Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması qaydasının təsdiq edilməsi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa və “Dövlət sirri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 17 yanvar tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
[2]
1. “Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası” təsdiq edilsin.
[3]
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 17 oktyabr 2002-ci il
№ 162
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 17 oktyabr tarixli, 162 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması
QAYDASI
[4]
I. ÜMUMİ MÜDDƏALAR
1. Bu Qayda “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa, dövlət sirrinin mühafizəsi ilə əlaqədar olan münasibətləri tənzimləyən digər qanunvericilik aktlarına uyğun olaraq işlənib hazırlanmışdır və Azərbaycan Respublikasının vəzifəli şəxslərinin və vətəndaşlarının (bundan sonra - vətəndaşlar) dövlət sirri ilə işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydasını müəyyən edir.
Bu Qaydanın müddəaları Azərbaycan Respublikasının әrazisindә və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, dövlət sirri təşkil edən məlumatlarla bağlı işlər yerinə yetirən və ya belə işləri yerinə yetirmək üçün icazə almaq istəyən müəssisə, idarə və təşkilatlar (xüsusi olaraq qeyd edilən hallardan başqa, bundan sonra - təşkilatlar) tərəfindən hökmən icra edilməlidir.
[5]
Vətəndaşların xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.7-ci maddəsində nəzərdə tutulmuş əsasın olub-olmaması barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra - təhlükəsizlik orqanı), həmçinin xarici dövlətlərdə müvəqqəti yaşayan vətəndaşlara münasibətdə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəyi nəzərə alınmaqla, prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və xarici kəşfiyyat orqanında Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən həyata keçirilir.
[6]
Digər dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərini təhlükəsizlik orqanı (xarici dövlətlərdə müvəqqəti yaşayan vətəndaşlara münasibətdə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəyini nəzərə almaqla) həyata keçirir.
[7]
2. Vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi bu Qayda ilə müəyyən olunmuş qaydada müvafiq təşkilat rəhbərləri tərəfindən həyata keçirilir.
[8]
3. Vətəndaşlar dövlət sirri ilə işləməyə buraxılışla bağlı vəzifələrə, yalnız həmin vəzifəyə uyğun buraxılış forması müəyyən edilmiş qaydada rәsmilәşdirildikdәn sonra təyin oluna bilərlər.
"Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq, təşkilatların rəhbərləri vətəndaşların, yalnız öz vəzifə (funksional) borcunu yerinə yetirməsi üçün zəruri olan dövlət sirri təşkil edən məlumatlarla və yalnız lazımi həcmdə tanış olması üçün müvafiq şəraitin yaradılmasına görə fərdi məsuliyyət daşıyırlar.
[9]
4. Vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə uyğun olaraq, könüllülük qaydasında həyata keçirilir və aşağıdakıları nəzərdə tutur:
[10]
dövlət sirri haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının qanunvericiliyi ilə tanış olması və ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında öhdəlik götürülməsi;
[11]
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulan qismən və müvəqqəti məhdudiyyətlərə rəsmi yazılı razılıq verilməsini;
[12]
onlar barəsində səlahiyyətli orqanlar tərəfindən yoxlama tədbirlərinin keçirilməsinə yazılı razılıq verilməsi;
"Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş əməkhaqqına əlavələrin və onların verilməsi qaydasının müəyyənləşdirilməsini;
[13]
təşkilat rəhbəri tərəfindən dövlət sirri ilə işləməyə buraxılma haqqında qərar qəbul edilməsi.
Vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.
[14]
Yoxlama tədbirlərinin həcmi dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən şəxsin işləməyə buraxılacağı məlumatların məxfilik dərəcəsindən asılıdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərinin həcmi və keçirilmə qaydası bu orqanlar tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq edilir.
[15]
Əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq edilir.
[16]
Digər dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarında dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərinin həcmi və keçirilmə qaydası təhlükəsizlik orqanı tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq edilir.
[17]
5. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar aşağıdakılardır:
[18]
məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi;
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlərə, eləcə də digər xüsusilə ağır və ağır cinayətlərə görə məhkum edilməsi (məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq);
bu hissənin üçüncü abzasında göstərilən cinayətlərə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, tutulması və ya barəsində hər hansı qətimkan tədbirinin seçilməsi (azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək);
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya uyğun olaraq, dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərinin olması;
xarici ölkədə daimi yaşaması;
Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə və ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət etməsi və ya barəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı icraata başlanılması;
yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxarılması;
yoxlama tədbirlərindən boyun qaçırması və ya qəsdən yalan anket məlumatları verməsi.
Vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasından imtina edilməsi barədə qərarı təşkilat rəhbəri yoxlama tədbirlərinin nəticələrini nəzərə almaqla, fərdi qaydada qəbul edir. Vətəndaşın həmin qərardan şikayət vermək hüququ vardır.
Tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən sonra icazə verilir. Həmin müddətlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın rəyi ilə uzadıla bilər.
[19]
6. Dövlət sirri təşkil edən məlumatların məxfilik dərəcələrinə uyğun olaraq aşağıdakı buraxılış formaları müəyyən edilir:
[20]
birinci forma - xüsusi əhəmiyyətli məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçün;
ikinci forma - tam məxfi məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçün;
üçüncü forma - məxfi məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçün.
Vətəndaşların məxfilik dərəcəsi daha yüksək olan məlumatlarla işləməyə buraxılışının olması, onların məxfilik dərəcəsi daha aşağı olan məlumatlarla tanış olmağa buraxılmasına əsas verir.
Vətəndaşların birinci və ikinci formalar üzrə işləməyə buraxılışının rəsmiləşdirilməsi və yenidən rəsmiləşdirilməsi ilə bağlı olan yoxlama tədbirlərini təhlükəsizlik orqanı (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla və dövlət sirrinin mühafizəsi üzrə bölmələrlə qarşılıqlı əlaqədə həyata keçirir.
[21]
Bu Qaydanın 26-cı bəndində göstərilən hallar istisna olmaqla, vətəndaşların üçüncü forma üzrə işləməyə buraxılışının rəsmiləşdirilməsi təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən) təhlükəsizlik orqanı tərəfindən yoxlama tədbirləri keçirilmədən təşkilat rəhbəri tərəfindən həyata keçirilir.
[22]
Vətəndaşlara rəsmiləşdirilmiş buraxılış formasının onların işləməyə buraxıldığı məlumatların məxfilik dərəcəsinə uyğunluğuna nəzarəti təmin etmək təşkilat rəhbərinin borcudur.
7. Bu Qaydanın 27 və 28-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla, müddətli əmək müqaviləsi (saziş) ilə işə qəbul edilən və ya 18 yaşına çatmayan vətəndaşları bir qayda olaraq, xüsusi əhəmiyyətli və tam məxfi məlumatlara buraxılış rəsmiləşdirilmir.
