AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
06.02.2007
QEYDİYYAT NÖMRƏSİ
528
ADI
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2007, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 94)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.02.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun 6.8-ci maddəsində nəzərdə tutulmuş dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan Respublikasına idxalı qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin araşdırılması məqsədilə dərman vasitələrinin elmi tədqiqat müəssisələri tərəfindən Azərbaycan Respublikasına idxalı qaydası və idxalına yol verilən miqdarı müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini və 8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.7. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. öz səlahiyyətləri daxilində “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki,

2.1. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.6-cı maddəsində, 6.1-ci maddəsinin ikinci abzasında (birinci halda), 6.1-2-ci, 6.8-ci, 6.9-cu və 8.3-cü maddələrində, 8.4-cü maddəsinin ikinci cümləsində, 8.6-cı maddəsində, 9.2-ci maddəsinin birinci cümləsində, 9.3-cü maddəsində, 9.5-ci maddəsinin ikinci cümləsində, 12.3-cü maddəsində, 14-1.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 3.0.6-cı maddəsində (müvafiq qaydanın müəyyən edilməsi hissəsində) nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [1]

2.2. həmin Qanunun 4.2-ci, 4.3-cü, 4.4-cü, 6.1-ci, 6.5.4-cü, 6.5.8-ci maddələrində, 7.1-ci maddəsində, 9.2-ci maddəsinin ikinci cümləsində, 9.5-ci maddəsinin birinci cümləsində, 10.2-ci, 11.2-ci, 12.1-ci, 13.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 3.0.2-ci, 3.0.3-cü, 3.0.5-ci maddələrində, 3.0.6-cı maddəsində (qanunvericiliklə müəyyən edilmiş şəxslərin ayrıayrı kateqoriyalarına pulsuz və ya güzəştli dərman yardımının göstərilməsinin təşkili üzrə), 3.0.7-ci-3.0.10-cu maddələrində nəzərdə tutulmuş səlahiyyətləri öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir; [2]

2.3. həmin Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirirlər; [3]

2.3-1. həmin Qanunun 1.0.26-cı, 1.0.28-ci, 4.3-1-ci maddələrində, 6.1-ci maddəsinin ikinci abzasında (ikinci halda), 6.1-1-ci, 6.1-3-cü, 8.2-ci maddələrində, 14-1.2-ci maddəsinin ikinci cümləsində, 14-1.6-cı, 16-1.1-ci və 16-1.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir; [4]

2.4. həmin Qanunun 4.5-ci və 16.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir; [5]

2.5. həmin Qanunun 8.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. [6]

3. “Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 17 yanvar tarixli 540 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 229; 2003-cü il, № 10, maddə 571) qüvvədən düşmüş hesab edilsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 fevral 2007-ci il

     № 528

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 noyabr 2007-ci il tarixli 663 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1111)

2.       14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)

3.       24 iyun 2009-cu il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  28 iyun 2009-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 417)

4.       31 oktyabr 2014-cü il tarixli 314 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 2 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1199)

5.       18 mart 2015-ci il tarixli 493 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 273)

6.       16 sentyabr 2015-ci il tarixli 604 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 sentyabr 2015-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 991)

7.       7 dekabr 2016-cı il tarixli 1147 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 dekabr 2016-cı il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2065)

8.       25 may 2017-ci il tarixli 1426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 may 2017-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 830)

9.       30 oktyabr 2018-ci il tarixli 316 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 noyabr 2018-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2016)

10.    15 may 2019-cu il tarixli 688 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 may 2019-cu il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 840)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 iyun 2009-cu il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  28 iyun 2009-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 417) ilə 2.1-ci bənddə “6.8-ci maddəsində” sözləri “6.8-ci və 6.9-cu maddələrində” sözləri ilə, “9.3-cü və 9.5-ci maddələrində” sözləri “9.3-cü maddəsində, 9.5-ci maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilmişdir.

18 mart 2015-ci il tarixli 493 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 273) ilə 2.1-ci bəndində “6.8-ci” sözlərindən əvvəl “4.6-cı,” sözləri əlavə edilmişdir.

