200.000.000
220.000.000
240.000.000
Fitosanitar nəzarəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətinin təşkilinin və həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir, bitki mühafizəsi və karantini sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətləri tənzimləyir.
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. fitosanitar nəzarəti - bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi;
1.0.1-1. fitosanitar xidmətləri – bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən mühafizəsi məqsədilə fiziki və hüquqi şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətləri əsasında fitosanitar karantin baxışının və müayinəsinin aparılması, bitki və bitkiçilik məhsullarında, torpaqda və suda, bitki mühafizə vasitələrində toksikoloji analizlərin aparılması və aqrokimyəvi xidmətlərin göstərilməsi;
[1]
1.0.2. bitki karantini - bitki və bitkiçilik məhsullarında karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınmasına yönəldilmiş tədbirləri nəzərdə tutan hüquqi rejim;
1.0.3. bitki mühafizəsi - bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən mühafizəsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi;
1.0.4. bitki - toxum və genetik material da daxil olmaqla, canlı bitkilər və onların hissələri;
1.0.5. bitkiçilik məhsulları - dən də daxil olmaqla, emal olunmamış bitki mənşəli materiallar, habelə öz təbiətinə və ya emal üsuluna görə zərərli orqanizmlərin məskunlaşması və yayılması riskini yarada bilən ilkin emal olunmuş bitki mənşəli məhsullar;
1.0.6. zərərli orqanizm - bitki və bitkiçilik məhsullarına zərər vuran heyvanların, bitkilərin və ya xəstəlik törədən mikroorqanizmlərin hər hansı növü, növün dəyişmiş forması, yaxud bioloji tipi (bitki xəstəlikləri, zərərvericiləri və alaq otları);
1.0.7. karantin tətbiq edilən zərərli orqanizm - ərazidə hələlik mövcud olmayan və yaxud mövcud olaraq məhdud dairədə yayılmış və rəsmi mübarizə obyektinə çevrilmiş, ətraf mühitə, ərazinin iqtisadiyyatına və əhalinin sağlamlığına potensial təhlükə yaradan zərərli orqanizm;
1.0.8. karantin nəzarətində olan material - zərərli orqanizmlərin məskunlaşmasına (gizlənməsinə) və yayılmasına şərait yaradan, fitosanitar tədbirlərin aparılmasını tələb edən (xüsusilə beynəlxalq yükdaşımalar zamanı) bitki və bitkiçilik məhsulları, onların saxlanma yeri, qablaşdırma materialı, nəqliyyat vasitələri, torpaq və hər hansı digər orqanizm, obyekt, yük;
1.0.9. bitki mühafizə vasitələri - bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması məqsədilə istifadə olunan pestisidlər, bioloji preparatlar, canlı faydalı orqanizmlər və texniki vasitələr;
1.0.10. pestisidlər - zərərli orqanizmlərə qarşı mübarizə məqsədilə istifadə edilən zəhərli kimyəvi maddələr;
1.0.11. aqrokimyəvi maddələr - torpaqların münbitliyinin artırılması, bitkilərin məhsuldarlığının yüksəldilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün tətbiq edilən üzvi, mineral və bakterial gübrələr, kimyəvi meliorantlar, bitkilərin boy artımı stimulyatorları və digər maddələr;
1.0.12. fitosanitar sertifikatı - Beynəlxalq Bitki Karantini və Mühafizəsi Konvensiyasına uyğun olaraq nümunəvi forma əsasında hazırlanmış və təsdiq olunmuş bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə rəsmi sənəd.
Maddə 2. Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunlarından və onlara uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə fitosanitar nəzarəti sahəsində müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
Maddə 3. Fitosanitar nəzarətinin və dövlət fitosanitar xidmətinin əhatə dairəsi
[2]
3.1. Fitosanitar nəzarəti və xidməti aşağıdakıları əhatə edir:
[3]
3.1.1. hüquqi və fiziki şəxslər tərəfindən fitosanitar nəzarəti qanunvericiliyinin tələblərinə əməl olunmasını;
3.1.2. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçün fitosanitar tədbirlərin təşkilini və həyata keçirilməsini;
3.1.3. bitki və bitkiçilik məhsullarının istehsalı, yığılması, tədarükü, satışı, saxlanması və daşınması zamanı fitosanitar normalara əməl edilməsini;
[4]
3.1.4. fitosanitar nəzarətində olan karantin obyektlərinin təhlükəsizliyinə nəzarət edilməsini, zərərli orqanizmlərlə sirayətlənmənin başvermə və yayılma səbəbləri və şəraiti üzrə müşahidənin aparılmasını, onların qarşısının alınması və ləğvi üçün icrası məcburi olan fitosanitar tədbirlərin müəyyən edilməsini və həyata keçirilməsini;
3.1.5. dövlət büdcəsinin vəsaiti hesabına alınmış pestisidlərin, o cümlədən onların ehtiyatı da nəzərə alınmaqla bölgüsünü, saxlanmasını, daşınmasını və istifadəsini;
3.1.6. pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istehsalı, idxalı, ixracı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətini;
3.1.7. qanunvericilikdə nəzərdə tutulan digər məsələləri.
3.2. Dövlət fitosanitar xidməti aşağıdakıları əhatə edir:
[5]
3.2.1. fiziki və hüquqi şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqlarda, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində müayinələr, müşahidələr aparılmasını, profilaktika və bitki mühafizəsi sahəsində xidmətlərin həyata keçirilməsini;
3.2.2. bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə onların müraciəti əsasında bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr verilməsini;
3.2.3. əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılmasını, sahələrə aqrokimyəvi pasportların verilməsini və kartoqramların hazırlanmasını.
Maddə 4. Fitosanitar nəzarətində olan karantin obyektləri
4.0. Fitosanitar nəzarətində olan karantin obyektləri aşağıdakılardır:
4.0.1. siyahısı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş bütün növ bitkilər və bitkiçilik məhsulları;
4.0.2. canlı göbələklərin, bakteriyaların, virusların, nematodların, gənələrin, həşəratların və bitki xəstəlikləri törədicilərinin kolleksiyaları, onların zərər vurduğu bitki nümunələri, habelə bitki herbariləri və kolleksiyaları;
4.0.3. zərərli orqanizmlərin daşıyıcısı olan kənd təsərrüfatı maşınları və alətləri, nəqliyyat vasitələri, bütün növ qab və qablaşdırma materialları, bitki və bitkiçilik məhsullarından hazırlanmış sənaye-məişət malları və məmulatları, torf, kompost, digər üzvi gübrələr, torpaq və torpaq monolitləri və nümunələri;
4.0.4. bitki və bitkiçilik məhsullarının istehsalı, yığılması, emalı, tədarükü, saxlanması, satışı yerləri, kənd təsərrüfatı və meşə sahələri, həyətyanı və bağ sahələri, qeyri-kənd təsərrüfatı torpaqları.
Maddə 5. Fitosanitar nəzarətinin əsas prinsipləri
5.1. Azərbaycan Respublikasında fitosanitar nəzarəti bitki mühafizəsi və karantini sahəsində beynəlxalq standartların, qaydaların və tövsiyələrin tələblərinə uyğun qurulur və aşağıdakı prinsiplərə əsaslanır:
5.1.1. əlaqələndirmə;
Bitki və bitkiçilik məhsullarının karantin tətbiq edilən zərərli orqanizmlərdən mühafizəsinə yönəldilmiş fitosanitar tədbirlər beynəlxalq əməkdaşlıq çərçivəsində vahid metodika üzrə hazırlanmalı və tətbiq edilməlidir.
5.1.2. ekvivalentlik;
Bitki və bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı ölkədə mövcud olan fitosanitar vəziyyət və həyata keçirilən fitosanitar tədbirlər barədə xarici dövlətlərə obyektiv məlumat verilməli, həmin ölkələrdə tətbiq olunan fitosanitar tədbirlərin hüquqi qüvvəsinin bərabərliyi qəbul edilməlidir.
5.1.3. şəffaflıq;
Fitosanitar nəzarəti sahəsində Azərbaycan Respublikasında qəbul edilmiş normativ hüquqi aktlar, habelə onlara edilmiş dəyişikliklər və əlavələr barədə müvafiq beynəlxalq təşkilatlar məlumatlandırılmalı və həyata keçirilən fitosanitar tədbirlər üzrə informasiya mübadiləsi aparılmalıdır.
5.1.4. Riskin qiymətləndirilməsi;
Azərbaycan Respublikasında həyata keçirilən fitosanitar tədbirlər elmi dəlillərə əsaslanmalı, müvafiq beynəlxalq təşkilatlar tərəfindən işlənib hazırlanmış riskin qiymətləndirilməsi texnikasını, istehsal, emal, nəzarət, ekspertiza və sınaq metodlarını nəzərə almalı, karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olması, məskunlaşması, yayılması və dövlət sərhədindən kənara çıxması riskini minimuma endirməli, insanların, ətraf mühitin və ərazinin iqtisadiyyatının təhlükəsizliyini təmin etməlidir.
5.1.5. Fitosanitar mühafizənin səviyyəsinin müəyyənləşdirilməsi;
Bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunmasını təmin etmək məqsədilə fitosanitar mühafizənin səviyyəsinin konsepsiyası müəyyən olunmalı, tətbiqində daimilik, sabitlik və ardıcıllıq təmin edilməli, tətbiqi qaydaları beynəlxalq standartlara uyğunlaşdırılmalı, əsassız və ya özünü doğrultmayan məhdudiyyətlərə və fərqliliyə yol verilməməlidir.
5.1.6. Regional şəraitə uyğunlaşma;
Regionun fitosanitar vəziyyəti və xüsusiyyətləri qiymətləndirilərkən bitki və bitkiçilik məhsulları idxal və ixrac edən ölkələrin coğrafi mövqeyi, ekosistemləri, epidemioloji nəzarət faktorları, habelə fitosanitar tədbirlərin səmərəliliyi, əraziyə xas olan bitki xəstəliklərinin və zərərvericilərinin mövcudluğu, yayılma səviyyəsi, məhvetmə və nəzarət proqramları nəzərə alınmalı, fitosanitar mühafizənin səviyyəsini müəyyənləşdirən konsepsiyaları tanınmalıdır.
