160.000.000
430.000.000
440.000.000
Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 67 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:
[1]
Dövlət Komissiyasının sədri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Dövlət Komissiyasının üzvləri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
[2]
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri
[3]
Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2006-cı il
№ 1852
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
9 noyabr 2007-ci il tarixli 2489 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №11, maddə 1133)
2.
13 fevral 2009-cu il tarixli 61 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2009-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 74)
3.
10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)
4.
23 iyun 2010-cu il tarixli 286 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 501)
5.
8 fevral 2012-ci il tarixli 2027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 12 fevral 2012-ci il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 135)
6.
10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)
7.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477)
8.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)
9.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
10.
07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518)
11.
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)
12.
13 noyabr 2018-ci il tarixli 678 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2334)
13.
23 sentyabr 2021-ci il tarixli 2917 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 25 sentyabr 2021-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1031)
14.
31 may 2022-ci il tarixli 3298 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
9 noyabr 2007-ci il tarixli 2489 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №11, maddə 1133) ilə 1-ci bəndində "Etibar Pirverdiyev - "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti" sözlərindən sonra abzas əlavə edilmişdir.
13 fevral 2009-cu il tarixli 61 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2009-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 74) ilə 1-ci bəndində "Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri "Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri ilə əvəz edilmişdir.
10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə 1-ci bəndində "Milli Bankının" sözləri "Mərkəzi Bankının" sözləri ilə əvəz edilmişdir.
23 iyun 2010-cu il tarixli 286 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 501) ilə 1-ci bəndindən “Məcid Kərimov — “Azərikimya” Dövlət Şirkətinin prezidenti” sözləri çıxarılmışdır.
8 fevral 2012-ci il tarixli 2027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 12 fevral 2012-ci il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 135) ilə 1-ci hissəsində “Teymur Mehdiyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini” sözləri “Ədalət Vəliyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini” sözləri ilə, “Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini” sözləri “Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözləri ilə, “Sabir İlyasov - “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktorunun birinci müavini” sözləri “Sabir İlyasov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti” sözləri ilə və “Azər Hüseyn - Azərbaycan Respublikasının Yaponiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri” sözləri “Gürsel İsmayılzadə - Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri” sözləri ilə əvəz edilmişdir.
10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 1-ci hissəsində “sənaye və energetika naziri” sözləri “energetika naziri” sözləri ilə əvəz edilmişdir.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477) ilə 1-ci hissəsində “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilmişdir.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 1-ci hissədə “rabitə və informasiya texnologiyaları naziri” sözləri “rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissədən “və sənaye” sözləri çıxarılmışdır.
07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518) ilə 1-ci hissəsinin “Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri” sözləri “Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə, “İsmət Abasov” sözləri “Heydər Əsədov” sözləri ilə, “Misir Mərdanov” sözləri “Mikayıl Cabbarov” sözləri ilə, “Füzuli Ələkbərov” sözləri “Səlim Müslümov” sözləri ilə, “Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının” sözləri “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının” sözləri ilə, “Süleyman Tatlıyev” sözləri “Niyaz Əlizadə” sözləri ilə və “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti” sözləri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti” sözləri ilə əvəz edilmişdir.
07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518) ilə 1-ci hissəsindən “Cahangir Hacıyev - “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri” sözləri çıxarılmışdır.
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 1-ci hissəyə “rabitə” sözündən əvvəl “nəqliyyat,” sözü əlavə edilmişdir və həmin hissədən “Musa Pənahov – Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini” sözləri çıxarılmışdır.
13 noyabr 2018-ci il tarixli 678 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2334) ilə 1-ci hissə ilə yaradılmış Dövlət Komissiyasının tərkibi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
|
||
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
[2]
31 may 2022-ci il tarixli 3298 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114) ilə 1-ci hissədə “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
[3]
23 sentyabr 2021-ci il tarixli 2917 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 25 sentyabr 2021-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1031) ilə “Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti” sözlərindən sonra “Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri” sözləri əlavə edilmişdir.