AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.01.2006
QEYDİYYAT NÖMRƏSİ
1
ADI
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2006, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 35)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.01.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.5-ci, 1.11-ci, 1.16-cı və 1.18-ci bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövründə bron edilməsi işinin təşkil olunması Qaydaları”, “Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsinə aid hesabatın təqdim edilməsi Qaydası”, “Səfərbərlik orqanları haqqında Əsasnamə” və “Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). [1]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 5 yanvar 2006-cı il

          №1

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövründə bron edilməsi işinin təşkil olunması [2]

 

QAYDALARI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.5-ci bəndinə uyğun olaraq hazırlanmışdır və dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda (bundan sonra - təşkilatlar) işləyən və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan rəhbər işçi, mütəxəssis, elm və incəsənət işçisi, ixtisaslı fəhlə və qulluqçuların bron edilməsi işinin təşkilini müəyyən edir.

1.2. Hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövründə bron edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan hərbi vəzifəlilərə çağırışdan möhlət hüququ verməklə həyata keçirilir.

1.3. Respublika ərazisində hərbi vəzifəlilərin bron edilməsi işinə rəhbərliyi, işin təşkili və ona nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan bronla işçi qüvvəsi saxlayan Respublika Komissiyası (bundan sonra - Komissiya) həyata keçirir.

1.4. Səfərbərlik zamanı və müharibə dövrü hərbi vəzifəlilərə Komissiya tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırışdan möhlət hüququ təşkilatlar üçün təsdiq edilmiş səfərbərlik zamanı və müharibə dövrü hərbi vəzifəlilərin tutduğu vəzifə və peşələr üzrə siyahılara əsasən, vəzifə və peşələr üzrə siyahılara düşməyən ayrı-ayrı hərbi vəzifəlilərə isə müstəsna hallarda fərdi möhlət hüququ verilir və ya möhlət hüququ dayandırılır.

 

II. HƏRBİ VƏZİFƏLİLƏRİN BRON EDİLMƏSİ QAYDALARI

 

2.1. Təşkilatlar dinc dövrdə Komissiya tərəfindən təsdiq edilən “Hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü bron edilməsi haqqında təlimat”ın tələblərini nəzərə alaraq, bu orqanlarda işləyənlərin tutduğu vəzifə və peşələr üzrə bron etmə siyahılarının əsaslandırılmış layihələrini, işləyən və bron edilmiş hərbi vəzifəlilərin sayı haqqında məlumatları hazırlayır və Komissiyaya (surətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəy verilməsi üçün) təqdim edirlər.

Komissiya daxil olmuş sənədləri Komissiya üzvlərinin iştirakı ilə iclaslarda müzakirə edərək təsdiq etdikdən sonra müvafiq orqanlara (təşkilatlara və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə) hərbi vəzifəlilərin bron edilməsi işinin təşkil edilməsi üçün göndərir.

2.2. Bron işini təşkil etmək üçün təşkilatlar yerləşdiyi əraziyə uyğun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırışdan möhlət hüququ verilməsi haqqında vəsiqə və xüsusi hərbi uçota götürmələri barədə Komissiya tərəfindən təsdiq edilmiş formaya uyğun olaraq bildiriş blanklarını almalıdırlar. [3]

2.3. Komissiya tərəfindən təsdiq edilmiş vəzifə və peşələr üzrə siyahıların tələblərinə cavab verən hərbi vəzifəlilər üçün bu Qaydaların 2.2-ci bəndində qeyd olunan bildiriş blankları təşkilat rəhbəri tərəfindən imzalanaraq gerbli möhürlə təsdiq edilir. Bildiriş blankı bu Qaydaların 2.1-ci bəndində qeyd olunan təlimatla müəyyən edilmiş müddətdə və qaydada rəsmiləşdirilmək üçün təşkilatın yerləşdiyi ərazi üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsi təqdim edilir.

2.4. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsi tərəfindən rəsmiləşdirilmiş sənədlər, çağırışdan möhlət almış hərbi vəzifəlilərin bildirişləri onları xüsusi hərbi uçota götürmək üçün hərbi uçotda olduqları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri göndərilir. Möhlət haqqında vəsiqə isə təşkilatlarda qalır. Müstəsna hallarda Komissiyanın qərarına əsasən verilmiş fərdi möhlətlərin rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir. Bron edilmiş hərbi vəzifəlilər möhlət ərzində hərbi hissələrin komplektləşmələrindən və səfərbərlikdən azad olunurlar. Respublika ərazisində səfərbərlik elan olunduqda, rayon (şəhər) hərbi komissarlıqlarının göstərişinə əsasən bron edilmiş hərbi vəzifəlilərə möhlət haqqında vəsiqələr hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü bron edilməsi haqqında təlimata uyğun paylanmalıdır.