5.2. Fitosanitar nəzarətinin digər prinsipləri bitki mühafizəsi və karantini sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtləri ilə müəyyən olunur.
I I f ə s i l
FİTOSANİTAR NƏZARƏTİNİN TƏŞKİLİ
Maddə 6. Fitosanitar nəzarətinin təşkilinin istiqamətləri
6.1. Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş fitosanitar nəzarəti aşağıdakı istiqamətlər üzrə təşkil edilir:
6.1.1. ölkə ərazisini karantin tətbiq edilən zərərli orqanizmlərdən qorumaq və onların mənbələrini vaxtında aşkar etmək məqsədilə karantin nəzarətində olan materiallarda müntəzəm olaraq müşahidələr aparılması, fitosanitar ekspertizaları keçirilməsi və profilaktik tədbirlər görülməsi;
6.1.2. bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının, habelə flora və faunanın pestisidlərin, digər zəhərli kimyəvi maddələrin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi;
6.1.3. fitosanitar nəzarətində olan karantin obyektlərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda müvafiq ərazidə karantin rejiminin tətbiq edilməsi, hüquqi şəxslərə və əhaliyə bu barədə məlumat verilməsi, habelə zərərli orqanizmlərlə mübarizə aparılması məqsədilə karantin məhdudiyyətlərinin müəyyən edilməsi və fitosanitar tədbirlərin həyata keçirilməsi.
6.2. Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 7. Fitosanitar nəzarəti sahəsində dövlətin vəzifələri
7.1. Fitosanitar nəzarəti sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
7.1.1. fitosanitar nəzarəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək və normativ hüquqi aktlar qəbul etmək;
7.1.2. bitki mühafizəsi üzrə respublika və regional əhəmiyyətli texnoloji reqlamentlər və proqramlar hazırlamaq və təsdiq etmək;
7.0.3. dövlət fitosanitar nəzarəti xidmətini təşkil etmək, onun əsasnaməsini və strukturunu təsdiq etmək;
[6]
7.1.4. fitosanitar nəzarəti sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;
7.0.5. dövlət fitosanitar nəzarəti xidmətinin maliyyələşdirilməsi, inzibati və maddi-texniki təchizatının yaxşılaşdırılması və bu sahəyə investisiya qoyuluşu məsələlərini həll etmək;
7.1.6. Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısını təsdiq etmək;
7.1.7. dövlət fitosanitar nəzarəti sahəsində istifadə olunan normativ sənədlərin beynəlxalq normalara uyğunlaşdırılması üçün lazımi tədbirlər görmək;
[7]
7.0.8. dövlət fitosanitar nəzarəti xidmətinin işini digər dövlət orqanları ilə əlaqələndirmək;
7.1.9. qeyri-dövlət fitosanitar xidmətinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək.
7.2. Azərbaycan Respublikasında fitosanitar nəzarətini (dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində fitosanitar nəzarəti ilə bağlı tədbirləri isə gömrük orqanları ilə birlikdə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
[8]
7.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fitosanitar nəzarətini bu Qanunun, sahibkarlara münasibətdə isə, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirir.
[9]
Maddə 8. Dövlət fitosanitar nəzarəti xidməti
[10]
8.1. Dövlət fitosanitar nəzarəti xidməti fitosanitar nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır.
[11]
8.2. Dövlət fitosanitar nəzarəti xidməti fitosanitar nəzarətini bu Qanunun, sahibkarlara münasibətdə isə, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirir.
8.3. Dövlət fitosanitar nəzarəti xidmətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş səlahiyyətli vəzifəli şəxsləri baş dövlət fitosanitar müfəttişləri, baş dövlət fitosanitar müfəttişlərinin müavinləri və dövlət fitosanitar müfəttişləri hesab edilirlər.
8.4. Dövlət fitosanitar nəzarəti xidmətinin işçiləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada fərqləndirici nişanı olan geyim forması və xüsusi vəsiqələr ilə təmin edilirlər.
8.5. Dövlət fitosanitar nəzarəti xidmətinin icrası məcburi olan qərarlarının formasını, onların tərtib edilməsi və verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
[12]
Maddə 9. Dövlət fitosanitar nəzarəti xidmətinin vəzifələri
9.0. Dövlət fitosanitar nəzarəti xidmətinin vəzifələri aşağıdakılardan ibarətdir:
[13]
9.0.1. bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqlarda, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində fitosanitar vəziyyəti araşdırmaq, müayinələr, müşahidələr aparmaq, profilaktik və bitki mühafizəsi tədbirləri həyata keçirmək;
9.0.2. pestisidlərin və bioloji preparatların istehsalına dair proqramlar hazırlamaq və onların bitkiçilikdə tətbiqi və dövriyyəsi qaydalarını, bitki mühafizəsi, o cümlədən fitosanitar nəzarəti üzrə proqramların və normativ sənədlərin layihələrini hazırlayıb təsdiq olunmaq üçün müvafiq icra hakimiyyəti orqanlarına təqdim etmək;
[14]
9.0.3. müvafiq qaydada fitosanitar nəzarətinin həyata keçirilməsi ilə bağlı ekspertiza, tədqiqat və qiymətləndirmə işlərinin aparılmasını, fitosanitar nəzarətində olan karantin obyektlərinə və karantin nəzarətində olan materiallara baxış keçirilməsini, nümunələr götürülərək onların yoxlanılmasını həyata keçirmək;
[15]
9.0.4. fitosanitar nəzarətində olan karantin obyektlərində və karantin nəzarətində olan materiallarda zərərli orqanizmləri vaxtında aşkar edərək onları təcrid etmək, məhsulun tədqiqi nəticəsində təhlükəliliyi sübut edilmiş bitki və bitkiçilik məhsullarını müvafiq qaydada götürmək, saxlamaq, zərərsizləşdirmək, təkrar emal etmək və ya məhv etmək üçün müvafiq tədbirlər görmək;
9.0.5. Azərbaycan Respublikasının ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq, onların mənbələrini ləğv etmək üçün qanunvericiliklə müəyyən edilmiş karantin və digər məhdudiyyətlərin qoyulması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq;
9.0.6. karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısını hazırlamaq və müəyyən edilmiş ərazidə karantin rejiminin tətbiq edilməsi və götürülməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına təkliflər vermək;
9.0.7. Azərbaycan Respublikasının ərazisində bitkilərin zərərli orqanizmlərlə sirayətlənmə dərəcəsini, onların əmələgəlmə səbəblərini müəyyənləşdirmək, kütləvi çoxalması və yayılması barədə məlumatlar əldə etmək, müşahidələr aparmaq, aqroekosistemlərdə fitosanitar vəziyyəti sabitləşdirmək və nəzarətdə saxlamaq üçün dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
9.0.8. karantin nəzarətində olan materialların zərərli orqanizmlərdən mühafizəsi, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin toksikoloji təsirinin və ətraf mühitin çirklənməsinin qarşısının alınması, habelə keyfiyyətini itirmiş və istifadəsi qadağan olunmuş zəhərli kimyəvi maddələrin zərərsizləşdirilməsi üçün müvafiq dövlət orqanları ilə birgə tədbirlər görmək;
9.0.9. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının və qeydiyyatının aparılmasında və istifadəsinə icazə verilmiş preparatların siyahısının hazırlanmasında iştirak etmək;
9.0.10. fitosanitar nəzarəti üçün dövlət büdcəsində müvafiq vəsaitlərin nəzərdə tutulmasına dair təkliflər vermək, ayrılmış vəsaitin səmərəli istifadəsini təmin etmək məqsədilə müvafiq proqramlar və xərclər smetalarını tərtib edib müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;
9.0.11. Azərbaycan Respublikasının ərazisində bitki mühafizəsi və karantini tədbirlərinin elmi-praktik əsaslarla həyata keçirilməsini təmin etmək və bu sahədə kadrların hazırlanması və əlavə təhsili ilə bağlı zəruri tədbirlər görmək;
[16]
9.0.12. fitosanitar nəzarəti sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək və səlahiyyətləri daxilində xarici ölkələrin müvafiq qurumları ilə və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr qurmaq;
9.0.13. bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr vermək;
[17]
9.0.14. fitosanitar xidmətinə dair təlimatın, qaydaların, uçot, hesabat, akt və protokol formalarının, icazə xarakterli sənədlərin və digər normativ sənədlərin qanunvericilikdə nəzərdə tutulan qaydada və müvafiq beynəlxalq təşkilatların tələblərinə uyğun hazırlanmasını və nəşr edilməsini təmin etmək.
