020.000.000
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və həmin Qanunun qüvvəyə minməsi haqqında Milli Məclisin 1993-cü il 3 sentyabr tarixli 698 saylı qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi ilə razılaşdırılmış “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyətləri Qanunda və bu Qaydalarda nəzərdə tutulan güzəştlərin, təminatların və digər xərclərin ödənilməsi üçün vəsait ayırsınlar.
[1]
Baş nazir S. HÜSEYNOV
Bakı şəhəri, 15 yanvar 1994-cü il
№ 10
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə
təsdiq edilmişdir
|
Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları
Bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.
1. Şəhid anlayışı
1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
1.2. Aşağıdakılar şəhid hesab edilirlər:
1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar;
1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər;
1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;
1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar;
[2]
1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;
1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;
[3]
1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.
[4]
2. Şəhid ailəsi
2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar;
2.1.1. arvadı (əri);
2.1.2. valideynləri;
2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;
[5]
2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;
2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;
2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
[6]
3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları
3.1. Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirirlər:
3.1.1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar:
[7]
3.1.2. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar.
[8]
3.1.3. "Şəhid" Memorial kompleksini yaradırlar:
3.1.4. Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin, habelə dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qorunmasını təşkil edirlər;
3.1.5. Döyüş əməliyyatları getmiş yerlərdə xatirə nişanları qoyurlar.
3.1.6. Qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirləri həyata keçirirlər.
[9]
3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir;
3.2.1. şəhidin ailə üzvünə ailə başçısını itirməyə görə pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təyin edilir;
[10]
3.2.2. 1.2.3 bənddə göstərilən ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiyanın hesablanması üçün şəhidin orta aylıq əmək haqqı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 71-78-ci maddələrinə əsasən müəyyən edilir;
3.2.3. Qaydaların 1.2.2 və 1.2.5 bəndlərində göstərilənlərin öhdəsində olan hər bir ailə üzvünə pensiya minimum əmək haqqının 50 faizi ilə şəhidin orta aylıq əmək haqqının 50 faizinin cəmi kimi hesablanır;
3.2.4. Qaydaların 1.2.1 və 1.2.4 bəndlərində göstərilənlərin öhdəsində olan ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya vəfat edənin orta aylıq əmək haqqı məbləğindən onun özünün və öhdəsində olan əmək qabiliyyətli ailə üzvünün payı çıxılmaqla təyin edilir;
3.2.5. şəhidin uşaqlarına və əmək qabiliyyəti olmayan valideynlərinə pensiyalar, onların ailə başçısının öhdəsində olub-olmadıqlarından asılı olmayaraq təyin edilir;
3.2.6. ailə başçısını itirməyə görə pensiyanın minimum məbləği yaşa görə minimum pensiyanın 100 faizindən az olmamalıdır;
3.2.7. şəhidin uşaqlarının (1.2.3 bənddə göstərilənlərin uşaqları istisna olunmaqla) ailə başçısını itirməyə görə pensiyalarının üzərinə, habelə əmək qabiliyyəti olmayan valideynlərinin, növündən asılı olmayaraq, aldıqları pensiyaların üzərinə hər ay yaşa görə minimum pensiyanın 50 faizi məbləğində əlavə hesablanır;
[11]
3.2.8. onların 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına qanunvericiliklə nəzərdə tutulmuş miqdarda sosial müavinət təyin edilir;
[12]
3.2.9. şəhidin ailə üzvlərinə işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda üstünlük verilir, müəssisənin, idarənin, təşkilatın fəaliyyəti dayandırıldıqda isə onlar işlə təmin olunur;
3.2.9-1. sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı şəhidin ailə üzvlərinə üstünlük verilir;
[13]
3.2.10. mənzil haqqının və kommunal xidmətlərin (istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar istifadə xərcləri istisna olmaqla) ödənilməsindən azad edilir;
3.2.11. birinci növbədə pulsuz telefon çəkilir və telefon haqqının ödənilməsindən azad edilir;
3.2.12. dövlət ali və orta peşə-ixtisas təhsil müəssisələrində təhsil haqqını ödəməkdən azad edilir, uşaqlar məktəbəqədər müəssisələrə birinci növbədə qəbul olunur və pulsuz saxlanılır;
3.2.13. ailə üzvlərini pulsuz dərmanla və güzəştli putyovkalarla təmin edilir;
3.2.14. şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) və kənd yerlərində, qəsəbələrdə, şəhər tipli qəsəbələrdə ümumi istifadədə olan avtomobil nəqliyyatından (taksidən başqa) pulsuz istifadə etmək hüququ verilir;
[14]
3.2.15. Şəhidin ailə üzvlərinin gəlirindən vergi tutulması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə nizama salınır;
3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar;
3.2.17. şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə(kooperativə) qəbul zamanı üstünlük verilir;
3.2.18. şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır;
[15]
4. Şəhid və şəhid ailəsi statusunun verilməsi
4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır.
Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir.
[16]
Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.
[17]
Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir.
[18]
Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər.
[19]
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər.
[20]
4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir.
[21]
5. Yekun müddəaları
5.1. Şəhid və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından, habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına ödənilir. Pensiya və müavinətlərə çəkilən xərclər isə dövlət sosial müdafiə fondunun büdcəsi və dövlət büdcəsi hesabına yalnız nağdsız qaydada ödənilir.
[22]
5.2. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydaların pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
5 mart 1999-cu il tarixli 35 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 191)
2.
29 iyun 1999-cu il tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 6, maddə 388)
3.
25 avqust 1999-cu il tarixli 139 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 08, maddə 534)
4.
23 mart 2002-ci il tarixli 45 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 148)
5.
1 aprel 2002-ci il tarixli 55 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 4, maddə 199)
6.
2 iyun 2003-cü il tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342)
7.
22 may 2006-cı il tarixli 131 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 474)
8.
13 sentyabr 2006-cı il tarixli 204 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 09, maddə 819)
9.
26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 09, maddə 830)
10.
22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)
11.
15 iyul 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 604)
12.
29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)
13.
11 dekabr 2012-ci il tarixli 292 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 13 dekabr 2012-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1356)
14.
26 aprel 2016-cı il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 may 2016-cı il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 824)
15.
1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343)
16.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
17.
28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976)
18.
16 fevral 2017-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 fevral 2017-ci il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 306)
19.
7 aprel 2017-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2017-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4 , maddə 610)
20.
26 may 2017-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 994)
21.
9 sentyabr 2019-cu il tarixli 398 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 sentyabr 2019-cu il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1552)
22.
21 oktyabr 2020-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 oktyabr 2020-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1295)
23.
20 noyabr 2020-ci il tarixli 453 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 noyabr 2020-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1397)
24.
5 mart 2021-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 275)
25.
19 aprel 2021-ci il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 aprel 2021-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 404)
26.
15 iyul 2021-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 871)
27.
17 iyul 2021-ci il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 875)
28.
6 oktyabr 2021-ci il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 oktyabr 2021-ci il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1164)
29.
17 dekabr 2021-ci il tarixli 394 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 dekabr 2021-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1518)
30.
23 dekabr 2021-ci il tarixli 411 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 dekabr 2021-ci il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1535) (2022-ci il iyulun 1-dən qüvvəyə minir)
31.
20 yanvar 2022-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2022-ci il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 74)
32.
5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974)
33.
15 noyabr 2022-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 noyabr 2022-ci il, “Xalq” qəzeti, 17 noyabr 2022-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1349)
34.
7 mart 2023-cü il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 9 mart 2023-cü il, “Xalq” qəzeti, 11 mart 2023-cü il, № 54)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343) ilə 2-ci hissəsində “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[2]
20 noyabr 2020-ci il tarixli 453 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 noyabr 2020-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1397) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü yarımbəndinə “təcavüzü” sözündən sonra “, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi)” sözləri əlavə edilmişdir.
[3]
15 iyul 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 604) ilə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı yarımbəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər, o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbənddə “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi və xarici kəşfiyyat” sözləri ilə əvəz edilmişdir.
9 sentyabr 2019-cu il tarixli 398 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 sentyabr 2019-cu il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1552) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə “daxili işlər,” sözlərindən sonra “xüsusi dövlət mühafizə,” sözləri əlavə edilmişdir.
20 yanvar 2022-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2022-ci il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 74) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndindən “xüsusi dövlət mühafizə,” sözləri çıxarılmışdır və həmin yarımbəndə “orqanlarında” sözündən sonra “, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində” sözləri əlavə edilmişdir.
[4]
2 iyun 2003-cü il tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü ii 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"na aşağıdakı əlavələr edilmişdir. 1.2-ci bəndə 1.2.7-ci yarımbənd əlavə edilmişdir.
