“Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 2, maddə 40; 1994-cü il, № 18, maddə 246; 1995-ci il, № 22, maddə 359; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241; 2004-cü il, № 7, maddə 505) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddədə "dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanları" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilsin.
2. 8-ci maddədə:
a) birinci hissədə "on" sözü "beş" sözü ilə əvəz edilsin;
b) üçüncü hissədə "dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanına" sözləri "müvafiq icra hakimiyyəti orqanına" sözləri ilə əvəz edilsin.
3. 9-cu maddədə:
a) birinci hissədə "Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanı" sözləri "Müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə, "bir ay" sözləri "iyirmi gün" sözləri ilə, "mülkiyyət hüququ barədə qeydiyyat vəsiqəsini tərtib edib onu" sözləri "mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı" sözləri ilə əvəz edilsin;
b) ikinci hissənin birinci cümləsində "dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanı" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilsin və həmin hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.";
c) üçüncü hissədə "dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanının" sözləri "müvafiq icra hakimiyyəti orqanının" sözləri ilə əvəz edilsin.
II. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 88; 2001-ci il, № 11, maddələr 669, 676; 2002-ci il, № 1, maddə 2, № 5, maddələr 237, 243) 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində və 6-cı maddəsinin birinci hissəsində "mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi" və "mülkiyyət hüququnun qeydiyyat vəsiqəsini" sözləri müvafiq olaraq "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" və "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı" sözləri ilə əvəz edilsin.
III. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununda(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 203; 2001-ci il, № 1, maddə 26, № 3, maddə 149, № 6, maddə 375; 2002-ci il, № 5, maddələr 237, 241; 2003-cü il, № 1, maddə 14; 2004-cü il, № 2,maddə 59, № 4, maddə 212) aşağıdakı dəyişikliklər edilsin:
1. 10-cu maddədə:
a) dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
"Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.";
b) beşinci hissədə "mülkiyyət hüququna dair şəhadətnamə" sözləri "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" sözləri ilə, "mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən" sözləri "daşınmaz əmlakın dövlət reyestrini aparan" sözləri ilə əvəz edilsin.
2. 19-cu maddənin yeddinci hissəsinin birinci cümləsi çıxarılsın.
3. 21-ci maddənin dördüncü hissəsində "hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir" sözləri "hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir)" sözləri ilə əvəz edilsin.
4. Qanuna əlavə edilən "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın və "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin nümunələri çıxarılsın.
IV. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 154; 2001-ci il, № 3, maddə 149; 2002-ci il, № 5, maddə 241, № 12, maddə 706; 2003-cü il, № 1, maddə 14) 12-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"Ma d d ə 1 2. Torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı
Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.".
V. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 157) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 5-ci maddənin üçüncü hissəsində "müvafiq kadastrları" sözlərindən sonra "və daşınmaz əmlakın dövlət reyestrini" sözləri əlavə edilsin.
2. 9-cu maddədə:
a) üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
"Torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və torpaq üzərində müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədlər hüquqi torpaq-kadastr sənədləri hesab olunur.";
b) dördüncü hissənin ikinci abzasında "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının, torpağın mülkiyyətə verilməsinə və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin, habelə icarə müqavilələrinin" sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və torpaq üzərində müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədlərin" sözləri ilə əvəz edilsin.
3. 17-ci maddənin ikinci hissəsinin səkkizinci abzasında "torpağa mülkiyyət, torpaqdan istifadə və icarə hüququnu təsdiq edən sənədlərin" sözləri "qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin" sözləri ilə əvəz edilsin.
VI. "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 390; 2002-ci il, № 5, maddə 241; 2003-cü il, № 1, maddələr 11, 13) aşağıdakı dəyişikliklər edilsin:
1. 8-ci maddənin beşinci hissəsindən "torpaq və mülki" sözləri çıxarılsın.
2. 19-cu maddədə:
a) birinci hissə aşağıdakı redaksiyada verilsin:
"Torpaq üzərində bütün hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.";
b) üçüncü hissə çıxarılsın.
3. 20-ci maddə çıxarılsın.
VII. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 478; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 5, maddələr 237, 241; 2003-cü il, № 1, maddə 11, № 6, maddə 256, № 8, maddə 423; 2004-cü il, № 2, maddə 59, № 6, maddə 415, № 10, maddə 761) aşağıdakı dəyişikliklər edilsin:
1.10-cu maddənin 5-ci bəndindən "torpaq üzərində hüquqları təsdiq edən dövlət aktlarında, şəhadətnamələrdə," sözləri çıxarılsın.
2. 43-cü maddənin 3-cü bəndinin dördüncü abzasında "torpağa mülkiyyət, torpaqdan istifadə və icarə hüququnu təsdiq edən sənədlərin rəsmiləşdirilməsi" sözləri "qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi" sözləri ilə əvəz edilsin.
3. 66-cı maddədə:
a) 2-ci bənd aşağıdakı redaksiyada verilsin:
"Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.";
b) 3-cü bənd çıxarılsın;
c) 4-cü bənddən "Dövlət aktının, şəhadətnamənin," sözləri çıxarılsın;
ç) 5-ci bənd çıxarılsın.
4. 67-ci maddədə:
a) 1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.";
b) 2-ci bənd çıxarılsın.
