Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
Azərbaycan Respublİkasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi təsdiq edilsin.
Maddə 2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin zərər çəkmiş şəxsə kompensasiya verilməsi ilə bağlı 87.6.18-ci maddəsinin və XX fəslinin müddəaları müvafiq qanun qəbul edildikdən sonra qüvvəyə minir.
[1]
Maddə 3. Bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müddəalar istisna olunmaqla, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları 2000-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Maddə 4. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında» 1960-cı il dekabrın 8-də Azərbaycan SSR Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1960, № 279, maddə 144) bu Qanunun 7-ci maddəsində göstərilən keçid müddəaları nəzərə alınmaqla 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş hesab edilsin.
Maddə 5. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1960-cı il dekabrın 8-dən etibarən qəbul olunmuş fərmanlarının təsdiq edilməsi barədə Azərbaycan Sovet Sosialist Respublikasının qanunları (onların müvafiq hissələri), habelə bu maddədə sadalanan Azərbaycan Respublikasının qanunları (onların hissələri) və digər normativ hüquqi aktları bu Qanunun 7-ci maddəsində göstərilən keçid müddəaları nəzərə alınmaqla 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş hesab edilsin:
5.1. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1961-ci il 4 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1961, № 13, maddə 52);
5.2. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1961-ci il 24 iyul tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1961, № 21, maddə 78);
5.3. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 38-ci maddəsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1961-ci il 14 dekabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı , 1961, № 35, maddə 138);
5.4. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1962-ci il 7 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1962, № 22, maddə 116);
5.5. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1963-cü il 20 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1963, № 15, maddə 109);
5.6. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 320-ci maddəsinə əlavə edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1964-cü il 8 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1964, № 11, maddə 59);
5.7. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1964-cü il 11 noyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1964, № 32, maddə 152);
5.8. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 127-ci maddəsinə əlavə daxil edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1965-ci il 20 yanvar tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1965, № 3, maddə 34);
5.9. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr daxil edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 26 yanvar tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1966, № 2, maddə 12);
5.10. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişikliklər və əlavələr daxil edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 31 yanvar tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1966, № 3, maddə 18);
5.11. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr daxil edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 24 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1966, № 18, maddə 167);
5.12. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 11 noyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1966, № 21, maddə 202);
5.13. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 23 dekabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1966, № 24, maddə 229);
5.14. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 402-ci maddəsinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il 22 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1968, № 6, maddə 45);
5.15. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1969-cu il 12 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1969, № 11, maddə 95);
5.16. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr keçirilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1970-ci il 27 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1970, № 6, maddə 37);
5.17. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1971-ci il 19 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1971, № 10, maddə 70);
5.18. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 57-ci maddəsinə dəyişikliklər keçirilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1972-ci il 19 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1972, № 12, maddə 53);
5.19. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə əlavə və dəyişikliklər edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1973-cü il 13 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1973, № 7, maddə 62);
5.20. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1973-cü il 25 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1973, № 10, maddə 90);
5.21. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1973-cü il 4 iyul tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1973, № 10, maddə 116);
5.22. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1975-ci il 8 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1975, № 7, maddə 48);
5.23. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişiklik edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 28 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1977, № 5-6, maddə 30);
5.24. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə əlavə və dəyişiklik edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 28 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1977, № 5-6, maddə 31);
5.25. «Azərbaycan SSR cinayət, mülki, cinayət-prosessual, mülki-prosessual, islah-əmək, nikah və ailə məcəllələrinə əlavələr və dəyişiklik edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 28 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1977, № 5-6, maddə 33);
5.26. «Azərbaycan SSR Cinayət Məcəlləsinə 42-1-ci maddənin əlavə edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 26 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1977, № 8, maddə 49);
5.27. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 102-ci maddəsinə əlavə və dəyişiklik edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1978-ci il 13 yanvar tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1978, № 1-2, maddə 10);
5.28. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 127-ci maddəsinə dəyişiklik edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1978-ci il 15 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1978, № 9, maddə 76);
5.29. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 26 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1979, № 4, maddə 23);
5.30. «Bakı Şəhər Məhkəməsinin yaradılması ilə əlaqədar olaraq Azərbaycan SSR qanunvericiliyinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 18 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı 1979, № 9-10, maddə 72);
5.31. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1980-ci il 23 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1980, № 10, maddə 125);
5.32. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1980-ci il 26 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1980, № 11-12, maddə 137);
5.33. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1980-ci il 15 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1980, № 18, maddə 187);
5.34. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 10 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1981, № 17, maddə 203);
