Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri T.Ə.Abdullayevin iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri Tofiq Əlövsət oğlu Abdullayev iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 iyul 2006-cı il
№ 1579