×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
31.10.2002
QEYDİYYAT NÖMRƏSİ
168
ADI
Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2002, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 651)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.11.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.000.000
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında

Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli, 1054 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Prokurorluq işçilərinin aylıq vəzifə maaşları və xüsusi rütbələrə görə vəzifə maaşına əlavə haqqın məbləğləri, eləcə də prokurorluq orqanlarının digər işçilərinin aylıq vəzifə maaşları təsdiq edilsin (əlavə 1-11). [1]

2. “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası” təsdiq edilsin (əlavə 12).

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, prokurorluq işçilərinin və prokurorluq orqanlarının digər işçilərinin bu qərara əsasən müəyyən edilmiş aylıq vəzifə maaşlarının, xüsusi rütbələrə görə vəzifə maaşına əlavə haqqın, iş stajına görə əlavə haqqın, eləcə də "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş başqa ödənişlərlə bağlı xərclərin "Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda prokurorluq orqanlarının saxlanılması üçün nəzərdə tutulmuş vəsait dairəsində ödənilməsini həyata keçirsin.

4. "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin on altıncı hissəsinə və 38-ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun hərbi rütbəsi olan digər işçilərinin hərbi rütbəyə görə maaşlarının məbləğləri "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə (tarif) maaşlarının, habelə hərbi rütbəyə görə maaşların artırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 3 sentyabr tarixli, 144-7 nömrəli qərarının 2 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı əsasında bu qərarın 1-10 nömrəli əlavələrində nəzərdə tutulmayan vəzifələr üzrə maaşları müəyyən etsinlər.

6. "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi təminatının yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 21 fevral tarixli, 73 nömrəli qərarı (beşinci bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.

7. Bu qərar 2002-ci il noyabr ayının 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 31 oktyabr 2002-ci il

     № 168

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 31 oktyabr  tarixli, 168 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

1 nömrəli əlavə

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun prokurorluq işçilərinin və mülki işçilərinin

 

VƏZİFƏ MAAŞLARI

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

I. Prokurorluq işçiləri

 

Baş prokurorun birinci müavini

2850000

Baş prokurorun müavini

2700000

İdarə rəisi

2490000

Müstəqil şöbənin rəisi

2370000

İdarə rəisinin müavini

2340000

İdarənin şöbə rəisi

2250000

Müstəqil şöbənin rəis müavini

2190000

Baş prokurorun böyük köməkçisi

2160000

Baş prokurorun köməkçisi, mühüm işlər üzrə böyük müstəntiq

2100000

Mühüm işlər üzrə müstəntiq

2040000

İdarənin, şöbənin böyük prokuroru

1950000

Prokuror-kriminalist

1920000

İdarənin, şöbənin prokuroru

1830000

II. Mülki işçilər

 

Müstəqil şöbənin rəis müavini – baş mühasib

540000

Baş mütəxəssis

320000

Aparıcı mütəxəssis

275000

Mütəxəssis

255000

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 31 oktyabr  tarixli, 168 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

2 nömrəli əlavə

 

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mərkəzi aparatının prokurorluq işçilərinin, mülki işçilərin və hərbi rütbəsi olan digər işçilərin

 

VƏZİFƏ MAAŞLARI

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

I. Prokurorluq işçiləri

 

Hərbi prokuror – Baş prokurorun müavini

2700000

Hərbi prokurorun birinci müavini

2565000

Hərbi prokurorun müavini

2430000

İdarə rəisi

2241000

Müstəqil şöbənin rəisi

2133000

İdarə rəisinin müavini

2106000

İdarənin şöbə rəisi, müstəqil şöbənin rəis müavin

2025000

Böyük köməkçi

1944000

Köməkçi, mühüm işlər üzrə böyük müstəntiq

1890000

Mühüm işlər üzrə müstəntiq

1836000

Böyük prokuror

1755000

Prokuror-kriminalist

1728000

Böyük müstəntiq

1701000

İdarənin, şöbənin prokuroru

1647000

II. Mülki işçilər

 

Mütəxəssis

225000

III. Hərbi rütbəsi olan digər işçilər

 

Xidmət rəisi

450000

Xidmət rəisinin müavini - baş mühasib

410000

Komendant

350000

Komendantın köməkçisi

315000

Bölmə komandiri

290000

Yavər

225000

Tağım komandiri

220000

 

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

2002-ci il 31 oktyabr  tarixli, 168 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

3 nömrəli əlavə

 