16 sentyabr 2015-ci il tarixli 604 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 sentyabr 2015-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 991) ilə 2.1-ci bənddə “və 6.9-cu maddələrində” sözləri “, 6.9-cu və 8.3-cü maddələrində, 8.4-cü maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilmişdir.

7 dekabr 2016-cı il tarixli 1147 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 dekabr 2016-cı il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2065) ilə 2.1-ci bəndə “9.5-ci maddəsinin ikinci cümləsində” sözlərindən sonra “, 14-1.2-ci maddəsinin üçüncü cümləsində” sözləri əlavə edilmişdir.

30 oktyabr 2018-ci il tarixli 316 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 noyabr 2018-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2016) ilə 2.1-ci bəndə “4.6-cı” sözlərindən sonra “maddəsində, 6.1-ci maddəsinin ikinci abzasında (birinci halda), 6.1-2-ci” sözləri, “8.4-cü maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “8.6-cı maddəsində,” sözləri və “9.5-ci maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “12.3-cü maddəsində,” sözləri əlavə edilmişdir.

 

[2] 23 noyabr 2007-ci il tarixli 663 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1111) ilə 2.2-ci bənddə “9.2-ci” sözlərindən əvvəl “7.1-ci maddəsində,” sözləri əlavə edilmişdir,  2.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.3-cü bənd əlavə edilmişdir.

 

24 iyun 2009-cu il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  28 iyun 2009-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 417) ilə 2.2-ci bənddə “6.5.4-cü” sözlərindən sonra “, 6.5.8-ci” sözləri, “10.2-ci” sözlərindən əvvəl “9.5-ci maddəsinin birinci cümləsində,” sözləri əlavə edilmişdir.

 

[3] 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə 2.3-cü bəndində «Agentliyi» sözü «Komitəsi» sözü ilə əvəz edilmişdir.

 

31 oktyabr 2014-cü il tarixli 314 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 2 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1199) ilə 2.3-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.3. həmin Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

 

[4] 31 oktyabr 2014-cü il tarixli 314 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 2 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1199) ilə yeni məzmunda 2.3-1-ci bənd əlavə edilmişdir.

7 dekabr 2016-cı il tarixli 1147 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 dekabr 2016-cı il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2065) ilə 2.3-1-ci bəndə “maddəsində” sözündən sonra “və 14-1.2-ci maddəsinin ikinci cümləsində” sözləri əlavə edilmişdir.

25 may 2017-ci il tarixli 1426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 may 2017-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 830) ilə 2.3-1-ci bəndində “və 14-1.2-ci maddəsinin ikinci cümləsində” sözləri “, 14-1.2-ci maddəsinin ikinci cümləsində, 16-1.1-ci və 16-1.4-cü maddələrində” sözləri ilə əvəz edilmişdir.

30 oktyabr 2018-ci il tarixli 316 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 noyabr 2018-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2016) ilə 2.3-1-ci bənddə “8.2-ci maddəsində” sözləri “1.0.26-cı, 1.0.28-ci, 4.3-1-ci maddələrində, 6.1-ci maddəsinin ikinci abzasında (ikinci halda), 6.1-1-ci, 6.1-3-cü, 8.2-ci maddələrində” sözləri ilə əvəz edilmişdir və həmin bəndə “14-1.2-ci maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “14-1.6-cı,” sözləri əlavə edilmişdir.

 

[5] 24 iyun 2009-cu il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  28 iyun 2009-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 417) ilə 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və Fərmana yeni məzmunda 2.4-cü bənd əlavə edilmişdir.

 

7 dekabr 2016-cı il tarixli 1147 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 dekabr 2016-cı il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2065) ilə 2.4-cü bənddə “maddəsində” sözü “və 16.4-cü maddələrində” sözləri ilə əvəz edilmişdir.

 

[6] 16 sentyabr 2015-ci il tarixli 604 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 sentyabr 2015-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 991) ilə 2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir. və yeni məzmunda 2.5-ci bənd əlavə edilmişdir.

 

15 may 2019-cu il tarixli 688 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 may 2019-cu il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 840) ilə 2.5-ci bənddə “Maliyyə Nazirliyi” sözləri “Vergilər Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status