Ədəbiyyat və incəsənət əsərlərinin sifariş əsasında yaradılmasına, onların ilk kütləvi ifa və ya nümayiş hüququnun alınmasına görə müəllif qonorarının, yubiley, dövlət tədbirləri və xüsusi təyinatlı konsert proqramları üçün yaradıcı heyət və ifaçılara ödənilən haqqın minimum miqdarının və verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Müəlliflərə, yaradıcı heyət və ifaçılara ödənilən qonorar və haqqın minimum miqdarı 1,2 və 3 nömrəli əlavələrə uyğun olaraq təsdiq edilsin.
2. “Dram, musiqi, musiqili-dram və ədəbi əsərlərin sifariş əsasında yaradılmasına və ya nəşr olunmamış bu tipli əsərlərin ilk kütləvi ifa hüququnun alınmasına görə müəllif qonorarının verilməsi Qaydaları” təsdiq edilsin (4 nömrəli əlavə).
3. Bu qərarın icrası ilə əlaqədar tələb olunan xərclər dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulan müvafiq vəsaitlər dairəsində həyata keçirilsin.
[1]
4. “Ədəbiyyat və incəsənət əsərlərinin sifariş əsasında yaradılmasına, onların ilk kütləvi ifa və ya nümayiş hüququnun alınmasına görə müəllif qonorarının, yubiley, dövlət tədbirləri və xüsusi təyinatlı konsert proqramları üçün yaradıcı heyət və ifaçılara ödənilən haqqın minimum miqdarının və verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli 215 nömrəli qərarının 1-ci və 2-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 16 fevral 2006-cı il
№ 52
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 16 fevral tarixli 52 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
1 nömrəli əlavə
Dram, musiqi, musiqili-dram və ədəbi əsərlərin sifariş əsasında yaradılmasına və ya onların ilk kütləvi ifa hüququnun alınmasına görə ödənilən müəllif qonorarının minimum
MİQDARI
I. Dram əsərləri
|
|
Əsərlərin növləri
|
Müəllif qonorarının minimum miqdarı (yeni manatla)
|
|
1
|
2
|
1.
|
Çoxpərdəli pyeslər:
|
|
|
Nəsrlə
|
5 000
|
|
Nəzmlə (şerlə)
|
6 000
|
2.
|
Birpərdəli pyeslər:
|
|
|
Nəsrlə
|
2 400
|
|
Nəzmlə
|
2 800
|
3.
|
Kukla teatrı üçün pyeslər:
|
|
|
Nəsrlə
|
2 600
|
|
Nəzmlə
|
3 000
|
4.
|
Çoxpərdəli səhnələşdirmələr:
|
|
|
Nəsrlə
|
2 000
|
|
Nəzmlə
|
2 400
|
5.
|
Birpərdəli səhnələşdirmələr:
|
|
|
Nəsrlə
|
1 200
|
|
Nəzmlə
|
1 600
|
6.
|
Çoxpərdəli pyeslərin tərcüməsi (bədii):
|
|
|
Nəsrlə
|
2 000
|
|
Nəzmlə
|
2 400
|
7.
|
Çoxpərdəli pyeslərin tərcüməsi (sətri):
|
|
|
Nəsrlə
|
1 600
|
|
Nəzmlə
|
2 000
|
8.
|
Birpərdəli pyeslərin tərcüməsi (bədii):
|
|
|
Nəsrlə
|
1 200
|
|
Nəzmlə
|
1 600
|
9.
|
Birpərdəli pyeslərin tərcüməsi (sətri):
|
|
|
Nəsrlə
|
800
|
|
Nəzmlə
|
1 200
|
II. Musiqi əsərləri
|
1
|
2
|
1.
|
Opera (çoxpərdəli)
|
20 000
|
2.
|
Balet (çoxpərdəli)
|
15 000
|
3.
|
Operetta, musiqili komediya, müzikl
|
10 000
|
4.
|
Oratoriya
|
4 000
|
5.
|
Simfoniya
|
7 000
|
6.
|
Kantata, iri proqramlı simfonik əsər, simfoniyetta
|
3 000
|
7.