[23]
8. Dövlət sirrinin mühafizəsi üzrə bölmələrə, həmçinin ştat cədvəllərində belə bölmələrin nəzərdə tutulmadığı təşkilatlarda məxfi kargüzarlıq işlərinin aparılması üçün işə qəbul edilən vətəndaşlara, əgər icra edilən işin xarakteri onlara birinci forma üzrə buraxılış verilməsini tələb etmirsə, ikinci forma üzrə buraxılış rəsmiləşdirilir.
9. Hərbi nümayəndəliklərin hərbi qulluqçularının və mülki şəxslərinin (bundan sonra - əməkdaş) dövlət sirri ilə işləməyə buraxılması haqqında qərar həmin hərbi nümayəndəliyin rəhbəri tərəfindən qəbul edilir. Hərbi nümayəndəliyin əməkdaşlarına dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi nümayəndəliyin yerləşdiyi təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsi vasitəsi ilə həyata keçirilir.
Təşkilatların filiallarında (xüsusiləşdirilmiş bölmələrdə, daimi fəaliyyət göstərən ekspedisiyalarda və s.) işləyən və onların yerləşdiyi ərazidə yaşayan vətəndaşlar üçün xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılış həmin filialların (bölmələrin, ekspedisiyaların) rəhbərləri tərəfindən rəsmiləşdirilir. Bu halda yoxlama tədbirləri həmin filialların yerləşdiyi təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin) təhlükəsizlik orqanının ərazi üzrə orqanları tərəfindən həyata keçirilir.
[24]
10. Təşkilatlar tərəfindən tam məxfi inşaat-quraşdırma işlərinin yerinə yetirilməsinə cəlb edilmiş hərbi-inşaat dəstələrinin hərbi qulluqçuları, müvafiq buraxılış formaları olmadıqda, belə işlərə həmin təşkilat rəhbərləri tərəfindən və yalnız təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən) təhlükəsizlik orqanı tərəfindən yoxlama tədbirləri keçirildikdən, müəyyən edilmiş qaydada ikinci forma üzrə işləməyə buraxılış rəsmiləşdirildikdən sonra buraxılırlar.
[25]
Göstərilən hərbi qulluqçuların məxfi və ya qeyri-məxfi işlərin görülməsi üçün rejimli obyektlərin* texniki ərazisinə buraxılışı komandanlıq tərəfindən verilmiş üçüncü forma üzrə işləməyə buraxılış haqqında arayış əsasında həyata keçirilir.
11. Müddətindən asılı olmayaraq, respublikanın xaricdəki təşkilatlarına (səfirliklərə, beynəlxalq təşkilatlar yanındakı nümayəndəliklərə, konsulluqlara, ticarət nümayəndəliklərinə və s.) ezam olunan vətəndaşlar xaricdə olduqları dövr ərzində ehtiyac yarandıqda məxfi məlumatlarla işləməyə həmin təşkilatların rəhbərləri tərəfindən buraxılırlar.
Xaricə üzən gəmilərin ekipaj üzvləri və belə gəmilərdə işləmək üçün buraxılışı olan digər vətəndaşlar, gəmilərin kapitanları tərəfindən, yalnız öz vəzifə (funksional) borclarını yerinə yetirmək üçün zəruri olan həcmdə tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılırlar.
12. Xüsusi daşımalarla**, məxfi məmulatların yedəyə alınması ilə məşğul olan və ya rejimli obyektlərə reyslər edən qatar briqadalarının, gəmi ekipajlarının və digər nəqliyyat vasitələrinin (silahlı qüvvələrin nəqliyyat vasitələri istisna olmaqla) heyət üzvləri üçüncü forma üzrə göstərilən briqada və ekipajların komanda heyəti isə ikinci forma üzrə işləməyə buraxılış alırlar.
13. Təşkilatda dövlət sirri ilə işləməyə buraxılışla bağlı vəzifələrin siyahısı təhlükəsizlik orqanı (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi) ilə razılaşdırılmaqla təşkilat rəhbəri tərəfindən təsdiq edilmiş vәzifәlәr nomenklaturu (forma 1) ilə müəyyən edilir. Vəzifələr nomenklaturu təşkilatın dövlət sirrinin mühafizәsi üzrə bölməsi tərəfindən təşkilatın uyğun bölmə rəhbərlərinin iştirakı ilə işlənib hazırlanır. Vәzifәlәr nomenklaturunda dəyişikliklər və əlavələr onun təsdiq edildiyi qaydada aparılır.
[26]
Vəzifələr nomenklaturuna 5 ildə bir dəfədən gec olmayaraq yenidən baxılır.
Vəzifələr nomenklaturu (forma 1) qüvvədən düşdükdən sonra 5 il saxlanılır və bundan sonra aktla məhv edilir.
Müəyyən edilmiş qaydada işlənib hazırlanmış vəzifələr nomenklaturu razılaşdırılmaq üçün təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə) göndərilərkən, bələdçi məktubda əvvəlki nomenklaturun nə vaxt və hansı orqan ilə razılaşdırıldığı, həmin nomenklaturda birinci, ikinci və üçüncü formalar üzrə işləməyə buraxılışlarının rəsmiləşdirilməsi nəzərdə tutulan vəzifələrin sayı və göstərilən vəzifələrin sayının yeni nomenklaturda dəyişməsinin səbəbləri göstərilir.
Təşkilatın filialının vəzifələr nomenklaturu təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə) razılaşdırılmaq üçün göndərilməzdən öncə tabeliyində olduğu təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsi ilə razılaşdırılır.
14. Vətəndaşın buraxılış forması onun tanış olmağa buraxıldığı məlumatların məxfilik dərəcəsinə uyğun olmadıqda buraxılış forması dəyişdirilməlidir.
Buraxılış formasının birincidən ikinciyə (üçüncüyə) və ya ikincidən üçüncüyə dəyişdirilməsi (azaldılması) təşkilat rəhbərinin sərəncamı ilə, vərəqənin (forma 3) 8-ci sütununda uyğun qeydiyyat aparılmaqla rəsmiləşdirilir. İstehsalat zərurəti yarandığı hallarda təşkilat rəhbəri təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən) təhlükəsizlik orqanı tərəfindən təkrar yoxlama tədbirləri keçirilmədən vətəndaşın buraxılış formasını bərpa edə bilər.
Zəruri hallarda buraxılış formasının yüksəldilməsi bu Qayda ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
15. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasına təşkilat rəhbərinin qərarı ilə aşağıdakı hallarda xitam verilir:
[27]
təşkilati və (və ya) ştat tədbirləri ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdə;
[28]
əmək müqaviləsinə əsasən, dövlət sirrinin mühafizəsi üzrə götürdüyü öhdəlikləri bir dəfə pozduqda;
[29]
bu Qaydanın 5-ci bəndinə uyğun olaraq, vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsas verən hallar yarandıqda.
