417 - “Fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın təsdiq edilməsi haqqında
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
07.06.2006
QEYDİYYAT NÖMRƏSİ
417
ADI
“Fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2006, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 494)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.06.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
240.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qayd

“Fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 iyun 2006-cı il

  № 417

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 7 iyun tarixli 417 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının

 

S İY A H I S I [2]

 

Sıra

№-si

Səlahiyyətli dövlət hakimiyyəti orqanının adı

Telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin növü

1.

Azərbaycan Respublikasının Prezidenti

telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin bütün növləri

2.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin bütün növləri (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Müdafiə Nazirliyinin,  Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri üzrə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla) [3]

3.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi [4]

ümumistifadəli telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin bütün növləri (o cümlədən ümumistifadəli telekommunikasiya şəbəkələrinə qoşulmuş fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri), habelə teleradio yayımının texniki təminatı (ötürülməsi) ilə bağlı texniki yayım vasitələri

4.

Fövqəladə hallarda və fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantı, hərbi vəziyyət şəraitində isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti [5]

qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinə uyğun fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə ümumistifadəli telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin bütün növləri (o cümlədən ümumistifadəli telekommunikasiya şəbəkələrinə qoşulmuş fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri), habelə teleradio yayımının texniki təminatı (ötürülməsi) ilə bağlı texniki yayım vasitələri) [6]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

2.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

3.       18 dekabr 2017-ci il tarixli 1736 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2304)

4.       18 oktyabr 2018-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2009)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 18 oktyabr 2018-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2009) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235) ilə adına və 1-ci hissəsinə “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilmişdir.

 

[2] 18 oktyabr 2018-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2009) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235) ilə “Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın adına “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilmişdir.

 

[3] 18 dekabr 2017-ci il tarixli 1736 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2304) ilə “Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının Siyahısı”nın 2-ci hissəsindən “Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılmışdır və həmin hissəyə “Müdafiə Nazirliyinin,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin,” sözləri əlavə edilmişdir.

 

[4] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə “Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının Siyahısı”nın 3-cü hissəsinin “Səlahiyyətli dövlət hakimiyyəti orqanının adı” sütununda “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının Siyahısı”nın 3-cü hissəsinin “Səlahiyyətli dövlət hakimiyyəti orqanının adı” sütununa “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

 

[5] 18 oktyabr 2018-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2009) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235) ilə “Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın 4-cü hissəsinin “Səlahiyyətli dövlət hakimiyyəti orqanının adı” sütununa “Azərbaycan Respublikasının” sözlərindən əvvəl “Fövqəladə hallarda və fövqəladə vəziyyət şəraitində” sözləri, “komendantı” sözündən sonra “, hərbi vəziyyət şəraitində isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri əlavə edilmişdir.

 

[6] 18 oktyabr 2018-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2009) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235) ilə “Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın 4-cü hissəsinin “Telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin növü” sütununa “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status