Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyinin verilməsi ilə bağlı əlavə tədbirlər barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş vəsait hesabına istehsalçılara genetik modifikasiya olunmamış bitkilərin (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla) hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə (istehsal etdiyi məhsulun növündən asılı olmayaraq) 50 manat məbləğində yardım verilməsi müəyyən edilsin.
[2]
2. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin, pestisidlərin və ölkədə sənaye üsulu ilə istehsal edilmiş biohumusun qiymətinə 70 faiz güzəşt tətbiq edilməklə, hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə mineral gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddi 150 manat, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 50 manat məbləğində müəyyən edilsin.
[3]
3. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə)
[4]
4. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).
[5]
5. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək üçün 2007-ci ilin dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 80 milyon manat vəsaitin bölgüsü” təsdiq edilsin (3 nömrəli əlavə).
[6]
6. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası yaradılsın və tərkibi təsdiq edilsin (4 nömrəli əlavə).
[7]
6-1. Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalçılarına genetik modifikasiya olunmamış bitkilərin (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla) əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi və istehsalçılara satılmış mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin dövlət büdcəsinin vəsaiti hesabına satıcılara ödənilməsi qaydası bu qərarla təsdiq edilmiş Qaydaların tələbləri nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
[8]
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin əsaslandırılmış sifarişi əsasında hər il dövlət büdcəsində kənd təsərrüfatı məhsullarının istehsalında və genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq, motor yağları, mineral gübrələrə, biohumusa və pestisidlərə görə yardımın verilməsi üçün ayrılması nəzərdə tutulan vəsait hesabına genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin becərilməsi və buğda və çəltik əkininə verilən yardımların alınmasına lazım olan blankların və ərizə formalarının çap olunmasına, istehsalçılar (pambıq və tütün istehsalçıları da daxil olmaqla) üçün plastik kartların üç ildən bir hazırlanmasına və onlara göstərilən bank xidmətinə görə müvafiq məbləğdə vəsaitin ayrılmasını təmin etsin.
[9]
8. “Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına alınan pestisidlərin və aqrokimyəvi maddələrin satılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 noyabr tarixli 221 nömrəli qərarının və bu qərarla təsdiq edilmiş Qaydaların adından və mətnindən ismin müvafiq hallarında “və aqrokimyəvi maddələrin” sözləri çıxarılsın.
9. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”nın təsdiq edilməsi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarının adında və 1-ci bəndində “texnikasının” sözündən sonra “və texnoloji avadanlıqların” sözləri, 2.1-ci və 2.2-ci bəndlərdə “texnikanın” sözündən sonra “və texnoloji avadanlıqların” sözləri əlavə edilsin.
Bu qərarla təsdiq edilmiş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”nın adında, 1-4-cü və 6-7-ci bəndlərində ismin müvafiq hallarında “texnika” sözündən sonra ismin müvafiq hallarında “və texnoloji avadanlıqlar” sözləri əlavə edilsin, 2-ci bəndinin ikinci abzasında “
“İstifadəçi “Aqrolizinq” ASC-dən texnikanı lizinqə götürdükdə və ya lizinq yolu ilə satın aldıqda, onun dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə bir ildən sonra tərəflərin öhdəliklərini nəzərdə tutan bağlanmış lizinq müqaviləsinin şərtlərinə əsasən ödəyir.”.
10. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər mərkəzi icra hakimiyyəti orqanları qəbul etdikləri normativ hüquqi aktların bu qərara uyğunlaşdırılmasını təmin etsinlər.