[30]
Vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasına xitam verilməsi, təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsi və vətəndaşın işlədiyi bölmə tərəfindən hazırlanmış və təşkilat rəhbəri tərəfindən təsdiq edilmiş müvafiq yazılı rəy əsasında rəsmiləşdirilir.
Bu fakt haqqında təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə) yazılı məlumat verilir və həmçinin vərəqənin (forma 3) 10-cu sütununda müvafiq qeyd aparılır.
Vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasına xitam verilməsi onunla əmək müqaviləsinin (sazişinin) pozulması üçün əsas ola bilər, bir şərtlə ki, bu cür şәrtlәr əmək müqaviləsində (sazişində) nəzərdə tutulmuş olsun.
Vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasına xitam verilməsi və bunun əsasında onunla əmək müqaviləsinin (sazişinin) pozulması haqqında təşkilat rəhbərinin qərarından şikayәt edilə bilər.
[31]
Vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasının məqsədəuyğun olmadığı barədə təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin) rəyi habelə xarici dövlətlərdə müvəqqəti yaşayan vətəndaşlara münasibətdə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəyi həmin vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasına xitam verilməsi üçün mütləq əsasdır.
[32]
Dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələr təşkilatda işləyənlərin və dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılan vətəndaşların məlumatlılığının qeydiyyatını aparır (forma 16). Qeydiyyat vərəqələri ayrıca işdə daxili qeydiyyat vərəqələri üzrə qeydiyyata götürülərək saxlanılır.
Vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması ilə bağlı yazışmalar məxfi sənədlər üçün müəyyən edilmiş qaydada aparılır.
II. Dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi
[33]
16. Vətəndaşlara xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlara buraxılışın rəsmiləşdirilməsi (yenidən rəsmiləşdirilməsi) üçün sənədlərin hazırlanması təşkilatın kadrlar idarəsi, şöbəsi (bundan sonra - kadr aparatı) tərəfindən, o olmadıqda isə kadr işini aparan işçilər tərəfindən aparılır. Buraxılışın rəsmiləşdirilməsi məsələləri ilə əlaqədar olaraq vətəndaşları təhlükəsizlik orqanlarına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə) və dövlət sirrinin mühafizəsi üzrə bölmələrə göndərmək qadağandır.
[34]
17. Dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən vətəndaşlar belə məlumatlarla işləməyə buraxılmaqdan imtina edilməsinə səbəb olan xəstəliklərinin olmaması barədə tibbi arayışı kadr aparatına təqdim edir və anket (forma 2) doldururlar. Onlar anketdə doğru məlumatlar göstərməyə borcludurlar.
[35]
İşə (xidmətə) qəbulu rəsmiləşdirilən vətəndaşla söhbət zamanı kadr aparatının işçiləri anketdə göstərilən məlumatları onun şəxsi sənədləri (pasport, şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası, təhsil haqqında diplom və s.) ilə üzləşdirir, anketin ayrı-ayrı suallarını dəqiqləşdirir, anket suallarında nəzərdə tutulmayan maraq doğuran məlumatları müəyyənləşdirir, son bir il ərzində vətəndaşdan məxfi işlərlə, sənədlərlə və məlumatlarla əlaqəsi olub-olmadığını, onun dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə öhdəlik götürüb-götürmədiyini, rejimli obyektlərdə işləyib-işləmədiyini (xidmət edib-etmədiyini) aydınlaşdırır, zəruri arayış və sənədləri sorğu edir və vətəndaşı dövlət sirrini yaymamaq barədə öhdəliyin (forma 9 və ya 9-1) mətni ilə tanış edirlər. İki nüsxədə tərtib edilmiş öhdəliyin (forma 9 və ya 9-1) bir nüsxəsi işçinin şəxsi işində, ikinci nüsxəsi isə dövlət sirrinin mühafizəsi üzrə bölmədə saxlanılır. Bu öhdəliklər kadr aparatında əmək müqavilələrinin qeydiyyat jurnalında qeydiyyata götürülür.
Vətəndaşla söhbət zamanı və ya anket məlumatlarına əsasən ona dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi haqqında qərarın qəbul edilməsinə təsir edəcək hallar və yaxud onun əvvəllər xüsusi əhəmiyyətli və ya tam məxfi məlumatlarla işləməsi müəyyən olunarsa, onda kadr aparatının işçiləri söhbətin nəticələri barədə təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsinin rəhbərinə şifahi və ya yazılı məlumat verməyə borcludurlar.
İşə qəbulu əmək müqaviləsi ilə həyata keçirilən vətəndaşın dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə dövlət qarşısında götürdüyü öhdəliyi Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq, həmçinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmək müqaviləsinə əlavə kimi rəsmiləşdirilir.
Dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən vətəndaşın anketi kadr aparatının işçisi tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Anket, tibbi arayış və vətəndaş tərəfindən imzalanmış öhdəlik (forma 9 və ya 9-1) dövlət sirrinin mühafizəsi üzrə bölməyə təqdim edilir.
18. Dövlət sirrinin mühafizəsi üzrə bölmə:
vətəndaşların buraxılış tələb olunan vəzifələrə rəsmiləşdirilməsi üçün kadr aparatına tövsiyələr hazırlayır;
[36]
zəruri hallarda dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən vətəndaşın axırıncı bir ildə işlədiyi təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsinə onun buraxılış vərəqəsinin (forma 3) göndərilməsi üçün sorğu verir;
[37]
təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən) yoxlama tədbirlərinin keçirilməsinin məqsədəuyğunluğunu müəyyənləşdirmək məqsədi ilə buraxılış rəsmiləşdirilən (yenidən rəsmiləşdirilən) vətəndaş haqqında kadr aparatının təqdim etdiyi və ya göstərilən vətəndaşın əvvəlki iş yerlərinin dövlət sirrinin mühafizəsi üzrə bölməsindən alınmış ilkin materialları qiymətləndirir;
[38]
buraxılış üzrə qeydiyyat sənədlərini - vərəqələri (forma 3 və 8) və məxfi məlumatlara buraxılan şəxslərin siyahısını (forma 6) rəsmiləşdirir və saxlayır;
buraxılış üzrə tələblərin icrasına nəzarəti həyata keçirir.
