AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.02.2006
QEYDİYYAT NÖMRƏSİ
49
ADI
“Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2006, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 197)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.02.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası”nın təsdiq edilməsi barədə

“Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Narkotik vasitələrin və psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixi 280 nömrəli Fərmanının 1-ci bəndinin 1.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 16 fevral 2006-cı il      

                   № 49

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 16 fevral tarixli 49 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması

QAYDASI [1]

 

1. Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında bütün dəyişikliklər operativ şəkildə xüsusi jurnallarda qeyd olunur (bu Qaydaya əlavədə verilmiş formalar).

2. Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı fəaliyyət növünə icazə almış şəxslər tərəfindən həyata keçirilir.

3. Nömrələnmiş, tikilmiş, surğuclanmış jurnallar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən möhürlənir və təsdiq edilir. [2]

4. Jurnallar narkotik vasitələr və psixotrop maddələr üçün ayrılmış bağlı şkaflarda (seyflərdə) saxlanılır.

5. Narkotik vasitələrin sayı və vəziyyəti haqqında jurnal 5 (beş) il, psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnal isə 1 (bir) il müddətində məsul şəxs tərəfindən saxlanılır.

6. Göstərilən müddətdən sonra həmin jurnallar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müvafiq akt tərtib edilərək məhv edilir. [3]

 

 


 

“Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında

jurnalların aparılması və saxlanılması Qaydası”na

 

1. NARKOTİK VASİTƏLƏRİN SAYI VƏ VƏZİYYƏTİ HAQQINDA JURNALIN FORMASI

 

Aylar

Hər ayın 1-nə qalıq

Mədaxil

Ay üzrə mədaxil

və qalıq

Məxaric olunma tarixi

Cavabdeh şəxs

sənədin

№-si və tarixi

Miqdarı

1

2

3

4

5

...

29

30

31

aylıq

ümumi məxaric

kitab qalığı

Yanvar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fevral

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mart

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Aprel

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

May

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İyun

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İyul

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Avqust

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sentyabr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Oktyabr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Noyabr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dekabr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2. PSİXOTROP MADDƏLƏRİN SAYI VƏ VƏZİYYƏTİ HAQQINDA JURNALIN FORMASI

 

Aylar

Hər ayın 1-nə qalıq

Mədaxil

Ay üzrə mədaxil

və qalıq

Məxaric olunma tarixi

Cavabdeh şəxs

sənədin

№-si və tarixi

Miqdarı

1

2

3

4

5

...

29

30

31

aylıq

ümumi məxaric

kitab qalığı

Yanvar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fevral

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mart

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Aprel

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

May

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İyun

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İyul

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Avqust

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sentyabr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Oktyabr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Noyabr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dekabr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Aparatın rəhbəri A. HACIYEV

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)

2.       30 noyabr 2020-ci il tarixli 471 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1414)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə «Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası»nın 2-ci və 3-cü bəndlərində «lisenziya (xüsusi razılıq)» sözləri «icazə» sözü ilə əvəz edilmişdir.

 

[2] 30 noyabr 2020-ci il tarixli 471 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1414) ilə “Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası”nın 3-cü hissəsində “narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı fəaliyyət növünə icazə almış şəxsin yerləşdiyi ərazidəki səhiyyə idarəsinin (şöbəsinin) və ya Səhiyyə Nazirliyinin müvafiq idarələrinin rəhbərləri tərəfindən möhürlənir və imza ilə təsdiq edilir” sözləri “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən möhürlənir və təsdiq edilir” sözləri ilə əvəz edilmişdir.

 

[3] 30 noyabr 2020-ci il tarixli 471 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1414) ilə “Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası”nın 6-cı hissəsində “rayon (şəhər) səhiyyə idarəsinin (şöbəsinin) nəzdində yaradılmış komissiya” sözləri “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status