[10]
11. “Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 22 nömrəli qərarına aşağıdakı əlavə və dəyişiklik edilsin:
11.1. 1-ci bəndin ikinci abzasında “buğda” sözündən sonra “, arpa, qarğıdalı, günəbaxan - dən üçün, kartof, şəkər çuğunduru, tərəvəz (göyərti istisna olmaqla) “ sözləri əlavə edilsin;
11.2. 2-ci bəndində “
12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti bu qərarla yaradılmış Respublika Komissiyası ilə birlikdə hər il 1 sentyabr tarixinə bu qərarın icrası barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
13. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 15 fevral 2007-ci il
№ 32
|
|
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi
QAYDALARI
[12]
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 16 yanvar tarixli 221 nömrəli, “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 3 aprel tarixli 1160 nömrəli və “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2015-ci il 15 aprel tarixli 1175 nömrəli sərəncamlarına əsasən hazırlanmışdır və kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə (bundan sonra – istehsalçı) genetik modifikasiya olunmamış bitkilərin (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla) əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi şərtlərini müəyyən edir.
[13]
1.2. Dövlət büdcəsinin vəsaiti hesabına istehsalçılara yardımın verilməsində əsas meyar kənd təsərrüfatı məhsullarının istehsalı üçün becərilən 1 (bir) hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsi və çoxillik əkmələr götürülür. İstehsalçılara hər hektar hesabı ilə bitkilərin (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla) becərilməsinə sərf etdikləri yanacaq və motor yağlarına görə 50 manat, buğda və çəltik əkininə görə əlavə 40 manat yardım verilir.
1.3. İstehsalçılara hər hektar hesabı ilə bitkilərin (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla) becərilməsinə sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım əsas əkinlərlə yanaşı, təkrar (aralıq) əkinlərə də şamil edilir.
[14]
1.4. Dövlət büdcəsinin vəsaiti hesabına yardımlar istehsalçılara mülkiyyətində, istifadəsində və ya icarəsində olan və mövcud qanunvericiliklə əkin məqsədi üçün istifadə olunmasına icazə verilən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində apardıqları əkinlərə və çoxillik əkmələrə görə verilir.
1.5. Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi şəxslərə yardımlar onların hesablaşma hesablarına, fiziki şəxslərə onların cari (xüsusi kart) hesablarına köçürülməklə verilir.
2. Dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsinin təşkili
2.1. İstehsalçıların siyahısının tərtib edilməsi və onlara hər hektar əkin sahəsinə və çoxillik əkmələrə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikası Komissiyası, müvafiq rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə kənd ərazi komissiyaları yaradılır. Kənd ərazi komissiyası sədrdən və üzvlərdən ibarət olmaqla, aşağıdakı tərkibdə təşkil edilir:
2.1.1. Komissiyanın sədri - rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi;
2.1.2. Komissiyanın üzvləri - kənd bələdiyyəsinin sədri, hər kəndin istehsalçılarından bir nəfər nümayəndə, hər kəndin ağsaqqallarından 2 nəfər nümayəndə.
2.2. Rayon (şəhər) üzrə istehsalçılara dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsinin təşkili Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzləri (bundan sonra - DAİM) tərəfindən həyata keçirilir. DAİM:
[15]
2.2.1. kənd ərazi komissiyalarından daxil olmuş məlumatlar əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların məbləğinə dair rayon üzrə icmal siyahıları tərtib edir;
2.2.2. dövlət büdcəsinin vəsaiti hesabına yardımların istehsalçılara ödənilməsinin təşkili üçün müvəkkil bankla müqavilə bağlayır və həmin müqavilənin bir nüsxəsini Respublika Komissiyasına təqdim edir;
2.2.3. kənd ərazi komissiyalarının iş rejimini və istehsalçılardan müvafiq sənədlərin qəbul edilməsi qaydalarını, şərtlərini və sənədlərin təqdimedilmə tarixini göstərməklə, rayon (şəhər) kütləvi informasiya vasitələrində məlumat dərc etdirir;
2.2.4. istehsalçıların hesablarına yardımların köçürülməsi üçün Respublika Komissiyasının qərarına əsasən yardım veriləcək istehsalçıların siyahısını, bank rekvizitlərini və onlara verilən yardımın (vəsaitin) məbləği barədə məlumatları müvəkkil bankın müəyyən etdiyi formada ona təqdim edir;
2.2.5. əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə istehsalçılara yardımların verilməsi ilə bağlı Respublika Komissiyasının qərarları barədə məlumatları kənd ərazi komissiyalarına göndərir və rayonun (şəhərin) kütləvi informasiya vasitələri ilə yayır;
2.2.6. kənd ərazi komissiyalarından daxil olan məlumatları mütəmadi təhlil edir, dəqiqləşdirilməyə ehtiyacı olan məqamları kənd ərazi komissiyaları ilə birlikdə yerində araşdırır, aşkar edilmiş qanun pozuntuları haqqında Respublika Komissiyasına məlumat verir;
2.2.7. rayon (şəhər) üzrə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilən istehsalçılara dair məlumatların uçotunu aparır və tələb olunduqda mövcud qanunvericiliyə uyğun olaraq müvafiq qurumlara təqdim edir;
2.2.8. istehsalçılara dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi prosesində yaranan problemləri 5 (beş) iş günü müddətində araşdırır və nəticəsini istehsalçıya bildirir.