|
Konsert (solo aləti və simfonik, kamera, xalq çalğı alətləri orkestrləri üçün)
|
2 400
|
8.
|
Uvertüra, fantaziya, rapsodiya (simfonik, kamera, xalq çalğı alətləri, estrada orkestrləri üçün)
|
2 000
|
9.
|
Süita, variasiyalar (simfonik, kamera, xalq çalğı alətləri orkestrləri üçün)
|
1600
|
10.
|
Birhissəli kiçik əsərlər (simfonik, kamera, xalq çalğı alətləri, estrada orkestrləri üçün)
|
1 100
|
11.
|
Kvartet, kvintet, sekstet, septet, oktet və s.
|
2 000
|
12.
|
İrihəcmli birhissəli instrumental əsərlər
|
700
|
13.
|
Nəfəs alətləri orkestri üçün marş
|
500
|
14.
|
Xalq çalğı alətləri və estrada orkestrləri üçün süita
|
500
|
15.
|
Simfonik, kamera, xalq çalğı alətləri və estrada orkestrləri üçün rəqslər
|
300
|
16.
|
Kamera orkestrləri üçün işləmələr
|
400
|
17.
|
Fortepiano triosu, simli kvartet, nəfəs alətləri kvinteti və başqa ansambllar üçün süita
|
400
|
18.
|
Solo alətləri üçün sonata
|
600
|
19.
|
Orkestr ilə solist üçün romans (vokal)
|
450
|
20.
|
Kiçik kamera əsərləri
|
300
|
21.
|
Xor üçün irihəcmli əsərlər (müşayiətlə)
|
700
|
22.
|
Xor üçün irihəcmli əsərlər (müşayiətsiz)
|
600
|
23.
|
Xor üçün kiçikhəcmli əsərlər (müşayiətlə)
|
400
|
24.
|
Xor üçün kiçikhəcmli əsərlər (müşayiətsiz)
|
300
|
25.
|
Müşayiətli səs üçün romanslar, balladalar, vokalizlər, ariyalar və digər kamera əsərləri
|
240
|
26.
|
Mahnı üçün musiqi
|
500
|
27.
|
Tamaşalar üçün musiqi
|
2 000
|
28.
|
Sirk nömrələri üçün musiqi (silsilə əsərlər)
|
500
|
29.
|
Sirk attraksionu, pantomima, birşöbəli süjetli sirk tamaşası üçün musiqi
|
300
|
Qeydlər: 1. Birpərdəli opera, balet, operetta və musiqili komediyalara görə müəllif qonorarı əsərin həcmi və keyfiyyətindən asılı olaraq çoxpərdəli əsərlər üçün nəzərdə tutulan minimum miqdarın 25-40 faizi həcmində ödənilir.
2. Xalq mahnılarının işlənməsinə görə orijinal əsərlər üçün nəzərdə tutulan minimum miqdarın 25-30 faizi həcmində müəllif haqqı ödənilir.
I.
Musiqi ilə bağlı ədəbi əsərlər
|
|
1
|
2
|
1.
|
Çoxpərdəli opera üçün libretto
|
5 000
|
2.
|
Çoxpərdəli operetta, musiqili komediya, müzikl üçün libretto
|
4 000
|
3.
|
Çoxpərdəli opera, operetta, musiqili komediya, müzikl üçün librettoya əlavə şerlərin mətni
|
2 000
|
4.
|
Çoxpərdəli balet üçün libretto
|
3 000
|
5.
|
Oratoriya və kantata üçün mətn
|
1 000
|
6.
|
Çoxpərdəli opera, operetta, musiqili komediya, müzikl üçün librettonun tərcüməsi
|
1 100
|
7.
|
Birpərdəli opera, operetta, musiqili komediya, müzikl üçün librettonun tərcüməsi
|
700
|
Qeyd. Birpərdəli opera, operetta, musiqili komediya və balet üçün librettoya görə müəllif qonorarı əsərin həcmindən və keyfiyyətindən asılı olaraq çoxpərdəli əsərlər üçün nəzərdə tutulan minimum miqdarın 25-40 faizi həcmində ödənilir.