5.35. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 18 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1981, № 18, maddə 207);
5.36. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 22 oktyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1981, № 20, maddə 225);
5.37. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1983-cü il 28 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1983, № 17-18, maddə 162);
5.38. «Azərbaycan SSR cinayət-prosessual məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1983-cü il 30 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1983, № 17-18, maddə 165);
5.39. «Azərbaycan SSR Cinayət Məcəlləsinə və Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 1 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1984, № 3-4, maddə 30);
5.40. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 13 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1984, № 7, maddə 55);
5.41. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 5 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985, № 3, maddə 29);
5.42. «Azərbaycan SSR cinayət-prosessual və mülki-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 5 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985, № 3, maddə 30);
5.43. «İnzibati Hüquqpozmalar haqqında» Azərbaycan SSR məcəlləsinə, Azərbaycan SSR Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 13 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985, № 11, maddə 130);
5.44. «Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 14 noyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985, № 21, maddə 204);
5.45. «Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1986-cı il 16 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1986, № 12, maddə 72);
5.46. «Azərbaycan SSR Cinayət Məcəlləsinə və Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» zərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 21 iyul tarixli A Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987, № 14, maddə 141);
5.47. «Azərbaycan SSR Cinayət Məcəlləsinə, İnzibati Hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə və Azərbaycan SSR-in bəzi başqa qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 12 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987, № 15-16, maddə 153);
5.48. «Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 16 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987, № 18, maddə 173);
5.49. «Azərbaycan SSR cinayat, cinayət-prosessual və islah-əmək məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 6 noyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987, № 21, maddə 201);
5.50. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 18 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988, № 4, maddə 26);
5.51. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 28 iyul tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988, № 13-14, maddə 136);
5.52. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 30 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988, № 16, maddə 153);
5.53. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 12 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1989, № 7-8, maddə 47);
5.54. «Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanına dəyişikliklər və əlavələr edilməsi barəsində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 11 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1989, № 15-16, maddə 118);
5.55. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 7 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990, № 3-4, maddə 19);
5.56. «Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 17 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990, № 8, maddə 55);
5.57. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Sovet Sosialist Respublikasının 1990-cı il 26 iyun tarixli Qanunu (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990, № 12, maddə 145);
5.58. «Azərbaycan SSR-in qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Sovet Sosialist Respublikasının 1990-cı il 26 iyun tarixli Qanunu (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990, № 12, maddə 147);
5.59. «Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Sovet Sosialist Respublikasının 1990-cı il 30 iyul tarixli Qanunu (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990, № 13-14, maddə 173);
5.60. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin bəzi maddələrinin qüvvəyə minməsini təxirə salmaq haqqında» Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 9 fevral tarixli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991, № 4, maddə 78);
5.61. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 1992-ci il 17 yanvar tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992, № 5, maddə 100);
5.62. «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992, № 10, maddə 308);
5.63. «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 1992-ci il 18 avqust tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992, № 16, maddə 688);
5.64. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, Mülki-Prosessual Məcəlləsinə, və Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 1993-cü il 26 noyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993, № 23-24, maddə 673);
5.65. «Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 1994-cü il 21 oktyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995, № 10, maddə 192);
5.66. «Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual məcəllələrinə və İnzibati Hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 1995-ci il 4 aprel tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995, № 7, maddə 135);
5.67. «Azərbaycan Respublikasının bəzi məcəllələrinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 1995-ci il 12 sentyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995, № 22, maddə 357);
5.68. «Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 1996-cı il 24 dekabr tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997, № 4, maddə 284);
5.69. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 1996-cı il 27 dekabr tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997, № 4, maddə 287);
5.70. «Damazlıq işi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 1997-ci il 7 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997, № 4, maddə 301);
5.71. «Bitki karantini haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 1997-ci il 7 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997, № 4, maddə 303);
5.72. «İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 1997-ci il 7 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997, № 4, maddə 305);
5.73. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 1997-ci il 30 sentyabr tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998, № 1, maddə 10);
5.74. «Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqadar Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual və islah-əmək məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 1998-ci il 10 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998, № 2, maddə 85);
5.75. «Qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998, № 5, maddə 306);
5.76. «İqtisadi cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 1998-ci il 28 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998, № 5, maddə 307);
5.77. «Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual məcəllələrinə və İnzibati Hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 1998-ci il 24 noyabr tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999, № 2, maddə 54);
5.78. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 1999-cu il 2 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999, № 5, maddə 286);
5.79. «İstehsalat və məişət tullantıları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999, № 8, maddə 476).