19. Dövlət sirrinin mühafizəsi üzrə bölmə birinci və ikinci forma üzrə işləməyə buraxılışın rəsmiləşdirilməsi üçün aşağıdakı sənədləri təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə) göndərir:
[39]
a) dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsinin zəruriliyi barədə əsaslandırma məktubu. Məktubda vətəndaşın rəsmiləşdirildiyi vəzifə, onun təsdiq edilmiş vəzifələr nomenklaturunda sıra nömrəsi, həmin vəzifə üzrə dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin sayı, vətəndaşın əvvəllər malik olduğu buraxılışının nömrəsi, keçirilən yoxlama tədbirlərinin qurtarma tarixi və onu keçirən təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin) adı (yenidən rəsmiləşdirilmə zamanı - yenidən rəsmiləşdirmənin səbəbi) göstərilir, buraxılış haqqında qərar qəbul edilməsinə təsir edə bilən hallar qeyd edilir;
[40]
b) anket (forma 2);
c) qeydiyyat jurnalında (forma 10) qeydiyyata götürülmüş buraxılış vərəqəsi (forma 3) bir nüsxədə;
ç) birinci və ikinci formalar üzrə buraxılışın qeydiyyat vərəqəsi (forma 5) bir nüsxədə. Xüsusi əhəmiyyətli və ya tam məxfi məlumatlarla işləməyə buraxılışı rəsmiləşdirilən vətəndaş təşkilatın yerləşdiyi ərazidə daimi olaraq yaşamırsa, bu halda təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə) qeydiyyat vərəqəsinin (forma 5) əlavə nüsxəsi göndərilir;
d) dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən vətəndaşın və onun yaxın qohumlarının (ata, ana, qardaş, bacı və 16 yaşından yuxarı uşaqları), həmçinin arvadının (ərinin), o cümlədən keçmiş arvadının (ərinin) ümumi siyahısı (forma 4) və hər bir soyada ayrıca siyahı (forma 4) tərtib edilməklə iki nüsxədə.
[41]
20. Dövlət sirrinə üçüncü forma üzrə işləməyə buraxılış vətəndaşın işlədiyi bölmənin rəhbərinin təqdimatı əsasında rəsmiləşdirilir. Dövlət sirrinə üçüncü forma üzrə işləməyə buraxılış rəsmiləşdirilən vətəndaş üçün kadr aparatı tərəfindən ümumi (əlifba sırası ilə) siyahı (forma 6) hazırlanır, dövlət sirrinin mühafizəsi üzrə bölmə ilə razılaşdırılaraq, təşkilatın rəhbəri tərəfindən təsdiq edilir. Bu Qaydanın 26-cı bəndində göstərilən hallarda isə üçüncü forma üzrə işləməyə buraxılış rəsmiləşdirilərkən əlavə olaraq, dövlət sirrinin mühafizəsi üzrə bölmə tərəfindən 19-cu bəndin "d" yarımbəndinə uyğun olaraq siyahılar (forma 4) tərtib olunur.
21. Vətəndaşın xüsusi əhəmiyyətli və ya tam məxfi məlumatlarla işləməyə buraxılması ilə əlaqədar olaraq, təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən) təhlükəsizlik orqanı tərəfindən yoxlama tədbirlərinin keçirilməsi haqqında qeydin əks olunduğu vərəqə (forma 3) dövlət sirrinin mühafizəsi üzrə bölməyə bələdçi məktubsuz qaytarılır və dövlət sirrini yaymamaq barədə öhdəliklə (forma 9 və ya 9-1) birlikdə, əlifba sırası ilə tərtib edilmiş xüsusi kartotekada saxlanılır. Ehtiyac olduqda belə, kartotekalar struktur bölmələri üzrə də aparıla bilər.
[42]
Vərəqə (forma 3) doldurulduğu andan etibarən məxfi sənəd sayılır və işçilərin buraxılış vərəqələrinin qeydiyyat jurnalında (forma 10) onların saxlanılmasına cavabdeh olan şəxslər tərəfindən qeydiyyata götürülür.
Birinci və ikinci forma üzrə işləməyə buraxılışı rəsmiləşdirilən hər bir vətəndaşa, yalnız bir vərəqə (forma 3) açılır. Vətəndaş başqa təşkilatlara işə keçdikdə bu vərəqə həmin təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsinin sorğusu əsasında onlara göndərilir və bu barədə təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə) məlumat verilir.
[43]
İşçiyə yalnız o halda yeni vərəqə (forma 3) açılır ki, əvvəllər açılmış vərəqə bu Qaydanın 34-cü bəndində şərh edilən səbəblərdən məhv edilmiş olsun.
22. Vətəndaşın xüsusi əhəmiyyətli və ya tam məxfi məlumatlarla işləməyə buraxılışı haqqında qərar təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən), təhlükəsizlik orqanı tərəfindən yoxlama tədbirləri keçirildikdən sonra təşkilat rəhbərinin sərəncamı vərəqənin (forma 3) 8-ci sütununda, məxfi məlumatlara buraxılış haqqında qərar isə məxfi məlumatlara buraxılmalı olan şəxslərin siyahısında (forma 6) qeyd edilərək rəsmiləşdirilir, təşkilat rəhbərinin imzası və təşkilatın möhürü ilə təsdiq edilir.
23. Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən vəzifəyə təyin edilmiş şəxslər, öz vəzifələrinin icrası zamanı hakimlər, habelə dövlət sirri təşkil edən məlumatlarla bağlı cinayət işləri üzrə cinayət mühakimə icraatında müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə Dövlət sirri haqqında Qanunla nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar.
[44]
Dövlət hakimiyyəti orqanlarının tərkibinə daxil olan təşkilatların rəhbərlərinin dövlət sirri ilə işləməyə buraxılışı haqqında qərar bu orqanların rəhbərləri tərəfindən qəbul edilir. Vərəqələr (forma 3 və 8) dövlət hakimiyyəti orqanlarının dövlət sirrinin mühafizəsi üzrə bölmələrində saxlanılır və keçirilən yoxlama tədbirlərinin qurtarma tarixi, dövlət sirri ilə işləməyə buraxılan şəxslərin buraxılış forması və nömrəsi, həmçinin yoxlama tədbirlərini keçirən təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin) adı barədə bu təşkilatların dövlət sirrinin mühafizəsi üzrə bölmələrinə yazılı məlumat verilir.
[45]
Dövlət hakimiyyəti orqanının tabeliyində olmayan və ilk dəfə dövlət sirri təşkil edən məlumatlarla işləməyə cəlb edilən təşkilatın rəhbərinin dövlət sirri ilə işləməyə buraxılması haqqında qərarı müəyyən olunmuş qaydada sifarişçi təşkilatın rəhbəri qəbul edir. Bu halda qeydiyyat vərəqələri (forma 3 və 8) sifarişçi təşkilatda saxlanılır.
24. Üçüncü forma üzrə işləməyə buraxılış almış hər bir şəxsə, dövlət sirrinin mühafizəsi üzrə bölmə tərəfindən vәrәqә (forma 8) açılır. Vərəqənin 7-ci sütununda buraxılışın nömrəsi (siyahının (forma 6) nömrəsi və kəsr xətti ilə ayrılmaqla şəxsin siyahıda sıra nömrəsi), habelə, bu siyahının təşkilat rəhbəri tərəfindən təsdiq edildiyi tarix göstərilir.