2.3. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi üzrə Respublika Komissiyasının iclaslarının keçirilməsinin təşkili, DAİM-dən daxil olan materialların təhlili və icmal məlumatların hazırlanıb, Respublika Komissiyasına təqdim edilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində yaradılan işçi qrupu tərəfindən təmin edilir.
[16]
2.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi dövlət büdcəsindən ayrılmış vəsait hesabına ərizə və blank formalarını çap etdirir və hər il əsas əkinlər üzrə martın 15-dək, təkrar əkinlər üzrə iyulun 1-dək DAİM vasitəsilə kənd ərazi komissiyalarına çatdırılmasını təmin edir.
2.5. İstehsalçı dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımı almaq üçün aşağıdakı sənədləri kənd ərazi komissiyasına təqdim edir:
2.5.1. fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər üçün VÖEN-in surəti;
2.5.2. torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin (dövlət aktı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə müqaviləsi və s.) surətləri;
2.5.3. torpaq sahəsinin planı və ölçüsünün surəti;
2.5.4. hüquqi şəxslərin möhürlə və onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmiş bank rekvizitləri.
3. Əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə yardımların verilməsi qaydaları və şərtləri
3.1. Yaz tarla işləri (payızlıq əkinlər də nəzərə alınmaqla) başa çatdıqdan sonra istehsalçı becərdiyi hər hektar əkin sahəsinə və çoxillik əkmələrə sərf etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımı almaq üçün bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun ərizəsini, ərizəyə əlavə edilmiş cədvəl üzrə məlumatı və bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş sənədləri hər il iyunun 1-dək kənd ərazi komissiyasına təqdim edir.
[17]
3.2. Kənd ərazi komissiyası istehsalçıdan ərizə daxil olduqdan sonra 10 (on) gün müddətində istehsalçının iştirakı ilə əkin sahələrində və çoxillik əkmələrdə aparılmış aqrotexniki işləri yerində yoxlayır və bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun 2 (iki) nüsxədən ibarət baxış aktı tərtib edir. Baxış aktının bir nüsxəsi istehsalçıya verilir.
3.3. Kənd ərazi komissiyası təqdim edilmiş sənədlərə və baxış aktlarına əsasən istehsalçıların siyahısını və onların kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə etdikləri əkin sahəsi barədə məlumatları bu Qaydaların 3, 4, 5 və 6 nömrəli əlavələrinə uyğun cədvəllər formasında tərtib edir və yardıma sənəd təqdim etmiş hüquqi şəxs olan istehsalçıların bank rekvizitləri ilə birlikdə baxılması üçün iyunun 10-dək DAİM-ə təqdim edir.
[18]
3.4. DAİM kənd ərazi komissiyalarından daxil olan məlumatları 20 (iyirmi) gün müddətində təhlil edir, dəqiqləşdirilməyə ehtiyac olan məqamları kənd ərazi komissiyaları ilə birlikdə yerində araşdırır, onları təsdiq edir, sonra icmal siyahını bu Qaydaların 7, 8 və 9 nömrəli əlavələrinə uyğun cədvəllər formasında tərtib edir.