 

III. SƏFƏRBƏRLİK ZAMANI VERİLƏN MÖHLƏTLƏRİN LƏĞV EDİLMƏSİ

 

Hərbi vəzifəlilərə verilmiş möhlətlər aşağıdakı hallarda ləğv edilə bilər:

3.1. bu barədə Komissiyanın qərarı olduqda;

3.2. çağırışdan möhlət hüququ verilmiş müddət qurtardıqda;

3.3. hərbi vəzifəli tutduğu vəzifə və peşələr siyahısı üzrə çağırışdan möhlət verilməyən vəzifəyə keçirildikdə;

3.4. çağırışdan fərdi möhləti olan hərbi vəzifəli başqa vəzifəyə təyin edildikdə;

3.5. hərbi vəzifəlilər hərbi uçot əlamətlərinin (hərbi uçot ixtisası, hərbi rütbəsi, yaşı, tərkibi və ya profili) dəyişməsi nəticəsində möhlət hüququnu itirdikdə;

3.6. hərbi vəzifəli xəstələndikdə və ya ehtiyatda qalma yaşının son həddinə çatması nəticəsində hərbi uçotdan çıxarıldıqda;

3.7. təşkilat ləğv edildikdə.

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsinə aid hesabatın təqdim edilməsi [4]

 

QAYDASI

 

I.       ÜMUMİ MÜDDƏA

 

Bu Qayda “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.11-ci bəndinin tələbləri nəzərə alınaraq hazırlanmışdır və dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda (bundan sonra - təşkilatlar) işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsinə aid hesabatların təqdim edilməsi qaydasını müəyyən edir.

 

II. HƏRBİ VƏZİFƏLİLƏRİN SƏFƏRBƏRLİK ZAMANI VƏ MÜHARİBƏ DÖVRÜ ÜÇÜN BRON EDİLMƏSİNƏ AİD HESABATLARIN TƏQDİM EDİLMƏSİ QAYDASI

 

 2.1. Təşkilatlarda işləyən hərbi vəzifəlilərin və bron edilmişlərin sayı haqqında hesabatlar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin qərarı ilə təsdiq edilən forma əsasında hər il yanvarın 1-nə olan vəziyyətə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılmış bronla işçi qüvvəsi saxlayan Respublika Komissiyasına (bundan sonra - Komissiya) və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə təqdim edilmək üçün tərtib edilir. [5]

2.2. İşləyən və bron edilmiş hərbi vəzifəlilərin sayı haqqında hesabatların hazırlıq dövründə təşkilatlarda aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərə alınmalıdır:

2.2.1. Komissiya tərəfindən təsdiq edilən hərbi vəzifəlilərin şəxsi vərəqələri ilə hərbi biletlərin uçot göstəricilərinin uyğunluğu yoxlanılmalı və təşkilatda işləyən hərbi vəzifəlilərin faktiki sayının araşdırılması başa çatdırılmalı və möhlət hüququ olan hərbi vəzifəlilərin bron edilməsi təmin edilməlidir;

2.2.2. müxtəlif səbəblərdən möhlət hüququnu itirmiş hərbi vəzifəlilərin bronları ləğv edilməli, xüsusi uçotdan çıxarılmalı və hesabata bron edilmiş kimi salınmamalıdır;

2.2.3. ehtiyatda olma yaşının son həddinə çatmış şəxslər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərbi qeydiyyatdan növbəti il yanvarın 1-dək çıxarılmalı, hərbi vəzifəli kimi hesabata daxil edilməməlidirlər. [6]

2.3. Hesabatlar aşağıdakı müddətdə təqdim edilir:

2.3.1. dövlət hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarına və təşkilatlara tabe olan qurumlar növbəti il yanvarın 15-nə qədər yuxarı təşkilatlara, eləcə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə; [7]

2.3.2. dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və təşkilatlar növbəti il fevralın 1-dək Komissiyaya.

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Səfərbərlik orqanları haqqında

 

ƏSASNAMƏ

 

1. ÜMUMİ MÜDDƏALAR   [8]

 

 1.1. Bu Əsasnamə “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.16-cı bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır.

1.2. Azərbaycan Respublikasının dövlət orqanları, yerli özünüidarə orqanları və təşkilatları tərəfindən səfərbərlik hazırlığı və səfərbərliyin təşkili və keçirilməsinə nəzarət etmək məqsədilə səfərbərlik orqanları yaradılır.

1.3. Səfərbərlik orqanlarının strukturu və ştatları səfərbərlik tapşırıqlarının (sifarişlərinin), yaxud səfərbərlik işi üzrə vəzifələrin xarakteri və həcmi nəzərə alınaraq müvafiq dövlət orqanları, yerli özünüidarə orqanları və təşkilat rəhbərləri tərəfindən müəyyən edilir. Göstərilən tapşırıqların (sifarişlərin), yaxud vəzifələrin həcmindən asılı olaraq səfərbərlik orqanlarının yaradılması əvəzinə səfərbərlik işçiləri təyin edilə bilər.

