×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
23.05.2006
QEYDİYYAT NÖMRƏSİ
115-IIIQ
ADI
“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun tərkibində Mərkəzi Asiya regionunda narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi ilə übarizənin əlaqələndirilməsi üzrə struktur bölməsinin və onun regional əməliyyat qrupunun yaradılması barədə” Qərarın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2006, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 485)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.06.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi

üzrə Büronun tərkibində Mərkəzi Asiya regionunda narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin əlaqələndirilməsi üzrə struktur bölməsinin və onun regional əməliyyat qrupunun yaradılması barədə” Qərarın təsdiq edilməsi

haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun tərkibində Mərkəzi Asiya regionunda narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin əlaqələndiril məsi üzrə struktur bölməsinin və onun regional əməliyyat qrupunun yaradılması barədə” 2004-cü il sentyabrın 16-da Astana şəhərində imzalanmış Qərar Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilsin.

         II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 23 may 2006-cı il

             № 115-IIIQ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun tərkibində Mərkəzi Asiya regionunda narkotiklərin və prekursorların qanunsuz

dövriyyəsi ilə mübarizənin əlaqələndirilməsi üzrə struktur bölməsinin və onun regional əməliyyat qrupunun yaradılması barədə

 

QƏRA R

 

Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurası

Müstəqil Dövlətlər Birliyinin 2002 -2004-cü illər ərzində narkotik vasitələrin, psixotrop  maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Proqramının 2.1-ci bəndinə uyğun olaraq,

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun tərkibində Mərkəzi Asiya regionunda narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin əlaqələndirilməsi üzrə struktur bölməsinin və onun regional əməliyyat qrupunun yaradılması məqsədilə qərara aldı:

1. Müstəqil Dövlətlər Birliyi orqanlarının fəaliyyətinin səmərəliliyini daha da artırmaq və onların strukturlarını optimallaşdırmaq tədbirləri haqqında Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 2002-ci il 7 oktyabr tarixli Qərarının 6-cı bəndi dəyişdirilərək, Birliyin iştirakçısı olan dövlətlərin büdcə vəsaitləri hesabına maliyyələşdirilən MDB orqanlarının işçi heyətinin sayı 2005-ci il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilsin:

 

Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası

Statistika Komitəsi -                                                                                              73 nəfər,

Sərhəd Qoşunları Komandanları Şurasının

Əlaqələndirmə Xidməti -                                                                                    47 nəfər,

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin

ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli

cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro -                    49 nəfər

 

2. Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasına tapşırılsın ki, Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlətlərarası Koordinasiya Mərkəzi müəyyən olunmuş qaydada 2005-ci il iyunun 1-dən ləğv edilsin və onun funksiyaları Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə həvalə olunsun.

3. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasına tapşırılsın ki:

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində Mütəşəkkil

cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi

üzrə Büronun tərkibində Mərkəzi Asiya regionunda narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin əlaqələndirilməsi üzrə struktur bölməsini və onun regional əməliyyat qrupunu yaratsın, onların işini təşkil etsin;

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro haqqında Əsasnaməni yeni redaksiyada hazırlayaraq, müəyyən olunmuş qaydada Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının təsdiqinə versin.

4. Mərkəzi Asiya regionunda regional əməliyyat qrupunun Tacikistan Respublikası, Düşənbə şəhərində yerləşdirilməsi müəyyənləşdirilsin.

5. Bu Qərar imzalandığı gündən qüvvəyə minir, qanunvericiliyində onun qüvvəyə minməsi üçün dövlətdaxili prosedurların yerinə yetirilməsi tələb olunan dövlətlər üçün isə depozitariyə müvafiq məlumatın verildiyi gündən qüvvəyə minir.

2004-cü il sentyabrın 16-da Astana şəhərində bir əsl nüsxədə rus dilində imzalanmışdır. Əsl nüsxə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır, İcraiyyə Komitəsi Qərarı imzalayan hər bir dövlətə onun təsdiq edilmiş surətini göndərəcəkdir. 

 

 

 

Azərbaycan Respublikası                                                                                               Moldova Respublikası

            adından                                                                                                                                adından

              (imza)                                                                                                                                     (imza)

 

 

Ermənistan Respublikası                                                                                                Rusiya Federasiyası

            adından                                                                                                                             adından

            (imza)                                                                                                                                   (imza)

 

 

Belarus Respublikası                                                                                                   Tacikistan Respublikası

        adından                                                                                                                                adından

          (imza)                                                                                                                                     (imza)

 

 

   Gürcüstan adından                                                                                                     Türkmənistan adından

 

 

                                                                                                                                                     

 

 

Qazaxıstan Respublikası                                                                                           Özbəkistan Respublikası

         adından                                                                                                                              adından

          (imza)                                                                                                                                      (imza)

 

 

Qırğızıstan Respublikası                                                                                                    Ukrayna adından

           adından

             (imza)                                                                                                                                  (imza)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun tərkibində Mərkəzi Asiya regionunda narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin əlaqələndirilməsi üzrə struktur bölməsinin və onun

regional əməliyyat qrupunun yaradılması barədə Qərar”a dair Azərbaycan Respublikasının

 

QEYD-ŞƏRTİ

 

16 sentyabr 2004-cü il                                                                                                  Astana şəhəri

 

 

“maliyyə imkanları nəzərə alınmaqla”.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status