100.000.000
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanına dəyişikliklər və əlavə edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 370 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 430) 2-ci bəndinə aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1.1. ikinci abzasda “16-cı maddəsinin birinci və üçüncü hissələrində” sözləri “16-cı maddəsinin birinci hissəsində” sözləri ilə əvəz edilsin;
1.2. bəndə aşağıdakı məzmunda üçüncü abzas əlavə olunsun və üçüncü və dördüncü abzaslar müvafiq olaraq dördüncü və beşinci abzaslar hesab edilsin:
“həmin Qanunun 16-cı maddəsinin üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya həyata keçirir;”.
2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 avqust 2006-cı il
№ 435