210.000.000
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”nin 16-cı bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyən edilsin.
[1]
2. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:
[2]
|
||
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
3. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 30 avqust tarixli 359 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 14 iyun 2006-cı il
№ 146
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
13 noyabr 2007-ci il tarixli 178 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1180)
2.
31 iyul 2008-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 691)
3.
21 dekabr 2011-ci il tarixli 208 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1254)
4.
29 oktyabr 2014-cü il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1327)
5.
16 mart 2015-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 aprel 2015-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 455)
6.
12 iyun 2015-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 798)
7.
23 oktyabr 2015-ci il tarixli 340 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1247)
8.
6 iyun 2016-cı il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1191)
9.
12 sentyabr 2018-ci il tarixli 386 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2018-ci il, № 204, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1914)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
12 sentyabr 2018-ci il tarixli 386 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2018-ci il, № 204, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1914) ilə 1-ci və 2-ci hissələr ləğv edilmişdir.
[2]
31 iyul 2008-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 691) ilə 2-ci bəndində «Qurbanov Həsənağa Əli oğlu” sözləri “Əliyev Əlikram Hacıağa oğlu” sözləri ilə əvəz edilmişdir və “Səttarova Cəmilə Məmmədağa qızı – Respublika Mədəniyyət İşçilərinin Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri” sözlərindən sonra “Məmmədov Cahangir Tokay oğlu – Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri” sözləri əlavə edilmişdir.
29 oktyabr 2014-cü il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1327) ilə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2-ci hissəsi ilə təsdiq edilmiş kollegiyanın tərkibi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
[3]
23 oktyabr 2015-ci il tarixli 340 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1247) ilə 2-ci hissənin “Kollegiyanın üzvləri:” bölməsində “İbrahimov Sarvan Hüseyn oğlu” sözləri “Qədimova Natəvan Tofiq qızı” sözləri ilə əvəz edilmişdir.
[4]
12 iyun 2015-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 798) ilə 2-ci hissənin “Kollegiyanın üzvləri” bölməsindən “Sultanov Zakir İmran oğlu - Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi” sözləri çıxarılmışdır və həmin bölməyə “Bayramov Rafiq Yasin oğlu - Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri” sözlərindən sonra “Sultanov Zakir İmran oğlu - Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi” sözləri əlavə edilmişdir.
[5]
6 iyun 2016-cı il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1191) ilə 2-ci hissəsində “Əliyev Əlikram Hacıağa oğlu - Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi” sözləri “Zeynalov Vüqar Teyyub oğlu - Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi” sözləri ilə əvəz edilmişdir.
[6]
16 mart 2015-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 aprel 2015-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 455) ilə 2-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsində “Azərbaycan Turizm İnstitutunun” sözləri “Azərbaycan Turizm və Menecment Universitetinin” sözləri ilə əvəz edilmişdir.