×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.05.2006
QEYDİYYAT NÖMRƏSİ
122-IIIQD
ADI
“Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2006, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 657)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.08.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

“Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 1, maddə 6, № 3, maddə 226, № 4, maddə 280; 2000-ci il, № 7, maddə 489; 2001-ci il, № 11, maddə 686, № 12, maddə 736; 2002-ci il, № 5, maddələr 241, 248; 2003-cü il, № 1, maddələr 1, 16, № 12, I kitab, maddə 673; 2004- cü il, № 3, maddə 123) 12-ci maddəsinin 5-ci bəndinin birinci abzasında “Azərbaycan Respublikasının qanunvericiliyində” sözləri “Qanunda” sözü ilə əvəz edilsin və ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə sahibkarın əmlakı yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə onun bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər.”.

II. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 363; 2001-ci il, № 11, maddə 696; 2002-ci il, № 12, maddə 709; 2003- cü il, № 1, maddə 12) 20-ci maddəsinin birinci hissəsində “əmlakını özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər” sözləri “əmlakın özgəninkiləşdirilməsi şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir” sözləri ilə əvəz edilsin.

III. “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 53) 32-ci maddəsinin 3-cü bəndinin birinci cümləsində “qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda və qaydada müvafiq kompensasiyanın ödənilməsi ilə” sözləri “Mülki Məcəlləsində nəzərdə tutulmuş şərtlərlə” sözləri ilə əvəz edilsin, “(geri)” sözü mötərizəsiz yazılsın, ikinci cümləsi çıxarılsın.

IV. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 154; 2001-ci il, № 3, maddə 149; 2002-ci il, № 5, maddə 241, № 12, maddə 706; 2003-cü il, № 1, maddə 14; Azərbaycan Respublikasının 2006-cı il 7 aprel tarixli, 91-IIIQD nömrəli Qanunu) 16-cı maddəsinin adından “fors-major halları baş verdikdə” sözləri çıxarılsın, ikinci hissəsində “, bələdiyyə” sözü “ehtiyacları” sözü ilə əvəz edilsin, həmin maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Hüquqi və ya fiziki şəxslərə icarəyə verilmiş torpaq sahələrinin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün geri alınması şərtləri və halları Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.”.

V. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 390; 2002-ci il, № 5, maddə 241; 2003-cü il, № 1, maddələr 11, 13) 16-cı maddəsinin altıncı hissəsində “dövlət və ictimai ehtiyacları ödəmək məqsədilə” sözləri “dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün” sözləri ilə, “qiyməti, müstəqil qiymətləndiricilərin (ekspertlərin) rəyi nəzərə alınmaqla,” sözləri “satınalma qiyməti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq” sözləri ilə əvəz edilsin.

VI. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 478; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 5, maddələr 237, 241; 2003-cü il, № 1, maddə 11, № 6, maddə 256, № 8, maddə 423; 2004-cü il, № 2, maddə 59, № 6, maddə 415, № 10, maddə 761; 2006-cı il, № 2, maddə 67) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 6-cı maddənin:

1.1. altıncı abzasında “satın və ya məcburi satın alınması” sözləri “özgəninkiləşdirilməsi” sözü ilə əvəz edilsin;

1.2. onuncu abzası aşağıdakı redaksiyada verilsin:

“vergitutma məqsədilə kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balların müəyyənləşdirilməsi;”.

2. 8-ci maddənin altıncı abzası aşağıdakı redaksiyada verilsin:

“ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması;”.

3. 32-ci maddənin 2-ci bəndində “, bələdiyyə və” sözləri “ehtiyaclarının və ya” sözləri ilə əvəz edilsin.

4. 70-ci maddənin:

4.1. 1-ci bəndində “, bələdiyyə və” sözləri “ehtiyacları və ya” sözləri ilə əvəz edilsin;

4.2. 3-cü bəndində “məcburi geri alınması” sözləri “dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsi” sözləri ilə əvəz edilsin, “, istifadədə” sözü və “və ya bələdiyyənin vəsatəti əsasında məhkəmənin” sözləri çıxarılsın, aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

“Əvəzsiz istifadədə olan torpaqların məcburi geri alınması müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilir.”;

4.3. 4-cü bəndində “məcburi satın alınması yalnız mühüm dövlət, bələdiyyə və ictimai obyektlərin yerləşdirilməsi məqsədilə” sözləri “dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə” sözləri ilə əvəz edilsin;

4.4. 5-ci bəndində “, bələdiyyə” sözü “ehtiyacları” sözü ilə, “satın alındıqda” sözləri “özgəninkiləşdirildikdə” sözü ilə əvəz edilsin;

4.5. 6-cı bəndində “bələdiyyə ehtiyacları” sözləri “ictimai ehtiyaclar” sözləri ilə əvəz edilsin;

4.6. 8-ci bəndində “, bələdiyyə” sözü “ehtiyacları” sözü ilə əvəz edilsin.

5. 71-ci maddənin:

5.1. 1-ci bəndinin üçüncü abzasında “satın” sözü “geri” sözü ilə əvəz edilsin;

5.2. 2-ci bəndində “, bələdiyyə və” sözləri “ehtiyaclarının və ya” sözləri ilə əvəz edilsin, “və ya bələdiyyə” sözləri çıxarılsın;

5.3. 3-cü bəndində “iddia” sözü “qərardan iddia” sözləri ilə əvəz edilsin.