[18]
Maddə 1 0. Dövlət fitosanitar nəzarəti xidmətinin hüquqları
10.0. Dövlət fitosanitar nəzarəti xidmətinin aşağıdakı hüquqları vardır:
[19]
10.0.1. fitosanitar nəzarəti sahəsində dövlət nəzarətini həyata keçirmək və bu sahədə qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasına yönəldilmiş tədbirlər görmək;
[20]
10.0.2. müvafiq qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanılması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə, habelə dəniz və hava limanlarına, dəmir yolu stansiyalarına, poçtamtlara, elevatorlara, anbarlara, gəmilərə, mülki təyyarələrə, qatarlara və digər nəqliyyat vasitələrinə, bazarlara, elmi-tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq, habelə fitosanitar müayinələrin keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq;
[21]
10.0.3. qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq bitki və bitkiçilik məhsullarının idxalı və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsi , təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatları vermək;
[22]
10.0.4. fitosanitar nəzarətində olan karantin obyektlərinə öz səlahiyyətləri daxilində rəy vermək;
[23]
10.0.5. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və digər istehsalat binalarında, satış yerlərində bitki mühafizə vasitələrinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasını və satışını qadağan etmək;
[24]
10.0.6. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalı, ixracı, istehsalı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslərin müvafiq icra hakimiyyəti orqanından alınmış məlumata əsasən uçotunu aparmaq;
[25]
10.0.7. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışı və istifadəsi ilə məşğul olan hüquqi və fiziki şəxslərdən təhlükəsizlik qaydalarına riayət edilməsini, ətraf mühitin çirklənməsinə yol verilməməsini və çirklənmənin ləğv edilməsini tələb etmək, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatların istifadəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada qadağan edilməsi və dövriyyədən çıxarılıb məhv edilməsi haqqında qərar qəbul etmək;
10.0.8. fitosanitar nəzarəti sahəsində qanunvericiliyin pozulmasının qarşısını almaq məqsədilə hüquqi və fiziki şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhdudiyyət qoymaq, xəbərdarlıq etmək və profilaktik tədbirlər görmək;
10.0.9. qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalının, satışının, idxalının və ixracının qarşısının alınması üçün müvafiq tədbirlər (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) görmək;
[26]
10.0.10. bitki və bitkiçilik məhsullarında, torpaqda, suda və ətraf mühit obyektlərində pestisidlərin, digər zəhərli kimyəvi maddələrin və onların birləşmələrinin qalıq miqdarına qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət nəzarətini həyata keçirmək;
10.0.11. torpaq istifadəçiləri tərəfindən aqrotexniki, kimyəvi, bioloji və digər tədbirlərin aparılmasına, bitki mühafizə vasitələrinin istifadəsi reqlamentinə riayət olunmasına nəzarəti həyata keçirmək;
10.0.12. karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə daxilində bir ərazidən digər əraziyə yayılmasının qarşısını almaq, həmin ərazidə fitosanitar tədbirləri həyata keçirmək üçün karantin postlarının qoyulması, onların sayı və yerləşməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına təkliflər vermək;
10.0.13. fitosanitar nəzarəti sahəsində qanunvericiliyin pozulmasına görə hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb olunması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək;
[27]
10.0.14. bitki mühafizəsi tədbirlərinin mövcud təlimat, texnologiya və reqlamentlərin pozulması ilə aparıldığı hallarda, bu tədbirləri həmin nöqsanlar aradan qaldırılana qədər dayandırmaq;
[28]
10.0.15. ölkə ərazisinin fitosanitar vəziyyəti barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına hesabat vermək;
10.0.16. fitosanitar tədbirlərinə ayrılan məqsədli dövlət vəsaitinə sərəncam vermək;
10.0.17. bitkilərin zərərli orqanizmlərlə sirayətlənmək təhlükəsi müəyyən edildikdə, bu təhlükəni yaradan subyektlər barədə tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək.
[29]
Maddə 11. Dövlət fitosanitar nəzarəti xidmətinin səlahiyyətləri
[30]
11.1. Dövlət fitosanitar nəzarəti xidmətinin aşağıdakı səlahiyyətləri vardır:
11.1.1. qanunvericiliklə müəyyən olunmuş qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə, habelə dəniz və hava limanlarına, dəmir yolu stansiyalarına, poçtamtlara, elevatorlara, anbarlara, gəmilərə, mülki təyyarələrə, qatarlara və digər nəqliyyat vasitələrinə, bazarlara, elmi tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq və fitosanitar müayinələrin keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək;
[31]
11.1.2. Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara qanunvericiliklə müəyyən edilmiş qaydada fitosanitar karantin baxışı keçirmək və laboratoriya ekspertizasını aparmaq;
[32]
11.1.3. karantin nəzarətində olan materialları qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada saxlamaq, onların dövriyyədən çıxarılması, zərərsizləşdirilməsi və ya məhv edilməsi üçün tədbir görmək.
11.2. Dövlət fitosanitar nəzarəti xidməti fitosanitar nəzarətində olan karantin obyektlərində fitosanitar nəzarətinin həyata keçirilməsi ilə əlaqədar aşağıdakı məsələlər barədə qərarlar qəbul edir:
[33]
11.2.1. fitosanitar nəzarəti qanunvericiliyinin tələblərinin pozulmasının aradan qaldırılması;
11.2.2. fitosanitar nəzarətində olan karantin obyektlərində qanunvericiliklə müəyyən edilmiş qaydada fitosanitar ekspertizası və diaqnostikası aparılması;
11.2.3. aqroekosistemlərdə karantin tətbiq edilən zərərli orqanizmlərin daşıyıcısı olan obyektlərin zərərsizləşdirilməsi;
11.2.4. fitosanitar ekspertizasının nəticələri və ya laboratoriya müayinələri ilə təhlükəliliyi sübut edilmiş bitki və bitkiçilik məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanması, zərərsizləşdirilməsi, təkrar emalı, götürülməsi və ya məhv edilməsi;
11.2.5. müvafiq qaydada qeydiyyatdan keçməyən, standartlara və texniki şərtlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta və keyfiyyətsiz pestisidlərin, bioloji preparatların, digər bitki mühafizə vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməsi və ya məhv edilməsi;
11.2.6. bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr verilməsi;
11.2.7. bitki mühafizəsi tədbirlərinin mövcud təlimat və tövsiyələrin, texnologiya və reqlamentlərin pozulması ilə aparıldığı hallarda bu tədbirlərin həmin nöqsanlar aradan qaldırılana qədər dayandırılması;
11.2.8. bitkilərin zərərli orqanizmlərlə sirayətlənmək təhlükəsi müəyyən edildikdə, bu təhlükəni yaradan subyektlər barədə tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edilməsi;
11.2.9. sanitariya-gigiyena tələblərinə və təhlükəsizlik texnikasına uyğun olmayan anbar və digər istehsal binalarının pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanması üçün istifadə olunmasına yol verilməməsi;
11.2.10. fitosanitar nəzarəti qanunvericiliyinin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlərin görülməsi.
11.3. Dövlət fitosanitar nəzarəti xidmətinin qərarlarının və göstərişlərinin hüquqi və fiziki şəxslər tərəfindən icra edilməsi məcburidir.
11.4. Dövlət fitosanitar nəzarəti xidmətinin icrası məcburi olan qərarlarının və göstərişlərinin forması, onların tərtib edilməsi və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11.5. Dövlət fitosanitar nəzarəti xidməti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir.
[34]
Maddə 1 2. Hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində vəzifə və öhdəlikləri
12.1. Hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində vəzifə və öhdəlikləri aşağıdakılardır:
12.1.1. zərurət olduğu hallarda öz ərazilərində və obyektlərində müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən fitosanitar nəzarəti və baxışının keçirilməsi və fitosanitar nəzarətində olan karantin obyektlərinin və ya bitki mühafizə vasitələrinin təqdim edilməsi üçün lazımi şərait yaratmaq;
[35]
12.1.2. bitki mühafizə vasitələrinin saxlanmasında, daşınmasında, istifadə edilməsində və zərərsizləşdirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etmək, ətraf mühitin zəhərli kimyəvi maddələrlə çirklənməsinə yol verməmək;
12.1.3. karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq və ya məhdudlaşdırmaq üçün fitosanitar tədbirlərin qanunvericiliyə uyğun yerinə yetirilməsini təmin etmək;
12.1.4. fitosanitar tədbirlərin yerinə yetirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qərarlarına əməl etmək;
[36]
12.1.5. fəaliyyət göstərdikləri ərazilərdə və digər yerlərdə karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu barədə müvafiq icra hakimiyyəti orqanına vaxtında məlumat vermək;
12.1.6. karantin nəzarətində olan materialların xüsusi təyin edilmiş yerlərdən kənarda zərərsizləşdirilməsinə yol verməmək;
12.1.7. fitosanitar nəzarətində olan karantin obyektlərinin zərərsizləşdirilməsi və təmizlənməsi məqsədi ilə bu tədbirlərin görülməsi üçün köməkçi işçilər ayırmaq;
[37]
12.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə fitosanitar nəzarəti sahəsində nəzərdə tutulan digər vəzifə və öhdəlikləri yerinə yetirmək.
12.2. Hüquqi və fiziki şəxslər fitosanitar tədbirlərin həyata keçirilməsinə kömək göstərilməsi üçün öz vəsaitləri hesabına məqsədli fondlar yarada bilərlər.
I I I f ə s i l
FİTOSANİTAR TƏDBİRLƏR
Maddə 1 3. İdxal olunmuş məhsullara tətbiq edilən fitosanitar tədbirlər
13.1. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fitosanitar nəzarəti məntəqələri təşkil edilir. Fitosanitar nəzarəti məntəqələrinin (dövlət sərhədinin buraxılış məntəqələri istisna olmaqla) yerləşdirilməsi və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) həyata keçirilir. Bu məntəqələr öz fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti orqanlarla əlaqələndirir. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində fitosanitar nəzarətini gömrük orqanları həyata keçirirlər.
[38]
13.2. İdxal olunan bitki və bitkiçilik məhsullarının müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədi ilə gömrük orqanları müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı öz növbəsində aşağıdakı fitosanitar tədbirləri həyata keçirir:
[39]
13.2.1. analiz (test), müayinə, məhsulun saxlanması və məhv edilməsi məqsədi ilə bitki və bitkiçilik məhsullarını, digər karantin nəzarətində olan materialları ölkə daxilində yerləşən fitosanitar nəzarəti məntəqələrində saxlamaq, geri qaytarmaq və onların idxalına məhdudiyyətlər qoymaq;
13.2.2. bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq.
[40]
13.3. Azərbaycan Respublikasının ərazisindən tranzit kimi istifadə edildikdə bu Qanunun 10.0.2-ci maddəsində göstərilən tədbirlər (obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq istisna olmaqla) o halda tətbiq edilə bilər ki, onlar texniki cəhətdən əsaslandırılsın və karantin tətbiq edilən zərərli orqanizmlərin əraziyə daxil olmasının və yayılmasının qarşısının alınması zərurəti yaranmış olsun.
