AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
25.05.2006
QEYDİYYAT NÖMRƏSİ
1478
ADI
2006-cı il yanvarın 4-də Manama şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2006, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 454)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.05.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
2006-cı il yanvarın 4-də Manama şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə

2006-cı il yanvarın 4-də Manama şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə

 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

1. 2006-cı il yanvarın 4-də Manama şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Anlaşma Memorandumunun həyata keçirilməsini təmin etsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Bakı şəhəri, 25 may 2006-cı il

№ 1478

 

 

 

 

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bəhreyn

Krallığının Xarici İşlər Nazirliyi arasında

 

ANLAŞMA MEMORANDUMU

 

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaq), Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin prinsipləri və müddəalarına əsasən Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasında dostluq əlaqələrini və əməkdaşlığı gücləndirməyi arzulayaraq, ikitərəfli münasibətlər və qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlərə dair müxtəlif səviyyələrdə aparılan məsləhətləşmələrin və fikir mübadiləsinin əhəmiyyətini etiraf edərək, qarşılıqlı faydalı əməkdaşlığın yaradılması və daha da inkişaf etdirilməsini arzulayaraq, aşağıdakılar barədə razılığa gəldilər:

1. (a) Tərəflər ikitərəfli əməkdaşlığın inkişafına, habelə qarşılıqlı maraq kəsb edən məsələlərə dair mütəmadi əsaslarda görüşlər, danışıqlar və məsləhətləşmələr keçirəcəklər;

(b) görüşlər nazirlər, onların müavinləri, idarə rəisləri səviyyəsində və ya Tərəflərin razılaşdırdığı digər hər hansı səviyyədə keçirilə bilər və hər iki Tərəfin ekspertləri iştirak edə bilərlər;

(c) görüşlərin gündəliyi, tarixi, keçirilmə yeri və səviyyəsi qarşılıqlı razılaşma ilə müəyyən ediləcək və növbə ilə Manamada və Bakıda keçiriləcəkdir;

(d) tərkibi və proseduru qarşılıqlı olaraq razılaşdırılacaq komissiyalar, işçi qrupları və ekspert qrupları yaradıla bilər.

2. Tərəflər imkan daxilində və lazım gəldikdə, beynəlxalq və regional təşkilatlar və forumlar çərçivəsində qarşılıqlı maraq doğuran müxtəlif məsələlərə dair öz mövqelərinin əlaqələndirilməsinə istiqamətlənmiş məsləhətləşmələr keçirəcək və əməkdaşlıq edəcəklər.

3. Tərəflər öz diplomatik xidmətlərinin nümayəndələri arasında əməkdaşlığı və birbaşa əlaqələri təşviq edəcəklər. Onlar diplomatik kanallar vasitəsilə qarşılıqlı olaraq razılaşdırılacaq birgə fəaliyyətlərin və proqramların təşkilinə və lazımi şəkildə həyata keçirilməsinə kömək edəcəklər.

4. Tərəflər Azərbaycan Respublikasının və Bəhreyn Krallığının üçüncü ölkələrdəki diplomatik və konsulluq missiyaları arasında əməkdaşlıq və məsləhətləşmələrə yardım edəcəklər.

5. Bu Memorandum imzalandığı tarixdə qüvvəyə minir, beşillik müddətə bağlanılır və Tərəflərdən biri həmin müddətin başa çatmasına ən azı altı ay qalmış Memorandumu ləğv etmək niyyəti barədə digər Tərəfi yazılı şəkildə xəbərdar etmədikdə, avtomatik olaraq növbəti beş illik müddətlərə uzadılacaqdır.

Hər iki Tərəfin yazılı razılığı ilə bu Memoranduma düzəlişlər edilə bilər.

Manama şəhərində 2006-cı il yanvar ayının 4-də hər biri Azərbaycan, ərəb və ingilis dillərində autentik olan iki nüsxədə imzalanmışdır. Hər hansı bir fikir ayrılığı olduqda, ingilis dilində olan mətn əsas götürüləcəkdir.

 

 

Azərbaycan Respublikasının                                                                           Bəhreyn Krallığının

            xarici işlər naziri                                                                                         xarici işlər naziri

 

                    (imza)                                                                                                               (imza)  

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status