1.4. Səfərbərlik orqanlarının rəhbərləri və ya səfərbərlik işçiləri dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və təşkilatların rəhbərlərinə bilavasitə tabe olurlar.

1.5. Azərbaycan Respublikasının dövlət orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda yaradılan səfərbərlik orqanlarının funksiyaları, hüquqları və vəzifələri bu Əsasnaməyə əsasən tərtib edilmiş, müvafiq dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və təşkilatların rəhbərləri tərəfindən təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq müəyyən edilir.

1.6. Səfərbərlik orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi dövlət orqanlarına, yerli özünüidarə orqanlarına və təşkilatlara onların sifarişlərinə əsasən dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilir. Səfərbərlik orqanlarının işçilərinin əməkhaqqı müvafiq dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və təşkilatların struktur bölmələrinin işçilərinin əməkhaqqına uyğun olmalıdır.

 

2. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN SƏFƏRBƏRLİK ORQANININ VƏZİFƏLƏRİ

 

 2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səfərbərlik orqanı aşağıdakı vəzifələri yerinə yetirir:

2.1.1. dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və təşkilatların səfərbərlik hazırlığının təmin edilməsinə dair tədbirləri təşkil edir;

2.1.2. müharibə dövründə dövlətin, Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin tələbatlarının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədilə səfərbərlik planlarının işlənib hazırlanmasını təmin edir; [9]

2.1.3. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilmək üçün növbəti ilin dövlət büdcəsinin layihəsində nəzərə alınması məqsədilə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və təşkilatların onların səfərbərlik orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi vəsaitinə olan tələbatını icmallaşdırır;

2.1.4. dövlət büdcəsindən səfərbərlik hazırlığı və səfərbərlik üçün vəsaitin ayrılması və səfərbərlik tapşırıqları (sifarişləri) olan təşkilatlara qanunvericiliklə nəzərdə tutulmuş güzəştlərin verilməsi barədə təkliflər hazırlayır;

2.1.5. səfərbərlik hazırlığı üçün aparılması tələb olunan işlərin normalarının, habelə səfərbərlik zamanı və müharibə dövründə tətbiq edilməli olan digər normativ hüquqi aktların layihələrini işləyib hazırlayır;

2.1.6. səfərbərlik hazırlığı və səfərbərlik sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikasının beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinin yerinə yetirilməsini təşkil etmək məqsədilə təkliflər verir;

2.1.7. təşkilatlar tərəfindən səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsini, həmin tapşırıqların (sifarişlərin) maddi-texniki ehtiyatlarla təmin edilməsinə dair müqavilələrin bağlanmasını təşkil edir;

2.1.8. səfərbərlik hazırlığı və səfərbərliyin elmi, metodiki və informasiya təminatını təşkil edir;

2.1.9. səfərbərlik orqanları işçilərinin ixtisasının artırılmasını təşkil edir;

2.1.10. səfərbərlik planlarının yerinə yetirilməsi üzrə təlim və məşqlərin keçirilməsini təşkil edir;

2.1.11. səfərbərlik hazırlığı barədə statistik hesabatın təqdim edilməsini təmin edir, Azərbaycan Respublikasının səfərbərlik hazırlığının vəziyyəti barədə hesabat hazırlayıb Azərbaycan Respublikasının Baş nazirinə təqdim edir;

2.1.12. səfərbərlik elan edildikdə, Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilməsinə nəzarət edir;

2.1.13. səfərbərlik elan edildikdə, Azərbaycan Respublikasının iqtisadiyyatının müəyyən olunmuş qaydada müharibə dövrü şəraitinə keçirilməsini təşkil edir;

2.1.14. dövlət orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin hərbi uçotunu, səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsini təşkil edir;

2.1.15. maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, saxlanması, təzələnməsi və istifadə olunması barədə təkliflər hazırlayır;

2.1.16. silah və hərbi texnikaya, mühüm mülki məhsullara, yüksək təhlükə obyektlərinə dair sənədlərin ehtiyat fondunun yaradılması, saxlanması və istifadə olunması barədə təkliflər hazırlayır;

2.1.17. dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və təşkilatların ehtiyat idarəetmə məntəqələrinin siyahısını hazırlayır;

2.1.18. dövlət orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda dövlət və hərbi sirlərin qorunması üçün tədbirlər görür.

