59 - “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin məzmunu və təqdim edilmə Qaydası”nın təsdiq edilməsi haqqında
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.02.2006
QEYDİYYAT NÖMRƏSİ
59
ADI
“Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin məzmunu və təqdim edilmə Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2006, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 206)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.02.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
030.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nın təsdiq edilməsi haqqında

“Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin məzmunu və təqdim edilmə Qaydası”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 319 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin məzmunu və təqdim edilmə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 27 fevral 2006-cı il 

                № 59

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 27 fevral tarixli 59 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin

 

MƏZMUNU və TƏQDİM EDİLMƏ QAYDASI [2]

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatı (bundan sonra - AKT) üzvünə “Elektron kənd təsərrüfatı” informasiya sistemi (bundan sonra – EKTİS) vasitəsilə təqdim edilən vəsiqə onun statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəddir. [3]

1.2. Vəsiqə ailə kəndli təsərrüfatı üzvünə AKT müvafiq ərazilər üzrə bələdiyyədə uçota alındıqdan sonra 5 gün müddətində təqdim edilir. [4]

1.3. Ailə kəndli təsərrüfatının başçısı AKT üzvlərinin vəsiqələrini (və ya vəsiqələrin dublikatını) almaq üçün onların şəxsiyyətini təsdiq edən sənədləri müvafiq ərazilər üzrə bələdiyyəyə təqdim etməlidir. [5]

 

2. AİLƏ KƏNDLİ TƏSƏRRÜFATI ÜZVÜNÜN VƏSİQƏSİNİN MƏZMUNU [6]

 

2.1. Müvafiq ərazi üzrə bələdiyyə tərəfindən AKT uçota alındıqdan sonra təsdiqedici sənədlərə əsasən ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi məqsədilə “kənd təsərrüfatı subyektlərinin qeydiyyatı” altsistemi vasitəsilə EKTİS-ə aşağıdakı məlumatlar daxil edilir: [7]

2.1.1. ailə kəndli təsərrüfatının adı və ünvanı;

2.1.2. ailə kəndli təsərrüfatının üzvünün fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, ailə kəndli təsərrüfatına üzv olma tarixi;

2.1.3. ailə kəndli təsərrüfatının üzvünün fəaliyyətə başladığı tarix, təsərrüfat-təqvim illəri, AKT üzvünün məşğul olduğu iş və ya vəzifəsi (peşəsi).

2.2. AKT üzvünün vəsiqəsi müvafiq ərazilər üzrə bələdiyyələr tərəfindən Azərbaycan Respublikasının dövlət dilində doldurulur. [8]

2.3. Müvafiq ərazilər üzrə bələdiyyələr tərəfindən AKT üzvünün vəsiqəsində təsdiqedici sənədlərə əsasən aşağıdakı qeydlər aparılır:

“Titul vərəqi” bölməsində AKT üzvünün soyadı, adı, atasının adı (ixtisar olunmadan), doğulduğu tarix (gün, ay, il), AKT-yə üzv olma tarixi (gün, ay, il), AKT-nin adı və hüquqi ünvanı yazılır;

vəsiqənin titul vərəqi vəsiqənin verilməsi üçün məsuliyyət daşıyan müvafiq ərazilər üzrə bələdiyyənin sədri tərəfindən imzalanır və möhürlə təsdiq edilir;

“İş haqqında məlumat” bölməsinin 1-ci sütununda AKT üzvünün fəaliyyətə başladığı gün, ay və il, 2-ci sütununda təsərrüfat-təqvim illəri, 3-cü sütununda AKT üzvünün hansı işlə məşğul olduğu göstərilir, 4-cü sütununda isə qeydlər müvafiq ərazilər üzrə bələdiyyə sədri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

2.4. AKT üzvünün vəsiqəsində AKT statusunun itirilməsi və ləğv edilməsi səbəbləri “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun göstərilməlidir.