[5]
22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 2.1.3-cü yarımbəndində «və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı övladları» sözləri «uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları» sözləri ilə əvəz edilmişdir.
21 oktyabr 2020-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 oktyabr 2020-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1295) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” nın 2.1.3-cü yarımbəndində “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilmişdir.
23 dekabr 2021-ci il tarixli 411 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 dekabr 2021-ci il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1535) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2.1.3-cü yarımbəndində “18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.
[6]
29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə 2.1.6-cı bəndində «tədris müəssisələrində» sözləri «təhsil müəssisələrində» sözləri ilə əvəz edilmişdir.
16 fevral 2017-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 fevral 2017-ci il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 306) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2.1.6-cı yarımbəndinə “müəssisələrində” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilmişdir.
[7]
15 iyul 2021-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 871) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.1.1-ci yarımbəndində “iki dəfə” sözləri “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və” sözləri ilə əvəz edilmişdir.
[8]
25 avqust 1999-cu il tarixli 139 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 08, maddə 534) ilə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın 3.1.1. və 3.1.2. bəndləri yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyalarda deyilirdi:
3.1.1. şəhidlərə vətənində, yaşadığı ərazidə, yaxud təhsil aldığı müəssisədə abidələr və ya büstlər ucaldırlar, onlara xatirə kompleksləri yaradılır.
3.1.2. şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, idarələrə və mədəni-maarif ocaqlarına verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar.
15 iyul 2021-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 871) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.1.2-ci yarımbəndinə “Azərbaycanın Milli Qəhrəmanı” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və” sözləri əlavə edilmişdir və həmin yarımbənddən “azı iki” sözləri çıxarılmışdır.
[9]
25 avqust 1999-cu il tarixli 139 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 08, maddə 534) ilə 3.1.3., 3.1.4., 3.1.5., və 3.1.6. bəndləri əlavə edilmişdir.
[10]
26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 09, maddə 830) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na aşağıdakı dəyişikliklər edilmişdir. 3.2.1-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyalarda deyilirdi:
3.2.1. şəhidin ailə üzvünə ailə başçısını itirməyə görə pensiya hesablanması üçün şəhidin orta aylıq əməkhaqqı səhhətə zərər vurulmadan və ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından hesablanır. Orta aylıq əməkhaqqı minimum əməkhaqqının beş mislindən az ola bilməz;
[11]
26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 09, maddə 830) ilə 3.2.2-3.2.7-ci bəndləri çıxarılmışdır.
[12]
13 sentyabr 2006-cı il tarixli 204 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 09, maddə 819) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.2.8-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyalarda deyilirdi:
3.2.8. onların hər uşağına 16 yaşı (əyani təhsil alıb təqaüd almayanlara 18 yaşı)tamam olanadək şəhid olan hər bir valideynə görə minimum əməkhaqqının üçdə bir hissəsi məbləğində aylıq dövlət müavinəti təyin edilir.
19 aprel 2021-ci il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 aprel 2021-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 404) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.2.8-ci yarımbəndi ləğv edilmişdir.
[13]
17 dekabr 2021-ci il tarixli 394 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 dekabr 2021-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1518) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na yeni məzmunda 3.2.9-1-ci yarımbənd əlavə edilmişdir.
[14]
29 iyun 1999-cu il tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 6, maddə 388) ilə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının "təsdiq olunması haqqında "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.2.10, 3.2.11 və 3.2. 12 bəndləri aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyalarda deyilirdi:
3.2.10. mənzil haqqının və kommunal xidmətlərin (istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar istifadə xərcləri istisna olmaqla) ödənilməsində 50 faiz güzəşt müəyyən edilir;
3.2.11. birinci növbədə pulsuz telefon çəkilir və telefon haqqının ödənilməsində 50 faiz güzəşt müəyyən edilir;
3.2.12. ali təhsili məktəblərinin hazırlıq şöbələrinə və peşə məktəblərinə güzəştli qəbul həyata keçirilir, uşaqlar məktəbəqədər tərbiyə müəssisələrinə birinci növbədə qəbul olunur və pulsuz saxlanılır;
1 aprel 2002-ci il tarixli 55 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 4, maddə 199) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın 3.2.10., 3.2.11., 3.2.12., 3.2.13. və 3.2.14.-cü bəndləri çıxarılmışdır.