 

3. NAZİRLİKLƏRİN VƏ DÖVLƏT KOMİTƏLƏRİNİN SƏFƏRBƏRLİK ORQANLARININ VƏZİFƏLƏRİ

 

 3.1. Nazirliklərin və dövlət komitələrinin səfərbərlik orqanları aşağıdakı vəzifələri yerinə yetirirlər:

3.1.1. nazirliklərin və dövlət komitələrinin səlahiyyətləri dairəsində olan, yaxud qarşılıqlı fəaliyyət göstərdikləri təşkilatların səfərbərlik hazırlığını təşkil etmək;

3.1.2. nazirliklərin və dövlət komitələrinin səfərbərlik planlarını işləyib hazırlamaq;

3.1.3. nazirliklərin və dövlət komitələrinin səlahiyyətləri dairəsində olan, yaxud qarşılıqlı fəaliyyət göstərdikləri təşkilatların səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi barədə müqavilə hazırlamaq;

3.1.4. səfərbərlik elan edildikdə, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada nazirliklərin və dövlət komitələrinin səlahiyyətləri dairəsində olan, yaxud qarşılıqlı fəaliyyət göstərdikləri təşkilatların müharibə dövrünün iş rejiminə keçirilməsi üçün hazırlanmalarını təşkil etmək;

3.1.5. səfərbərlik elan edildikdə, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada nazirliklərin və dövlət komitələrinin səlahiyyətləri dairəsində olan, yaxud qarşılıqlı fəaliyyət göstərdikləri təşkilatların müharibə dövrünün iş rejiminə keçirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsini təşkil etmək;

3.1.6. səfərbərlik hazırlığı məqsədilə aparılması tələb olunan işlər üçün vəsaitə olan tələbatı müəyyən edərək qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim etmək;

3.1.7. səfərbərlik hazırlığına və səfərbərliyin təkmilləşdirilməsinə dair təklifləri nazirliklərin və dövlət komitələrinin rəhbərlərinə təqdim etmək;

3.1.8. səfərbərlik hazırlığı barədə statistik hesabatı tərtib edib nazirliklərin və dövlət komitələrinin rəhbərlərinə təqdim etmək;

3.1.9. səfərbərlik orqanlarının işçilərinin ixtisasının artırılmasını təşkil etmək;

3.1.10. səfərbərlik tapşırıqları (sifarişləri) olan təşkilatlar müflisləşdiyi  (iflas olduğu) halda, bu tapşırıqların (sifarişlərin) başqa təşkilatlara verilməsi üçün tədbirlər görmək;

3.1.11. nazirliklərdə, dövlət komitələrində və onlarla qarşılıqlı fəaliyyət göstərən, yaxud onların səlahiyyətləri dairəsində olan təşkilatlarda işləyən hərbi vəzifəlilərin hərbi uçotunu, səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsini təşkil etmək və müəyyən olunmuş qaydada bron edilməyə aid hesabatların təqdim edilməsini həyata keçirmək.

 

4. YERLİ İCRA HAKİMİYYƏTİ VƏ ÖZÜNÜİDARƏETMƏ ORQANLARININ SƏFƏRBƏRLİK ORQANLARININ VƏZİFƏLƏRİ

 

4.1. Yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının səfərbərlik orqanlarının vəzifələri aşağıdakılardır:

4.1.1. səfərbərlik planlarını işləyib hazırlamaq;

4.1.2. səfərbərlik hazırlığını və səfərbərliyi təşkil etmək;

4.1.3. səfərbərlik hazırlığına və səfərbərliyə dair normativ hüquqi aktların həyata keçirilməsini təmin etmək;

4.1.4. səfərbərlik hazırlığının və səfərbərliyin təmin edilməsi məqsədilə malların göndərilməsi, işlərin görülməsi, qüvvə və vəsaitlərin ayrılması, xidmətlərin göstərilməsi barədə təşkilatlarla müqavilələr hazırlamaq;

4.1.5. səfərbərlik elan edildikdə, qanunvericiliklə müəyyən edilmiş hallarda iqtisadiyyatın müharibə dövrü şəraitinə keçirilməsi üçün tədbirlər görmək;

4.1.6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ilə qarşılıqlı əlaqədə səfərbərlik planlarının yerinə yetirilməsini təmin edən tədbirlər həyata keçirmək; [10]

4.1.7. dinc dövrdə və səfərbərlik zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə səfərbərlik işində kömək göstərmək;

4.1.8. səfərbərlik planlarına uyğun olaraq səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan vətəndaşların vaxtında xəbərdar edilməsini, onların və hərbi-nəqliyyat vasitələrinin toplanış məntəqələrinə, yaxud hərbi hissələrə göndərilməsini, binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, nəqliyyat və digər maddi vəsaitlərin təyinatı üzrə istifadəyə verilməsini müəyyən olunmuş qaydada təşkil etmək;

4.1.9. inzibati ərazi vahidində olan təşkilatlar barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə məlumatların verilməsini təmin etmək;

4.1.10. səfərbərlik orqanlarının işçilərinin ixtisasının artırılmasını təşkil etmək.