8.
|
Çoxpərdəli baletin xoreoqrafiyası
|
5 000
|
9.
|
Bir balet nömrəsinin xoreoqrafiyası
|
1 000
|
IV. Estrada və sirk üçün əsərlər
1.
|
Kiçik məzhəkələr, dramatik etüdlər
|
400
|
2.
|
Felyetonlar, miniatürlər, intermediyalar, novellalar, monoloqlar
|
300
|
3.
|
Mahnı mətni
|
200
|
4.
|
Meyxana və bayatılar
|
100
|
5.
|
Meyxana və bayatılar üçün musiqi
|
140
|
6.
|
Montaj, kompozisiya, orijinal janrlı estrada əsərlərinin tərtibatı
|
300
|
7.
|
Aparıcı üçün giriş sözü
|
200
|
8.
|
Kollektiv ifa üçün nəzərdə tutulan proloq və final
|
200
|
9.
|
Qısa dialoq (intermediya)
|
160
|
10.
|
Həcvlər
|
160
|
11.
|
Antrenin ədəbi işlənməsi
|
100
|
12.
|
Oyunbaz antresi, komik rolların ifaçıları üçün antre
|
100
|
13.
|
Pantomima, süjetli sirk tamaşası (libretto və mətn)
|
600
|
14.
|
Sirk nömrəsi ssenarisi
|
200
|
15.
|
Sirk attraksionunun ssenarisi
|
500
|
16.
|
Musiqili çıxış, yaxud estrada tamaşalarına musiqi
|
200
|
17.
|
Marşlar, cəld rəqslər, intermessolar, romanslar, valslar və digər xırda pyeslər
|
160
|
18.
|
Sirk, yaxud estrada nömrələrini müşayiət etmək üçün nəzərdə tutulan kiçik musiqili əsərlər
|
100
|
19.
|
Sirk, yaxud estrada nömrələrinin musiqili kompilyativ tərtibatı
|
120
|
20.
|
Süjetli estrada tamaşaları üçün ssenari və mətnlər
|
100
|
21.
|
Kütləvi bayramlar üçün ədəbi ssenari
|
400
|
Qeyd. Estrada və sirk üçün yazılmış ədəbi əsərlərin tərcüməsi üçün orijinal əsərlərə görə nəzərdə tutulan minimum miqdarın 50 faizi həcmində qonorar ödənilir.
|
1
|
2
|
22.
|
Folklor xoreoqrafiyası əsasında səhnə üçün rəqs
|
400
|
23.
|
Müəllif rəqsi
|
600
|
Qeyd: 1. Bədii cəhətdən yüksək səviyyəsi, tematik aktuallığı və orijinal üslubu ilə fərqlənən əsərlərin dəyəri müstəsna hal kimi Dövlət Alğı Komissiyası tərəfindən minimum qiymətlərdən artıq, sərbəst qiymətlərlə müəyyən oluna bilər.
2. Kommersiya təşkilatları əsər sifariş verərkən, yaxud ilk kütləvi ifa hüququnu alarkən bu əlavədə göstərilən minimum miqdardan az olmamaq şərtilə əsərlərin dəyəri müqavilə əsasında sərbəst qiymətlə müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 16 fevral tarixli 52 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
2 nömrəli əlavə
Təsviri və dekorativ tətbiqi sənət əsərlərinin sifariş əsasında yaradılmasına, yaxud onların ilk nümayiş hüququnun alınmasına görə müəllif qonorarının minimum
MİQDARI
|
|
Əsərlərin növləri
|
Müəllif qonorarının minimum miqdarı (yeni manatla)
|
|
1
|
2
|
|
I. Dəzgah rəngkarlığı
|
|
1.
|
Tematik tablo (300 sm-dən artıq)
|
20 000
|
2.
|
Tematik tablo (300 sm-ə qədər)
|
14 000
|
3.
|
Qrup portreti (200 sm-dən artıq)
|
12 000
|
4.
|
Natürmort (150 sm-dən artıq)
|
3 000
|
5.