[19]
3.5. DAİM bu Qaydaların 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli əlavələrindəki cədvəllərə uyğun tərtib edilmiş icmal siyahıları iyunun 30-dək Respublika Komissiyasına təqdim edir.
[20]
3.6. Respublika Komissiyası müvafiq DAİM-dən daxil olmuş icmal siyahılara 15 (on beş) gün müddətində baxır və istehsalçılara becərilmiş hər hektar əkin sahəsinə və çoxillik əkmələrə, buğda və çəltik əkininə görə yardımların verilməsi barədə qərar qəbul edir.
3.7. Respublika Komissiyası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, DAİM və müvəkkil banklarla birlikdə istehsalçılara çatacaq vəsaitin müəyyən olunmuş qaydada verilməsini avqustun 1-dən başlayaraq təşkil edir.
[21]
4. Təkrar əkinlərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə yardımların verilməsi qaydaları və şərtləri
4.1. İstehsalçı becərdiyi hər hektar təkrar əkin sahəsinə sərf etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımı almaq üçün bu Qaydaların 10 nömrəli əlavəsinə uyğun ərizəsini, ərizəyə əlavə edilmiş cədvəl üzrə məlumatı və bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş sənədləri hər il sentyabrın 1-dək kənd ərazi komissiyasına təqdim edir.
4.2. Kənd ərazi komissiyası istehsalçıdan ərizə daxil olduqdan sonra 10 (on) gün müddətində istehsalçının iştirakı ilə əkin sahələrində aparılmış aqrotexniki işləri yerində yoxlayır və bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun 2 (iki) nüsxədən ibarət baxış aktı tərtib edir. Baxış aktının bir nüsxəsi istehsalçıya verilir.
4.3. Kənd ərazi komissiyası təqdim edilmiş sənədlərə və baxış aktlarına əsasən istehsalçıların siyahısını və onların kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə etdikləri əkin sahəsi barədə məlumatları bu Qaydaların 11 və 12 nömrəli əlavələrinə uyğun cədvəl formasında tərtib edir və yardım almaq üçün sənəd təqdim etmiş hüquqi şəxs olan istehsalçıların bank rekvizitləri ilə birlikdə baxılması üçün sentyabrın 10-dək DAİM-ə təqdim edir.
4.4. DAİM kənd ərazi komissiyalarından daxil olan məlumatları 15 (on beş) gün müddətində təhlil edir, dəqiqləşdirilməyə ehtiyac olan məqamları kənd ərazi komissiyaları ilə birlikdə yerində araşdırır, onları təsdiq edir, sonra icmal siyahını bu Qaydaların 13 nömrəli əlavəsinə uyğun cədvəl formasında tərtib edir.
4.5. DAİM bu Qaydaların 11,12 və 13 nömrəli əlavələrindəki cədvəllərə uyğun tərtib edilmiş icmal siyahıları sentyabrın 25-dək müvafiq qaydada Respublika Komissiyasına təqdim edir.
4.6. Respublika Komissiyası müvafiq DAİM-dən daxil olmuş icmal siyahılara 15 (on beş) gün müddətində baxır və becərilmiş hər hektar əkin sahəsinə görə istehsalçılara yardımın verilməsi barədə qərar qəbul edir.
4.7. Respublika Komissiyası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, DAİM və müvəkkil banklarla birlikdə istehsalçılara çatacaq vəsaitin müəyyən olunmuş qaydada verilməsini oktyabrın 20-dən başlayaraq təşkil edir.
5. Ödəniş kartlarının verilməsi qaydaları və şərtləri
5.1. Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslər üçün ödəniş kartlarının (bundan sonra – kart) 3 (üç) ildən bir hazırlanması və bu kartların dövriyyədə olduğu müddətdə onlara bank xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir.
