|
|
|
yəhərli avtodartıcılar - yük platforması ilə
|
|
|
|
özüboşaldanlar
|
|
|
|
Ümumqoşun təyinatlı xüsusi avtomobillər
|
|
|
|
qərargah maşınlan
|
|
|
|
sanitar avtomobilləri
|
|
|
|
sərnişin avtobusları
|
|
|
|
texniki təminat vasitələri
|
|
|
|
təkərli təxliyə dartıcıları
|
|
|
|
Silah və texnikanın hərəkətedici vasitələri
|
|
|
|
Yanğınsöndürən maşınlar
|
|
|
|
avtomobillərin cəmi
|
|
|
|
TIRTILLI DARTICILAR, TRANSPORTYORLAR və
TRANSPORTYOR DARTICILAR
|
|
|
|
Silah və texniki vasitələrin hərəkətverici tırtıllı maşınları
|
|
|
|
Tırtıllı dartıcılar, transportyorlar və transportyor dartıcıların cəmi
|
|
|
|
TRAKTORLAR
|
|
|
|
tırtıllı
|
|
|
|
təkərli
|
|
|
|
traktorların cəmi
|
|
|
|
QOŞQULAR
|
|
|
|
nəqliyyat
|
|
|
|
xüsusi qoşqular
|
|
|
|
qoşquların cəmi
|
|
|
|
Avtomobil təmiri emalatxanaları
|
|
|
|
avtomobil təmiri emalatxanalarının cəmi
|
|
|
|
" Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını və texniki sazlığını təmin edən tədbirləri və məcburi tələblərin siyahıları, habelə uçot və hesabat sənədlərinin nümunələri"nə
3 nömrəli ƏLAVƏ
Nəqliyyat vasitəsinin
UÇOT KARTOÇKASI
№ ______________________________ ________________ ___________________________________________
d.q nişanlarının seriya və № - si markası, modeli q. şəhadətnaməsinin seriya və № - si
№ __________________________ _________________________________________
əvvəlki d.q. nişanları vasitəsinin tipi banın № - si
________________________________ _________________ _______________________________________
rəngi banın tipi şassinin, çərçivənin № - si
_______________ _______________ _________________ _______________________________________
buraxılış ili rayon mühərrik № - si sahibin anadan olduğu il
Xüsusi qeydlər: _______________________________________________________________________________________
|
|
|||
Qeydiyyat tarixi
|
Sahibi-fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin tam adı
|
Sahibin hüquqi ünvanı, telefonu
|
HK əməkdaşının
qeydləri
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
11 dekabr 2012-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1367)
2.
10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)
3.
8 may 2021-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2021-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 524)
4.
5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
11 dekabr 2012-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1367) ilə 1-ci hissədə ismin müvafiq hallarında “qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr” sözləri ilə əvəz edilmişdir.
10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin,” sözləri “Azərbaycan Ordusunun,” sözləri ilə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinə,” sözləri “Azərbaycan Ordusuna,” sözləri ilə əvəz edilmişdir.
[2]
11 dekabr 2012-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1367) ilə “Hərbi-nəqliyyat vasitələrinin uçot Qaydaları”nda ismin müvafiq hallarında “qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr" sözləri ilə, ismin müvafiq hallarında "hərbi komissarlıqlar” sözləri və “hərbi komissarlıq" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri” sözləri ilə, 4.4-cü bənddə “hərbi komissarlıqla” sözləri "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə” sözləri ilə əvəz edilmişdir.
10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Hərbi-nəqliyyat vasitələrinin uçot Qaydaları”nın mətnində ismin müvafiq hallarında “Azərbaycan Respublikası Silahlı Qüvvələri” sözləri ismin müvafiq hallarında “Azərbaycan Ordusu” sözləri ilə əvəz edilmişdir.
[3]
5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974) ilə “Hərbi nəqliyyat vasitələrinin uçot Qaydaları”nın 1.3-cü və 1.4-cü bəndlərinə, 2.1-ci bəndinin birinci abzasına, 2.2-ci, 2.3-cü (ikinci halda), 3.1-ci (ikinci halda), 3.2-ci bəndlərinə, 3.3-cü bəndinin birinci abzasına, 3.4-cü bəndinə, 4.1-ci bəndinin birinci abzasına, 4.2-ci, 4.4-cü, 4.5-ci bəndlərinə, 5.1-ci bəndin birinci abzasına, 5.2-ci və 5.4-cü bəndlərinə “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilmişdir.
[4]
11 dekabr 2012-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1367) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin hərbi-nəqliyyat vasitələri ilə təmin olunması Qaydaları”nın adında və mətnində ismin müvafiq hallarında “qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr” sözləri ilə, ismin müvafiq hallarında ”hərbi komissarlıqlar” sözləri və “hərbi komissarlıq” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri” sözləri ilə əvəz edilmişdir.
10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin hərbi-nəqliyyat vasitələri ilə təmin olunması Qaydaları”nın adında və mətnində ismin müvafiq hallarında “Azərbaycan Respublikası Silahlı Qüvvələri” sözləri ismin müvafiq hallarında “Azərbaycan Ordusu” sözləri ilə əvəz edilmişdir.
[5]
5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974) ilə “Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin hərbi nəqliyyat vasitələri ilə təmin olunması Qaydaları”nın 1.3-cü bəndinin ikinci abzasına, 2-ci hissəsinə, 3.4-3.6-cı bəndlərinə “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilmişdir.
[6]
11 dekabr 2012-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1367) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını və texniki sazlığını təmin edən tədbirlərin və məcburi tələblərin siyahıları, habelə uçot və hesabat sənədlərinin nümunələri”nin adında və mətnində ismin müvafiq hallarında “qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr” sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr” sözləri ilə, ismin müvafiq hallarında "hərbi komissarlıq” sözləri və “Azərbaycan Respublikası hərbi komissarlıqlarının” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri” sözləri ilə əvəz edilmişdir.
10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını və texniki sazlığını təmin edən tədbirlərin və məcburi tələblərin siyahıları, habelə uçot və hesabat sənədlərinin nümunələri”nin dında və mətnində ismin müvafiq hallarında “Azərbaycan Respublikası Silahlı Qüvvələri” sözləri ismin müvafiq hallarında “Azərbaycan Ordusu” sözləri ilə əvəz edilmişdir.
[7]
5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974) ilə “Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını və texniki sazlığını təmin edən tədbirlərin və məcburi tələblərin siyahıları, habelə uçot və hesabat sənədlərinin Nümunələri”nin 1.3-cü bəndinin ikinci və altıncı abzaslarına, 1.4-cü bəndinin ikinci abzasına “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilmişdir.
[8]
8 may 2021-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2021-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 524) ilə “Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını və texniki sazlığını təmin edən tədbirlərin və məcburi tələblərin siyahıları, habelə uçot və hesabat sənədlərinin Nümunələri”nin 2.7-ci bəndində “şərtlərinə” sözü “sənədlərinə” sözü ilə əvəz edilmişdir.
[9]
10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını və texniki sazlığını təmin edən tədbirlərin və məcburi tələblərin siyahıları, habelə uçot və hesabat sənədlərinin nümunələri”nin 1-3 nömrəli əlavələrin yuxarı sağ küncündə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinə” sözləri “Azərbaycan Ordusuna” sözləri ilə əvəz edilmişdir.