|
Mənzərə (150 sm-dən artıq)
|
3 000
|
6.
|
Etüd (100 sm-dən artıq)
|
2 000
|
7.
|
Sərgi xarakterli teatr və kino eskizləri
|
2 000
|
|
II. Dəzgah qrafikası
|
|
1.
|
Sulu boya, quaş, tampera, pastel
|
3 000
|
2.
|
Portret
|
2 000
|
3.
|
Mənzərə
|
2 000
|
4.
|
Natürmort
|
2 000
|
5.
|
Səhnə kostyumu eskizləri
|
1 000
|
6.
|
Plakat
|
1 000
|
|
1
|
2
|
|
III. Dəzgah heykəltaraşlığı
|
|
1.
|
Heykəl və ya çoxfiqurlu kompozisiya (ölçüsü 1,5 metrdən çox)
|
20 000
|
2.
|
Çoxfiqurlu kompozisiya (ölçüsü 1,5 metrə qədər)
|
16 000
|
3.
|
Yarım fiqur
|
6 000
|
4.
|
Portret
|
4 000
|
5.
|
Kiçik formalı heykəllər
|
3 000
|
Qeyd. Əsərlərin dəyəri müəyyən olunarkən işlənən materialın qiyməti nəzərə alınır.
|
1
|
2
|
|
IV. Dekorativ tətbiqi sənət
|
|
1.
|
Xalça və xalça məmulatları, vərni, məfraş və s. (3 kv.m-ə qədər)
|
6 000
|
2.
|
Xalça və xalça məmulatları, (3 kv.m-dən böyük
|
10 000
|
3.
|
Saxsı, şamot və s.
|
600
|
Qeydlər: 1. Görkəmli fırça ustalarının bədii cəhətdən yüksək səviyyəsi, tematik aktuallığı, orijinal üslubu ilə fərqlənən təsviri və dekorativ-tətbiqi sənət əsərlərinin dəyəri müstəsna hal kimi Dövlət Ekspert Alğı Komissiyası tərəfindən minimum qiymətlərdən artıq, sərbəst qiymətlərlə müəyyən oluna bilər.
2. Dövlət Ekspert Alğı Komissiyası, digər hüquqi və fiziki şəxslər tərəfindən əsərlərin qiyməti müəyyən olunarkən onların mürəkkəbliyi, keyfiyyəti, ölçüləri və texnologiyası nəzərə alınır.
3. Kommersiya təşkilatları təsviri və dekorativ-tətbiqi sənət əsərləri sifariş verərkən həmin əsərlərin dəyəri bu əlavədə göstərilən minimum miqdardan az olmamaq şərtilə müqavilə əsasında sərbəst qiymətlərlə müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 16 fevral tarixli 52 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
3 nömrəli əlavə
Yubiley və dövlət tədbirləri, habelə xüsusi təyinatlı konsert proqramları üçün yaradıcı heyətə və ifaçılara ödənilən haqqın minimum
MİQDARI
|
|
Əsərlərin növləri
|
Müəllif qonorarının minimum miqdarı (yeni manatla)
|
|
1
|
2
|
|
I. Yaradıcı heyət üçün
|
|
1.
|
Ssenari müəllifi
|
1 200
|
2.
|
Quruluşçu rejissor
|
1 000
|
3.
|
Quruluşçu rəssam
|
800
|
4.
|
Tərtibatçı rəssam
|
500
|
5.
|
Musiqi tərtibatçısı
|
400
|
6.
|
Rejissor assistenti
|
300
|
7.
|
Redaktor
|
400
|
8.
|
Direktor-təşkilatçı
|
300
|
9.
|
İnzibatçı-əlaqələndirici
|
200
|
10.
|
Səs rejissoru
|
300
|
11.
|
İşıq üzrə rəssam
|
300
|
|
II. İfaçılar üçün (bir konsert nömrəsinin ifasına görə)
|
|
1.
|
Vokalçı (opera və musiqili komediya teatrları):
-
xalq artisti, Dövlət mükafatı və Beynəlxalq müsabiqələr laureatı
-
əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı
-
solist-vokalçı
|
600
400
300
|
2.
|
Solist-musiqiçi (pianoçu, skripkaçı, tarzən, kamançaçı və s.)
