AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.06.2006
QEYDİYYAT NÖMRƏSİ
160
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2006, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 584)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.06.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanının 2.2-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 407 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Nizamnaməsi”nin 4.1-ci bəndinə aşağıdakı dəyişikliklər edilsin:

1.1. səkkiz-onuncu abzasları çıxarılsın;

1.2. on dördüncü abzasında “tikinti, hidrotexniki və başqa işlərin görülməsinə,” sözləri çıxarılsın, “çıxarılmasına icazə verir” sözləri “çıxarılmasını təmin edir” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmiş “Beynəlxalq dəniz ticarət limanı kapitanı haqqında Əsasnamə”yə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndində “nəqliyyat nazirinə” sözləri “Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyasının rəisinə” sözləri ilə əvəz edilsin;

2.2. 1.4-cü bəndindən “nəzarət və” sözləri çıxarılsın;

2.3. 1.5-ci bəndi üzrə:

a) birinci cümləsində “Liman kapitanı” sözlərindən sonra “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası rəisinin əmri ilə” sözləri əlavə edilsin, “və onun müavinləri” sözləri “,kapitanın müavinləri isə” sözləri ilə əvəz edilsin;

b) ikinci cümlə çıxarılsın;

2.4. 2.1-ci bəndində “təhlükəsizliyinə dövlət nəzarətini” sözləri “təhlükəsizliyinin təmin edilməsini” sözləri ilə əvəz edilsin;

2.5. 2.2.1-ci yarımbəndində “olunmasına nəzarət” sözləri “olunmasını təmin etmək” sözləri ilə əvəz edilsin;

2.6. 2.2.2.-2.2.4-cü, 2.2.6-cı, 2.2.11-ci, 2.2.16-cı yarımbəndləri və Qeyd hissəsi çıxarılsın;

2.7. 2.2.9-cu yarımbəndində “çıxarılmasına, inşaat və digər işlərinin aparılmasına icazələrin verilməsi” sözləri “çıxarılmasını təmin etmək” sözləri ilə əvəz edilsin;

2.8. 2.2.10-cu yarımbəndində “araşdırılması” sözü “araşdırılmasında iştirak etmək” sözləri ilə əvəz edilsin;

2.9. 2.2.13-cü yarımbəndində “saxlanılmasına nəzarət” sözləri “saxlanılmasını təşkil etmək” sözləri ilə əvəz edilsin;

2.10. 2.2.14-cü yarımbəndində “fəaliyyətinə nəzarət” sözləri “fəaliyyətini təmin etmək” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlandırılması haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.3-cü bəndində “hökumət tərəfindən səlahiyyətləndirilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanının kapitanı” sözləri “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası” sözləri ilə əvəz edilsin;

3.2. 1.8-ci bəndində, 1.11-ci bəndinin birinci abzasının birinci cümləsində və sonuncu abzasında, 1.15-ci bəndinin birinci abzasında, 3.4-cü və 3.5-ci bəndlərində, 3.6-cı bəndinin birinci abzasında, 3.9-cu bəndinin birinci cümləsində, 4.1-ci, 4.3-cü, 4.5-ci və 4.6-cı bəndlərində ismin müvafiq hallarında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının kapitanı” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası” sözləri ilə əvəz edilsin;

3.3. 1.4-cü bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“İxtisas komissiyaları Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası tərəfindən yaradılır və onların fəaliyyətinə Administrasiya rəhbərlik edir.”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 3.1-ci bəndində “Nəqliyyat Nazirliyi” sözləri “Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 11 avqust tarixli 104 nömrəli qərarının I bölməsinə aşağıdakı dəyişikliklər edilsin:

5.1. 5-ci bəndinin 1) yarımbəndində “nəqliyyat nazirinə” sözləri “Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyasının rəisinə” sözləri ilə əvəz edilsin, 2) yarımbəndi çıxarılsın; [1]

5.2. 6-cı bəndindən “və 3.1-ci bəndində “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin müvafiq şöbə və xidmətləri sözləri” sözləri çıxarılsın.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 30 iyun 2006-cı il

                     № 160

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       08 oktyabr 2007-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1021)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 08 oktyabr 2007-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1021) ilə preambulasından, 2.1-ci, 2.3-cü, 3.1-3.3-cü, 4-cü və 5.1-ci bəndlərindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılmışdır.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status