Doldurulmuş vərəqələr dövlət sirrinin mühafizəsi üzrə bölmənin rəhbərinin imzası və möhürü ilə təsdiqlənərək, işçilərin buraxılış vərəqələrinin qeydiyyat jurnalında (forma 10) qeydiyyata götürülür. Bu vərəqələr məxfi məlumatlara buraxılmış şəxslərin həmin təşkilatda işlədiyi bütün dövr ərzində, birinci və ikinci formalar üzrə buraxılış vərəqələrindən ayrı olmaqla, dövlət sirrinə buraxılışın rəsmiləşdirilməsi barədə müqavilələrlə (sazişlərlə) (forma 9) birlikdə təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsində saxlanılır. Məxfi məlumatlara buraxılmalı olan şəxslərin siyahıları (forma 6) ayrıca işdə daxili qeydiyyat vərəqələri üzrə qeydiyyata götürülərək saxlanılır.
[46]
Vərəqələr (forma 8) və siyahı (forma 6) başqa təşkilatlara göndərilmir və vətəndaş işdən çıxdıqdan bir il sonra aktla məhv edilir.
Təşkilatda vətəndaşların məxfi məlumatlara buraxılışı bu Qaydaların 26-cı bəndinə uyğun olaraq, yalnız təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən) təhlükəsizlik orqanı tərəfindən yoxlama tədbirləri keçirilməklə həyata keçirilirsə, onda dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən vətəndaşların bu Qaydanın 19-cu bəndinin “d” yarımbəndinə uyğun olaraq tərtib edilmiş siyahıları (forma 4) və məxfi məlumatlara buraxılmalı olan şəxslərin siyahısı (forma 6) 1 nüsxədə tərtib edilərək bələdçi məktubla təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə) göndərilir.
[47]
Təşkilata qaytarılan siyahıda (forma 6) təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən) təhlükəsizlik orqanı tərəfindən yoxlama tədbirlərinin keçirilməsi barədə qeyd edilir.
[48]
Bu halda təhlükəsizlik orqanı (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi) tərəfindən siyahılarda (forma 6) qoyulan daxilolma nömrəsi buraxılışın nömrəsi hesab edilir.
[49]
25. Hərbi xidmətdən ehtiyata buraxılmış vətəndaşın buraxılış tələb olunan işə rəsmiləşdirilməsi zamanı təşkilatın kadr aparatı xidmət zamanı onun dövlət sirri ilə işləməyə buraxılması haqqında hərbi biletdə xüsusi qeydin mövcudluğunu yoxlamağa, belə qeyd mövcud olduqda isə vərəqəni (forma 3) almaq üçün bu vətəndaşın yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə sorğu göndərməyin zəruriliyi barədə təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsinə məlumat verməyə borcludur.
[50]
Hərbi biletdə yuxarıda göstərilən qeyd mövcud olduqda, təşkilat rəhbərinin vətəndaşı hərbi xidmətdən ehtiyata buraxıldığı gündən bir il ərzində əlavə yoxlama tədbirləri keçirilmədən dövlət sirri ilə işləməyə buraxmaq hüququ var. Bu halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsindən alınmış vәrәqәnin (forma 3) 8-ci qrafasında müvafiq qeyd edilir. Təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsi qeydiyyat vәrәqәsini (forma 5) təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin) ünvanına göndərərək, vətəndaşın dövlət sirri ilə işləməyə buraxılması faktı haqqında təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə) məlumat verir.
[51]
Dövlət sirri ilə işləməyə buraxılışı olmuş ehtiyatda və ya istefada olan zabitlər, gizirlər (miçmanlar) işə rəsmiləşdirilən zaman vərəqənin (forma 3) göndərilməsi üçün müvafiq yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə sorğu göndərilir.
26. Təşkilatların rəhbərlərinin məxfi məlumatlarla işləməyə buraxılışı (üçüncü forma üzrə), yalnız təhlükəsizlik orqanı (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi) tərəfindən yoxlama tədbirləri keçirilməklə rəsmiləşdirilir.
Təhlükəsizlik orqanı (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi) maraqlı dövlət hakimiyyəti orqanları ilə birlikdə, yalnız təhlükəsizlik orqanı (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi) tərəfindən yoxlama tədbirlərinin keçirilməsi ilə məxfi məlumatlarla işləməyə buraxılışın rəsmiləşdirildiyi təşkilatları müəyyən edə bilər.
Belə təşkilatlar siyahısına daxil edilməyən təşkilatların rəhbərləri məxfi məlumatlarla işləməyə buraxılan vətəndaşların anketindəki məlumatların doğruluğuna əsaslı şübhələr olduğu halda, vətəndaşın sənədlərini bu Qaydanın 24-cü bəndinə müvafiq olaraq təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə) göndərə bilər.
27. Ali və orta ixtisas təhsili müəssisələrinin 16 yaşına çatmış və tam fəaliyyət qabiliyyətli hesab edilmiş tələbələri, bir qayda olaraq, yalnız məxfi məlumatlarla işləməyə buraxılırlar.
Lakin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, yalnız təhsil prosesinin xüsusiyyəti ilə şərtləndirilən diplom işlərinin hazırlanması və ya təşkilatlarda təcrübə keçilməsi kimi müstəsna hallarda tam məxfi məlumatlarla işləməyə buraxıla bilərlər. Buraxılışların rəsmiləşdirilməsi bu Qaydanın tələblərinə müvafiq olaraq həyata keçirilir. Təhsil başa çatdıqdan sonra vərəqə (forma 3) sorğu məktubuna əsasən məzunun sonrakı iş yeri üzrə göndərilir.
Dövlət sirri ilə işləməyə buraxılışı olmayan ali və orta ixtisas təhsili müəssisələrinin sonuncu kurs tələbələri, təşkilatda daimi işə təyinat zamanı təhsilin başa çatmasına 3 aydan az vaxt qalmaması şərti ilə və bu Qayda ilə müəyyən edilmiş qaydada gələcək iş yeri üzrə birinci və ya ikinci forma üzrə işləməyə buraxılışa rəsmiləşdirilə bilərlər. Bu təşkilatların sorğusuna əsasən ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən tələbələrin anketlərini (forma 2) onların ünvanına göndərməyə borcludurlar.
[52]
28. 16 yaşına çatmamış və tam fəaliyyət qabiliyyətli hesab edilmiş tələbələr və digər şəxslər təşkilat rəhbərlərinin qərarı ilə, yalnız məxfi məlumatlarla işləməyə buraxıla bilərlər.
Xidməti funksiyalarının yerinə yetirilməsi zamanı bu şəxslər tərəfindən məxfilik rejiminin təmin olunması üçün təşkilat rəhbərləri şəxsi məsuliyyət daşıyırlar.
16 yaşına çatdıqdan sonra zərurət yarandığı zaman belə şəxslərə bu Qaydada nəzərdə tutulmuş qaydada ikinci forma üzrə işləməyə buraxılış rəsmiləşdirilə bilər.