-
xalq artisti, Dövlət mükafatı və Beynəlxalq müsabiqələr laureatı
-
əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı
-
solist-ifaçı
|
500
300
200
|
3.
|
Balet artisti (solo ifa)
|
200
|
4.
|
Balet artisti (kütləvi ifa)
|
100
|
5.
|
Milli rəqs (solo ifa)
|
120
|
6.
|
Milli rəqs (kütləvi ifa)
|
60
|
7.
|
Muğam ifaçısı və müğənni:
-
xalq artisti
-
əməkdar artist
-
xanəndə-müğənni
|
300
200
160
|
8.
|
Estrada ifaçıları:
|
|
|
- xalq artisti
|
250
|
|
- əməkdar artist
|
200
|
|
- ifaçı
|
140
|
9.
|
Aktyor sənəti ifaçılığı və bədii qiraət, aparıcı
|
160
|
10.
|
Ansamblın tərkibində ifaçılıq
|
90
|
11.
|
Simfonik orkestr və ya kamera orkestrində ifaçılıq
|
110
|
12.
|
Xor tərkibində ifaçılıq
|
60
|
Qeyd: Bədii cəhətdən yüksək səviyyəsi, tematik aktuallığı, orijinal üslubu ilə fərqlənən tədbirlərdə yaradıcı heyətə və ifaçılara, habelə xaricdən dəvət olunan ifaçılara ödənilən haqq müstəsna qaydada sərbəst qiymətlər əsasında müəyyən oluna bilər (bu və ya digər tədbirdə yaradıcı heyət və ifaçılar üçün ayrılan vəsait daxilində).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 16 fevral tarixli 52 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
4 nömrəli əlavə
|
Dram, musiqi, musiqili-dram və ədəbi əsərlərin sifariş əsasında yaradılmasına və ya nəşr olunmamış bu tipli əsərlərin ilk kütləvi ifa hüququnun alınmasına görə müəllif qonorarının verilməsi
QAYDALARI
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrdə ədəbiyyat və incəsənət əsərlərinin yaradılmasına və ya nəşr olunmamış bu tipli əsərlərin ilk kütləvi ifa hüququnun alınmasına görə müəllif qonorarının verilməsinin (müqavilə əsasında) nəzərdə tutulmuş minimum miqdarı Azərbaycan Respublikası ərazisində tətbiq edilir.
2. Müəllif qonorarının miqdarı əsərin bədii keyfiyyətindən və əhəmiyyətindən asılı olaraq müəssisə (təşkilat) ilə müəllif arasında bağlanmış müqavilə əsasında minimum miqdardan az olmamaq şərtilə müəyyən olunur.
1 və 2 nömrəli əlavələrdə göstərilən müəllif qonorarının minimum miqdarından istifadə müəlliflə müqavilə bağlamış müəssisənin (təşkilatın) kimə tabeliyindən asılı deyildir.
3. Dram, musiqi, musiqili-dram və ədəbi əsərlərin sifariş əsasında yaradılmasına görə müəllif yalnız bir müəssisə (təşkilat) ilə müqavilə bağlaya və bu əsərə görə həmin müəssisədən (təşkilat) yalnız bir dəfə qonorar ala bilər.
4. Sifariş əsasında kütləvi ifa üçün əsər yaratmağa görə müqaviləsi olan müəllif, əsəri bitirdiyi andan qurtaran kimi onun nəşri üçün də müqavilə bağlaya və nəşrinə görə müəyyən olunmuş tarif dərəcələrinə uyğun qaydada müəllif qonorarı ala bilər.
Əsərin nəşrinə görə müqaviləsi olan müəllif, eyni zamanda müəllif qonorarı ödənilməklə onun kütləvi ifası üçün də müqavilə bağlaya bilər.
