390.000.000
İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə 700 manat məbləğində müavinət müəyyən edilsin.
[1]
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci bəndi ilə bağlı maliyyələşdirmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
[2]
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 17 iyun 2006-cı il
№ 152
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
27 may 2010-cu il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 476)
2.
3 avqust 2012-ci il tarixli 170 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 avqust 2012-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №08, maddə 821)
3.
4 iyun 2019-cu il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2019-cu il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1145)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
27 may 2010-cu il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 476) ilə 1-ci bənddə “şərti maliyyə vahidinin 30 misli” sözləri “200 manat” sözləri ilə əvəz edilmişdir.
3 avqust 2012-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 avqust 2012-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №08, maddə 821) ilə 1-ci hissəsində "200" rəqəmi "400" rəqəmi ilə əvəz edilmişdir.
4 iyun 2019-cu il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2019-cu il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1145) ilə 1-ci hissədə “
[2]
27 may 2010-cu il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 476) ilə 2-ci bənd 3-cü bənd hesab edilmişdir və 2-ci bənd əlavə edilmişdir.