[15]
23 mart 2002-ci il tarixli 45 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 148) ilə. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın təsdiq olunması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 nömrəli qərarının 3.2.18-ci bəndi qüvvədən düşmüş hesab edilmişdir.
[16]
26 aprel 2016-cı il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 may 2016-cı il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 824) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinin ikinci abzasına yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[17]
11 dekabr 2012-ci il tarixli 292 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 13 dekabr 2012-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1356) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinin üçüncü abzasında “qeydiyyatda olduqları hərbi komissarlıqlar” sözləri “hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri” sözləri ilə əvəz edilmişdir.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndin üçüncü və dördüncü abzaslarında ismin müvafiq hallarında “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti,” sözləri ilə əvəz edilmişdir.
20 yanvar 2022-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2022-ci il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 74) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndin üçüncü abzasında “Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri ilə əvəz edilmişdir.
5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinin üçüncü abzasına “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilmişdir.
15 noyabr 2022-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 noyabr 2022-ci il, “Xalq” qəzeti, 17 noyabr 2022-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1349) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndin üçüncü abzasına “Daxili İşlər Nazirliyinin,” sözlərindən sonra “Fövqəladə Hallar Nazirliyinin,” sözləri əlavə edilmişdir.
[18]
2 iyun 2003-cü il tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342) ilə 4.1-ci bəndinin üçüncü və dördüncü abzaslarına "Milli Təhlükəsizlik Nazirliyinin" və "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra müvafiq olaraq "Dövlət Sərhəd Xidmətinin" və "Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilmişdir.
9 sentyabr 2019-cu il tarixli 398 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 sentyabr 2019-cu il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1552) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinin üçüncü abzasına “Dövlət Sərhəd Xidmətinin” sözlərindən sonra “, Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri və dördüncü abzasına “Dövlət Sərhəd Xidməti” sözlərindən sonra “, Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri əlavə edilmişdir.
20 yanvar 2022-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2022-ci il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 74) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndin dördüncü abzasında “Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.
15 noyabr 2022-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 noyabr 2022-ci il, “Xalq” qəzeti, 17 noyabr 2022-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1349) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndin dördüncü abzasına “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilmişdir.
[19]
6 oktyabr 2021-ci il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 oktyabr 2021-ci il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1164) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə yeni məzmunda beşinci abzas əlavə edilmişdir.
[20]
20 yanvar 2022-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2022-ci il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 74) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə yeni məzmunda altıncı abzas əlavə edilmişdir.
15 noyabr 2022-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 noyabr 2022-ci il, “Xalq” qəzeti, 17 noyabr 2022-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1349) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndin altıncı abzasına “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilmişdir.
[21]
28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976) ilə 4.2-ci bəndində “əhalinin sosial müdafiə mərkəzləri” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri” sözləri ilə əvəz edilmişdir.
5 mart 2021-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 275) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.2-ci bəndində “Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri” sözləri “Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları” sözləri ilə əvəz edilmişdir.
[22]
13 sentyabr 2006-cı il tarixli 204 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 09, maddə 819) ilə 5.1-ci bənddə “Dövlət Sosial Müdafiə Fondu” sözlərindən sonra “və dövlət büdcəsi” sözləri əlavə edilmişdir.
7 aprel 2017-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2017-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4 , maddə 610) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 5.1-ci bəndinin ikinci cümləsində “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilmişdir.
26 may 2017-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 994) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 5.1-ci bəndinin ikinci cümləsinə “hesabına” sözündən sonra “yalnız nağdsız qaydada” sözləri əlavə edilmişdir.
5 mart 2021-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 275) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda 5.1-ci bəndin ikinci cümləsində “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilmişdir.
17 iyul 2021-ci il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 875) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 5.1-ci bəndinin ikinci cümləsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu” sözləri “dövlət sosial müdafiə fondunun büdcəsi” sözləri ilə əvəz edilmişdir.
7 mart 2023-cü il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 9 mart 2023-cü il, “Xalq” qəzeti, 11 mart 2023-cü il, № 54) ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 5.1-ci bəndin birinci cümlədə “Respublikası və müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin” sözləri “Respublikasının dövlət” sözləri ilə əvəz edilmişdir və həmin cümləyə “fondlarından” sözündən sonra “, habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına” sözləri əlavə edilmişdir və ikinci cümlə ləğv edilmişdir.