Hərbi prokurorluqların prokurorluq işçilərinin, mülki işçilərin və hərbi rütbəsi olan digər işçilərin

 

VƏZİFƏ MAAŞLARI

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

I. Prokurorluq işçiləri

 

Prokuror

2400000

Prokurorun müavini

2160000

Müstəqil şöbənin rəisi

1896000

Mühüm işlər üzrə müstəntiq

1632000

Böyük müstəntiq, prokuror-kriminalist

1512000

Müstəntiq

1440000

Böyük köməkçi

1344000

Köməkçi

1296000

Stajor

1200000

II. Mülki işçilər

 

Mütəxəssis

175000

III. Hərbi rütbəsi olan digər işçilər

 

Mühafizә bölməsinin rəisi

290000

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

2002-ci il 31 oktyabr  tarixli, 168 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

4 nömrəli əlavə

 

Bakı Şəhər Prokurorluğunun prokurorluq işçilərinin və mülki işçilərinin

 

VƏZİFƏ MAAŞLARI

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

I. Prokurorluq işçiləri

 

Prokuror

2550000

Prokurorun birinci müavini

2422500

Prokurorun müavini

2295000

İdarə rəisi

2116500

Müstəqil şöbənin rəisi

2014500

Böyük köməkçi

1836000

Köməkçi

1785000

Mühüm işlər üzrə müstəntiq

1734000

Böyük prokuror-kriminalist

1708500

Böyük prokuror

1657500

Prokuror-kriminalist

1632000

Böyük müstəntiq

1606500

İdarənin, şöbənin prokuroru

1555500

II. Mülki işçilər

 

Baş mütəxəssis

290000

Aparıcı mütəxəssis

250000

Mütəxəssis

215000

 

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

2002-ci il 31 oktyabr  tarixli, 168 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

5 nömrəli əlavə

 

Bakı şəhərinin rayon prokurorluqlarının prokurorluq işçilərinin və mülki işçilərinin

 

VƏZİFƏ MAAŞLARI

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

I. Prokurorluq işçiləri

 

Prokuror

2400000

Prokurorun müavini

2160000

Böyük müstəntiq, prokuror-kriminalist

1512000

Müstəntiq

1440000

Böyük köməkçi

1344000

Köməkçi

1296000

Stajor

1200000

II. Mülki işçilər

Aparıcı mütəxəssis

215000

Mütəxəssis

175000

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 31 oktyabr  tarixli, 168 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

6 nömrəli əlavə

 

Gəncə, Sumqayıt şəhər prokurorluqlarının prokurorluq işçilərinin və mülki işçilərinin

 

VƏZİFƏ MAAŞLARI

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

I. Prokurorluq işçiləri

 

Prokuror

2430000

Prokurorun müavini

2187000

Böyük müstəntiq, prokuror-kriminalist

1530900

Müstəntiq

1458000

Böyük köməkçi

1360800

Köməkçi

1312200

Stajor

1215000

II. Mülki işçilər

 

Aparıcı mütəxəssis

240000

Mütəxəssis

205000

 

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

2002-ci il 31 oktyabr  tarixli, 168 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

7 nömrəli əlavə

 

Əhalisi 80000-150000 nəfərədək olan şəhər (rayon) prokurorluqlarının prokurorluq işçilərinin və mülki işçilərinin

 

VƏZİFƏ MAAŞLARI

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

I. Prokurorluq işçiləri

 

Prokuror

2340000

Prokurorun müavini

2106000

Böyük müstəntiq, prokuror-kriminalist

1474200

Müstəntiq

1404000

Böyük köməkçi

1310400

Köməkçi

1263600

Stajor

1170000

II. Mülki işçilər

 

Aparıcı mütəxəssis

215000

Mütəxəssis

175000

 

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

2002-ci il 31 oktyabr  tarixli, 168 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

8 nömrəli əlavə

 

Əhalisi 150000 nəfərdən yuxarı olan şəhər (rayon) prokurorluqlarının prokurorluq işçilərinin və mülki işçilərinin

 

VƏZİFƏ MAAŞLARI

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

I. Prokurorluq işçiləri

 

Prokuror

2400000

Prokurorun müavini

2160000

Böyük müstəntiq, prokuror-kriminalist

1512000

Müstəntiq

1440000

Böyük köməkçi

1344000

Köməkçi

1296000

Stajor

1200000

II. Mülki işçilər

 

Aparıcı mütəxəssis

215000

Mütəxəssis

175000

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 31 oktyabr  tarixli, 168 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

