“Azərbaycan Respublikasının Hirkan, Şirvan, Ağgöl, Altıağac, Abşeron milli parklarının ərazilərinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 24 aprel tarixli 57 nömrəli, 3 avqust tarixli 106 nömrəli və 23 noyabr tarixli 147 nömrəli, 2005-ci il 27 aprel tarixli 227 nömrəli fərmanları ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Hirkan, Şirvan, Ağgöl, Altıağac, Abşeron milli parkları haqqında əsasnamələrin 3.2-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının Hirkan, Şirvan, Ağgöl, Altıağac, Abşeron milli parklarının ərazilərinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan SSR dövlət yasaqlıqlarının və ov təsərrüfatları şəbəkəsinin qaydaya salınması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1961-ci il 2 noyabr tarixli 995 nömrəli qərarının 2-ci bəndində “30 min” sözləri “
3. “Azərbaycan SSR yeni dövlət yasaqlıqlarının yaradılması və mövcud olanların fəaliyyətlərinin vaxtının uzadılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1964-cü il 26 fevral tarixli 130 nömrəli qərarının 3-cü bəndinin v) yarımbəndi, “Torpaq sahələrinin ayrılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il 2 mart tarixli 76 nömrəli qərarının əlavəsinin 7-ci bəndinin a) yarımbəndi və “Torpaq sahələrinin ayrılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il 31 dekabr tarixli 489 nömrəli qərarının əlavəsinin Ağgöl dövlət qoruğunun genişləndirilməsinə dair hissəsi, “Altıağac dövlət qoruğunun yaradılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 22 mart tarixli 117 nömrəli qərarı, Azərbaycan SSR Nazirlər Sovetinin 1969-cu il 18 iyul tarixli 272 nömrəli sərəncamının 1-ci bəndinin d) yarımbəndinin birinci abzası və 4-cü bəndi qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 15 mart 2006-cı il
№ 81
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 15 mart tarixli 81 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının Hirkan, Şirvan, Ağgöl, Altıağac, Abşeron milli parklarının ərazilərinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə
B Ö L G Ü S Ü
1. Azərbaycan Respublikasının Hirkan Milli Parkı:
xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) - 11303,25 hektar;
turizm və rekreasiya zonası - 2887 hektar;
[1]
turizm və başqalarına xidmət göstərilən zona - 4817,35 hektar;
milli parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası - 2427,40 hektar.
2. Azərbaycan Respublikasının Şirvan Milli Parkı:
xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) - 35320,76 hektar;
turizm və rekreasiya zonası - 14231,66 hektar;
[2]
milli parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası - 4821,08 hektar.
3. Azərbaycan Respublikasının Ağgöl Milli Parkı:
xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) - 12797,03 hektar;
təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona - 864,86 hektar;
turizm və rekreasiya zonası - 3308,86 hektar;
turizm və başqalarına xidmət göstərilən zona - 822 hektar;
milli parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası - 131,25 hektar.
[3]
4. Azərbaycan Respublikasının Altıağac Milli Parkı:
xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) - 4438 hektar;
turizm və rekreasiya zonası - 6597 hektar.
[4]
5. Azərbaycan Respublikasının Abşeron Milli Parkı:
xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) - 381,0 hektar;
turizm və rekreasiya zonası - 402,0 hektar.
[5]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 1-ci bəndinin üçüncü abzasında «istirahət (rekreasiya)» sözləri «rekreasiya» sözü ilə əvəz edilmişdir.
[2]
25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 2-ci bəndinin üçüncü abzasında «istirahət (rekreasiya)» sözləri «rekreasiya» sözü ilə əvəz edilmişdir.
[3]
25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 3-cü bəndinin dördüncü abzasında «istirahət (rekreasiya)» sözləri «rekreasiya» sözü ilə əvəz edilmişdir.
[4]
25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 4-cü bəndinin üçüncü abzasında «istirahət (rekreasiya)» sözləri «rekreasiya» sözü ilə əvəz edilmişdir.
[5]
25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 5-ci bəndinin üçüncü abzasında «istirahət (rekreasiya)» sözləri «rekreasiya» sözü ilə əvəz edilmişdir.