[41]
13.4. Azərbaycan Respublikasının ərazisi üçün ciddi təhlükə yaradan karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə müvafiq təxirəsalınmaz tədbirlər görülür və bu barədə əlaqədar beynəlxalq təşkilatlara məlumat verilir.
13.5. Zərərli orqanizmlərlə sirayətlənməsi riskinin mövcud olduğu müəyyən edildiyi halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən idxal edənə aşağıdakılar barədə yazılı bildiriş verilir:
[42]
13.5.1. yüklərin fitosanitar nəzarəti məntəqəsinə aparılaraq karantin rejiminin tətbiq olunması;
13.5.2. yüklərdən ekspertiza və analiz aparmaq məqsədilə nümunələr götürülməsi və nəticələr əldə olunanadək yükün saxlanılması;
13.5.3. karantin tətbiq edilən zərərli orqanizmlərin zərərsizləşdirilməsi məqsədi ilə yükün götürülməsi və zərərsizləşdirmə prosesindən sonra sahibinə qaytarılması;
[43]
13.5.4. zərərsizləşdirmə məqsədilə yükün boşaldılıb yenidən yüklənməsi;
13.5.5. yükün məhv edilməsinin zəruriliyi.
13.6. Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdirildikdən sonra müəyyən olunmuş vaxt ərzində sahibi tərəfindən geri götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı yükün məhv edilməsi barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qərar qəbul edir.
[44]
13.7. Fitosanitar nəzarəti zamanı həyata keçirilən fitosanitar tədbirlərin xərci və məhv edilən yükün dəyərinin məsuliyyəti idxal edənin üzərinə düşür.
13.8. Poçtamtlar vasitəsilə gətirilən bitki və bitkiçilik məhsulları, bitki mühafizə vasitələri və digər yüklər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məntəqələrdən (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) qəbul edilir. Bu məntəqələrin siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən razılaşdırılaraq təsdiq edilir və bitki mühafizəsi və karantini üzrə beynəlxalq təşkilatlara və yük göndərən ölkələrə sorğu əsasında məlumat verilir.
[45]
Maddə 1 4. İxrac edilən məhsulların sertifikatlaşdırılması
14.1. Azərbaycan Respublikasından ixrac edilən bitki və bitkiçilik məhsullarının, idxal olunan ölkələr tərəfindən tələb edildiyi halda, beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək məqsədilə fitosanitar sertifikatlaşdırılması aparılır.
[46]
14.2. Fitosanitar sertifikatlar və ya onların elektron əvəzediciləri beynəlxalq standartların tələbləri nəzərə alınmaqla tərtib edilməli və verilməlidir.
Fitosanitar sertifikatlarda təsdiq edilməmiş dəyişiklik və düzəlişlərin aparılmasına yol verilmir.
14.3. İxrac edilən bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı hallarda verilir:
14.3.1. sertifikatın verilməsi üçün müraciət edildikdə və dövlət rüsumu ödənildikdə;
[47]
14.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada tələb olunan müvafiq sənədlər təqdim olunduqda;
14.3.3. sertifikat verilməsi nəzərdə tutulan yüklər, baxış keçirilməsi və digər tədbirlərin aparılması üçün təqdim edildikdə;
14.3.4. göndərilən yüklər beynəlxalq standartların tələblərinə cavab verdikdə.
Maddə 1 5. Tranzit daşınan məhsullara tətbiq edilən fitosanitar tədbirlər
15.1. Karantin nəzarətində olan materialların Azərbaycan Respublikasının ərazisindən açılmadan, bölünmədən, digər yüklərlə qarışdırılmadan və yenidən qablaşdırılmadan başqa ölkələrə daşınması zamanı həmin yüklər üzərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada fitosanitar nəzarəti həyata keçirilir.
15.2. Gömrük orqanı dövlət sərhədinin buraxılış məntəqələrində tranzit daşınan bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikatı tələb edir və bu qanunun 13.2-ci maddəsində müəyyən olunan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən karantin nəzarətində olan materiallara və yüklərə fitosanitar tədbirləri tətbiq edilir.
[48]
15.3. Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara aşağıdakı hallarda fitosanitar tədbirləri tətbiq olunmur:
15.3.1. bitki və bitkiçilik məhsulları zərərli orqanizmlərin yayılmaması üçün plomblanmış nəqliyyat vasitələri ilə və ya konteynerlərlə daşındıqda və beynəlxalq standartların tələblərinə uyğun qablaşdırıldıqda;
15.3.2. məhsul ixrac edən ölkə tərəfindən fitosanitar sertifikatı ilə təmin edildikdə.
I V f ə s i l
ZƏRƏRLİ ORQANİZMLƏRLƏ MÜBARİZƏ
Maddə 1 6. Ərazidə karantin elan olunması
16.1. Ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu təsdiq edildikdə onlarla mübarizə aparmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı həmin ərazidə karantin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanlarına təklif verir.
16.2. Karantin rejiminin tətbiq olunduğu ərazinin hüdudları zərərli orqanizmlərin yayılma dərəcəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
16.3. Ərazidə karantin rejiminin tətbiq edildiyi barədə məlumat dərhal rəsmi elan olunur və həmin ərazidə olan hüquqi şəxslərə və əhaliyə xəbərdarlıq edilir.
16.4. Ərazidə karantin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanının qərarında aşağıdakı məlumatlar əks olunur:
16.4.1. karantin elan olunmasının səbəbləri;
16.4.2. karantin elan olunan ərazinin yeri və hüdudları;
16.4.3. karantin məhdudiyyətləri və fitosanitar tədbirlərinin siyahısı.
Maddə 1 7. Karantin elan olunan ərazilərdə tətbiq edilən məhdudiyyətlər və fitosanitar tədbirlər
17.1. Karantin elan olunan ərazilərdə aşağıdakı məhdudiyyətlər və fitosanitar tədbirləri tətbiq edilir:
17.1.1. zərərli orqanizmlərə qarşı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi;
17.1.2. karantin elan olunan ərazidən və ya həmin əraziyə, habelə ərazi daxilində bitki və bitkiçilik məhsullarının daşınmasına məhdudiyyətlərin qoyulması;
17.1.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas bitkilərin həmin ərazidə yenidən əkilməsinə qadağa qoyulması.
17.2. Müvafiq icra hakimiyyəti orqanı məqsədəuyğun hesab etdiyi halda karantin elan olunan əraziyə bitişik ərazidə olan torpaq sahəsinin mülkiyyətçisinə (istifadəçisinə), müəyyən vaxt ərzində, öz ərazisində fitosanitar tədbirlərin həyata keçirilməsi barədə rəsmi bildiriş verir və onun qarşısında qanunvericilikdə nəzərdə tutulmuş tələblər qoyur.
17.3. Torpaq sahəsinin mülkiyyətçisi (istifadəçisi) bu tələblərə əməl etmədiyi halda müvafiq icra hakimiyyəti orqanı bildirişdə tələb olunan fitosanitar tədbirləri həyata keçirmək məqsədilə bu ərazidə olan bitkilərin, bitkiçilik məhsullarının və zərərli orqanizmlərin məhv edilməsi barədə qərar qəbul edir.
17.4. Karantin elan olunan ərazilərdə məhdudiyyətlərin qoyulması və fitosanitar tədbirlərin aparılması xərcləri qanunvericiliklə müəyyən olunmuş hallarda dövlət büdcəsinin vəsaiti, digər hallarda isə torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) vəsaiti hesabına həyata keçirilir.
Maddə 1 8. Zərərli orqanizmlərin məhdud dairədə yayıldığı ərazilərin elan olunması
18.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən zərərli orqanizmlərin məhdud dairədə yayıldığı ərazilər aşağıdakı hallarda elan olunur:
18.1.1. ərazidə zərərli orqanizmlərin məhdud dairədə yayıldığı müəyyən edildikdə;
18.1.2. zərərli orqanizmlərin yayılmasının məhdud dairədə qalması üçün müvafiq fitosanitar tədbirləri həyata keçirildikdə və lazımi nəzarət sistemi tətbiq edildikdə.
18.2. Zərərli orqanizmlərin məhdud dairədə yayıldığı ərazilərdən bitki və bitkiçilik məhsullarının kənara daşınmasına yol verilmir.
Maddə 1 9. Ərazinin zərərli orqanizmlərdən azad elan olunması
19.1. Müvafiq icra hakimiyyəti orqanı karantin elan olunan ərazini müntəzəm olaraq tədqiq edir və karantin tətbiq edilən zərərli orqanizmlərin ərazidə mövcudluğunu daim nəzarətdə saxlayır.
19.2. Fitosanitar tədbirlərin aparılmasından sonra müvafiq icra hakimiyyəti orqanı zərərli orqanizmlərlə sirayətlənmiş ərazidə və ya onun bir hissəsində karantin rejiminin götürülməsi barədə müvafiq icra hakimiyyəti orqanına təklif verir.
19.3. Müvafiq icra hakimiyyəti orqanı karantin elan olunmuş ərazini, o cümlədən məhsulun istehsal yerini və sahələrini zərərli orqanizmlərdən aşağıdakı hallarda azad elan edir:
19.3.1. karantin tətbiq edilən zərərli orqanizmlərin ərazidə mövcud olmamasına əmin olduqda;
19.3.2. ərazinin zərərli orqanizmlərdən azad olunması məqsədilə nəzərdə tutulmuş fitosanitar tədbirlər tam həyata keçirildikdə;
19.3.3. zərərli orqanizmlərdən azad ərazinin statusunun saxlanılmasına əmin olmaq məqsədilə müşahidələr keçirildikdə.
19.4. Bitki və bitkiçilik məhsullarının karantin elan olunmuş ərazilərdən daşınmasına yalnız zərərli orqanizmlərdən azad elan olunduqdan sonra yol verilir.