9 nömrəli əlavə

 

Əhalisi 80000 nəfərədək olan şəhər (rayon) prokurorluqlarının  prokurorluq işçilərinin və mülki işçilərinin

 

VƏZİFƏ MAAŞLARI

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

I. Prokurorluq işçiləri

 

Prokuror

2250000

Prokurorun müavini

2025000

Böyük müstəntiq, prokuror-kriminalist

1417500

Müstəntiq

1350000

Böyük köməkçi

1260000

Köməkçi

1215000

Stajor

1125000

II. Mülki işçilər

 

Aparıcı mütəxəssis

205000

Mütəxəssis

160000

 

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

2002-ci il 31 oktyabr  tarixli, 168 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

10 nömrəli əlavə

 

Prokurorluq orqanlarının mülki xidmət heyətinin

 

VƏZİFƏ MAAŞLARI

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

Arxiv müdiri, dəftərxana müdiri, sürücü

150000

İnspektor, anbar müdiri, xəzinədar, makinaçı, katibə-makinaçı

120000-130000

Xidməti otaqları yığışdıran, kuryer, yardımçı fəhlə, gözətçi və digər xidmətedici heyət

100000-110000

 

 


 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

2002-ci il 31 oktyabr  tarixli, 168 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

11 nömrəli əlavə

 

Prokurorluq işçilərinin xüsusi rütbəyə görə vəzifə maaşına

 

ƏLAVƏ HAQQIN MƏBLƏĞLƏRİ

 

Xüsusi rütbələrin adı

Vəzifə maaşına əlavə haqq

(manatla)

I. Ali xüsusi və ali hərbi rütbələr

 

Həqiqi dövlət ədliyyə müşaviri

180000

I dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-polkovniki

160000

II dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-leytenantı

140000

III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru

130000

II. Xüsusi və hərbi rütbələr

 

Baş ədliyyə müşaviri, ədliyyə polkovniki

105000

ədliyyə müşaviri, ədliyyə polkovnik-leytenantı

90000

kiçik ədliyyə müşaviri, ədliyyə mayoru

80000

I dərəcəli hüquqşünas, ədliyyə kapitanı

70000

II dərəcəli hüquqşünas, ədliyyə baş leytenantı

60000

III dərəcəli hüquqşünas, ədliyyə leytenantı

55000

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 31 oktyabr tarixli, 168 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

12 nömrəli əlavə

 

Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi

 

QAYDASI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununa və "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli, 1054 nömrəli Sərəncamının icrası olaraq hazırlanmışdır və prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın (bundan sonra - əlavə haqq) ödənilməsi şərtlərini müəyyən edir.

1.2. Prokurorluq işçilərinə qulluğun altıncı ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq hər beş ildən bir artırılır.

1.3. Prokurorluq işçilərinə aylıq vəzifə maaşının iş stajının hər beş ilinə görə 15 faizi həcmində 45 faizdən çox olmamaq şərti ilə əlavə haqq verilir.

1.4. Prokurorluq işçilərinə əlavə haqq prokurorluq orqanlarının saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş əməyin ödənişi fondu hesabına ödənilir.

 

2. ƏLAVƏ HAQQ ALMAQ HÜQUQU VERƏN İŞ STAJININ HESABLANMASI QAYDASI

 

2.1. Əlavə haqq almaq hüququ verən iş stajı şəxsin "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş prokurorluq işçilərinə aid olan vəzifəyə təyin edilməsi barədə əmrin verildiyi tarixdən hesablanır.

2.2. Əlavə haqq almaq hüququ verən iş stajına aşağıdakı dövrlər daxildir:

2.2.1. prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluqda olduqları müddət;

2.2.2. həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən prokurorluq orqanlarına qeyd edilən vəzifələrə təyin edilmiş işçilərin həqiqi hərbi xidmətdə olduqları müddət;

2.2.3. məhkəmələrdə hakim, ədliyyə orqanlarında rütbə dərəcəsi (xüsusi rütbəsi) olan vəzifələrdə, o cümlədən rütbə dərəcəsi (xüsusi rütbəsi) tətbiq olunmayan dövrlərdə uyğun vəzifələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində, eləcə də Azərbaycan Respublikasının Vergilər Nazirliyinin ibtidai istintaq orqanlarında və qanunvericiliklə nəzərdə tutulmuş digər müvafiq qurumlarda zabit vəzifələrində işləmiş (xidmət keçmiş) şəxslərin həmin orqanlarda xidmətdə olduqları müddət; [2]

