Azərbaycan Respublikasının Şahdağ Milli Parkının yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, təbii resurslardan səmərəli istifadə edilməsini, ekoturizmin inkişaf etdirilməsini və “Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf krediti haqqında Saziş” (Kənd Ətraf Mühit Layihəsi)” üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 21-ci maddələrini rəhbər tutaraq qərara alıram:
1. İsmayıllı və Pirqulu dövlət təbiət qoruqlarının (
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. Azərbaycan Respublikasının Şahdağ Milli Parkının sxemini təsdiq etsin;
2.2. ölkənin həmin regionunun sosial-iqtisadi tələbləri və ətraf mühitin vəziyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikasının Şahdağ Milli Parkının gələcəkdə genişləndirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirləri həyata keçirsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 dekabr 2006-cı il
№ 1814