5. XVI fəsil çıxarılsın.
VIII. Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyənin nümunəvi nizamnaməsi"nin(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 1; 2001-ci il, № 12, maddə 736; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10) IV bölməsinin "Bələdiyyənin icra orqanı" hissəsinin 5-ci bəndinin yeddinci abzası çıxarılsın.
IX. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 14; 2001-ci il, № 11, maddə 669; 2002-ci il, № 5, maddə 237) 2-ci bəndinin"a" yarımbəndi aşağıdakı redaksiyada verilsin:
"mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;".
X. "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3 (I kitab), maddə 125; 2001-ci il, № 12, maddələr 731, 736; 2004-cü il, № 11, maddə 901) 43-cü maddəsinin beşinci hissəsinə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin: "Həmin yollar və əmlak və onların üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır.".
XI. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4 (I kitab), maddə 250, № 5, maddə 323, № 12, maddə 835; 2002-ci il, № 12, maddə 709; 2003-cü il, № 8, maddə 420; 2004-cü il, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005-ci il, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085, Azərbaycan Respublikasının 2005-ci il 23 dekabr tarixli 39-IIIQD nömrəli, 2006-cı il 3 mart tarixli 80-IIIQD, 82-IIIQD saylı qanunları) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 144.3-cü maddədə "notarius" sözündən sonra "müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə" sözləri əlavə edilsin, "ərizəni müvafiq təsdiqləyici sənədlərlə" sözləri "hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz ilə" sözləri ilə, "verməyə borcludur" sözləri "göndərir" sözü ilə əvəz edilsin.
2. 146.3-cü maddədə "əqdlərin" və "əqdlər" sözləri müvafiq olaraq "müqavilələrin"
və "müqavilələr" sözləri ilə əvəz edilsin.
3. 146.4-cü maddədə:
a) birinci cümlədə "əqd bu barədə müraciət edildiyi gündən başlayaraq beş gündən tez olmayaraq və yeddi gündən gec olmayaraq notariat qaydasında təsdiq edilir və əqdin" sözləri "müqavilənin" sözü ilə, "əqdə dair qeydiyyatın aparılması" sözləri "hüququn qeydiyyata alınması" sözləri ilə, "notarial ərizə ilə müraciət edir" sözləri "müraciət etmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsini göndərir" sözləri ilə əvəz edilsin, "notarius" sözündən sonra "müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə" sözləri əlavə edilsin;
b) ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
"Ərizəyə müqavilənin bir nüsxəsi, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilir.";
c) üçüncü cümlədə "Notarial" sözü "Həmin" sözü ilə, "əqdin" sözü "müqavilənin" sözü ilə əvəz edilsin.
4. 146.5-ci və 146.7-ci maddələrdən "notarial" sözü çıxarılsın.
5. 146.8-ci maddədə "əqdlərin" və "əqdi" sözləri müvafiq olaraq "müqavilələrin" və "müqaviləni" sözləri ilə əvəz edilsin.
6. 148.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir.".
XII. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 580; 2002-ci il, № 10, maddə 586; 2005-ci il, № 5, maddə 391, № 6, maddə 464) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.0.1-ci maddədə "obyektlərin yerləşdiyi" sözlərindən sonra "dövlət" sözü əlavə edilsin.
2. 29.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Özəlləşdirmə prosesində bağlanan əqdlərin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və özəlləşdirilmiş obyekt üzərində alıcının mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədilə dövlət əmlakının alıcılarına özəlləşdirilən müəssisə və obyektlərə, onların, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə verilr.".
XIII. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584, № 12, maddə 835; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4 (I kitab), maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; Azərbaycan Respublikasının 2005-ci il 23 dekabr tarixli
32-IIQD, 39-IIIQD, 2006-cı il 3 mart tarixli 72-IIIQD, 73-IIIQD, 74-IIIQD, 79-IIIQD, 82-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr edilsin:
1. Məcəlləyə aşağıdakı məzmunda 324-3-cü maddə əlavə edilsin:
"Ma d d ə 3 2 4-3. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin
pozulması
324-3.1. Daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilmiş şübhə doğuran sənədlərə dair daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının sorğularına vaxtında cavab verilməməsinə görə - vəzifəli şəxsə xəbərdarlıq edilir və ya o, şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir.
324-3.2. Daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlak barədə texniki məlumatın dəqiq və vaxtında təqdim edilməməsinə görə - xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin iyirmi beş mislindən qırx beş mislinədək miqdarda cərimə edilir.
324-3.3. Daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiq və vaxtında aparılmamasına, yaxud daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmamasına və ya verilməməsinə görə - xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək miqdarda cərimə edilir.".
2. 360.1-ci maddədə "315-1" rəqəmlərindən sonra ",324-3" rəqəmləri əlavə edilsin.
XIV. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamədə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 216; 2003-cü il, № 6, maddə 256; 2004-cü il, № 4, maddə 212, № 5, maddə 314; Azərbaycan Respublikasının 2005-ci il 23 dekabr tarixli 36-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 25-ci bənddə "hazırlanması" sözü "alınması" sözü ilə, "və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir" sözləri "çıxarışı və torpaq sahəsinin planını (cizgisini) ərizəçiyə verir" sözləri ilə əvəz edilsin.
2. 26-cı bənd çıxarılsın.
XV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 aprel 2006-cı il
№ 100-IIIQD