 

5. TƏŞKİLATLARIN SƏFƏRBƏRLİK ORQANLARININ VƏZİFƏLƏRİ

 

 5.1. Təşkilatların səfərbərlik orqanlarının vəzifələri aşağıdakılardır:

5.1.1. səfərbərlik hazırlığının təmin edilməsi üçün tədbirlər təşkil etmək və həyata keçirmək;

5.1.2. səfərbərlik planlarını işləyib hazırlamaq;

5.1.3. səfərbərlik zamanı və müharibə dövründə səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi məqsədilə istehsalatın hazırlanmasına dair tədbirlər həyata keçirmək;

 5.1.4. səfərbərlik elan edildikdə, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydalarda istehsalatın müharibə dövrünün iş rejiminə keçirilməsi üçün tədbirlər hazırlamaq;

5.1.5. səfərbərlik hazırlığının və səfərbərliyin təmin edilməsi məqsədilə bağlanmış müqavilələrə müvafiq olaraq səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsini təmin etmək;

5.1.6. dinc dövrdə və səfərbərlik zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə səfərbərlik işində kömək göstərmək;

5.1.7. səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan işçilərin vaxtında xəbərdar edilməsini, toplanış məntəqələrinə, yaxud hərbi hissələrə gəlməsini təmin etmək;

5.1.8. səfərbərlik planlarına müvafiq olaraq, hərbi nəqliyyat vasitələrinin toplanış məntəqələrinə, yaxud hərbi hissələrə göndərilməsini təmin etmək;

5.1.9. səfərbərlik planlarına uyğun olaraq, binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, rabitə, nəqliyyat və digər vasitələrin ayrılmasını təmin etmək;

5.1.10. təşkilatlarda işləyən hərbi vəzifəlilərin hərbi uçot və bron işlərini aparmaq, bron üzrə müəyyən edilmiş qaydada hesabatları təqdim etmək;

5.1.11. müəyyən edilmiş qaydada səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatları təqdim etmək;

5.1.12. səfərbərlik orqanlarının işçilərinin ixtisasının artırılmasını təşkil etmək.

 

6. SƏFƏRBƏRLİK ORQANLARININ HÜQUQLARI

 

6.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səfərbərlik orqanı öz vəzifələrini yerinə yetirmək məqsədilə aşağıdakı hüquqları həyata keçirə bilər:

6.1.1. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun və bu Əsasnamənin tələblərini yerinə yetirməyən və buna mane olan dövlət orqanları və vəzifəli şəxsləri haqqında Azərbaycan Respublikasının Baş nazirinə məruzə etmək;

6.1.2. dövlət orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda səfərbərlik hazırlığı vəziyyətinə nəzarət etmək və dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və təşkilatların rəhbərləri ilə razılaşdıraraq səfərbərlik hazırlığı vəziyyətini yoxlamaq;

6.1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səfərbərlik orqanının fəaliyyətinə dair qərarların qəbul edilməsi üçün lazım olan məlumatları müəyyən olunmuş qaydada almaq;

6.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səfərbərlik orqanının fəaliyyəti dairəsində olan məsələlərin həll edilməsi üçün müəyyən olunmuş qaydada təşkilatları və mütəxəssisləri cəlb etmək.

6.2. Nazirliklərin və dövlət komitələrinin səfərbərlik orqanlarının hüquqları:

6.2.1. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun və bu Əsasnamənin tələblərini yerinə yetirməyən və buna mane olan təşkilatlar və vəzifəli şəxslər haqqında nazirliklərin və dövlət komitələrinin rəhbərlərinə məruzə etmək;

6.2.2. nazirliklərin və dövlət komitələrinin səlahiyyəti dairəsində olan müəssisələrdə səfərbərlik hazırlığı vəziyyətinə nəzarət etmək və onların rəhbərləri ilə razılaşdıraraq səfərbərlik hazırlığı vəziyyətini yoxlamaq;

6.2.3. nazirliklərin və dövlət komitələrinin səfərbərlik orqanlarının fəaliyyətinə aid olan məsələlər üzrə təşkilatlardan məlumatları almaq.

6.3. Yerli icra hakimiyyətlərinin və yerli özünüidarə orqanlarının səfərbərlik orqanlarının hüquqları:

6.3.1. inzibati ərazi vahidində “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun və bu Əsasnamənin tələblərini yerinə yetirməyən və buna mane olan vəzifəli şəxslər haqqında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanının rəhbərinə məruzə etmək;

6.3.2. inzibati ərazi vahidində səfərbərlik orqanının fəaliyyətinə dair məsələlərin həll edilməsi üçün vəzifəli şəxslərdən məlumatları almaq.

6.4. Təşkilatların səfərbərlik orqanlarının hüquqları:

6.4.1. təşkilatların rəhbərlərinə “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun və bu Əsasnamənin tələblərini yerinə yetirməyən və buna mane olan vəzifəli şəxslər haqqında məruzə etmək;

6.4.2. təşkilatların vəzifəli şəxslərindən səfərbərlik hazırlığı və səfərbərliyə aid olan məsələləri həll etmək üçün müvafiq məlumatları almaq.

 

7. SƏFƏRBƏRLİK ORQANLARININ MƏSULİYYƏTİ

 

Səfərbərlik orqanları qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət daşıyırlar.

