4 - “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
09.01.2006
QEYDİYYAT NÖMRƏSİ
4
ADI
“Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2006, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 37)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.01.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında

Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 900 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 9 yanvar 2006-cı il

         № 4

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 9 yanvar tarixli 4 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması

 

QAYDASI [2]

 

1. Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası (bundan sonra - Qayda) Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə, gömrük orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydasını müəyyən edir. [3]

2. Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər daxil edilir: [4]

gömrük orqanlarında vəzifəyə təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti;

gömrük orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarında hüquq mühafizə orqanlarının təşkilati və qanuni təminatı ilə bağlı işə keçmiş və bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda xidmət illəri;

ali dövlət hakimiyyəti orqanlarından işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət;

Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti; [5]

fasiləsiz xidmət illərinə görə əlavələr ödənilməklə, digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət; [6]

xarici ölkələrin hüquq mühafizə və məhkəmə hakimiyyəti orqanlarında xidmət keçmiş və həmin orqanlardan işdən çıxdıqdan sonra dövlətlərarası müqavilələrlə və digər beynəlxalq sənədlərlə tənzimləndiyi halda Azərbaycan Respublikasının gömrük orqanlarında xidmətini davam etdirməyə qəbul olunmuş vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət;

Dövlət Gömrük Komitəsinin tədris müəssisələrində və Dövlət Gömrük Komitəsinin göndərişi ilə xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları, ilkin, yenidən hazırlıq və ixtisasartırma kursları keçdikləri müddət;

əməkhaqqının saxlanılmaması şərtilə gömrük orqanının vəzifəli şəxslərinin vəzifədən kənarlaşdırıldıqları müddət;

təşkilati ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar müəyyən edilmiş qaydada vəzifədən azad edilərək, əməkhaqqı saxlanılmaqla, Dövlət Gömrük Komitəsinin sərəncamında saxlanılma müddəti;

hər il verilən əsas, əlavə, ödənişsiz və sosial məzuniyyətlər, təhsil almaq və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyətləri dövrləri, Dövlət Gömrük Komitəsinin tədris müəssisələrini bitirməklə əlaqədar müdavimlərə verilən tətil müddəti, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan digər ödənişli məzuniyyət və işçinin iş yerinin və orta aylıq əməkhaqqının saxlanıldığı hallarda işdən ayrılma dövrləri;

gömrük orqanlarından xidmətinə xitam verilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, gömrük orqanlarında əvvəl xidmət etdiyi müddət; [7]

dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı. [8]

3. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gömrük orqanlarında xidmətdən xaric olunmuş, sonradan isə məhkəmənin və Dövlət Gömrük Komitəsinin qərarı əsasında xidmətə bərpa edilmiş vəzifəli şəxslərin xaric olunduqları gündən xidmətə bərpa olunma haqqında əmrin verildiyi günədək olan gömrük orqanlarında xidmət etmədikləri müddət xidmət illərinə daxil edilir.

4. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya vəzifəsindən sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik gömrük orqanlarının vəzifəli şəxslərinin həbsdə olduğu, azadlığı məhdudlaşdırıldığı və cəzaçəkmə müəssisələrində olduğu müddət xidmət illərinə daxil edilir.

5. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə digər hüquq mühafizə orqanlarında xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar, gömrük orqanlarında fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır.

6. Bu Qayda təsdiq edilən günədək gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün hesablanmış xidmət illəri dəyişdirilə bilməz.

7. Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə verilən əlavələr onların orta əməkhaqları hesablanarkən nəzərə alınır.

8. Vəzifəli şəxslərə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illəri Dövlət Gömrük Komitəsi tərəfindən yaradılmış komissiyaların rəyi əsasında müvafiq əmrlə təsdiq edilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       8 oktyabr 2010-cu il tarixli 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 907)

2.       24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123)

3.       10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)

4.       14 fevral 2019-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 fevral 2019-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 351)

5.       25 noyabr 2021-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1290)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 8 oktyabr 2010-cu il tarixli 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə adında və 1-ci bəndində “Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası” sözləri “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası” sözləri ilə əvəz edilmişdir.

 

[2] 8 oktyabr 2010-cu il tarixli 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 907) ilə adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası

 

[3] 8 oktyabr 2010-cu il tarixli 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 907) ilə 1-ci bənddə “Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası” sözləri “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası” sözləri ilə, “vəzifə maaşlarına bu orqanlarda fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin sözləri “xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin” sözləri ilə əvəz edilmişdir.

 

[4] 8 oktyabr 2010-cu il tarixli 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 907) ilə 2-ci bəndin birinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət illərinə aşağıdakı dövrlər daxil edilir:

 

[5] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2-ci hissəsinin beşinci abzasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilmişdir.

 

[6] 24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123) ilə təsdiq edilmiş "Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası"nın 2-ci bəndinin altıncı abzasında "hüquq mühafizə" sözlərindən sonra "və fövqəladə hallar" sözləri əlavə edilmişdir.

 

[7] 14 fevral 2019-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 fevral 2019-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 351) ilə “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2-ci hissəsinin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda on ikinci abzas əlavə edilmişdir.

 

[8] 25 noyabr 2021-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1290) ilə “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2-ci hissəsinin on ikinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda on üçüncü abzas əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status