V f ə s i l
BİTKİ MÜHAFİZƏSİ İLƏ BAĞLI FİTOSANİTAR TƏLƏBLƏR
Maddə 2 0. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının və qeydiyyatının aparılması
20.1. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı və qeydiyyatı onların bioloji, gigiyena-toksikoloji və ekoloji cəhətdən qiymətləndirilməsi və istifadə reqlamentlərinin işlənib hazırlanması məqsədilə aparılır.
20.2. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya uyğun olaraq elmi tədqiqat müəssisələrində aparılır.
20.3. İstehsalatda sınaqdan keçirmək, qeydiyyata almaq və elmi tədqiqat işlərində istifadə etmək məqsədilə xarici ölkələrdən gətirilən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20.4. Dövlət sınağından keçmiş insan, heyvan və bitki orqanizmləri, habelə ətraf mühit üçün təhlükəsizliyi təsdiq edilmiş pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınır və Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilir.
20.5. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatının məcburi şərti onların mənşəyi və keyfiyyəti barədə sertifikatların, təhlükəsiz tətbiqi, bitki və bitkiçilik məhsullarında, torpaqda, suda və ətraf mühit obyektlərində həmin preparatların qalıq miqdarının müəyyən edilməsi metodikası üzrə təlimatların olmasıdır.
20.6. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyat müddəti 5 ildir və bu müddət başa çatdıqdan sonra onlar müəyyən edilmiş qaydada yenidən qeydiyyatdan keçirilir. Preparatların təhlükəsizliyi barədə yeni məlumatlar daxil olduğu hallarda müvafiq icra hakimiyyəti orqanı onların tətbiqini tamamilə və ya müvəqqəti dövr üçün qadağan edir.
Maddə 2 1. Zəhərli kimyəvi maddələrin qalıq miqdarına dövlət nəzarəti
21.1. Bütün növ bitki və bitkiçilik məhsullarında və torpaqda pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarına dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
21.2. Bitki və bitkiçilik məhsullarının tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarının yol verilən normadan artıq olmamasını təsdiq edən müvafiq sertifikat olduqda onların satışına icazə verilir.
21.3. Məhsulun tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olduqda, onun satışına icazə verilmir və bu məhsul qanunvericiliklə müəyyən olunmuş qaydada dövriyyədən çıxarılır.
Maddə 22. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş zəhərli kimyəvi maddələrin məhv edilməsi
[49]
22.1. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qabları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada onların sahibindən geri alınaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi anbarlarda (qəbiristanlıqlarda) zərərsizləşdirilir və ya məhv edilir.
[50]
22.2. Pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada xüsusi anbarlarda (qəbiristanlıqlarda) aparılır.
[51]
22.3. Xüsusi anbarların (qəbiristanlıqların) sayını və onların yerləşdirilməsini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 2 3. Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi
23.1. Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onlar fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada zərərsizləşdirilir.
23.2. Bitki və bitkiçilik məhsullarının daşınması üçün istifadə edilən nəqliyyat vasitələri məcburi təmizlənir, karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlər aşkar edildikdə fitosanitar tələblərə uyğun olaraq zərərsizləşdirilir.
[52]
23.3. Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi hüquqi və fiziki şəxslərlə bağlanan müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 24. Pestisidlərin ehtiyatının yaradılması və saxlanması
24.1. Pestisidlərin ehtiyatı, fövqəladə hallarda karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, dövlət büdcəsi vəsaiti hesabına yaradılır.
24.2. Pestisidlərin növlər üzrə ehtiyat normaları və istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24.3. Pestisidlərin ehtiyatı müntəzəm olaraq təzələnir və istifadəsi müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında həyata keçirilir.
V I f ə s i l
FİTOSANİTAR XİDMƏTİ
Maddə 25. Fitosanitar xidmətinin təşkili
25.1. Azərbaycan Respublikasında fitosanitar xidməti dövlət və qeyri-dövlət fitosanitar xidmətləri vasitəsilə həyata keçirilir. “Dövlət fitosanitar xidmətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən göstərilir.
[53]
25.2. Bu Qanunla müəyyən edilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
[54]
25.3. Dövlət fitosanitar xidmətinin vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
[55]
25.4. Dövlət fitosanitar xidməti qeyri-dövlət fitosanitar xidmətinin funksiyalarını yerinə yetirə bilər.
[56]
Maddə 2 6. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri
26.1. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada kənd təsərrüfatına aqrokimyəvi xidmət və pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, daşınması, saxlanması, satışı və tətbiqi sahəsində sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərdir.
26.2. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri dövlət fitosanitar nəzarəti funksiyalarını yerinə yetirə bilməzlər.
[57]
26.3. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət fitosanitar nəzarəti xidmətində uçota durduqdan sonra fəaliyyət göstərirlər.
[58]
Maddə 2 7. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin hüquq və vəzifələri
27.1. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin aşağıdakı hüquqları vardır:
27.1.1. istehsal etdikləri və xaricdən gətirdikləri preparatların qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək;
27.1.2. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş fitosanitar tədbirlərinin nümunəvi uçot və hesabat sənədlərindən və blanklarından istifadə etmək;
27.1.3. dövlət, regional və yerli proqramlar əsasında kənd təsərrüfatına aqrokimyəvi xidmət, bitki mühafizəsi və bitkilərin məhsuldarlığının artırılması tədbirlərinin həyata keçirilməsi məsələlərində tətbiq edilən maliyyə güzəştlərindən istifadə etmək;
27.1.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
27.2. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin vəzifələri aşağıdakılardır:
27.2.1. fitosanitar nəzarəti qanunvericiliyinə əməl etmək və müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında uçota durmaq;
27.2.2. kənd təsərrüfatı məhsulları istehsalçılarına və bağçılıq təsərrüfatlarına aqrokimyəvi xidmətlər göstərmək;
27.2.3. bitki mühafizə vasitələrinin tətbiqinə dair dövlət standartlarının, fitosanitar və texnoloji normaların, reqlamentlərin və digər normativ sənədlərin tələblərini yerinə yetirmək;
27.2.4. istehsal etdikləri və xaricdən gətirdikləri bitki və bitkiçilik məhsullarının, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin keyfiyyət göstəricilərinə və təhlükəsizliyinə zəmanət vermək və məsuliyyət daşımaq;
27.2.5. istifadəyə yararsız pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin zərərsizləşdirilməsini və ya məhv edilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada təmin etmək;
27.2.6. müvafiq icra hakimiyyəti orqanının qərarlarına əməl etmək;
[59]
27.2.7. xidmət etdikləri obyektlərdə zərərli orqanizmlər aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək və onların yayılmasının qarşısını alan ilkin tədbirlər görmək;
27.2.8. fitosanitar tədbirlərin həyata keçirilməsində müvafiq icra hakimiyyəti orqanına lazımi kömək göstərmək və fitosanitar xidməti sahəsində həyata keçirdikləri işlər barədə müvafiq icra hakimiyyəti orqanlarına qanunvericiliklə müəyyən olunmuş qaydada məlumat vermək;
27.2.9. xidmət etdikləri obyektlərdə istehsal edilən bitki və bitkiçilik məhsullarının fitosanitar normalara uyğunluğunun və təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görmək;
27.2.10. bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması, elmi tədqiqat işlərinin aparılması, habelə bitki mühafizəsi üzrə dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;
27.2.11. qanunvericiliklə müəyyən olunmuş qaydada və formada pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin uçot və hesabatını aparmaq;
27.2.12. qanunvericiliklə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.
V I I f ə s i l
ZƏHƏRLİ KİMYƏVİ MADDƏLƏRİN İSTEHSALI, TƏTBİQİ VƏ DÖVRİYYƏSİNƏ TƏLƏBLƏR
Maddə 2 8. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsi sahəsində dövlətin vəzifələri
28.1. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
(Çıxarılıb)
[60]
28.1.1. bitki mühafizə vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair standartları və müvafiq normativ-texniki tələblərə aid sənədləri hazırlamaq və təsdiq etmək;
28.1.2. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi qaydalarını müəyyən etmək;
28.1.3. yüksək toksiki-ekoloji təhlükəli pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin siyahısını təsdiq etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada onların tətbiqinə razılıq vermək;
[61]
28.1.4. fövqəladə ekoloji şərait zonalarında zəhərli kimyəvi maddələrin tətbiqini məhdudlaşdırmaq;
28.1.5. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinin bütün mərhələlərində onların keyfiyyətinə və tətbiqinə dövlət nəzarətini təşkil etmək;
28.1.6. təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm zonalarında, su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə pestisidlərin və digər zəhərli kimyəvi maddələrin tətbiqini qadağan etmək;
28.1.7. yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz pəhriz və uşaq qida məhsullarının istehsalı üçün əlverişli fitosanitar və texnoloji şərait yaratmaq məqsədilə xüsusi xammal istehsalı bölgələri təşkil etmək, onların hüdudları, hüquqi və texnoloji rejimlərini müəyyən etmək;
28.1.8. əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması qaydalarını müəyyən etmək;
28.1.9. bitki və bitkiçilik məhsullarını karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərdən qorumaq üçün lazım olan bitki mühafizə vasitələrinin tədarükünə dövlət sifarişi vermək;
28.1.10. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə dair vahid statistik hesabat formasını və təqdim edilməsi qaydasını müəyyən etmək;
28.1.11. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı və tətbiqi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək.
28.2. Qanunvericiliyə uyğun olaraq istehsal mənşəyinə görə adlar verilən və yüksək keyfiyyətli (markalı) bitkiçilik məhsullarının istehsalı məqsədilə becərilən bitkilərə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinə yol verilmir.