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi

 

QAYDASI [11]

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə vətəndaşların səfərbərlik üzrə çağırışı (işə göndərilməsi) Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir. [12]

1.2. Vətəndaşların səfərbərlik üzrə çağırışı Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin səfərbərlik planlarında müəyyən edilmiş sayda və müddət ərzində həyata keçirilir.

1.3. Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışını, yaxud onların müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş mülki heyət vəzifələrində işləmək üçün göndərilməsini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri müvafiq rayon, şəhər icra hakimiyyəti orqanları ilə birgə həyata keçirirlər. [13]

 

2. VƏTƏNDAŞLARIN SƏFƏRBƏRLİK ÜZRƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞINA (İŞLƏMƏYƏ GÖNDƏRİLMƏSİNƏ) HAZIRLIQ TƏDBİRLƏRİ

 

Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna vaxtında keçirilməsini və xüsusi birləşmələrin yaradılmasını təmin etmək məqsədilə dinc dövrdə aşağıdakı tədbirlər həyata keçirilməlidir:

2.1. Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna vaxtında keçirilməsi və xüsusi birləşmələrin yaradılması məqsədilə hərbi vəzifəlilər müharibə dövründə hərbi vəzifələrdə hərbi xidmətlərini keçmək, yaxud müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş mülki heyət vəzifələrində işləmək üçün əvvəlcədən hərbi hissələrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təhkim edilirlər (xüsusi birləşmələrə təyin edilirlər);

2.2. dinc dövrdə Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə və xüsusi birləşmələrdə mülki heyət vəzifəsində işləyən vətəndaşlar birinci növbədə işlədikləri hərbi hissələrə və xüsusi birləşmələrə təhkim olunurlar;

2.3. hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) hərbi vəzifəlilər üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində səfərbərlik sərəncamları hazırlanır və hərbi vəzifəlilərə təqdim edilir;

2.4. hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) hərbi vəzifəlilərin vaxtında xəbərdar edilməsi məqsədilə onlar üçün yaşayış yeri üzrə və iş yeri üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən çağırış vərəqələri hazırlanır;

2.5. vətəndaşlar səfərbərlik elan edilərkən səfərbərlik sərəncamlarında, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin çağırış vərəqələrində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmə rəislərinin əmrlərində göstərilmiş müddətdə müəyyən edilmiş məntəqələrə gəlməlidirlər; [14]

2.6. səfərbərlik sərəncamlarının və çağırış vərəqələrinin formaları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. [15]

 

3. VƏTƏNDAŞLARIN SƏFƏRBƏRLİK ÜZRƏ XƏBƏRDAR EDİLMƏSİ, ÇAĞIRILMASI VƏ HƏRBİ HİSSƏLƏRƏ (XÜSUSİ BİRLƏŞMƏLƏRƏ) GÖNDƏRİLMƏSİ

 

3.1. Səfərbərlik planlarına uyğun olaraq səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan vətəndaşların vaxtında xəbərdar edilməsini, toplanış məntəqələrinə və hərbi hissələrə (xüsusi birləşmələrə) göndərilməsini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri yerli icra hakimiyyəti orqanları ilə birlikdə təşkil edir və həyata keçirirlər.

3.2. Müvafiq qanunvericiliyə uyğun olaraq səfərbərliyin elan edilməsi barədə qəbul olunmuş qərar dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.

3.3. Kütləvi informasiya vasitələrində səfərbərliyin elan olunmasından əlavə, vətəndaşlar səfərbərlik üzrə hərbi xidmətə çağırılmaları barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmə rəislərinin səfərbərliyin elan olunması haqqında əmrinin ictimai yerlərdə yapışdırılması, çağırış vərəqələri ilə yaşayış yerləri və iş yerləri üzrə xəbərdar edilirlər.

3.4. Vətəndaşların səfərbərlik barədə xəbərdar edilməsinə yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, təşkilatların vəzifəli şəxsləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin aparatlarına təhkim edilmiş şəxslər cəlb edilirlər.

3.5. Yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, təşkilatların rəhbərləri səfərbərlik elan edilərkən, hərbi vəzifəlilərə vaxtında məlumat verilməsini və onların toplanış məntəqələrinə və ya hərbi hissələrə (xüsusi birləşmələrə) gətirilməsini təmin etməlidirlər.

3.6. Müharibə dövründə hərbi xidmət keçmək üçün hərbi hissələrə təhkim edilmiş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşlar səfərbərlik elan edildikdə, səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar.

Vətəndaşların səfərbərlik üzrə Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə çağırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində aşağıdakı tərkibdə çağırış komissiyası yaradılır: komissiyanın sədri - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmə rəisi, komissiya sədrinin müavini - icra hakimiyyəti başçısının müavini, komissiyanın üzvləri - daxili işlər orqanının nümayəndəsi, həkimlər və başqaları.