5. Nəşr edilmiş əsərdə teatrın tələbinə uyğun surətdə müqavilə üzrə düzəlişlər etməyə görə müəllif qonorarı ödənilmir.
6. Nəşr edilmiş əsərin tamamilə yenidən işlənilməsinə görə müvafiq yaradıcılıq ittifaqları, Mədəniyyət və Turizm Nazirliyi, yaxud onun yerli idarələri tərəfindən təsdiq edilmiş rəy əsasında 75 faizə qədər müəllif qonorarı ödənilə bilər.
[2]
7. Aktual ictimai-siyasi mövzularda estrada və sirk üçün yazılmış və nəşr edilmiş əsərlərdə düzəlişlər etmək zərurəti ortaya çıxarsa, müqavilə əsasında 50 faizə qədər müəllif qonorarı ödənilə bilər.
8. Estrada və sirk üçün yazılmış əsərlərə görə müəllif qonorarı aşağıdakı qaydalara əməl etməklə ödənilir:
a) 6 və daha çox misradan ibarət olan meyxanalar həcmindən asılı olmayaraq iki rübai kimi götürülür; qısa dialoq (intermediya) üçün nəzərdə tutulan minimum müəllif qonorarı nömrələr arasında əlaqə yaratmaq, yaxud nömrəyə giriş xarakterində yazılmış intermediyalar üçün də tətbiq edilir.
9. Nəşr olunmamış əsərin kütləvi ifası üçün müəlliflə müqavilə (səhnə müqaviləsi) bağlamış müəssisə (təşkilat) aldığı əsəri özünün tabeliyində olan təşkilatlara verə, radio və televiziya ilə ifa edə, yaxud heç bir əlavə qonorar ödəmədən nüsxələrinin sayını artıra bilər. Kütləvi ifaya görə müəllifin qonorar almaq hüququ saxlanılır.
10. Teatrları rəngarəng repertuarla təmin etmək məqsədilə nəşr olunmamış dram və estrada əsərlərinin müəllifin razılığı əsasında Əqli Mülkiyyət Agentliyi vasitəsilə əlyazma şəklində artırılmasına onun nəşri kimi baxılmır.
[3]
Belə əsərlərin kütləvi ifasını ilk dəfə həyata keçirən müəssisə (təşkilat) müəllif qonorarı ödəməyə borcludur (əvvəllər müəllif qonorarı ödənilməyibsə).
11. Teatrların, sirklərin, konsert təşkilatlarının və ifaçılıq kollektivlərinin rəhbərləri ilkin ifa hüququnun alınmasına və ya sifariş əsasında yaradılmasına görə müəllif qonorarı ödənilməsini nəzərdə tutan müqavilələri yalnız yuxarı orqanların icazəsindən sonra bağlaya bilərlər.
Sifariş əsasında yaradılan əsərə görə müəllif qonorarı müəlliflərin vərəsələrinə müəyyən olunmuş qaydalar əsasında Əqli Mülkiyyət Agentliyi vasitəsilə verilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735)
2.
26 oktyabr 2020-ci il tarixli 423 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1311)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
26 oktyabr 2020-ci il tarixli 423 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1311) ilə 3-cü hissədən “və Turizm” sözləri çıxarılmışdır.
[2]
26 oktyabr 2020-ci il tarixli 423 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1311) ilə “Dram, musiqi, musiqili-dram və ədəbi əsərlərin sifariş əsasında yaradılmasına və ya nəşr olunmamış bu tipli əsərlərin ilk kütləvi ifa hüququnun alınmasına görə müəllif qonorarının verilməsi Qaydaları”nın 6-cı hissəsindən “və Turizm” sözləri çıxarılmışdır.
[3]
18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə 4 nömrəli əlavə - “Dram, musiqi, musiqili-dram və ədəbi əsərlərin sifariş əsasında yaradılmasına və ya nəşr olunmamış bu tipli əsərlərin ilk kütləvi ifa hüququnun alınmasına görə müəllif qonorarının verilməsi Qaydaları”nın 10-cu hissəsinin birinci abzasında və 11-ci hissəsinin ikinci abzasında “Müəllif Hüquqları Agentliyi” sözləri “Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilmişdir.