×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
09.02.2006
QEYDİYYAT NÖMRƏSİ
41
ADI
“Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə mükafatın və haqqın ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2006, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 189)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.02.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə mükafatın və haqqın ödənilməsi Qaydası” nın təsdiq edilməsi haqqında

“Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə mükafatın və haqqın ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 320 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə mükafatın və haqqın ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 9 fevral 2006-cı il

       № 41

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 9 fevral tarixli 41 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə mükafatın və haqqın ödənilməsi

 

QAYDASI

 

1. Bu Qayda “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 320 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə mükafatın və haqqın ödənilməsini tənzimləyir.

2. Qanunvericilikdə müəyyən olunmuş qaydada patent verilmiş bitki sortlarının toxumlarından istifadə açıq və ya məcburi lisenziya müqaviləsi əsasında həyata keçirilir.

3. Patent sahibi ilə lisenziya müqaviləsini bağlayan toxumçuluq müəssisələri və toxumçuluqda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər (bundan sonra - istifadəçi) açıq və ya məcburi lisenziyadan istifadə etmək barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinə (bundan sonra Agentlik) rəsmi müraciət etməlidirlər. [1]

Müraciətdə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxs üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;

fiziki şəxs üçün - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, qeydiyyat ünvanı);

toxum istehsalçılarının reyestrində qeydiyyat barədə məlumat;

bağlanılacaq lisenziyanın növü;

istifadəyə götürülən bitki sortlarının toxumunun növü və miqdarı.

Agentlik tərəfindən istifadəçinin müraciəti xüsusi kitabda qeydə alınmaqla qəbul edilir və qeydə alındığı gündən başlayaraq 5 iş günü ərzində bitki sortlarının toxumlarından istifadəsinə görə patent sahibinə ödənilən haqqın miqdarı göstərilməklə, lisenziya növü barədə dövlət reyestrində müvafiq qeydiyyatlar aparılır və 2 iş günü müddətində istifadəçiyə məlumat verilir. [2]

Patent verilmiş bitki sortlarının toxumlarından lisenziya müqaviləsi əsasında istifadəsinə icazə verilmədiyi halda imkanın əsasları göstərilməklə istifadəçiyə yazılı məlumat verilir.

Patent verilmiş bitki sortlarının toxumlarından lisenziya müqaviləsi əsasında istifadəsinə aşağıdakı hallarda icazə verilmir:

toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət toxumçuluq xidmətində attestasiyadan keçmədikdə;

istifadəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda.

4. Bitki sortlarının toxumlarından istifadəyə görə patent sahibi ilə istifadəçi arasında Agentlik bu Qaydanın 3-cü bəndində göstərilən ardıcıllıqla qeydiyyata alınan lisenziya müqaviləsi bağlanılır. Lisenziya müqaviləsində patent sahibinə ödəniləcək haqqın miqdarı, müqavilənin şərtləri və tərəflərin məsuliyyəti göstərilməlidir. Bağlanılmış lisenziya müqavilələri barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilir. [3]

Məcburi lisenziya verilərkən istifadəçi Agentliyin müəyyənləşdirdiyi haqqı patent sahibinə ödəməyə borcludur.

5. Sort müəllifi patent qüvvədə olduğu müddətdə toxumdan istifadəyə görə patent sahibindən mükafat almaq hüququna malikdir. Mükafatın miqdarı lisenziyaların satılmasından daxil olan gəlir də əlavə olunmaqla, patent sahibinin bitki sortlarının toxumlarının istifadəsinə görə əldə etdiyi illik gəlirin 15 faizindən az olmamaq şərtilə tərəflər arasında bağlanmış müqaviləyə əsasən müəyyən olunur.

Bitki sortu bir neçə müəllif tərəfindən yaradılarsa, mükafat onların sortun yaranmasında iştirak etdikləri pay nisbətinə görə bölünür.

6. Mükafat müəllifə (müəlliflərə) toxumun istifadə olunduğu hər ilin sonunda üç aydan gec olmayaraq verilir.


 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 aprel 2020-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2020-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 484)

2.       17 yanvar 2022-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 yanvar 2022-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 72)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 yanvar 2022-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 yanvar 2022-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 72) ilə “Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə mükafatın və haqqın ödənilməsi Qaydası”nın 3-cü hissənin birinci abzasında Nazirliyinə sözü Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinə (bundan sonra Agentlik) sözləri ilə əvəz  edilmişdir.

 

[2] 17 yanvar 2022-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 yanvar 2022-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 72) ilə “Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə mükafatın və haqqın ödənilməsi Qaydası”nın 3-cü hissənin səkkizinci abzasında və 4-cü hissədə (hər iki halda) ismin müvafiq hallarında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sözləri ismin müvafiq hallarında Agentlik sözü ilə əvəz edilmişdir.

 

[3] 10 aprel 2020-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2020-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 484) ilə “Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə mükafatın və haqqın ödənilməsi Qaydası”nın 4-cü hissəsinin birinci abzasına yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status