3.7. Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırılmayan vətəndaşlar Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində işləmək üçün göndərilə bilərlər.

3.8. Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təhkim olunmuş vətəndaşların hərbi xidmətə çağırılması (işləməyə göndərilməsi) mümkün olmadığı hallarda səfərbərlik sərəncamları olmayan vətəndaşlar hərbi xidmətə çağırılırlar (işləməyə göndərilirlər). Bu şəxslər hərbi hissələrin və xüsusi birləşmələrin tam və keyfiyyətlə komplektləşdirilməsi məqsədilə çağırılırlar (göndərilirlər).

3.9. Vətəndaşlar səfərbərlik üzrə hərbi xidmətə o zaman çağırılmış hesab edilirlər ki, onların hərbi xidmətə çağırılması barədə hərbi uçot sənədlərində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən qeydiyyat aparılmış olsun.

3.10. Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə hərbi xidmətə vətəndaşların çağırılması (işləməyə göndərilməsi) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin iştirakı olmadan qadağandır.

3.11. Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə hərbi xidmətə çağırılan (işə göndərilən) vətəndaşlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi məntəqələrə göndərilirlər.

3.12. Hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların gətirilməsi üçün birinci növbədə həmin hərbi hissələrə və xüsusi birləşmələrə hərbi nəqliyyat vasitələri cəlb edilir, əlavə olaraq müvafiq rayon, şəhər icra hakimiyyəti orqanının qərarı ilə ayrılmış hərbi nəqliyyat vasitələri də istifadə edilir.

3.13. Vətəndaşların səfərbərlik üzrə xəbərdar edilməsini və Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında və mütəşəkkil göndərilməsini həyata keçirmək məqsədilə yerli icra nümayəndəliklərinin, yerli özünüidarə orqanlarının, mənzil-istismar təşkilatlarının və evləri istismar edən təşkilatların bazalarında xəbərdarlıq sahələri, başqa təşkilatlarda isə xəbərdarlıq qərargahları yaradılır. Səfərbərlik üzrə çağırılmış vətəndaşların Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş silahlı birləşmələrə və xüsusi birləşmələrə göndərilmələrinin təşkil edilməsi üçün hərbi vəzifəlilərin əvvəlcədən toplanış məntəqələri yaradılır. Bu məntəqələr hərəkət marşrutlarında və hərbi vəzifəlilərin yaxşı tanıdıqları ünvanlarda yerləşdirilir.

3.14. Müvafiq rayon, şəhər icra hakimiyyəti və yerli özünüidarə orqanları səfərbərlik planlarına uyğun olaraq, səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan vətəndaşların vaxtında xəbərdar edilməsini, onların və hərbi nəqliyyat vasitələrinin toplanış məntəqələrinə, yaxud hərbi hissələrə gətirilməsini, binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, nəqliyyat və digər maddi vəsaitlərin təyinatı üzrə istifadəyə verilməsini müəyyən olunmuş qaydada təşkil edirlər.

3.15. Səfərbərlik üzrə çağırış zamanı vətəndaşların toplanış məntəqələrinə, yaxud hərbi hissələrə (xüsusi birləşmələrə) vaxtında gəlməmiş şəxslər, habelə vətəndaşların vaxtında gəlməsinə mane olan təşkilat rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370)

2.       10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)

3.       5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370) ilə 1-ci hissədə hər iki halda “yerli özünüidarəetmə” sözləri “yerli özünüidarə” sözləri ilə və “qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin” sözləri “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri ilə əvəz edilmişdir.

10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir.

 

[2] 11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370) ilə “Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövründə bron edilməsi işinin təşkil olunması Qaydaları”nın adında və 1.1-ci bəndində “yerli özünüidarəetmə” sözləri “yerli özünüidarə” sözləri ilə əvəz edilmişdir.

 

[3] 11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370) ilə “Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövründə bron edilməsi işinin təşkil olunması Qaydaları”nın 2.2-ci və 2.4-cü bəndlərində ismin müvafiq hallarında “rayon (şəhər) hərbi komissarlıqları” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri” sözləri ilə, 2.3-cü və 2.4-cü bəndlərdə ismin müvafiq hallarında “rayon (şəhər) hərbi komissarlığı” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsi” sözləri ilə əvəz edilmişdir.

5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974) ilə “Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövründə bron edilməsi işinin təşkil olunması Qaydaları”nın 2.2-ci bəndinə, 2.3-cü bəndinin ikinci cümləsinə, 2.4-cü bəndinin birinci cümləsinə (hər iki halda) “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilmişdir.

 

[4] 11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370) ilə “Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsinə aid hesabatın təqdim edilməsi Qaydası”nın adında və 1.1-ci bəndində “yerli özünüidarəetmə” sözləri “yerli özünüidarə” sözləri ilə əvəz edilmişdir.