2.2.4. prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq edərkən seçkili orqanlara seçilmiş və sonradan bilavasitə prokurorluq işçilərinə aid olan vəzifələrə təyin edilmiş işçilərin seçkili orqanlarda işlədiyi müddət;

2.2.5. prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq edərkən müvafiq icra hakimiyyəti orqanlarının qərarına (sərəncamına) əsasən işlə əlaqədar xaricə göndərilmiş və qayıtdıqdan sonra bilavasitə prokurorluq işçilərinə aid olan vəzifələrdən birinə yenidən təyin edilmiş işçilərin xaricdə işlədiyi müddət;

2.2.6. prokurorluq işçilərinə aid olan vəzifədə qulluq edən qadınlara hamiləlik, doğum və uşağa qulluq etmək üçün verilən qanunvericiliklə nəzərdə tutulmuş sosial məzuniyyət müddətləri;

2.2.7. dövlət hakimiyyəti orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyəti ilə bağlı müvafiq struktur bölmələrində işləmiş (xidmət etmiş) və sonradan bilavasitə prokurorluq işçilərinə aid olan vəzifəyə təyin edilmiş işçilərin göstərilən orqanlarda işlədiyi (xidmət etdiyi) müddət;

2.2.8. prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərti ilə işçinin qulluqdan ayrıldığı müddət;

2.2.9. əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət;

2.2.10. ödənişli məzuniyyət dövrləri.

Bu bənddə nəzərdə tutulmayan digər fasilələr iş stajı hesablanarkən nəzərə alınmır.

 

3. ƏLAVƏ HAQQIN HESABLANMASI VƏ VERİLMƏSİ QAYDASI

 

3.1. Müvəqqəti əvəzetmə üzrə iş zamanı əlavə haqq əsas işin vəzifə maaşına və rütbəsinə uyğun hesablanır.

3.2. Təqvim ayı ərzində əlavə haqqın məbləği artdığı təqdirdə, həmin ay üçün əlavə haqqın məbləği ayın təqvim günlərinə mütənasib şəkildə artırılaraq hesablanır.

Eyni qayda ay ərzində prokurorluq işçisinin vəzifə maaşının dəyişməsi zamanı da tətbiq edilir.

3.3. Əlavə haqq prokurorluq işçisi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta əmək haqqı hesablanarkən nəzərə alınır.

 

4. ƏLAVƏ HAQQ ALMAQ HÜQUQU VERƏN İŞ STAJININ MÜƏYYƏN EDİLMƏSİ QAYDASI

 

4.1. İş stajını müəyyən edən əsas sənəd əmək kitabçası sayılır. Əmək kitabçası olmadıqda və ya onda lazımi qeydiyyatlar aparılmadıqda, habelə iş dövrləri düzgün əks etdirilmədikdə, iş stajının müəyyən edilməsi üçün əmrlərdən çıxarışlar, şəxsi hesab vərəqələri, əmək haqqının ödəniş cədvəlləri və iş fəaliyyətləri barədə məlumat verə biləcək sair təsdiqedici sənədlər əsas götürülə bilər.

4.2. Əlavə haqq verilməsi üçün iş stajı Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyası tərəfindən müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Baş prokurorunun müavininin sədrliyi və həmkarlar ittifaqı komitəsinin nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən edilir və təsdiq olunur.

4.3. Əlavə haqq Komissiyanın qərarına əsasən verilir. İş stajının müəyyən edilməsi haqqında qərar komissiya tərəfindən protokol formasında rəsmiləşdirilir. Protokolun əsli Baş Prokurorluqda saxlanılır, surəti işçinin şəxsi işinə əlavə edilir.

4.4. Əlavə haqq verilməsi üçün iş stajını müəyyən edən komissiyanın qərarından Azərbaycan Respublikası Baş prokuroruna şikayət verilə bilər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

2.       24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123)

3.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 20 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarı (2 və 6-cı bəndlər istisna olmaqla) qüvvədən düşmüş hesab edilmişdir.

 

[2] 24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123) ilə təsdiq edilmiş 12 nömrəli əlavə - "Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası"nın 2.2.3-cü bəndində "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi," sözlərindən sonra "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi," sözləri əlavə edilmişdir.

 

22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası”nın 2.2.3-cü yarımbəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin yarımbəndə “Fövqəladə Hallar Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status