III. Buraxılışın yenİdən rəsmİləşdİrİlməsİ
29. Vətəndaşların birinci və ikinci formalar üzrə işləməyə buraxılışlarının yenidən rəsmiləşdirilməsi müvafiq olaraq 10 və 15 ildən sonra və yalnız göstərilən vətəndaşlar başqa iş yerlərinə keçdikdə həyata keçirilir.
Vətəndaş, ona buraxılış rəsmiləşdirilən təşkilatda daimi işləyirsə, bu halda etibarlılıq müddətinə görə vətəndaşın buraxılışının yenidən rəsmiləşdirilməsi keçirilmir.
30. Etibarlılıq müddətindən asılı olmayaraq, birinci və ya ikinci forma üzrə işləməyə buraxılışın yenidən rəsmiləşdirilməsi aşağıdakı hallarda keçirilir:
vətəndaş dövlət sirrinin mühafizəsi üzrə bölməyə, şifrləmə və ya səfərbərlik orqanlarına işə keçirildikdə və ya qəbul edildikdə (vəzifəyə təyin edildikdə);
bu Qaydanın 31-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, vətəndaş nikaha daxil olduqda;
xarici ölkələrə uzunmüddətli (6 aydan yuxarı) ezamiyyətlərdən qayıtdıqda;
vətəndaşın yaxın qohumları daimi yaşamaq üçün xaricə getdikdə;
bu Qaydanın 5-ci bəndinə müvafiq olaraq buraxılış haqqında qərarın qəbul olunmasına təsir edən digər səbəblər yarandıqda.
Buraxılışın yenidən rəsmiləşdirilməsi zamanı bu Qaydanın 19-cu bəndində göstərilən sənədlər təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə) göndərilir.
31. Birinci və ya ikinci forma üzrə işləməyə buraxılışa malik olan və eyni təşkilatda işləyən vətəndaşlar nikaha daxil olurlarsa, onda buraxılışın yenidən rəsmiləşdirilməsi keçirilmir. Əgər bu zaman vətəndaş soyadını dəyişirsə, dövlət sirrinin mühafizəsi üzrə bölmə vərəqədə (forma 3) müvafiq qeydlər edir. Təşkilat xüsusi əhəmiyyətli və tam məxfi məlumatlara buraxılışı olan şəxslərin nikaha daxil olması və onlardan birinin soyadını dəyişməsi barədə qeydiyyat vərəqəsi (forma 5) əlavə edilməklə təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə) yazılı bildiriş göndərir.
Soyadını dəyişən vətəndaşın məxfi məlumatlarla işləməyə buraxılışı olduğu halda, dövlət sirrinin mühafizəsi üzrə bölmə vərəqədə (forma 8) müvafiq qeyd edir.
32. Dövlət sirrinin mühafizəsi üzrə bölmə vətəndaşın əvvəlki iş yerindən vərəqəsini (forma 3) alıb, ona buraxılışın yenidən rəsmiləşdirilməsinin zəruriliyini müəyyən edir və bu barədə təşkilat rəhbərinə məruzə edir.
Əgər yenidən rəsmiləşdirmə tələb olunmursa, vətəndaş dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə öhdəliyi (forma 9 və ya 9-1) imzaladıqdan sonra təşkilat rəhbəri onun dövlət sirri ilə işləməyə buraxılması barədə bu Qaydanın 22-ci hissəsinə uyğun olaraq qərar qəbul edir. Dövlət sirrinin mühafizəsi üzrə bölmə həmin şəxsi təlimatlandırır və qeydiyyat vərəqəsinin (forma 5) arxa tərəfində buraxılışın forma və nömrəsini, həmçinin təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən) təhlükəsizlik orqanı tərəfindən yoxlama tədbirlərinin keçirilməsinin başa çatması tarixini göstərməklə, onu bir aydan gec olmamaq şərti ilə təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə) göndərir.
[53]
33. Bu Qayda ilə müəyyən edilmiş qaydada, vətəndaşlara buraxılışın yenidən rəsmiləşdirilməsinin məqsədəuyğunluğu məsələsini həll etmək üçün xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılmış vətəndaşların anket məlumatlarındakı bütün dəyişikliklər haqqında dövlət sirrinin mühafizəsi üzrə bölməyə vaxtında məlumat vermək kadr aparatının borcudur.
Dövlət sirrinin mühafizəsi üzrə bölmə göstərilən vətəndaşların təlimatlandırılması zamanı, onları anket məlumatlarındakı bütün dəyişikliklər haqqında kadr aparatına vaxtında məlumat vermələrinin zəruriliyi haqqında xəbərdar etməyə borcludur.
34. Birinci, ikinci və üçüncü forma üzrə buraxılış rəsmiləşdirildikdən sonra bir il ərzində dövlət sirri təşkil edən məlumatlarla təmasda olmayan, həmçinin işdən azad olunmuş, təqaüdə çıxmış və ya təhsil müəssisəsində təhsilini başa çatdırmış və il ərzində vərəqələri (forma 3) üçün heç bir yerdən sorğu daxil olmayan vətəndaşların buraxılışı qüvvədən düşür. Bu zaman dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə öhdəlik (forma 9 və ya 9-1) və vərəqələr (forma 3 və 8) müəyyən edilmiş vaxt ərzində (forma 9 və ya 9-1 şəxsin tanış olduğu məlumatın məxfilik müddətində, forma 3 beş il, forma 8 bir il) dövlət sirrinin mühafizəsi üzrə bölmədə saxlanılır, bundan sonra isə aktla məhv edilir və aktın bir nüsxəsi yoxlama tədbiri keçirən orqana göndərilir.
[54]
IV. Başqa təşkİlatlara ezamİyyət zamanı vətəndaşların xüsusİ əhəmİyyətlİ, tam məxfİ və məxfİ məlumatlarla tanış olmağa buraxılması qaydaları
35. Xidməti işlə əlaqədar olaraq ezam olunduqları təşkilatlarda vətəndaşların xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla tanış olmağa buraxılması, onlar tərəfindən şəxsiyyətini təsdiq edən sənəd, buraxılış haqqında arayış və tapşırığın yerinə yetirilməsi üçün sərəncam (forma 15) təqdim edildikdən sonra həyata keçirilir.
Təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin) əməkdaşları təşkilatlara ezam olunduqda, onlar xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlara tapşırığın yerinə yetirilməsi üçün sərəncam (forma 15) və şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etdikdə buraxılırlar.
[55]
Xidmət növünə görə dövlət sirrinin mühafizəsi üzrə təşkilatlarla bilavasitə qarşılıqlı fəaliyyəti həyata keçirən təhlükəsizlik orqanı (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi) əməkdaşlarına belə hüquq onlar tərəfindən şəxsiyyəti təsdiq edən sənəd təqdim edildikdə verilir.