2.5. AKT üzvünün soyadının, adının, atasının adının vəsiqədə dəyişdirilməsi müvafiq ərazilər üzrə bələdiyyələr tərəfindən təsdiqedici sənədlərə əsasən aparılır. Bu halda hansı sənədlərə istinad edildiyi göstərilməlidir. Dəyişikliklər vəsiqənin birinci səhifəsində edilir. [9]

 

3. AİLƏ KƏNDLİ TƏSƏRRÜFATI ÜZVÜNÜN VƏSİQƏSİNİN TƏQDİM EDİLMƏ QAYDASI [10]

 

3.1. Müvafiq ərazi üzrə bələdiyyə tərəfindən bu Qaydanın 2.1-ci bəndində qeyd olunan məlumatlar EKTİS-ə daxil edildikdən sonra uçota alınmış ailə kəndli təsərrüfatı üzvünün vəsiqəsi bələdiyyənin vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqləndikdən sonra EKTİS tərəfindən real vaxt rejimində nömrə verilir və ailə kəndli təsərrüfatı üzvünün elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur.

3.2. AKT üzvünün soyadı, adı, atasının adı, doğulduğu tarix və məşğul olduğu iş ilə bağlı məlumatlar dəyişdikdə AKT başçısı yeni vəsiqənin alınması üçün müvafiq ərazi üzrə bələdiyyəyə müraciət edir. Yeni vəsiqə AKT üzvünə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada və formada 5 gün müddətində verilir.

 

4. AİLƏ KƏNDLİ TƏSƏRRÜFATI ÜZVÜNÜN VƏSİQƏSİNİN DUBLİKATI [11]

 

4.1. Vəsiqə itirildikdə və ya yararsız hala salındıqda, AKT üzvünün xahişi ilə ona vəsiqənin dublikatı verilir.

4.2. Dublikat almaq hüququna malik olan işçi dövlət qəzetlərinin birində itirilmiş vəsiqənin etibarsız hesab edilməsi barədə elan dərc etdirdiyi gündən 1 ay sonra AKT-nin başçısına müraciət etməlidir.

4.3. AKT-nin başçısı bu Qaydanın 1.3-cü bəndinə əsasən müvafiq ərazilər üzrə bələdiyyəyə müraciət edir.

AKT üzvünə müvafiq ərazilər üzrə bələdiyyə tərəfindən müəyyən edilmiş qaydada yeni vəsiqə (dublikat) verilir.

AKT üzvünün yeni vəsiqəsinin titul vərəqinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır.

4.4. AKT üzvünün vəsiqəsi bu Qaydanın 2-ci bəndinə uyğun doldurulur.

4.5. AKT üzvünə dublikat vəsiqə verildiyi zaman həmin vaxta qədər AKT üzvünün işi haqqında məlumat müvafiq bələdiyyələr tərəfindən müəyyənləşdirilir və dublikata qeyd olunur.

 

5. AİLƏ KƏNDLİ TƏSƏRRÜFATI ÜZVÜNÜN VƏSİQƏSİNİN UÇOTU

 

5.1. AKT üzvünün vəsiqəsinin uçotu müvafiq ərazilər üzrə bələdiyyələr tərəfindən aparılır və mədaxil-məxaric kitabında qeydə alınır.

5.2. Mədaxil-məxaric kitabına vəsiqənin sifarişi və alınması ilə əlaqədar bütün əməliyyatlar yazılır. Kitab bələdiyyələr tərəfindən aparılır.

5.3. Mədaxil-məxaric kitabı nömrələnməli, qaytanlanmalı, bələdiyyə sədri tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir.

5.4. AKT üzvünə vəsiqə verildikdə və AKT-nin fəaliyyətinə xitam verildikdə, AKT üzvü mədaxil və məxaric kitabında imza edir.