Maddə 6. Azərbaycan Respublikasının Təsərrüfat-Prosessual Məcəlləsi (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992, № 8, maddə 214) 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş hesab edilsin.
Maddə 7. Bu Qanunla təsdiq olunmuş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qüvvəyə minməsi və tətbiqi ilə əlaqədar aşağıdakılar nəzərə alınmalıdır:
bu Məcəllə qüvvəyə minənədək başlanmış cinayət işləri üzrə həbs qismində qətimkan tədbirinin seçilməsi haqqında qərarlar 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş müddətlər daxilində qüvvədə saxlanılır;
bu Məcəllə qüvvəyə minənədək başlanmış cinayət işləri üzrə ibtidai istintaqı hərtərəfli, tam, obyektiv və vaxtında qurtarmaq məqsədi ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin istintaq aidiyyətinə dair müddəalarına uyğun olaraq ibtidai istintaq aparan orqan həmin cinayət işi üzrə ibtidai istintaqı yeni Cinayət-Prosessual Məcəlləsinin müddəalarını nəzərə alaraq aparır; KM1
bu Məcəllə qüvvəyə mindikdən sonra məhkəmələrin icraatında olan cinayət işləri üzrə həmin Məcəllə qüvvəyə minənədək aparılmış istintaq və digər prosessual hərəkətlərın qanuniliyi və əsaslılığı 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi müddəalarının tələbləri daxilində müəyyən olunur;
bu Məcəllə qüvvəyə minənədək birinci instansiya məhkəmələri tərəfindən cinayət işləri üzrə başlanmış məhkəmə baxışı həmin Məcəllə qüvvəyə mindikdən sonra iş üzrə yekun qarar çıxarılanadək 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları əsasında davam etdirilir və bu zaman məhkəmə baxışında iştirak edən xalq iclasçılarının səlahiyyət müddəti işə baxılıb qurtardığı gün bitmiş hesab olunur;
bu Məcəllə qüvvəyə minənədək birinci instansiya məhkəmələri tərəfindən 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları əsasında çıxarılmış hökmlərə və digər yekun qərarlarına müvafiq apellyasiya instansiyası məhkəməsində və ya Azərbaycan Respublikasının Ali Məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin 383-407, 409-427, 461-467-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq yenidən baxıla bilər.
Maddə 8. Həbsdə saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair yeni Qanun qəbul edilənədək, 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət-Prosessual Məcəlləsinin 433-443-cü maddələrinə uyğunlaşdırılmış qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş müvəqqəti Əsasnaməyə uyğun həyata keçirilir.
Maddə 9. Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.
Maddə 10. Bu Qanun 2000-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 14 iyul 2000-ci il
№ 907-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
13 fevral 2015-ci il tarixli 1193-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 aprel 2015-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 341)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13 fevral 2015-ci il tarixli 1193-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 aprel 2015-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 341) ilə 2-ci maddəsində “andlı iclasçılarına, habelə zərər çəkmiş şəxsə kompensasiya verilməsinə dair müddəaları məhkəmə hüquq islahatı başa çatdıqdan və” sözləri “zərər çəkmiş şəxsə kompensasiya verilməsi ilə bağlı 87.6.18-ci maddəsinin və XX fəslinin müddəaları” sözləri ilə əvəz edilmişdi.
KM1 «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci abzasının müddəası yeni CPM qüvvəyə minənədək başlanmış cinayət işləri üzrə, həmin anadək tutulmuş və həbsdə saxlanılmış şəxs barəsində olan həbs qismində qətimkan tədbiri seçilməsi haqqında qərarlara dair, əvvəlki CPM-in 92-ci maddəsində nəzərdə tutulmuş həbsdə saxlama müddətləri həddində tətbiq olunmalıdır.
«Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü abzasının müddəası yeni CPM qüvvəyə minənədək başlanmış cinayət işləri üzrə ibtidai istintaqı hərtərəfli, tam, obyektiv və vaxtında qurtarmaq məqsədilə istintaqın əvvəlki CPM-də nəzərdə tutulan istintaq aidiyyətinə dair qaydalara uyğun olaraq davam etdirilməsinə və onun yeni CPM-in müddəaları nəzərə alınmaqla aparılmasına dair qanunun istintaqı aparan orqanların qarşısında qoyduğu vəzifə kimi qəbul olunmalıdır. ( «Azərbaycan» qəzeti, 09 yanvar № 1 2004-ci il, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı 1/2004)
-
Səhifə 1
-
Səhifə 2
-
Səhifə 3
-
Səhifə 4
-
Səhifə 5
-
Səhifə 6
-
Səhifə 7
-
Səhifə 8
-
Səhifə 9
-
Səhifə 10
-
Səhifə 11
-
Səhifə 12
-
Səhifə 13
-
Səhifə 14
-
Səhifə 15
-
Səhifə 16
-
Səhifə 17
-
Səhifə 18
-
Səhifə 19
-
Səhifə 20
-
Səhifə 21
-
Səhifə 22
-
Səhifə 23
-
Səhifə 24
-
Səhifə 25
-
Səhifə 26
-
Səhifə 27
-
Səhifə 28
-
Səhifə 29
-
Səhifə 30
-
Səhifə 31
-
Səhifə 32
-
Səhifə 33
-
Səhifə 34
-
Səhifə 35
-
Səhifə 36
-
Səhifə 37
-
Səhifə 38
-
Səhifə 39
-
Səhifə 40
-
Səhifə 41
-
Səhifə 42
-
Səhifə 43
-
Səhifə 44
-
Səhifə 45
-
Səhifə 46
-
Səhifə 47
-
Səhifə 48
-
Səhifə 49
-
Səhifə 50
-
Səhifə 51
-
Səhifə 52
-
Səhifə 53
-
Səhifə 54
-
Səhifə 55
-
Səhifə 56
-
Səhifə 57
-
Səhifə 58
-
Səhifə 59
-
Səhifə 60
-
Səhifə 61
-
Səhifə 62
-
Səhifə 63
-
Səhifə 64
-
Səhifə 65
-
Səhifə 66
-
Səhifə 67
-
Səhifə 68
-
Səhifə 69
-
Səhifə 70
-
Səhifə 71
-
Səhifə 72
-
Səhifə 73
-
Səhifə 74
-
Səhifə 75
-
Səhifə 76
-
Səhifə 77
-
Səhifə 78
-
Səhifə 79
-
Səhifə 80
-
Səhifə 81
-
Səhifə 82
-
Səhifə 83
-
Səhifə 84
-
Səhifə 85
-
Səhifə 86
-
Səhifə 87
-
Səhifə 88
-
Səhifə 89
-
Səhifə 90
-
Səhifə 91
-
Səhifə 92
-
Səhifə 93
-
Səhifə 94
-
Səhifə 95
-
Səhifə 96
-
Səhifə 97
-
Səhifə 98
-
Səhifə 99
-
Səhifə 100
-
Səhifə 101
-
Səhifə 102
-
Səhifə 103
-
Səhifə 104
-
Səhifə 105
-
Səhifə 106
-
Səhifə 107
-
Səhifə 108
-
Səhifə 109
-
Səhifə 110
-
Səhifə 111
-
Səhifə 112
-
Səhifə 113
-
Səhifə 114
-
Səhifə 115
-
Səhifə 116
-
Səhifə 117
-
Səhifə 118
-
Səhifə 119
-
Səhifə 120
-
Səhifə 121
-
Səhifə 122
-
Səhifə 123
-
Səhifə 124
-
Səhifə 125
-
Səhifə 126
-
Səhifə 127
-
Səhifə 128
-
Səhifə 129
-
Səhifə 130
-
Səhifə 131
-
Səhifə 132
-
Səhifə 133
-
Səhifə 134
-
Səhifə 135
-
Səhifə 136
-
Səhifə 137
-
Səhifə 138
-
Səhifə 139
-
Səhifə 140
-
Səhifə 141
-
Səhifə 142
-
Səhifə 143
-
Səhifə 144
-
Səhifə 145
-
Səhifə 146
-
Səhifə 147
-
Səhifə 148
-
Səhifə 149
-
Səhifə 150
-
Səhifə 151
-
Səhifə 152
-
Səhifə 153
-
Səhifə 154
-
Səhifə 155
-
Səhifə 156
-
Səhifə 157
-
Səhifə 158