28.3. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinin vacibliyi əsaslandırıldıqda, dövlət sanitariya və ekoloji ekspertizasının müsbət rəyi əsasında bu Qanunun 28.1.7-ci maddəsində göstərilən ərazilərdə müvafiq icra hakimiyyəti orqanının ciddi nəzarəti altında onların məhdud çeşidlərinin tətbiqinə qanunvericiliklə müəyyən olunmuş qaydada icazə verilir.
28.4. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı, daşınması, saxlanması, tətbiqi, zərərsizləşdirilməsi və məhv edilməsi ilə bağlı işləri bilavasitə yerinə yetirən və bu sahədə nəzarət müayinəsi aparan işçilərə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq güzəştlər tətbiq edilir.
Maddə 2 9. Zəhərli kimyəvi maddələrin istehsalı, satışı və tətbiqi
29.1. Azərbaycan Respublikasında pestisidlərin və bioloji preparatların istehsalı insanların sağlamlığının və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi şərtilə qanunvericiliklə müəyyən olunmuş qaydada mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər tərəfindən həyata keçirilir.
29.2. Pestisidlər və bioloji preparatlar istehsal edən müəssisə istehsal etdiyi preparatların keyfiyyətinə zəmanət vermək üçün nəzarət xidməti təşkil edir, satışa buraxdığı hər bir partiya (seriya) preparata dair müvafiq sertifikat alır və onun keyfiyyəti və tətbiqi üçün məsuliyyət daşıyır.
29.3. İstehsal olunan hər hansı preparat qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət sınağından keçirilir və qeydiyyata alınır, onun texniki şərtləri və standartlaşdırma üzrə normativ sənədləri hazırlanır.
29.4. Pestisidlərin və bioloji preparatların standartlaşdırılmasını və sertifikatlaşdırılmasını qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
29.4-1. Pestisidlərin və bioloji preparatların sertifikatlaşdırılmasını müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar həyata keçirirlər.
29.4-2. Bu Qanunun 29.4-1-ci maddəsində nəzərdə tutulan uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
[62]
29.5. Azərbaycan Respublikasının dövlət standartlarının tələblərinə və ya Azərbaycan Respublikasının ərazisində rəsmi tanınan beynəlxalq standartlara uyğun olmayan, habelə dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış və istifadəsi qadağan olunmuş zəhərli kimyəvi maddələrin istehsalına, satışına və tətbiqinə yol verilmir.
29.6. Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısının təsdiq edilməsi və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
29.7. Fövqəladə ekoloji şərait zonasında pestisidlərin və bioloji preparatların tətbiqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırılır.
Maddə 3 0. Zəhərli kimyəvi maddələrin idxalı və ixracı
30.1. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər və bioloji preparatlar idxal və ixrac olunur.
[63]
30.2. Mənşəyi və keyfiyyəti barədə sertifikatları olmayan pestisidlərin və bioloji preparatların idxalı, satışı, tətbiqi və reklam edilməsi qadağan edilir.
30.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa şərtlər nəzərdə tutulmamışdırsa, pestisidlərin və bioloji preparatların idxal və ixrac edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir.
30.4. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxal və ixracına aşağıdakı hallarda yol verilir:
[64]
30.4.1. elmi tədqiqat işlərində istifadə olunduqda və satış hüququ olmadan sərgilərdə nümayiş etdirildikdə;
30.4.2. bitki mühafizə vasitələri ilə işlənmiş toxum və əkin materialları ilə birlikdə idxal və ixrac edildikdə;
30.4.3. fövqəladə hallarda karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması məqsədilə onların istehsalçı ölkədə qeydiyyatını və istifadəsini təsdiq edən sənədlər olduqda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında.
30.5. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların qanunvericilikdə nəzərdə tutulan qaydada idxalı və tətbiqi yalnız müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında həyata keçirilir.
Maddə 3 1. Zəhərli kimyəvi maddələrin qablaşdırılması, saxlanması və daşınması
31.1. Azərbaycan Respublikasında istehsal olunmuş və tətbiqinə icazə verilmiş pestisidlər və bioloji preparatlar müvafiq standartlara və texniki şərtlərə uyğun olaraq qablaşdırılmalı, markalanmalı və müşayiətedici sənədlərində və istifadə təlimatlarında Azərbaycan dilində və ixrac olunduğu ölkələrin dilində hazırlanma tarixi, saxlanma müddəti, şəraiti barədə və digər məlumatlar göstərilməlidir.
[65]
31.2. Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması müəyyən olunmuş texniki şərtlərə və tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.
V I I I f ə s i l
FİTOSANİTAR XİDMƏTİNİN ELMİ VƏ KADR TƏMİNATI VƏ MALİYYƏLƏŞDİRİLMƏSİ
Maddə 3 2. Fitosanitar nəzarəti sahəsində Elmi-Texniki Şura
32.1. Fitosanitar nəzarəti sahəsində aparılan elmi tədqiqatların istiqamətləri üzrə məsələlərə baxmaq, müasir elmi-texniki nailiyyətlərin tətbiqinə dair təklif və tövsiyələr hazırlamaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının nəzdində, tərkibi alim və yüksək ixtisaslı mütəxəssislərdən ibarət Elmi-Texniki Şura yaradılır.
32.2. Elmi-Texniki Şura aşağıdakı məsələlərə baxıb rəy verir:
32.2.1. bitki mühafizəsi və karantini sahəsində elmi nailiyyətlərin istehsalatda tətbiqinin yekunlarına;
32.2.2. zərərli orqanizmlərin risk analizinin nəticələrinə;
32.2.3. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin normativ-texniki tələblərə uyğunluğuna;
32.2.4. bitki mühafizəsi və karantini sahəsində hazırlanmış təlimatların, qaydaların, tövsiyələrin və digər normativ sənədlərin elmi cəhətdən əsaslandırılmasına;
32.2.5. bitki mühafizəsi sahəsində elmi və kadr təminatının planlaşdırılmasına və həlli vacib olan digər məsələlərə.
32.3. Fitosanitar nəzarəti sahəsində Elmi-Texniki Şura müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.
Maddə 3 3. Bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsili
33.1. Bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsili Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
33.2. Bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin planlaşdırılması və həyata keçirilməsi proqramı müvafiq icra hakimiyyəti orqanı ilə qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmalıdır.
Maddə 3 4. Fitosanitar nəzarətinin və dövlət fitosanitar xidmətinin maliyyələşdirilməsi
[66]
34.1. Dövlət fitosanitar xidmətlərinin maliyyə mənbəyi dövlət büdcəsindən ayrılan, hüquqi və fiziki şəxslərə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlər, könüllü ödənişlər və donor təşkilatların texniki maliyyə yardımlarından ibarətdir.
[67]
34.2. Fitosanitar nəzarəti sahəsində aşağıdakı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir:
34.2.1. müvafiq icra hakimiyyəti orqanının və onun tabeliyində olan təşkilatların saxlanılması xərcləri və maddi-texniki təminatı;
34.2.2. bu Qanuna, sahibkarlara münasibətdə isə həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bitki mühafizəsi və karantini sahəsində tədbirlərin həyata keçirilməsi;
[68]
34.2.3. pestisidlərin ehtiyatının yaradılması və saxlanması;
34.2.4. bitki mühafizəsi sahəsində elmi tədqiqat işlərinin aparılması, mütəxəssislərin hazırlanması və əlavə təhsili;
34.2.5. məqsədli dövlət və regional proqramlar əsasında fitosanitar və aqrokimyəvi tədbirlərin aparılması;
34.2.6. fitosanitar nəzarəti sahəsində Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi;
34.2.7. qanunvericilikdə nəzərdə tutulmuş digər fitosanitar tədbirlər.
34.3. Qanunvericiliklə müəyyən olunmuş qaydada aşağıdakı fitosanitar tədbirləri və dövlət fitosanitar xidmətləri hüquqi və fiziki şəxslərin vəsaiti, könüllü ödənişlər və donor təşkilatların texniki-maliyyə yardımı hesabına ödənilir:
[69]
34.3.1. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı, qeydiyyatı və ekspertizası;
34.3.2. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi;
34.3.3. fitosanitar sertifikatların, idxal karantin icazələrinin, vahid uçot və hesabat formalarının və digər fitosanitar sənədlərin verilməsi;
34.3.4. fiziki və hüquqi şəxslərin müraciətləri əsasında fitosanitar karantin baxışının, müayinəsinin və ekspertizasının aparılması;
[70]
34.3.5. bitki və bitkiçilik məhsullarında, torpaqda və suda, bitki mühafizə vasitələrində toksikoloji analizlərin aparılması;
34.3.6. karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri istisna olmaqla, digər bitki mühafizə tədbirlərinin aparılması;
34.3.7. qanunvericilikdə nəzərdə tutulan digər xidmətlər.
34.4. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnamələrinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi üçün dövlət rüsumu ödənilir.
[71]
34.5. Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. Bu vəsaitlərdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
[72]
34.6. Bu Qanunun 34.3-cü maddəsində nəzərdə tutulmuş tədbirlərə və xidmətlərə (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulanlar istisna olmaqla) görə alınan xidmət haqqının məbləğləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
[73]
I X f ə s i l
FİTOSANİTAR NƏZARƏTİ HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
Maddə 3 5. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
35.1. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
35.2. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş ziyanın əvəzi Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.
Maddə 3 6. Mübahisələrin həlli
Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması ilə əlaqədar mübahisələr inzibati və məhkəmə qaydasında həll edilir.
[74]
X f ə s i l
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ VƏ YEKUN MÜDDƏALAR
Maddə 3 7. Fitosanitar nəzarəti sahəsində beynəlxalq əməkdaşlıq
Fitosanitar nəzarəti sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.
Maddə 3 8. Qanunun qüvvəyə minməsi
38.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
38.2. Bu Qanun qüvvəyə mindiyi gündən "Bitki karantini haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 103; 1998-ci il, № 2, maddə 83; 2002-ci il, № 5, maddə 241, № 12, maddə 706; 2004-cü il, № 2, maddə 57), “Bitki mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 274; 2002-ci il, № 5, maddə 241) və “Pestisidlər və aqrokimyəvi maddələr haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 396; 2003-cü il, № 1, maddə 7) qüvvədən düşmüş hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 may 2006-cı il
№ 102-IIIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
5 iyun 2007-ci il tarixli 373-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 595)
2.
20 oktyabr 2009-cu il tarixli 890-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2009-cu il, № 286)
3.
20 oktyabr 2009-cu il tarixli 897-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289)
4.
4 dekabr 2009-cu il tarixli 926-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289)
5.
21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)
6.
30 sentyabr 2014-cü il tarixli 1030-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 09 noyabr 2014-cü il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1150)
7.
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013)
8.
14 aprel 2017-ci il tarixli 601-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 713)
9.
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 641)
10.
27 noyabr 2018-ci il tarixli 1347-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2491)
11.
3 may 2019-cu il tarixli 1577-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 813)
12.
1 may 2020-ci il tarixli 71-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 521)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 641) ilə yeni məzmunda 1.0.1-1-ci maddə əlavə edilmişdir.
[2]
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 641) ilə 3-cü maddənin adına “nəzarətinin” sözündən sonra “və xidmətinin” sözləri, 3.0-cı maddəyə “nəzarəti” sözündən sonra “və xidməti” sözləri əlavə edilmişdir.
3 may 2019-cu il tarixli 1577-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 813) ilə 3-cü maddənin adına “xidmətinin” sözündən əvvəl “dövlət fitosanitar” sözləri əlavə edilmişdir.
[3]
3 may 2019-cu il tarixli 1577-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 813) ilə 3.0-cı maddədən “və xidməti” sözləri çıxarılmışdır.
[4]
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 641) ilə 3.0.3-cü və 4.0.4-cü maddələrə “istehsalı,” sözündən sonra “yığılması,” sözü əlavə edilmişdir.
3 may 2019-cu il tarixli 1577-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 813) ilə 3.0.3-cü maddədə “qaydalarına və normativlərinə” sözləri “normalara” sözü ilə əvəz edilmişdir.
[5]
3 may 2019-cu il tarixli 1577-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 813) ilə 3.0-cı maddə 3.1-ci maddə hesab edilmişdir və yeni məzmunda 3.2-ci maddə əlavə edilmişdir.
[6]
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 641) ilə 7.0.3-cü, 7.0.5-ci və 7.0.8-ci maddələr ləğv edilmişdir.
[7]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 7.0.7-ci, 18.1.2-ci və 27.2.8-ci maddələrdən “lazımi” sözü çıxarılmışdır.
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98) ilə 7.0.7-ci maddədə “xidmətinin beynəlxalq təşkilatların tələbləri və tövsiyələri əsasında formalaşdırılması, bu sahədə” sözləri “sahəsində” sözü ilə əvəz edilmişdir.
[8]
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98) ilə 7.2-ci maddəyə “fitosanitar nəzarətini” sözlərindən sonra “(dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində fitosanitar nəzarəti ilə bağlı tədbirləri isə gömrük orqanları ilə birlikdə)” sözləri əlavə edilmişdir və həmin maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.
3 may 2019-cu il tarixli 1577-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 813) ilə 7.2-ci maddəyə “fitosanitar nəzarətini” sözlərindən sonra “(dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində fitosanitar nəzarəti ilə bağlı tədbirləri isə gömrük orqanları ilə birlikdə)” sözləri əlavə edilmişdir və həmin maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.
[9]
3 may 2019-cu il tarixli 1577-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 813) ilə yeni məzmunda 7.3-cü maddə əlavə edilmişdir.
[10]
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98) ilə 8-ci, 9-cu, 10-cu və 13.3-cü maddələr ləğv edilmişdir.
[11]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 8.1-ci və 8.2-ci maddələr yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
8.1. Dövlət fitosanitar nəzarəti xidməti bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji preparatların, digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır.
8.2. Dövlət fitosanitar nəzarəti xidmətini Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fitosanitar nəzarəti sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanları və tabeliyində olan təşkilatlar təşkil edir.
[12]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə yeni məzmunda 8.5-ci maddə əlavə edilmişdir.
[13]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 9.0-cı maddədə “xidmətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının” sözləri “xidmətinin” sözü ilə əvəz edilmişdir.
[14]
5 iyun 2007-ci il tarixli 373-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 595) ilə 9.0.2-ci maddədən “istehsalına dair proqramlar hazırlamaq və onların” sözləri çıxarılmışdır.
[15]
30 sentyabr 2014-cü il tarixli 1030-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 09 noyabr 2014-cü il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1150) ilə 9.0.3-cü maddədə “qanunvericiliklə” sözündən sonra “, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri əlavə edilmişdir.
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 9.0.3-cü və 9.0.4-cü maddələr yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
9.0.3. qanunvericiliklə, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq fəaliyyət sahələrində ekspertiza, tədqiqat və qiymətləndirmə işlərinin aparılmasını, fitosanitar nəzarətində olan karantin obyektlərinə baxış keçirilməsini, həmçinin nümunələr götürülüb yoxlanılmasını həyata keçirmək;
9.0.4. fitosanitar nəzarətində olan karantin obyektlərində zərərli orqanizmləri vaxtında aşkar etmək, onların təcrid edilməsi və ləğvi üçün müvafiq tədbirlər görmək;
[16]
21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 9.0.11-ci maddəsində, 33-cü maddəsinin adında, 33.1-ci, 33.2-ci və 34.2.4-cü maddələrində ismin müvafiq hallarında “ixtisaslarının artırılması” sözləri ismin müvafiq hallarında “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 9.0.11-ci maddədən “zəruri” sözü çıxarılmışdır.
[17]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 9.0.13-cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
9.0.13. qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
[18]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə yeni məzmunda 9.0.14-cü maddə əlavə edilmişdir.
[19]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 10.0-cı maddədə “xidmətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının” sözləri “xidmətinin” sözü ilə əvəz edilmişdir.
[20]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 10.0.1-ci maddədən “və bu sahədə qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasına yönəldilmiş tədbirlər görmək” sözləri çıxarılmışdır.
[21]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 10.0.2-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
10.0.2. qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olmaq üçün onlara müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə lazımi məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq;
[22]
4 dekabr 2009-cu il tarixli 926-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 10.0.3-cü maddədə "idxalı və ixracına," sözlərindən sonra "təkrar ixracına," sözləri əlavə edilmişdir, "tranzit" sözü çıxarılsın və "idxal karantin icazəsi" sözlərindən sonra ", təkrar ixracat fitosanitar sertifikatı" sözləri əlavə edilmişdir.
[23]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 10.0.4-cü maddə ləğv edilmişdir.
[24]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 10.0.5-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
10.0.5. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və satış yerlərində bitki mühafizə vasitələrinin saxlanılmasını və satışını qadağan etmək;
[25]
20 oktyabr 2009-cu il tarixli 897-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 10.0.6-cı maddəsində "şəxsləri uçota götürmək" sözləri "şəxslərin müvafiq icra hakimiyyəti orqanından alınmış məlumata əsasən uçotunu aparmaq" sözləri ilə əvəz edilmişdir.
[26]
4 dekabr 2009-cu il tarixli 926-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 10.0.9-cu maddədə "müvafiq" sözündən əvvəl "öz səlahiyyətləri daxilində" sözləri əlavə edilmişdir.
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 10.0.9-cu maddədə “öz səlahiyyətləri daxilində müvafiq tədbirlər” sözləri “müvafiq tədbirlər (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)” sözləri ilə əvəz edilmişdir.
[27]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 10.0.13-cü maddədən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılmışdır.
[28]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 10.0.14-cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
10.0.14. fitosanitar xidmətinə dair təlimat, göstəriş, tövsiyə və qaydaların, uçot, hesabat, akt və protokol formalarının, idxal icazəsi sənədlərinin, sertifikatların və digər normativ sənədlərin qanunvericilikdə nəzərdə tutulan qaydada və müvafiq beynəlxalq təşkilatların tələblərinə uyğun hazırlanmasını və nəşr edilməsini təmin etmək;
[29]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 10.0.17-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
10.0.17. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.
[30]
30 sentyabr 2014-cü il tarixli 1030-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 09 noyabr 2014-cü il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1150) ilə 11-ci maddənin adında və mətnində ismin müvafiq hallarında “müfəttişləri” sözü “nəzarəti xidməti” sözləri ilə əvəz edilmişdir.
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 11-ci maddə ləğv edilmişdir.
[31]
4 dekabr 2009-cu il tarixli 926-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 11.1.1-ci maddədə "qaydada" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilmişdir.
[32]
4 dekabr 2009-cu il tarixli 926-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 11.1.2-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
11.1.2. Azərbaycan Respublikasına gətirilən və respublikadan aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına qanunvericiliklə müəyyən edilmiş qaydada fitosanitar karantin baxışı keçirmək və laboratoriya ekspertizasını aparmaq;
[33]
30 sentyabr 2014-cü il tarixli 1030-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 09 noyabr 2014-cü il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1150) ilə 11.2-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
11.2. Dövlət fitosanitar nəzarəti xidməti fitosanitar nəzarətində olan karantin obyektlərində fitosanitar nəzarəti keçirərkən öz səlahiyyətləri daxilində aşağıdakı məsələlər barədə qərarlar qəbul edirlər:
[34]
30 sentyabr 2014-cü il tarixli 1030-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 09 noyabr 2014-cü il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1150) ilə 11.5-ci maddədə “göstərirlər” sözü “göstərir” sözü ilə əvəz edilmişdir.
[35]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 12.1.1-ci maddədən “zərurət olduğu hallarda” və “lazımi” sözləri çıxarılmışdır.
[36]
30 sentyabr 2014-cü il tarixli 1030-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 09 noyabr 2014-cü il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1150) ilə 12.1.4-cü maddədə “müfəttişləri tərəfindən verilmiş qərarlara və göstərişlərə” sözləri “nəzarəti xidmətinin qərar və göstərişlərinə” sözləri ilə əvəz edilmişdir.
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 12.1.4-cü və 27.2.6-cı maddələrdə “qərar və göstərişlərinə” sözləri “qərarlarına” sözü ilə əvəz edilmişdir.
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 641) ilə 12.1.4-cü, 12.1.5-ci, 13.2-ci (birinci cümlədə), 13.5-ci, 13.6-cı, 14.3 cü, 15.2-ci, 16.1-ci, 17.1.1-ci, 17.2-ci, 17.3-cü, 19.2-ci, 23.3-cü, 27.2.1-ci, 27.2.6-cı, 27.2.7-ci, 27.2.8-ci, 32.1-ci və 34.2.1-ci maddələrdə ismin müvafiq hallarında “dövlət fitosanitar nəzarəti xidməti” sözləri ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.
[37]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 12.1.7-ci maddədə “zərurəti yarandığı hallarda” sözləri “məqsədi ilə” sözləri ilə əvəz edilmişdir.
[38]
4 dekabr 2009-cu il tarixli 926-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 13.1-ci maddənin birinci cümləsində "qaydada" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilmişdir və aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilmişdir.
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 641) ilə 13.1-ci maddənin birinci cümləsindən “(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)” sözləri və dördüncü cümləsi çıxarılmışdır.
3 may 2019-cu il tarixli 1577-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 813) ilə 13.1-ci maddənin birinci cümləsinə “qanunvericilikdə nəzərdə tutulmuş qaydada” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri, ikinci cümləsinə “məntəqələrinin” sözündən sonra “(dövlət sərhədinin buraxılış məntəqələri istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[39]
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 641) ilə 13.2-ci (ikinci cümlədə) və 19.1-ci maddələrdə “Dövlət fitosanitar nəzarəti xidməti” sözləri “Müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.
[40]
4 dekabr 2009-cu il tarixli 926-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 13.2-ci maddə aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
13.2. Zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədilə bitki və bitkiçilik məhsullarının idxalı ilə bağlı dövlət fitosanitar nəzarəti xidməti tərəfindən aşağıdakı fitosanitar tədbirləri həyata keçirilir:
13.2.1. analiz (test), müayinə, məhsulun saxlanması və məhv edilməsi məqsədilə bitki və bitkiçilik məhsullarını, digər karantin nəzarətində olan materialları və yükləri fitosanitar nəzarəti məntəqələrində saxlamaq, geri qaytarmaq və onların idxalına məhdudiyyətlər qoymaq;
13.2.2. zərərli orqanizmlərin əraziyə daxil olması təhlükəsi yarandığı hallarda bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq.
[41]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 13.3-cü maddədə “11.1.1-ci maddəsində göstərilən tədbirlər” sözləri “10.0.2-ci maddəsində göstərilən tədbirlər (obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq istisna olmaqla)” sözləri ilə əvəz edilsin, birinci halda “və” sözündən sonra “karantin tətbiq edilən” sözləri əlavə edilmişdir.
[42]
4 dekabr 2009-cu il tarixli 926-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 13.5-ci maddədə "İdxal olunan yükün müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli" sözləri "Zərərli" sözü ilə əvəz edilmişdir.
[43]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 13.5.3-cü maddədə “zərərsizləşdirmə zərurəti yarandığı hallarda” sözləri “karantin tətbiq edilən zərərli orqanizmlərin zərərsizləşdirilməsi məqsədi ilə” sözləri ilə əvəz edilmişdir.
[44]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 13.6-cı maddədə və 20.6-cı maddənin ikinci cümləsində “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilmişdir.
[45]
4 dekabr 2009-cu il tarixli 926-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 13.8-ci maddənin birinci cümləsində "məntəqələrdən" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilmişdir.
[46]
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 641) ilə 14.1-ci maddəyə “məhsullarının” sözündən sonra “, idxal olunan ölkələr tərəfindən tələb edildiyi halda,” sözləri əlavə edilmişdir.
[47]
20 oktyabr 2009-cu il tarixli 890-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2009-cu il, № 286) ilə 14.3.1-ci maddədə “xidmət haqqı” sözləri “dövlət rüsumu” sözləri ilə əvəz edilmişdir.
[48]
4 dekabr 2009-cu il tarixli 926-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 15.2-ci maddədə "Dövlət fitosanitar nəzarəti xidməti" sözləri "Gömrük orqanı dövlət sərhədinin buraxılış məntəqələrində" sözləri ilə əvəz edilsin və "zəruri hallarda" sözləri "bu qanunun 13.2-ci maddəsində müəyyən olunan hallarda dövlət fitosanitar nəzarəti xidməti tərəfindən" sözləri ilə əvəz edilmişdir.
[49]
3 may 2019-cu il tarixli 1577-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 813) ilə 22-ci maddənin adına “yararsız” sözündən sonra “və istifadəsi qadağan olunmuş” sözləri əlavə edilmişdir.
[50]
3 may 2019-cu il tarixli 1577-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 813) ilə 22.1-ci maddədə “qanunvericilikdə nəzərdə tutulmuş qaydada” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi anbarlarda (qəbiristanlıqlarda)” sözləri ilə əvəz edilmişdir.
[51]
3 may 2019-cu il tarixli 1577-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 813) ilə 22.2-ci maddə ləğv edilmişdir.
[52]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 23.2-ci maddədə “və zərurət yarandığı hallarda” sözləri “, karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlər aşkar edildikdə” sözləri ilə əvəz edilmişdir.
[53]
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 641) ilə 25.1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[54]
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 641) ilə 25.2-ci maddədə “dövlət fitosanitar xidmətinin fəaliyyəti ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilmişdir.
[55]
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 641) ilə 25.3-cü maddə ləğv edilmişdir.
[56]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 25.4-cü maddə ləğv edilmişdir.
[57]
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 641) ilə 26.2-ci maddədən “dövlət” sözü çıxarılmışdır.
[58]
20 oktyabr 2009-cu il tarixli 897-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 26.3-cü maddə çıxarılmışdır.
[59]
30 sentyabr 2014-cü il tarixli 1030-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 09 noyabr 2014-cü il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1150) ilə 27.2.6-cı maddədə “müfəttişlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etdikləri qərarlara və göstərişlərə” sözləri “nəzarəti xidmətinin qərar və göstərişlərinə” sözləri ilə əvəz edilmişdir.
[60]
5 iyun 2007-ci il tarixli 373-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 595) ilə 28.1.1-ci maddə çıxarılmışdır və 28.1.2-28.1.12-ci maddələr müvafiq olaraq 28.1.1-28.1.11-ci maddələr hesab edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
28.1.1. Azərbaycan Respublikasında pestisidlərin və bioloji preparatların istehsalı üzrə dövlət proqramı hazırlayıb təsdiq etmək və onun həyata keçirilməsini təmin etmək;
[61]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 28.1.3-cü maddədə “müstəsna hallarda” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada” sözləri ilə əvəz edilmişdir.
[62]
14 aprel 2017-ci il tarixli 601-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 713) ilə 29.4-cü maddədən “və sertifikatlaşdırılmasını” sözləri çıxarılmışdır və yeni məzmunda 29.4-1-ci və 29.4-2-ci maddələr əlavə edilmişdir.
[63]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 30.1-ci maddədə “oluna bilər” sözləri “olunur” sözü ilə əvəz edilmişdir.
[64]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 30.4-cü maddədə “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilmişdir.
[65]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 31.1-ci maddədə “zəruri hallarda başqa dillərdə” sözləri “ixrac olunduğu ölkələrin dilində” sözləri ilə əvəz edilmişdir.
[66]
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 641) ilə 34-cü maddənin adına “xidmətinin” sözündən əvvəl “nəzarətinin və” sözləri əlavə edilmişdir.
3 may 2019-cu il tarixli 1577-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 813) ilə 34-cü maddənin adına “xidmətinin” sözündən əvvəl “dövlət fitosanitar” sözləri əlavə edilmişdir.
[67]
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 641) ilə 34.1-ci maddədə “Dövlət fitosanitar nəzarəti xidmətinin” sözləri “Dövlət fitosanitar xidmətlərinin” sözləri ilə əvəz edilmişdir.
[68]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 34.2.2-ci maddədə “qanunvericiliyə” sözü “bu Qanuna, sahibkarlara münasibətdə isə həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilmişdir.
[69]
23 fevral 2018-ci il tarixli 1011-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 641) ilə 34.3-cü maddəyə “fitosanitar” sözündən əvvəl “dövlət” sözü əlavə edilmişdir.
3 may 2019-cu il tarixli 1577-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 813) ilə 34.3-cü maddədə “hüquqi və fiziki şəxslərə göstərilən aşağıdakı dövlət fitosanitar xidmətləri həmin” sözləri “aşağıdakı fitosanitar tədbirləri və dövlət fitosanitar xidmətləri hüquqi və fiziki” sözləri ilə əvəz edilmişdir.
[70]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 34.3.4-cü maddəyə “fitosanitar” sözündən əvvəl “fiziki və hüquqi şəxslərin müraciətləri əsasında” sözləri əlavə edilmişdir.
[71]
20 oktyabr 2009-cu il tarixli 890-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2009-cu il, № 286) ilə 34.4-cü maddə əlavə edilmişdir.
[72]
27 noyabr 2018-ci il tarixli 1347-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2491) ilə yeni məzmunda 34.5-ci maddə əlavə edilmişdir.
1 may 2020-ci il tarixli 71-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 521) ilə 34.5-ci maddənin birinci cümlədə “
[73]
3 may 2019-cu il tarixli 1577-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 813) ilə yeni məzmunda 34.6-cı maddə əlavə edilmişdir.
[74]
14 iyun 2016-cı il tarixli 290-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1013) ilə 36-cı maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, o cümlədən” sözləri “inzibati və” sözləri ilə əvəz edilmişdir.