 

Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu,

əmək fəaliyyətini və əmək stajını təsdiq edən

vəsiqənin forması və verilmə Qaydası”na

ƏLAVƏ

 

Ailə kəndli təsərrüfatı üzvünün vəsiqəsinin

FORMASI

 

I .Üz qabığı

 

 

 

 

 

 

 

Ailə kəndli təsərrüfatı üzvünün

VƏSİQƏSİ

 

 

 

II. Titul vərəqi

 

 

Ailə kəndli təsərrüfatı üzvünün vəsiqəsi

№____

 

Soyadı_______________________________________________________________

 

Adı_________________________________________________________________

 

Atasının adı_________________________________________________________

 

Doğulduğu tarix_____________________________________________________

(gün, ay, il)

 

Ailə kəndli təsərrüfatına üzv olduğu tarix_______________________________

 

_____________________________________________________________________________

(gün, ay, il)

 

Hüquqi ünvanı_________________________________________________________

 

Vəsiqə sahibinin imzası__________________________________________________

 

Vəsiqəni verən orqanın adı_______________________________________________

 

_______________________________________________________________________

 

Məsul şəxsin imzası __________________________         M.Y.

 

Vəsiqənin verilmə tarixi “____ “_________________ 20____ il

 

 

III. İş haqqında məlumat

 

AKT fəaliyyətinə başlanması və dayandırılması tarixi ( il, ay, gün)

Məlumat hansı il üçün verilir

Məşğulluq növü

Qeydləri təsdiq edən şəxslərin imzası və möhürü

1

2

3

4

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208) ilə adında, 1-ci hissəsində “forması və verilmə” sözləri “məzmunu və təqdim edilmə” sözləri ilə əvəz edilmişdir.

 

[2] 25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208) ilə “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nın adında “forması və verilmə” sözləri “məzmunu və təqdim edilmə” sözləri ilə əvəz edilmişdir.

 

[3] 25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208) ilə “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nın 1.1-ci bəndində “verilən” sözü “Elektron kənd təsərrüfatı” informasiya sistemi (bundan sonra – EKTİS) vasitəsilə təqdim edilən” sözləri ilə əvəz edilmişdir.

 

[4] 25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208) ilə “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nın 1.2-ci bəndində “verilir” sözü “təqdim edilir” sözləri ilə əvəz edilmişdir.

 

[5] 25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208) ilə “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nın 1.3-cü bəndindən “(və ya vəsiqələrin dublikatını)” sözləri çıxarılmışdır.

 

[6] 25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208) ilə “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nın 2-ci hissənin adında “FORMASI VƏ ONUN DOLDURULMASI” sözləri “MƏZMUNU” sözü ilə əvəz edilmişdir.

 

[7] 25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208) ilə “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nın 2.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.1. AKT üzvünün vəsiqəsi (bu Qaydaya əlavədə verilmiş forma) 10 sm x 14 sm ölçüdə, üz qabığı yaşıl rəngli, qalın cildli kitabça şəklindədir. AKT üzvünün vəsiqəsi üç bölmədən ibarətdir. 1-ci bölmə üz qabığı, 2-ci bölmə titul vərəqi, 3-cü bölmə isə iş haqqında məlumatdır.

 

[8] 25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208) ilə “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nın 2.2-ci və 2.3-cü bəndləri ləğv edilmişdir.

 

[9] 25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208) ilə “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nın 2.5-ci bəndin ikinci və üçüncü cümlələri çıxarılmışdır.

 

[10] 25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208) ilə “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nın 3-cü hissənin adında “ÜZVLƏRİNİN VƏSİQƏLƏRİNİN HAZIRLANMASI, VERİLMƏSİ VƏ SAXLANILMASI” sözləri “ÜZVÜNÜN VƏSİQƏSİNİN TƏQDİM EDİLMƏ QAYDASI” sözləri ilə əvəz edilmişdir və mətni yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.1. AKT üzvlərinin vəsiqələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanır, nömrələnir və müvafiq ərazilər üzrə bələdiyyələrə çatdırılır.

3.2. AKT üzvünün vəsiqəsinin hazırlanması ilə əlaqədar vəsait müvafiq bələdiyyələr tərəfindən ayrılır.

3.3. AKT üzvləri tərəfindən vəsiqə üçün haqq ödənilmir.

3.4. Vəsiqə AKT üzvünün özündə saxlanılır.

 

[11] 25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208) ilə “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nın 4-cü və 5-ci hissələr və həmin Qaydaya Əlavə “Ailə kəndli təsərrüfatı üzvünün vəsiqəsinin FORMASI” ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status