210.000.000
220.000.000
240.000.000
“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası hazırda iqtisadi yüksəliş dövrünü yaşayır. Ölkənin geniş sosial-iqtisadi islahatlara söykənən ümumi inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşması naminə istifadə məsələləri mühüm yer tutur.
Son illər iqtisadiyyatın, o cümlədən mədənçıxarma və emal sənayesi sahələrinin, tikinti kompleksinin sürətli inkişafı ətraf mühitə antropogen təsirin artması ilə müşayiət olunur. Belə ki, ayrı-ayrı regionlarda torpaqların, su hövzələrinin və atmosferin çirklənməsi yol verilən normativ göstəricilərdən yüksəkdir, eyni zamanda, içməli şirin suyun azalması, meşələrin seyrəkləşməsi, torpaqların eroziyası, sürüşmə və səhralaşma prosesləri fəallaşmışdır. Abşeron yarımadasında, Kür-Araz ovalığında, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Əli Bayramlı kimi sənaye mərkəzlərində ərazilərin neft, neft məhsulları, aqrokimyəvi maddələr və məişət tullantıları ilə çirkləndirilməsi halları güclənmişdir. Sənaye və məişət tullantı suların ətraf ərazilərə axıdılması Abşeron yarımadasında süni gölməçələrin sayını artırmış və mövcud göllərin sahəsini xeyli genişləndirmişdir. Antropogen təsirlər nəticəsində meşə massivlərinin azalması və təbii biosenozların yoxa çıxması təhlükəsi yaranmışdır.
Ölkədə ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bir sıra vacib tədbirlər həyata keçirilməli, o cümlədən Xəzər dənizinin sahilboyu zolağında, Abşeron yarımadasında və ölkənin digər regionlarında su hövzələrinin, havanın, torpağın təbii keyfiyyətinin bərpa olunması üçün tullantı sular təmizlənməli, kanalizasiya şəbəkələri yenidən qurulmalı, çirklənmiş torpaqlar rekultivasiya edilməli, geniş sahələrdə meşələr və yaşıllıqlar salınmalı, abadlaşdırma işləri aparılmalı və digər zəruri tədbirlər həyata keçirilməlidir.
Təbii mühitə zərərli antropogen təsirlərin azaldılması, mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin qiymətləndirilməsini təmin etsin və maliyyələşdirmə mənbələrini müəyyənləşdirib təsdiq etsin;
2.2. bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilmiş Tədbirlər Planının həyata keçirilməsinə rəhbərliyi və müvafiq dövlət qurumları arasında əlaqələndirməni həyata keçirsin;
2.3. bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilmiş Tədbirlər Planının icrası barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 sentyabr 2006-cı il
№ 1697
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 28 sentyabr tarixli 1697 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün
KOMPLEKS TƏDBİRLƏR PLANI
[1]
Sıra
№-si
|
Tədbirin adı
|
İcraçı orqanlar
|
İcra müddəti
|
1
|
2
|
3
|
4
|
1. Bakı buxtasında ekoloji vəziyyətin yaxşılaşdırılması
|
|||
I mərhələ
|
|||
1.1
|
Şəhərdaxili təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin yağış kanalizasiyası şəbəkəsindən təcrid edilməsi ilə Bakı buxtasına axıdılan fekal tullantı suların qarşısının alınması
|
“Azərsu” SC, BŞİH
|
2006-2008
|
1.2
|
Buxtanın sahil zolağında fəaliyyət göstərən iri sənaye obyektlərində (gəmi təmiri zavodları, neft emalı müəssisələri və s.) yaranan tullantı suların müasir tələblərə uyğun təmizlənməsini təmin edən lokal təmizləyici qurğuların quraşdırılması
|
DXDG, ARDNŞ, MN, DSX,BŞİH, ETSN, “Azərenerji” SC
|
2006-2009
|
1.3
|
Bakı buxtasının və çimərliklərin batmış və yarıbatmış vəziyyətdə olan gəmilərdən, sıradan çıxmış metal və beton konstruksiyalardan və digər iriqabaritli tullantılardan təmizlənməsi
|
FHN, DXDG, ARDNŞ, DSX, MN, İİN, ETSN, BŞİH
|
2006-2007
|
II mərhələ
|
|||
1.4
|
Bakı Beynəlxalq Dəniz Limanında və buxtanın sahil zolağında yerləşən yanalma körpülərində və pirslərdə müasir texniki, texnoloji və ekoloji tələblərə uyğun yenidənqurma işlərinin həyata keçirilməsi
|
DXDG, ARDNŞ, BŞİH, MN, DSX
|
2007-2008
|
1.5
|
Gəmilərdə əmələ gələn tullantı suların və dəniz səthindən yığılmış tullantıların zərərsizləşdirilməsini təmin edən müasir qəbuledici stansiyalara malik mərkəzləşdirilmiş sistemin yaradılması
|
DXDG, ARDNŞ, MN, DSX, ETSN, AMEA
|
2007-2008
|
1.6.
|
Bakı buxtasının sahil zolağında fəaliyyət göstərən və ətraf mühitə mənfi təsir edən müəssisələrin şəhərdən kənara köçürülməsinə dair təkliflərin hazırlanması və həyata keçirilməsi
|
NK, BŞİH, SEN, ETSN, ARDNŞ, DXDG, MN, DSX, ƏMDK, DŞAK, FHN
|
2007-2010
|
2. “Bibiheybət” zonasında ekoloji vəziyyətin yaxşılaşdırılması
|
|||
I mərhələ
|
|||
2.1
|
“Bibiheybət” zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə zonanın quru və dəniz hissələrində mövcud olan kommunikasiya xətlərinin, mühəndis qurğu və avadanlıqlarının demontajı, tikililərin sökülməsi və ərazinin rekultivasiya edilərək reabilitasiyası
|
ARDNŞ, DŞAK, BŞİH, ƏMDK, FHN, “Azərsu” SC, “Azərenerji” SC, |
2006-2009
|
II mərhələ
|
|||
2.2
|
“Bibiheybət” ərazisində təmizləyici qurğunun inşası və ərazidə təsərrüfat-məişət və yağış kanalizasiya şəbəkəsinin yaradılması
|
“Azərsu” SC, BŞİH, ARDNŞ, ETSN
|
2007-2009
|
3. Heydər Əliyev Beynəlxalq Hava Limanı ətrafında ekoloji vəziyyətin yaxşılaşdırılması
|
|||
I mərhələ
|
|||
3.1
|
Heydər Əliyev Beynəlxalq Hava Limanı yolunun yenidən qurulması ilə əlaqədar dendroloji layihənin hazırlanması və həyata keçirilməsi
|
ETSN, BŞİH, YİH, bələdiyyələr, “Azərsu” SC, ARDNŞ, DTXK, AMST ASC
|
2006-2009
|
3.2
|
Hava Limanı ətrafının ekoloji sağlamlaşdırılması məqsədilə kompleks tədqiqat işlərinin aparılması və ekoloji bərpa layihəsinin hazırlanması və həyata keçirilməsi
|
ETSN, BŞİH, AMEA, DTXK, “Azərsu” SC, “Azal” DK, FHN, “Azərenerji” SC, AMST ASC
|
2006-2008
|
II mərhələ
|
|||
3.3
|
Hava Limanı ətrafındakı ərazilərin ekoloji təhlükəsizliyinin təmin edilməsi məqsədilə Sədərək və Binə ticarət mərkəzlərinin ərazidən çıxarılması və təbii landşaftın bərpa edilməsi
|
BŞİH, ETSN
|
2007-2009
|
4. Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması
|
|||
I mərhələ
|
|||
4.1
|
Böyükşor gölünün təmizlənməsi, gölün ətrafının abadlaşdırılması və şəhərin əhalisi üçün istirahət zonası kimi istifadə edilməsinə dair layihənin hazırlanması və həyata keçirilməsi
|
ARDNŞ, “Azərsu” SC, BŞİH, ETSN, AMEA, DŞAK, MəTN, SN
|
2006-2010
|
4.2
|
Hövsan Aerasiya Stansiyasında və digər təmizləyici qurğularda müasir tələblərə uyğun təmizlənmiş suların təkrar istifadə edilməsinə dair təkliflərin hazırlanması
|
ETSN, AMEA, “Azərsu” SC, AMST ASC, SN
|
2006-2007
|
4.3
|
Zığ Mexaniki təmizləyici qurğusunun yenidən qurulması
|
“Azərsu” SC
|
2006-2008
|
4.4
|
Pirallahı, Çilov, Qum adaları və Neft daşlarındakı təmizləyici qurğuların müasir tələblərə uyğun yenidən qurulması
|
ARDNŞ, ETSN
|
2006-2007
|
4.5
|
Abşeron yarımadasında yerləşən kənd və qəsəbələrdə və mövsümi istirahət obyektlərində əmələ gələn bərk məişət tullantılarının utilizasiya məntəqələrinə daşınmasının təmin edilməsi
|
BŞİH, SŞİH, ARİH, ETSN
|
2006-2007
|
4.6
|
Abşeron yarımadasındakı istirahət ocaqlarının ərazilərində yaranmış antisanitar vəziyyətin aradan qaldırılması üçün bərpa proqramının hazırlanması və həyata keçirilməsi
|
SN, ETSN, DİN, BŞİH, SŞİH, ARİH
|
2006-2007
|
4.7
|
Abşeron yarımadasının neftqazçıxarma idarələrinin fəaliyyət zonalarında neftlə çirklənmiş torpaqlar, lay suları altında qalmış sahələr və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin müəyyənləşdirilməsi və Abşeron yarımadasının irimiqyaslı (1:10000) ekoloji xəritəsinin hazırlanması
|
DTXK, ETSN, ARDNŞ, BŞİH, YİH
|
2006-2007
|
4.8
|
Neft və qaz yataqlarında quyuların qazılması və təmiri zamanı yaranan şlam və qazma məhlullarının və digər təhlükəli tullantıların təhlükəli tullantılar poliqonunda zərərsizləşdirilməsinin təmin edilməsi
|
ARDNŞ, ETSN
|
2006-2010
|
4.9
|
Neft hasilatı zamanı çıxan lay sularından yod-brom istehsalında istifadə olunması üçün təkliflərin hazırlanması
|
SEN, AMEA, “Azərikimya” DŞ, ARDNŞ, İİN, SN, FHN
|
2006-2007
|
4.10
|
Ətraf mühitin çirklənməsinin əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi və informasiya bankının yaradılması
|
SN, ETSN, DSK, SEN
|
2006-2008
|
4.11
|
Bakı və Sumqayıt şəhərlərində, habelə şəhərlərətrafı digər yaşayış məntəqələrində yaranan bərk məişət tullantılarının utilizasiyası məqsədilə zibil emalı zavodunun tikilməsi
|
NK, İİN, BŞİH, ETSN, SEN, FHN
|
2006-2009
|
4.12
|
Suraxanı rayonu ərazisində yod-brom istehsalı prosesində əmələ gəlmiş radioaktiv kömür tullantılarının zərərsizləşdirilməsi
|
FHN, ETSN, “Azərikimya” DŞ, DİN, AMEA
|
2006-2008
|
4.13
|
Sumqayıt Səthi Aktiv Maddələr zavodunda xlorun alınmasında əmələ gəlmiş civə tərkibli tullantıların təhlükəli tullantı poliqonuna daşınması və zərərsizləşdirilməsi
|
ETSN, “Azərikimya” DŞ, FHN, DİN
|
2006-2009
|
II mərhələ
|
|||
4.14
|
Ceyranbatan su anbarının şərqindəki yamacda salınan yaşayış massivində yaranan tullantı sularının yeni kanalizasiya kollektoruna qoşulmasının təmin edilməsi
|
ARİH, “Azərsu” SC, ETSN
|
2006-2007
|
4.15
|
Bülbülə, Xocəsən, Masazır, Qızılnohur və s. təbii və süni göllərin çirklənmə mənbələrinin dəqiqləşdirilməsinə, onların səviyyəsinin tənzimlənməsinə və ətrafında istirahət zonaları yaradılmasına və ya onların qurudulmasına dair təkliflərin hazırlanması və həyata keçirilməsi
|
ETSN, ARDNŞ, “Azərsu” SC, BŞİH, DŞAK, AMEA, MəTN, FHN, SN
|
2006-2010
|
4.16
|
Hövsan Aerasiya Stansiyasının yenidən qurulması və qəza çıxış xətti ilə Xəzər dənizinə axıntının qarşısının alınması üçün dənizə sualtı çıxış xəttinin quraşdırılması
|
“Azərsu” SC, BŞİH, ETSN
|
2007-2009
|
4.17
|
Neft daşlarında və digər dəniz neft yataqlarında quyulardan, borulardan və dəniz özüllərində yerləşən digər obyektlərdən dənizə tökülən axıntı və sızıntıların qarşısının alınması
|
ARDNŞ, ETSN
|
2007-2009
|
4.18
|
Ətraf ərazilərə mənfi təsirin və Xəzər dənizinə neft məhsulları ilə çirklənmiş tullantı sularının axıdılmasının qarşısını almaq məqsədilə Hövsan açıq kanalının qapalı tipdə yenidən qurulması və onun çıxışında təmizləyici qurğunun inşası
|
ARDNŞ, “Azərsu” SC, ETSN, BŞİH
|
2007-2009
|
4.19
|
Neft mədənləri ərazilərində ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə perspektivliyi qeyri-məqbul qiymətləndirilən quyuların ləğvinə dair tədbirlərin hazırlanması və həyata keçirilməsi
|
ARDNŞ, ETSN, FHN
|
2007-2009
|
4.20
|
Abşeron yarımadasında radioaktiv çirklənmənin keyfiyyət və kəmiyyət parametrlərinin öyrənilməsi, çirklənmiş ərazilərin xəritələşdirilməsi, radioekoloji vəziyyətin yaxşılaşdırılması üçün dezaktivasiya üzrə təkliflərin hazırlanması
|
FHN, ETSN, AMEA, ARDNŞ, SN
|
2007-2008
|
4.21
|
Abşeron magistral kanalı boyu sızmaların və ərazilərin bataqlaşmasının qarşısını almaq məqsədilə kanalın əsaslı təmir edilərək yenidən qurulmasının texniki-iqtisadi əsasnaməsinin hazırlanması
|
AMST ASC, YİH
|
2007-2008
|
4.22
|
Böyük Bakının təbii-iqlim, sanitar-gigiyenik və sağlamlıq şəraitinin yaxşılaşdırılmasını, həmçinin yaşıllıq sahələrinin tikinti üçün ayrılmasının qarşısının alınmasını təmin edən, Bakı şəhərinin Baş planına uyğun vahid landşaft-memarlıq planının hazırlanması
|
ETSN, BŞİH, DŞAK, AMEA
|
2006-2008
|
4.23
|
Bakı şəhərində, ətraf qəsəbə və kəndlərdə və Abşeron rayonu ərazisində yaranan tullantı sularının təmizlənməsi və axıdılması üçün təmizləyici qurğuların tikilməsi və kanalizasiya şəbəkəsinin yaradılması:
o cümlədən birinci növbədə:
Əzizbəyov rayonu Türkan, Zirə və Qala kəndlərində formalaşan tullantı suların təmizlənməsi:
- kanalizasiya şəbəkəsinin quraşdırılması -
- gücü 7000 m3/gün olan təmizləyici qurğunun tikintisi;
Sabunçu rayonu Bilgəh qəsəbəsində formalaşan tullantı suların təmizlənməsi:
- kanalizasiya şəbəkəsinin quraşdırılması -
- gücü 3000 m3/gün olan təmizləyici qurğunun tikintisi;
Novxanı-Mehdiabad-Maştağa-Pirşağı zonasında formalaşan tullantı suların təmizlənməsi üçün təmizləyici qurğunun inşası (30000 m3/gün) Xocəsən-Lökbatan zonasında formalaşan tullantı suların təmizlənməsi üçün təmizləyici qurğunun inşa edilməsi (200000 m3/gün) Ələt qəsəbəsində formalaşan tullantı suların təmizlənməsi:
- kanalizasiya şəbəkəsinin quraşdırılması -
- gücü 3500 m3/gün olan təmizləyici qurğunun tikintisi;
Şıxlar qəsəbəsində formalaşan tullantı suların təmizlənməsi:
-
kanalizasiya şəbəkəsinin quraşdırılması -
- gücü 300 m3/gün olan təmizləyici qurğunun tikintisi;
Qobustan qəsəbəsində formalaşan tullantı suların təmizlənməsi:
- kanalizasiya şəbəkəsinin quraşdırılması -
- gücü 4500 m3/gün olan təmizləyici qurğunun tikintisi;
|
ETSN, “Azərsu” SC, BŞİH, YİH
|
2006-2008
|
|
Səngəçal qəsəbəsində formalaşan tullantı suların təmizlənməsi:
- kanalizasiya şəbəkəsinin quraşdırılması -
- gücü 1500 m3/gün olan təmizləyici qurğunun tikintisi;
Müşfiqabad qəsəbəsində formalaşan çirkab suların təmizlənməsi üçün gücü 2500 m3/gün olan təmizləyici qurğunun tikintisi;
Abşeron rayonu Pirəkəşkül qəsəbəsində formalaşan tullantı suların təmizlənməsi:
- kanalizasiya şəbəkəsinin quraşdırılması -
- gücü 500 m3/gün olan təmizləyici qurğunun tikintisi
|
|
|
4.24
[3]
|
NQÇİ-nin fəaliyyət zonalarına daxil olan yataqların istismarı nəticəsində alınan lay sularının ətraf ərazilərə axıdılmasının qarşısının alınması, tarixən formalaşan gölməçələrin istifadəsinin əsaslandırılması, artıq gölməçələrin qurudulması, ərazidəki sənaye-məişət tullantı poliqonlarının ləğv edilməsi, çirklənmiş torpaqların rekultivasiyası və mədən ərazilərinin ümumi landşaft-arxitektura planına uyğun mərhələli reabilitasiyası:
|
ARDNŞ, ETSN, BŞİH, YİH
|
2006-2010
|
5. Azərbaycan Respublikasının digər ərazilərində ekoloji vəziyyətin yaxşılaşdırılması
|
|||
I mərhələ
|
|||
5.1
|
Xəzər dənizi sahilindəki ərazilərin (Abşeron yarımadası da daxil olmaqla) rekreasiya potensialının qiymətləndirilməsinə və ondan istifadənin müasir vəziyyətinə, ərazinin sağlamlıq və təbii müalicə imkanlarının daha səmərəli istifadə olunmasına dair təkliflərin hazırlanması
|
AMEA, SN, MəTN, ARDNŞ, ETSN, BŞİH, YİH
|
2007-2008
|
5.2
|
Xəzər dənizinin sahili boyu (Abşeron yarımadası da daxil olmaqla) fəaliyyət göstərən kurortmüalicə, turizm və iaşə müəssisələrində, çimərliklərdə və fərdi yaşayış massivlərində kanalizasiya şəbəkəsinin və tullantı sularının təmizlənməsi üçün lokal təmizləyici qurğuların quraşdırılmasına dair təkliflərin hazırlanması və həyata keçirilməsi
|
İİN, “Azərsu” SC, MəTN, BŞİH, YİH, ETSN, SN
|
2007-2009
|
5.3
|
Ölkənin yaşayış məntəqələri ərazilərindəki qanunsuz zibilliklərin ləğv edilməsi, bərk məişət tullantıları üçün poliqonların tikilməsi və onların çeşidlənərək yığılmasının və daşınmasının təşkil edilməsi
|
BŞİH, YİH, SN, ETSN, bələdiyyələr
|
2006-2008
|
5.4
|
Atmosfer havasının avtonəqliyyat vasitələrindən atılan zəhərli qazlarla çirklənməsinin qarşısını almaq məqsədilə nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətin gücləndirilməsi, onlar üçün atmosferə atılmanın texniki normativlərinin Avropa standartlarına (Avro-3) uyğunlaşdırılması, ekoloji yoxlama-ölçü məntəqələrinin yaradılması, istismardan çıxmış nəqliyyat vasitələrinin utilizə edilməsinin təşkili, yol hərəkətinin tənzimlənməsində müasir qurğu və avadanlıqların tətbiqi ilə tıxacların aradan qaldırılması, şəhərlərdə “piyada” zonalarının artırılması və s. tədbirlərin həyata keçirilməsi
|
DİN, ETSN, SMPDK, SEN, ARDNŞ, YİH
|
2006-2008
|
5.5
|
Meşə fonduna antropogen təzyiqlərin azaldılması, ölkənin iqlim, torpaq şəraiti və üzvi əkinçiliyə əsaslanan yeni meşə bağlarının salınması üzrə perspektiv sahələrin müəyyənləşdirilməsi üçün meşə quruluşu və layihələndirmə işlərinin başa çatdırılması
|
ETSN, DTXK, KTN, YİH
|
2006-2010
|
II mərhələ
|
|||
5.6
|
Sumqayıt şəhərindən və ona yaxın olan yaşayış məntəqələrindən Xəzər dənizinə tullantı suların atılmasının qarşısının alınması, ərazinin sanitar vəziyyətinin və ekoloji durumunun yaxşılaşdırılması üçün kanalizasiya sistemlərinin yaradılması və yenidən qurulması
|
“Azərsu” SC, ARDNŞ, SŞİH, SN, ETSN
[4]
|
2007-2010
|
5.7
|
Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir və digər şəhərlərdə ətraf mühiti çirkləndirən yanacaq, energetika və istilik təchizatı sistemlərinin və digər sənaye obyektlərinin ekoloji tələblərə uyğun fəaliyyət göstərməsini təmin etmək üçün onlarda təmizləyici, o cümlədən qaztoztutucu qurğuların quraşdırılması
|
SEN, ETSN, ARDNŞ, DİN, “Azərenerji” SC
|
2007-2009
|
5.8
|
Meşə fonduna daxil olmayan ağac və kol bitkilərinin mühafizəsinin gücləndirilməsi, şəhərdə yaşıllıqların artırılması tədbirlərinin müəyyənləşdirilməsi üçün onların uçot sisteminin təkmilləşdirilməsi
|
ETSN, AMST ASC, NN, YİH
|
2007-2008
|
5.9
|
Meşələrin qırılmasının qarşısını almaq məqsədilə qazlaşdırılmamış yaşayış məntəqələrindəki xəstəxanaların, məktəblərin və hərbi hissələrin daş kömürlə təchizatının təmin edilməsi
|
İİN, SN, TN, ETSN, MN
|
2007-2010
|
5.10
|
Ölkənin rayon mərkəzlərinin və kəndlərinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması məqsədilə lokal sutəmizləyici sistemlərin quraşdırılmasına dair təkliflərin hazırlanması və həyata keçirilməsi
|
ETSN, “Azərsu” SC, AMST ASC
|
2006-2010
|
5.11
|
Toksik xassəyə malik, istifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqrokimyəvi maddələrin qalıqlarının inventarlaşdırılması, geri alınması və məhvinin təmin edilməsi
|
ETSN, KTN, SN, YİH
|
2006-2009
|
5.12
|
Siyəzən, Neftçala, Şirvan və s. ərazilərin neft və neft məhsulları ilə çirklənmiş torpaqlarının rekultivasiyası və mədən sahələrinin mərhələli bərpası
|
ARDNŞ, YİH, ETSN, FHN
|
2007-2010
|
5.13
|
Gəncə Alüminium zavodunun fəaliyyəti nəticəsində yaranmış və şəhərin ətrafında yığılıb qalmış alunit şlamının ətraf mühitə zərərli təsirinin aradan qaldırılmasına dair layihənin hazırlanması və həyata keçirilməsi
|
GİH, AMEA, ETSN, SEN, DTXK
|
2007-2009
|
6. Ümumi ekoloji problemlərin həllinə yönəlmiş tədbirlər
|
|||
I mərhələ
|
|||
6.1
|
Su ehtiyatlarının dəqiq qiymətləndirilməsi, onların çirklənməsinin qarşısının alınması və optimal idarə olunması üçün Açıq Hidroloji Monitorinq Sisteminin yaradılması
|
ETSN, AMST ASC, SN, AMEA, FHN, “Azərenerji” SC
|
2006-2008
|
6.2
|
İqlim dəyişmələri ilə bağlı təhlükəli hidrometeoroloji hadisələrdən dəyən ziyanın azaldılması məqsədilə Erkən Xəbərdarlıq Sisteminin yaradılması
|
ETSN, AMEA, FHN
|
2006-2008
|
6.3
|
Ekoloji təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, tədris müəssisələrində ekoloji təhsilə daha geniş yer ayrılması və bu sahə üzrə kadrların hazırlanması
|
ETSN, TN, ATRV QSC, AMEA
|
2006-2010
|
6.4
|
Yerin təki istifadəçilərinin və onların hasil etdiyi faydalı qazıntıların (neft və qaz istisna olmaqla) miqdarının müəyyən edilməsi və bu göstəricilər nəzərə alınmaqla Faydalı Qazıntıların Dövlət Balansında faydalı qazıntıların miqdarının dəqiqləşdirilməsi
|
ETSN
|
2006-2007
|
II mərhələ
|
|||
6.5
|
Mövcud maşınqayırma kompleksinin bazası əsasında hava və su təmizləyici qurğuların, ölçü cihaz və avadanlıqlarının istehsalı üzrə müəssisələrin yaradılması
|
SEN, İİN, AMEA
|
2006-2010
|
6.6
|
Bakı şəhərinin atmosfer havasının zərərli maddələrlə çirklənmə dərəcəsinin monitorinqinin təşkili (avtomatik rejimdə işləyən kompleks sistemin yaradılması)
|
ETSN
|
2006-2008
|
7. Qanunvericiliyin təkmilləşdirilməsi
I mərhələ
|
|||
7.1
|
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə aşağıdakılar barədə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihələrinin hazırlanması:
- ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbehin sərtləşdirilməsi;
- ekoloji təhlükəsizlik qaydalarının pozulmasına görə yeni inzibati tənbeh növlərinin müəyyən edilməsi
|
ETSN, AMEA, DİN, ƏN
|
2006-2007
|
7.2
|
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakılar barədə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihələrinin hazırlanması:
- ekoloji normaların təkmilləşdirilməsi;
- ətraf mühitə təsirin qiymətləndirilməsi;
- ətraf mühitin və təbii ehtiyatların monitorinqinin aparılması;
- ətraf mühitin mühafizəsi fondlarının yaradılması;
- təbii sərvətlərdən istifadə hüququnun təkmilləşdirilməsi;
- təbii sərvətlərdən qanunsuz istifadəyə görə maddi məsuliyyətin sərtləşdirilməsi;
- ekoloji nəzarətin gücləndirilməsi
|
ETSN, İİN, MN, AMEA, DİN, SEN, ƏN
|
2006-2007
|
7.3
|
Azərbaycan Respublikasının Meşə Məcəlləsinə aşağıdakılar barədə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihələrinin hazırlanması:
- meşə fondunun formalaşması;
- meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin kadastrı, onların istifadəsi və qorunması;
- meşədən istifadə hüquqlarının təkmilləşdirilməsi;
- meşələrin salınması və meşə bərpa tədbirlərinin aparılması;
- meşələrə vurulmuş ziyanın hesablanması prinsiplərinin müəyyən edilməsi;
|
ETSN, AMEA, KTN, DTXK, ƏN
|
2007-2008
|
7.4
|
“Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakılar barədə əlavə və dəyişikliklər edilməsinə dair qanun layihələrinin hazırlanması:
- yerin təkinin istifadəyə verilməsi qaydalarının təkmilləşdirilməsi;
- torpaq qatının mühafizəsi və bərpası məsələlərinin hüquqi bazasının təkmilləşdirilməsi;
- şoranlaşmaya qarşı tələblərin müəyyən edilməsi
|
ETSN, AMEA, DTXK, ƏN
|
2006-2007
|
7.5
|
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakılar barədə əlavə və dəyişikliklər edilməsinə dair qanun layihələrinin hazırlanması:
- xüsusi mühafizə rejiminin xüsusiyyətlərinin təkmilləşdirilməsi;
- xüsusi mühafizə olunan təbiət ərazilərinin zonalaşdırılması;
- xüsusi mühafizə olunan təbiət ərazilərində yol verilə bilən məhdud təsərrüfat fəaliyyətinin növlərinin müəyyən edilməsi;
- milli parkda ekoturizm və istirahət məsələlərinin həll edilməsi
|
ETSN, SN, AMEA, SEN, ƏN
|
2006-2007
|
7.6
|
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə aşağıdakılar barədə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihələrinin hazırlanması:
- ekoloji cinayətlərə görə məsuliyyəti müəyyən edən normaların təkmilləşdirilməsi;
- ekoloji cinayət əməllərinə görə məsuliyyət nəzərdə tutan yeni normaların əlavə edilməsi
|
ETSN, AMEA, DİN, ƏN
|
2006-2007
|
7.7
|
“Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakılar barədə əlavə və dəyişikliklər edilməsinə dair qanun layihələrinin hazırlanması:
- ozon qatının mühafizəsinin təmin edilməsi;
- ekoloji normativlərin müəyyən edilməsi
|
ETSN, AMEA, SEN, ƏN
|
2007-2008
|
7.8
|
Azərbaycan Respublikasının Su Məcəlləsinə aşağıdakılar barədə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihələrinin hazırlanması:
- şirin su mənbələrinin mühafizəsinin təmin edilməsi;
- ekoloji normativlərin təkmilləşdirilməsi
|
ETSN, AMEA, “Azərsu” SC, AMST ASC, ƏN
|
2008-2009
|
7.9
|
“Genetik ehtiyatların qorunması haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin hazırlanması
|
ETSN, AMEA, KTN, ƏN
|
2007-2008
|
7.10
|
digər normativ hüquqi aktlar üzrə:
- ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə sahəsində və təbiətə vurulan ziyanın ödənilməsinə dair qüvvədə olan tariflərin müasir qiymət səviyyəsinə uyğunlaşdırılması;
- ətraf mühitə vurulan ziyana görə ödəmələrin miqdarının müəyyən olunması metodikasının yenidən hazırlanması;
- atmosfer havasına atılan çirkləndiricilərin normativlərinin hesablanmasının yeni metodikasının hazırlanması;
- ekoloji sertifikatlaşdırmanın aparılması metodikasının hazırlanması;
|
ETSN, AMEA, ƏN, digər aidiyyəti dövlət orqanları
|
2006-2010
|
II mərhələ
|
|||
|
- su obyektlərində istifadə olunan zərərli maddələrin təsir dərəcəsinin (toksikliyinin) qiymətləndirilməsinin vahid metodikasının hazırlanması;
- enerji daşıyıcılarından səmərəli istifadə olunması, istilik enerjisi itkisinin qarşısının alınması məqsədilə tikinti normaları və qaydalarının tələblərinə yenidən baxılması
|
|
|
7.11
|
Azərbaycan Respublikasının Ekoloji Məcəlləsinin hazırlanması
|
ETSN, AMEA, DİN, ƏN
|
2009-2010
|
Akronimlər:
NK
ETSN
FHN
KTN
SEN
SN
NN
MəTN
İİN
DİN
MN
TN
ƏN
DTXK
ƏMDK
DŞAK
DSK
ARDNŞ
DXDG
DSX
BP
SMPDK
AMEA
AMST ASC
ATRV QSC
BŞİH
SŞİH
GİH
ARİH
YİH
|
- Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
- Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi
- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
- Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
- Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
- Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
- Azərbaycan Respublikasının Təhsil Nazirliyi
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
- Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
- Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi
- Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
- Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi
- Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
- Azərbaycan Respublikasının Baş Prokurorluğu
- Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsi
[5]
- Azərbaycan Milli Elmlər Akademiyası
- Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
- Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti
- Bakı Şəhər İcra Hakimiyyəti
- Sumqayıt Şəhər İcra Hakimiyyəti
- Gəncə Şəhər İcra Hakimiyyəti
- Abşeron Rayon İcra Hakimiyyəti
- yerli icra hakimiyyətləri
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
6 avqust 2008-ci il tarixli 808 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 715)
2.
14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)
3.
10 noyabr 2009-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 noyabr 2009-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 886)
4.
23 iyun 2010-cu il tarixli 286 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 501)
5.
13 avqust 2010-cu il tarixli 319 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №08, maddə 724)
6.
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
6 avqust 2008-ci il tarixli 808 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 715) ilə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006–2010-cu illər üçün kompleks Tədbirlər planı”nın “Tədbirin adı” sütununun 5.7-ci və 5.12-ci bəndlərində “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilmişdir.
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın 1.6-cı və 2.1-ci bəndlərinin "İcraçı orqanlar" sütununda "DƏİDK" akronimi "ƏMDK" akronimi ilə, akronimlər hissəsində "DƏİDK — Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "ƏMDK — Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.
[2]
10 noyabr 2009-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 noyabr 2009-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 886) ilə «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı»nın 2.1-ci bəndinin «İcraçı orqanlar» sütunundan «Azəriqaz» QSC,» sözləri çıxarılmışdır.
[3]
13 avqust 2010-cu il tarixli 319 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №08, maddə 724) ilə "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər planı"nın dördüncü bölməsinin 4.24-cü bəndinin "Tədbirlərin adı" sütununda "Əzizbəyov" sözü "Xəzər" sözü ilə əvəz edilmişdir.
[4]
23 iyun 2010-cu il tarixli 286 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 501) ilə 5.6-cı bəndinin “İcraçı orqanlar” sütununda “Azərikimya DŞ” sözləri “ARDNŞ” abreviaturası ilə əvəz edilmişdir.
[5]
14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı»nın 5.4-cü bəndinin «İcraçı orqanlar» sütununda «SMPDA» akronimi «SMPDK» akronimi ilə, «Akronimlər» bölməsində «SMPDA - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi» sözləri «SMPDK - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi» sözləri ilə əvəz edilmişdir.