 

[5] 11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370) ilə “Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsinə aid hesabatın təqdim edilməsi Qaydası”nın 2.1-ci bənddə “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yerli orqanlarına (rayon, şəhər hərbi komissarlıqlarına)” sözləri “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə” sözləri ilə əvəz edilmişdir.

 

[6] 11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370) ilə “Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsinə aid hesabatın təqdim edilməsi Qaydası”nın 2.2.3-cü yarımbənddə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərbi uçotdan” sözləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərbi qeydiyyatdan” sözləri ilə əvəz edilmişdir.

 

[7] 11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370) ilə “Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsinə aid hesabatın təqdim edilməsi Qaydası”nın 2.3.1-ci yarımbənddə “ərazi üzrə rayon, şəhər hərbi komissarlıqlarına” sözləri "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə” sözləri ilə əvəz edilmişdir.

5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974) ilə “Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsinə aid hesabatın təqdim edilməsi Qaydası”nın 2.1-ci bəndinə və 2.3.1-ci yarımbəndinə (ikinci halda) “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilmişdir.

 

[8] 11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370) ilə “Səfərbərlik orqanları haqqında Əsasnamə”nin mətn üzrə “yerli özünüidarəetmə” sözləri “yerli özünüidarə” sözləri ilə əvəz edilmişdir.

 

[9] 11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370) ilə “Səfərbərlik orqanları haqqında Əsasnamə”nin . 2.1.2-ci və 2.1.12-ci yarımbəndlərdə “qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin” sözləri “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri ilə əvəz edilmişdir.

 

10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Səfərbərlik orqanları haqqında Əsasnamə”nin 2.1.2-ci və 2.1.12-ci yarımbəndlərində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir.

 

[10] 11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370) ilə “Səfərbərlik orqanları haqqında Əsasnamə”nin . 4.1.6-cı, 4.1.7-ci, 4.1.9-cu və 5.1.6-cı yarımbəndlərdə ismin müvafiq hallarında “rayon və şəhər hərbi komissarlıqları” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri” sözləri ilə əvəz edilmişdir.

5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974) ilə “Səfərbərlik orqanları haqqında Əsasnamə”nin 4.1.6-cı, 4.1.7-ci, 4.1.9-cu və 5.1.6-cı yarımbəndlərinə “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilmişdir.

 

[11] 11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370) ilə “Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədi ilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi Qaydası”nın adında və mətnində ismin müvafiq hallarında “qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr” sözləri ilə əvəz edilmişdir.

 

11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370) ilə “Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədi ilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi Qaydası”nın mətnində “yerli özünüidarəetmə” sözləri “yerli özünüidarə” sözləri ilə və ismin müvafiq hallarında “rayon, şəhər hərbi komissarlıqları” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri” sözləri ilə əvəz edilmişdir.

 

10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədi ilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Respublikası Silahlı qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi Qaydası”nın adında, 1.2-ci, 2.1-ci və 3.7-ci bəndlərində, 2-ci hissənin birinci abzasında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir.

 

[12] 11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370) ilə “Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədi ilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi Qaydası”nın adında və mətnində ismin müvafiq hallarında “qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr” sözləri ilə əvəz edilmişdir.

 

11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370) ilə “Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədi ilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi Qaydası”nın mətnində “yerli özünüidarəetmə” sözləri “yerli özünüidarə” sözləri ilə və ismin müvafiq hallarında “rayon, şəhər hərbi komissarlıqları” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri” sözləri ilə əvəz edilmişdir.

 

10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədi ilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Respublikası Silahlı qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi Qaydası”nın adında, 1.1-ci, 2.2-ci, 3.6-cı bəndlərin ikinci abzaslarında, 3.8-ci, 3.10-cu, 3.11-ci, 3.13-cü bəndlərində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri” sözləri ismin müvafiq hallarında “Azərbaycan Ordusu” sözləri ilə əvəz edilmişdir.

 

[13] 5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974) ilə “Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi Qaydası”nın 1.3-cü, 2.1-ci, 2.3-cü, 2.4-cü, 2.5-ci (hər iki halda), 3.1-ci (birinci halda), 3.3-cü, 3.4-cü (üçüncü halda) bəndlərinə, 3.6-cı bəndinin ikinci abzasına (hər iki halda), 3.9-cu və 3.10-cu bəndlərinə “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilmişdir.

 

[14] 11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370) ilə “Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədi ilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi Qaydası”nın 2.5-ci və 3.3-cü bəndlərdə “şəhər və rayon hərbi komissarlarının” sözləri və 3.6-cı bəndin ikinci cümləsində “rayon, şəhər hərbi komissarı” sözləri müvafiq olaraq “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmə rəislərinin” və “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmə rəisi” sözləri ilə əvəz edilmişdir.

 

[15] 11 dekabr 2012-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1370) ilə “Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədi ilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi Qaydası”nın 2.6-cı və 3.11-ci bəndlərdə “Müdafiə Nazirliyi” sözləri “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status