6. 73-cü maddənin 1-ci bəndinin on birinci abzasında “, bələdiyyə” sözü “ehtiyacları” sözü ilə əvəz edilsin.

7. 75-ci maddənin 1-ci bəndində “qalan abzaslarda” sözlərindən əvvəl “11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən,” sözləri əlavə edilsin.

8. 84-cü maddənin 5-ci bəndinin birinci cümləsində “, bələdiyyə və” sözləri “ehtiyacları və ya” sözləri ilə əvəz edilsin.

9. 88-ci maddənin 3-cü bəndinə “tikiliyə” sözündən sonra “(fərdi və çoxmənzilli yaşayış evlərindən başqa)” sözləri əlavə edilsin, bu bəndə aşağıdakı redaksiyada ikinci və üçüncü abzaslar əlavə edilsin:

“Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

Çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir.”.

10. 96-cı maddənin 6-cı bəndinin birinci cümləsində “qiyməti müstəqil qiymətləndiricilərin (ekspertlərin) rəyi nəzərə alınmaqla” sözləri “satınalma qiyməti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq” sözləri ilə əvəz edilsin.

VII. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, I kitab, maddə 250, № 5, maddə 323; 2002-ci il, № 12, maddə 709; 2003-cü il, № 8, maddə 420; 2004-cü il, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005-ci il, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006-cı il, № 2, maddə 68; Azərbaycan Respublikasının 2006-cı il 3 mart tarixlı, 80-IIIQD və 82-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 107-5.1-ci maddədə “tutulmadıqda,” sözündən sonra “bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

2. 360.1-ci maddədə “fəaliyyət göstərmək” sözləri “hərəkət etmək” sözləri ilə, “aşılarsa,” sözündən sonra “başqa şəxsin (təmsil edilənin) əqdi bağlayan şəxsdən (təmsil edəndən)” sözləri “əqdin digər tərəfinin təmsilçidən” sözləri ilə əvəz edilsin.

VIII. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 479; 2003-cü il, № 1, maddə 8; 2004- cü il, № 2, maddə 57) 9-cu maddəsinin üçüncü hissəsində “geri alına” sözləri “və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş şərtlərlə satın alma, istifadə və icarə hüquqlarına xitam verilə” sözləri ilə əvəz edilsin.

IX. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“8.1. Dövlət orqanları öz səlahiyyətlərinə görə aşağıdakı təsnifata bölünürlər:

8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanları - Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən orqanlar, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurasının Aparatı (1-ci kateqoriya dövlət orqanları);

8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən yuxarı dövlət orqanı və Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi (2-ci kateqoriya dövlət orqanları);

8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları ilə müəyyən edilən dövlət orqanları - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanının) Aparatı, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi (3-cü kateqoriya dövlət orqanları);

8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qanunla müəyyən edilən dövlət orqanları - Azərbaycan Respublikası Hesablama Palatasının Aparatı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi, Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi, Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın Katibliyi (4-cü kateqoriya dövlət orqanları);

8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları - Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan icra hakimiyyəti orqanları (5-ci kateqoriya dövlət orqanları);

8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 120- ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları (6-cı kateqoriya dövlət orqanları);

8.1.7. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113- cü və 124-cü maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları - yerli icra hakimiyyəti orqanları, mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri, onların yanında, tabeliyində olan regional orqanları, əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq qanunla müəyyən edilən dövlət orqanları - rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələr və yerli iqtisad məhkəmələri (7-ci kateqoriya dövlət orqanları).”.

2. 8.2-ci maddə çıxarılsın.

3. 8.3-cü maddədə “qanunvericiliyi” sözündən sonra “ilə bu Qanun” sözləri əlavə edilsin.

4. 11.1.1-ci maddədən “və işlər müdirlərinin” sözləri və 11.1.3-cü maddədən “1-ci kateqoriya dövlət orqanları işlər müdirləri müavinlərinin vəzifələri,” sözləri çıxarılsın, 11.1.2-ci maddədə “müşaviri (köməkçisi) vəzifəsi” sözləri “səlahiyyətlərinin həyata keçirilməsini Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında təmin edən dövlət qulluqçularının vəzifələri” sözləri ilə əvəz edilsin.

5. Qanuna aşağıdakı redaksiyada 11.4-cü maddə əlavə edilsin:

“11.4. Dövlət orqanlarının aparatları (və ya onların fəaliyyətini təmin edən qurumlar) və onların bölmələri 1-7-ci kateqoriya dövlət orqanlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətləri, habelə onların həyata keçirilməsi xüsusiyyətləri nəzərə alınaraq təminedici və yardımçı kimi təsnifləşdirilir.

Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

6. 11-ci maddənin Qeyd hissəsinə aşağıdakı redaksiyada 3-cü bənd əlavə edilsin:

“3. 11-ci maddədə “dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)” dedikdə dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur.”.

X. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 520; 2004-cü il, № 5, maddə 314; 2005-ci il, № 2, maddə 62) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.0.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“4.0.5. ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq;”.

2. 6.10-cu maddəsində “, bələdiyyə və” sözləri “ehtiyacları və ya” sözləri ilə əvəz edilsin.

XI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

 

Bakı şəhəri, 30 may 2006-cı il

        № 122-IIIQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status