Şərti maliyyə vahidi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqlarının, dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının və digər ödənişlərin hesablanması qaydalarını müəyyən edir.
Maddə 1. Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqları, dövlət rüsumları, cərimələr, maliyyə sanksiyaları və digər ödənişlər, əgər mütləq rəqəmlərlə müəyyən edilmirsə, şərti maliyyə vahidi ilə hesablanır.
[2]
Maddə 2. Şərti maliyyə vahidi 1 manat 10 qəpik məbləğində müəyyən edilsin.
[3]
Maddə 3. Bu Qanun qüvvəyə minənədək qəbul edilmiş Azərbaycan Respublikasının qanunlarında bu Qanunun 1-ci maddəsində göstərilən hallarda "minimum əmək haqqı" sözləri ismin müvafiq hallarında "şərti maliyyə vahidi" sözləri ilə əvəz edilsin.
Maddə 4. Bu Qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 26 dekabr 2000-ci il
№ 48-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
20 sentyabr 2005-ci il tarixli 990-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 993)
2.
21 oktyabr 2005-ci il tarixli 1031-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1004)
3.
22 dekabr 2021-ci il tarixli 229-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 7)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
22 dekabr 2021-ci il tarixli 229-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 7) ilə ləğv edilmişdir.
[2]
20 sentyabr 2005-ci il tarixli 990-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 993) ilə 1-ci maddədən "birdəfəlik rüsumlar, " sözləri çıxarılmışdır.
[3]
21 oktyabr 2005-ci il tarixli 1031-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1004) ilə Qanunun 2-ci maddəsində "5500 manat" sözləri "1 manat 10 qəpik" sözləri ilə əvəz edilmişdir.