-
Səhifə 159
-
Səhifə 160
-
Səhifə 161
-
Səhifə 162
-
Səhifə 163
-
Səhifə 164
-
Səhifə 165
-
Səhifə 166
-
Səhifə 167
-
Səhifə 168
-
Səhifə 169
-
Səhifə 170
-
Səhifə 171
-
Səhifə 172
-
Səhifə 173
-
Səhifə 174
-
Səhifə 175
-
Səhifə 176
-
Səhifə 177
-
Səhifə 178
-
Səhifə 179
-
Səhifə 180
-
Səhifə 181
-
Səhifə 182
-
Səhifə 183
-
Səhifə 184
-
Səhifə 185
-
Səhifə 186
-
Səhifə 187
-
Səhifə 188
-
Səhifə 189
-
Səhifə 190
-
Səhifə 191
-
Səhifə 192
-
Səhifə 193
-
Səhifə 194
-
Səhifə 195
-
Səhifə 196
-
Səhifə 197
-
Səhifə 198
-
Səhifə 199
-
Səhifə 200
-
Səhifə 201
-
Səhifə 202
-
Səhifə 203
-
Səhifə 204
-
Səhifə 205
-
Səhifə 206
-
Səhifə 207
-
Səhifə 208
-
Səhifə 209
-
Səhifə 210
-
Səhifə 211
-
Səhifə 212
-
Səhifə 213
-
Səhifə 214
-
Səhifə 215
-
Səhifə 216
-
Səhifə 217
-
Səhifə 218
-
Səhifə 219
-
Səhifə 220
-
Səhifə 221
-
Səhifə 222
-
Səhifə 223
-
Səhifə 224
-
Səhifə 225
-
Səhifə 226
-
Səhifə 227
-
Səhifə 228
-
Səhifə 229
-
Səhifə 230
-
Səhifə 231
-
Səhifə 232
-
Səhifə 233
-
Səhifə 234
-
Səhifə 235
-
Səhifə 236
-
Səhifə 237
-
Səhifə 238
-
Səhifə 239
-
Səhifə 240
-
Səhifə 241
-
Səhifə 242
-
Səhifə 243
-
Səhifə 244
-
Səhifə 245
-
Səhifə 246
-
Səhifə 247
-
Səhifə 248
-
Səhifə 249
-
Səhifə 250
-
Səhifə 251
-
Səhifə 252
-
Səhifə 253
-
Səhifə 254
-
Səhifə 255
-
Səhifə 256
-
Səhifə 257
-
Səhifə 258
-
Səhifə 259
-
Səhifə 260
-
Səhifə 261
-
Səhifə 262
-
Səhifə 263
-
Səhifə 264
-
Səhifə 265
-
Səhifə 266
-
Səhifə 267
-
Səhifə 268
-
Səhifə 269
-
Səhifə 270
-
Səhifə 271
-
Səhifə 272
-
Səhifə 273
-
Səhifə 274
-
Səhifə 275
-
Səhifə 276
-
Səhifə 277
-
Səhifə 278
-
Səhifə 279
-
Səhifə 280
-
Səhifə 281
-
Səhifə 282
-
Səhifə 283
-
Səhifə 284
-
Səhifə 285
-
Səhifə 286
-
Səhifə 287
-
Səhifə 288
-
Səhifə 289
-
Səhifə 290
-
Səhifə 291
-
Səhifə 292
-
Səhifə 293
-
Səhifə 294
-
Səhifə 295
-
Səhifə 296
-
Səhifə 297
-
Səhifə 298
-
Səhifə 299
-
Səhifə 300
-
Səhifə 301
-
Səhifə 302
-
Səhifə 303
-
Səhifə 304
-
Səhifə 305
-
Səhifə 306
-
Səhifə 307
-
Səhifə 308
-
Səhifə 309
-
Səhifə 310
-
Səhifə 311
-
Səhifə 312
-
Səhifə 313
-
Səhifə 314
-
Səhifə 315
-
Səhifə 316
-
Səhifə 317
-
Səhifə 318
-
Səhifə 319
-
Səhifə 320
-
Səhifə 321
-
Səhifə 322
-
Səhifə 323
-
Səhifə 324
-
Səhifə 325
-
Səhifə 326
-
Səhifə 327
-
Səhifə 328
-
Səhifə 329
-
Səhifə 330
-
Səhifə 331
-
Səhifə 332
-
Səhifə 333
-
Səhifə 334
-
Səhifə 335
-
Səhifə 336
-
Səhifə 337
-
Səhifə 338
-
Səhifə 339
-
Səhifə 340
-
Səhifə 341
-
Səhifə 342
-
Səhifə 343
-
Səhifə 344
-
Səhifə 345
-
Səhifə 346
-
Səhifə 347
-
Səhifə 348
-
Səhifə 349
-
Səhifə 350
-
Səhifə 351

Nəticə tapılmadı!
