×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
26.12.2006
QEYDİYYAT NÖMRƏSİ
219-IIIQD
ADI
"İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Girov haqqında" Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2007, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 3)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.01.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
250.000.000
420.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Girov haqqında" Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi bar

"İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Girov haqqında" Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I.       "Torpaq islahatı haqqında " Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 203; 2001-ci il, 1, maddə 26, № 3, maddə 149, № 6, maddə 375; 2002-ci il,   5, maddələr 237, 241; 2003-cü il, № 1, maddə 14; 2004-cü il, № 2, maddə 59, № 4, maddə 212; 2006-cı il, № 6, maddə 478) 18-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

"İpoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən onun ilkin satış qiyməti ipoteka haqqında qanunvericiliyə uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. ".

II.   "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının  Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 390; 2002-ci il, № 5, maddə 241; 2003-cü il, №  1, maddələr 11, 13; 2006-cı il, № 6, maddə 478, № 8, maddə 657) aşağıdakı əlavələr edilsin:

1. 15-ci maddənin altıncı hissəsində "Torpaq sahələrinin" sözlərindən sonra "(ipoteka predmeti olan torpaq sahələri istisna olmaqla)" sözləri əlavə edilsin.

2.       16-cı maddədə:

2.1.  beşinci hissədə "mülkiyyətdə olan torpaq sahələrinin" sözlərindən sonra "(ipoteka predmeti olan torpaq sahələri istisna olmaqla)" sözləri əlavə edilsin;

2.2. beşinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"İpoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən onun ilkin satış qiyməti ipoteka haqqında qanunvericiliyə uyğun olaraq bazar qiyməti nə-zərə alınmaqla müəyyən edilir. ".

III. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,  1999-cu il, № 8, maddə 478; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, 5, maddələr 237, 241; 2003-cü il, № 1, maddə 11, № 6, maddə 256, № 8, maddə 423; 2004-cü il, № 2, maddə 59, № 6, maddə 415, № 10, maddə 761; 2006-cı il, № 2, maddə 67, № 6, maddə 478, № 8, maddə 657, Azərbaycan Respublikasının 2006-cı il 20 oktyabr tarixli 170-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.         66-cı maddənin 4-cü bəndindən " ipoteka," sözü çıxarılsın.

2.       89-cu maddədə:

2.1. 4-cü və 5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

"4. Kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə torpaq qanunvericiliyinə uyğun olaraq, bu kateqoriya torpaqların məqsədli istifadəsi ilə bağlı yaranan öhdəliklərin təmin edilməsi üçün yol verilir.

5. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. ";

2.2. 7-ci bənd aşağıdakı redaksiyada verilsin:

"7. Girov qoyan (ipoteka qoyan) əsas öhdəliyi yerinə yetirmədiyi halda, girov (ipoteka) qoyulmuş torpaq sahəsinə müvafiq qanunla nəzərdə tutulmuş qaydada tutma yönəldilə bilər. ";

2.3. 9-cu bənddə "girov haqqında" sözləri "ipoteka haqqında" sözləri ilə əvəz edilsin.

3.  96-cı maddədə:

3.1.    5-ci bənddə "mülkiyyətdə olan torpaq sahələrinin" sözlərindən sonra "(ipoteka predmeti olan torpaq sahələri istisna olmaqla)" sözləri əlavə edilsin;

3.2.    maddəyə aşağıdakı məzmunda 10-cu bənd əlavə edilsin:

" 10. İpoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən onun ilkin satış qiyməti ipoteka haqqında qanunvericiliyə uyğun olaraq bazar qiyməti nə-zərə alınmaqla müəyyən edilir. ".

IV. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə  17, № 5, maddə 323, № 12, maddə 835; 2002-ci il, № 5, maddə 236; 2003-cü il, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004-cü il, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005-ci il, № 4, maddələr 277, 278; 2006-cı il, № 2, maddə 64) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1.   Məcəlləyə aşağıdakı məzmunda 231.5-ci maddə əlavə edilsin:
"231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. ".

2.       368.3-cü maddədə "Apellyasiya" sözü "Qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya" sözləri ilə əvəz edilsin.

3.       414-cü maddənin əvvəlinə "Qanunda başqa müddət müəyyən edilməyibsə, " sözləri əlavə edilsin.

V.  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli 155-IIIQD nömrəli, 156-IIIQD nömrəli və 2006-cı il 20 oktyabr tarixli 170-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr edilsin:

1.  Məcəlləyə aşağıdakı məzmunda 324-4-cü maddə əlavə edilsin:

" Maddə 324-4. İpoteka haqqında qanunvericiliyin pozulması

324-4.1. İpotekanın dövlət qeydiyyatını aparan orqanın vəzifəli şəxsləri tərəfindən qeydiyyat qaydalarını pozmaqla və ya ipoteka kağızının dublikatın-da ipoteka kağızı ilə uyğunsuzluğa yol verməklə maraqlı şəxsə zərər vurulmasına görə - şərti maliyyə vahidinin yetmiş mislindən səksən mislinədək miqdarda cərimə edilir. ".

2.  360.1-ci maddədə "324-3" rəqəmindən sonra ", 324-4" rəqəmi əlavə edilsin.

VI.  "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 114; 2003-cü il, № 6, maddə 277; 2004-cü il, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973) aşağıdakı məzmunda 51.3-cü, 57.3-cü və 74.3-cü maddələr əlavə edilsin:

1.         "51.3. Notariusun icra qeydi əsasında ipoteka predmetinə tələb yönəldikdə, müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. ".

2.        "57.3. İpoteka predmetinin üzərinə tələb yönəldilməsinin xüsusiyyətləri müvafiq qanunvericiliklə müəyyən edilir. ".

3.        "74.3. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. ".

 

VII.         "Girov haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 8, maddə 490; 2001-ci il, № 3, maddə 149) qüvvədən düşmüş hesab edilsin.

VIII.  Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

                                                                                 Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 26 dekabr 2006-cı il

 219-IIIQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status