36. Başqa təşkilatlara, o cümlədən qanunvericiliklə hərbi qulluq xidməti nəzərdə tutulan tәşkilatlara ezam olunan vətəndaşlara onların müvafiq buraxılışı olduğunu təsdiq edən arayış verilir:
xüsusi əhəmiyyətli məlumatlarla işləməyə buraxılışı olanlara – birinci forma üzrə işləməyə buraxılış haqqında arayış (forma 11); burada “A” indeksindən sonra buraxılışın nömrəsi və tarixi göstərilir;
tam məxfi məlumatlarla işləməyə buraxılışı olanlara - ikinci forma üzrə işləməyə buraxılış haqqında arayış (forma 12); burada "B" indeksindən sonra buraxılışın nömrəsi və tarixi göstərilir;
məxfi məlumatlarla işləməyə buraxılışı olanlara - üçüncü forma üzrə işləməyə buraxılış haqqında arayış (forma 13); burada "D" indeksindən sonra buraxılışın nömrəsi və tarixi göstərilir.
Birinci və ikinci formalar üzrə buraxılış vərəqəsinin (forma 3) 7-ci sütununda yoxlamanın başa çatması barədə təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin) qeydinin nömrəsi və tarixi buraxılışın nömrəsi və tarixi hesab edilir.
37. Ezam olunan şəxsin buraxılış haqqında arayışı dövlət sirrinin mühafizəsi üzrə bölmənin rəhbəri tərəfindən imzalanır və bölmənin möhürü ilə təsdiq edilir.
Bu arayış ezam olunan şəxsə buraxılış haqqında arayışların verilməsinin qeydiyyat jurnalında (forma 14) imza edilməklə, birdəfəlik ezamiyyət müddətinə və ya tapşırığın yerinə yetirilməsi müddətinə, lakin bir ildən çox olmayan müddətə verilir. Bundan sonra arayış alınma yeri üzrə qaytarılır və məhv edilir. Bu barədə jurnalda (forma 14) qeyd edilərək, dövlət sirrinin mühafizəsi üzrə bölmənin iki əməkdaşının imzası ilə arayışın məhv edilməsi təsdiqlənir. Bu zaman məhvedilmə aktı tərtib edilmir.
Jurnal (forma 14) onda edilən sonuncu qeydiyyat tarixindən etibarən 5 ildən az olmayaraq dövlət sirrinin mühafizəsi üzrə bölmədə saxlandıqdan sonra müəyyən edilmiş qaydada məhv edilir.
Arayışda dövlət sirri təşkil edən məlumat tərkibli qeydlər etmək qadağandır.
38. Qeyri-məxfi məsələlər üzrə rejimli obyektlərin texniki ərazisinə giriş üçün ezam olunan şəxsin üçüncü forma üzrə işləməyə buraxılış haqqında arayışı olmalıdır (bu Qaydada nəzərdə tutulmuş hallar istisna olmaqla).
39. Məxfi və ya qeyri-məxfi xarakterli tapşırığın yerinə yetirilməsi üçün təşkilata gələn ezam olunmuş şəxsdən xüsusi əhəmiyyətli və ya tam məxfi məlumatlarla işləməyə buraxılış haqqında arayış təqdim etməsini tələb etmək - ezam olunan şəxs tərəfindən bu tapşırığın yerinə yetirilməsi zamanı xüsusi əhəmiyyətli və ya tam məxfi məlumatlarla təmasda olmasının mümkün olduğu hallar istisna olmaqla, qadağandır.
Təşkilat rəhbəri və dövlət sirrinin mühafizəsi üzrə bölmə ezam olunmuş göstərilən kateqoriyalı vətəndaşların qəbulu zamanı onların xüsusi əhəmiyyətli və ya tam məxfi məlumatlarla tanış olmaması üçün bütün tədbirləri görməyə borcludur.
40. Tapşırığın yerinə yetirilməsi üçün sərəncam (forma 15) təşkilat rəhbəri tәrәfindәn imzalanır və təşkilatın möhürü ilə təsdiqlənir. Sərəncamda qısaca olaraq ezam olunmanın əsası (qətnamənin, qərarın, müqavilənin, elmi tədqiqat və təcrübi-konstruktor işlərinin birgə planının və s. nömrəsi və tarixi) göstərilir, həmçinin tapşırığın yerinə yetirilməsi üçün ezam olunan şəxsin dövlət sirri təşkil edən hansı zəruri məlumatlarla tanış edilməsi müəyyən edilir.
Xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumat tәrkibli sərəncam məxfi sənədlər üçün müəyyən edilmiş qaydada göndərilir.
Sәrәncam yalnız bir təşkilatda tapşırığın yerinə yetirilməsi üçün verilir.
41. Ezam olunan şəxs sərəncamda (forma 15) göstərilən və yalnız tapşırığın yerinə yetirilməsi üçün zəruri olan xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla tanış olmağa buraxıla bilər. Məlumatlarla tanış olmağa buraxılma, qəbul edən təşkilat rəhbərinin yazılı icazəsi ilə həyata keçirilir.
Dövlət hakimiyyəti orqanlarının və ya iş sifarişçilərinin müəyyən etdiyi ayrı-ayrı hallarda, ezam olunan şəxslər onları qəbul edən təşkilatlarda xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla tanış olmağa, yalnız bu orqanların rəhbərlərinin yazılı icazəsi ilə buraxıla bilərlər.
42. Ezam olunmuş şəxsin xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla tanış olmağa buraxılması barədə müvafiq rəhbərin icazəsi ilə tapşırığın yerinə yetirilmәsi üçün sərəncam (forma 15) buraxılış haqqında arayışla birlikdə dövlət sirrinin mühafizəsi üzrə bölmə tərəfindən ezamiyyətə gələnlərin qeydiyyatı jurnalında (forma 7) qeydiyyata götürülür. Qeydiyyata götürüldükdən sonra buraxılış haqqında arayış təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsində qalır, tapşırığın yerinə yetirilməsi üçün sərəncam isə müvafiq rəhbərin icazəsi və ezam olunan şəxsin buraxılış forması haqqında qeyd ilə onu qəbul edən vəzifəli şəxslərə verilir. Göstərilən vəzifəli şəxslər sərəncamın arxa tərəfində ezam olunan şəxsin faktik olaraq tanış olduğu məlumatların məxfilik dərəcəsi barədə qeydlər edirlər. Qeydlər ezam olunan şəxsin imzası ilə təsdiqlənir, bundan sonra isə sərəncam saxlanmaq üçün dövlət sirrinin mühafizəsi üzrə bölməyə verilir, buraxılış haqqında arayış isə daimi iş yeri üzrə dövlət sirrinin mühafizəsi üzrə bölməyə qaytarılmaq üçün sahibinə verilir. Sərəncam dövlət sirrinin mühafizəsi üzrə bölmədə xüsusi işdə 5 il saxlanılır və bundan sonra aktla məhv edilir.
Buraxılış haqqında arayışın (forma 11, 12 və ya 13) arxa tərəfində ezam olunan şəxsin tanış olduğu məlumatların məxfilik dərəcəsi və tarix göstərilir. Qeydlər dövlət sirrinin mühafizəsi üzrə bölmə rəhbərinin imzası və həmin bölmənin möhürü ilə təsdiqlənir.
Hərbi qulluqçulara tapşırığın yerinə yetirilməsi barədə sərəncam (forma 15) və dövlət sirrinə buraxılış haqqında qeyd olan, gerbli möhürlə təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin (hərbi bilet) olması kifayətdir.
43. Ali təhsil müəssisələrinin tələbələri və doktorantları, orta ixtisas təhsili müəssisələrinin tələbələri istehsalat təcrübəsi keçmək üçün, bir qayda olaraq, müəyyən edilmiş qaydada konkret təhsil müəssisəsinə təcrübə keçmək üçün baza qismində ayrılmış rejimli obyektlərə müvafiq ixtisaslar üzrə müəyyən edilmiş dövr ərzində buraxıla bilərlər.
[56]
Ən yeni növlü silahların və hərbi texnikanın işlənməsi, layihələndirilməsi, hazırlanması, təcrübi və seriyalı nümunələrinin sınağı ilə məşğul olan təşkilatlar tələbələr tərəfindən istehsalat təcrübəsi keçilməsi üçün baza qismində təhkim oluna bilməzlər.
44. Dissertasiya (monoqrafiya və s.) üzərində işləyən vətəndaşlar dövlət arxivlərində saxlanılan xüsusi əhəmiyyətli, tam məxfi və ya məxfi məlumatlarla tanış olmağa buraxılış haqqında arayış (forma 11, 12 va ya 13) və sərəncam (forma 15) təqdim etdikdə, fondyaradıcı təşkilatın və ya onun hüquqi varisinin yazılı razılığı ilə buraxılırlar.
45. Xaricə üzən gəmilərin ekipaj üzvləri gəmilərin qəbulu və təmiri üçün rejimli obyektlərə ezam olunduqları zaman onlar həmin obyektlərə gəmidəki vəzifəsi üzrə dənizçinin şəxsiyyət sənədini təqdim etməklə daxil ola bilərlər. Bu halda dövlət sirrinin mühafizəsi üzrə bölmə onları həmin təşkilatdakı məxfilik rejimi qaydaları barədə təlimatlandırmağa borcludur.
[57]
46. Rejimli obyektlərə xidmət göstәrilmәsi ilə bilavasitə əlaqədar olan, dövlət nəzarət orqanlarının, maliyyə və vergi orqanlarının, enerji ixrac orqanlarının və digər orqanların xüsusi təyin edilmiş nümayəndələri göstərilən obyektlərə, yalnız yerinə yetirilən işlərin məxfilik dərəcəsinə müvafiq olan buraxılış haqqında arayış (forma 11, 12 və ya 13) təqdim etməklə daxil ola bilərlər.
Daxili işlər orqanlarının və digər hüquq mühafizə orqanlarının işçilərinin göstərilən obyektlərdə dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılması bu Qayda ilə həyata keçirilir.
47. Bu Qaydanın tələblərini pozan vətəndaşlar qüvvədə olan qanunvericiliyə müvafiq məsuliyyət daşıyırlar.
48. Vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması qaydaları hərbi və fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikasının Prezidenti tərəfindən dəyişdirilə bilər.
“Vəzifəli şəxslərin və ya vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”na
ƏLAVƏ
[58]
Forma 1
___________________________________________________ üzrə dövlət sirri ilə işləməyə buraxılışları rəsmiləşdirilməli olan vəzifələrin
(təşkilatın adı)
NOMENKLATURU
Dövlət sirrinin mühafizəsi
üzrə bölmənin rəhbəri
_______________________
(imza)
“____”_________________ 20__ il.
Qeyd. 1. Nomenklaturda vəzifələr hər bir bölmə (şöbə, sex, laboratoriya) üzrə yekun vurulmaqla göstərilir.
2. Sıra nömrələri struktur bölmələrinin nömrəsindən asılı olmayaraq artan ardıcıllıqla göstərilir.
3. 5-ci sütunda məxfiləşdirilməli olan məlumatlar siyahısının və ya dövlət sirrinə aid edilən məlumatların siyahısının konkret bəndinə istinad edilərək qısaca olaraq sənədlərin və ya yerinə yetirilən işlərin xarakteri və onların məxfilik dərəcəsi öz əksini tapır.
[59]
4. 8-ci sütunda buraxılışın zəruriliyi əsaslandırılmamaqla, məxfi məlumatlarla işləməyə buraxılışı rəsmiləşdirilməli şəxslərin yalnız ümumi sayı göstərilir.
[60]
5. 6-11-ci sütunlarda təşkilat üzrə yekun vurulur
|
|
“Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”na Əlavə
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Forma 2
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ANKET
(şəxsi xətti ilə doldurulur)
|
|
“Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”na ƏLAVƏ
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Forma 3
(doldurulduqda məxfi)
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
VƏRƏQƏ
|
“Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkiledən məlumatlarla işləməyə buraxılması Qaydası”na
ƏLAVƏ
Dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən vətəndaşın və onun yaxın qohumlarının
SİYAHISI
[64]
Forma 4
|
«Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil
edən məlumatlarla işləməyə buraxılması Qaydası»na
ƏLAVƏ
Birinci və ikinci formalar üzrə buraxılışın qeydiyyat
VƏRƏQƏSİ
___________ forma üzrə buraxılışın
qeydiyyat vərəqəsi
Forma 5
(vərəqənin formatı:
105 x
------------------------------------------------------------------------------------------------------------------------------
arxa tərəf
------------------------------------------------------------------------------------------------------------------------------
|
«Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən ƏLAVƏ
Forma 6
_________________________________________ üzrə
(təşkilatın adı)
Məxfi məlumatlarla işləməyə buraxılmalı şəxslərin SİYAHISI
|
Üçüncü forma üzrə buraxılış rəsmiləşdirilməsi üçün keçirilən ilkin yoxlama tədbirləri haqqında təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin) qeydi
[65]
Siyahıda göstərilən şəxslərə üçüncü forma üzrə yoxlama keçirilmişdir.
Təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin) vəzifəli şəxsi______________________________________________________________________________________
(imza)
M.Y. № ____________ “_______”__________________ 20________ il.
Qeyd: Yoxlama tədbirinin təhlükəsizlik orqanları (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi) tərəfindən keçirilməsi tələb olunan hallarda tərtib edilir.
[66]
|
«Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən ƏLAVƏ
Forma 7
_____________________________________________________________________________________
(təşkilatın adı)
ezam olunanların qeydiyyatı JURNALI
|