5.2. Müvəkkil bank kartları istehsalçılara birbaşa verir.
5.3. Yeni istehsalçılara kartlar Respublika Komissiyasının qərarı əsasında aşağıdakı qaydada verilir:
5.3.1. kənd ərazi komissiyaları yardıma sənəd təqdim etmiş və kartı olmayan istehsalçıların siyahısını bu Qaydaların 14 nömrəli əlavəsindəki cədvələ uyğun tərtib edir və DAİM-ə təqdim edir;
5.3.2. DAİM təqdim edilmiş siyahılar əsasında kənd ərazi komissiyaları üzrə bu Qaydaların 15 nömrəli əlavəsindəki cədvələ uyğun icmal siyahını tərtib edir və 14 və 15 nömrəli əlavələrdəki cədvəllərə uyğun tərtib edilmiş icmal siyahıları Respublika Komissiyasına təqdim edir;
5.3.3. Respublika Komissiyasının qərarı əsasında DAİM müvəkkil banka yeni kartların hazırlanması ilə bağlı sifariş verir.
5.4. Müddəti bitmiş kartların əvəzinə istehsalçılara yeni kartlar aşağıdakı qaydada verilir:
5.4.1. müvəkkil bank hər il iyunun 10-dək əvvəlki ilin noyabrın 30-dan cari ilin noyabrın 30-dək müddəti bitmiş və bitəcək kart sahiblərinin siyahısını DAİM-ə təqdim edir;
[22]
5.4.2. DAİM yardım almaq üçün sənəd təqdim edən istehsalçıların siyahısında müddəti bitmiş və bitəcək kart sahiblərini müəyyən edir və cari ilin iyunun 30-dək onlara yeni kartların verilməsi ilə bağlı müvəkkil banka sifariş verir.
[23]
5.5. Kartını itirmiş və ya zədələmiş (korlamış) kart sahiblərinə yeni kartlar aşağıdakı qaydada verilir:
[24]
5.5.1. itirilmiş və ya zədələnmiş (korlanmış) kartın istifadəsinin qalan müddəti üzrə yeni kart verilir. Həmin kartın hazırlanması və itirildiyi ildə ona bank xidmətinin göstərilməsi xərcləri istehsalçıların öz vəsaitləri hesabına, qalan müddətdə karta bank xidmətinin göstərilməsi xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir;
[25]
5.5.2. kartını itirmiş və ya zədələmiş (korlamış) kart sahibləri yeni kartın hazırlanmasına dair ərizəsini və bununla bağlı vəsaitin ödənilməsini təsdiq edən qəbzi kənd ərazi komissiyalarına təqdim edir;
5.5.3. kənd ərazi komissiyası kartını itirmiş və ya zədələmiş (korlamış) kart sahiblərinin siyahısını və yeni kartların hazırlanması ilə bağlı xərclərin ödənişini təsdiq edən sənədləri cari ilin iyunun 10-dək DAİM-ə təqdim edir;
[26]
5.5.4. DAİM cari ilin iyunun 20-dək kartını itirmiş və ya zədələmiş (korlamış) kart sahiblərinə yeni kartların hazırlanmasına dair müvəkkil banka sifariş verir. Bu zaman DAİM istehsalçıların itmiş və ya zədələnmiş (korlanmış) kartlarının ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görür.
[27]
5.6. Yeni kartların verilməsi ilə əlaqədar istehsalçıların məlumatlandırılması üçün müvəkkil bank kartlar hazır olduqdan sonra 3 (üç) gün müddətində DAİM-ə, DAİM isə kənd ərazi komissiyalarına bildiriş göndərir (kart alacaq istehsalçıların adlı siyahısı əlavə edilməklə), kənd ərazi komissiyaları isə yeni kartların alınma vaxtı və yeri barədə istehsalçıları məlumatlandırır. Müvəkkil bank istehsalçıları yeni kartların alınma vaxtı və yeri barədə sms məlumatlandırma sistemi vasitəsilə məlumatlandıra bilər.
5.7. Vəfat etmiş, torpağını satmış və ya uzunmüddətli icarəyə vermiş, icarəyə götürdüyü torpağın icarə müddətini uzatmamış və digər səbəblərdən kənd təsərrüfatı məhsullarının istehsalını dayandırmış istehsalçıların qüvvədəolma müddəti bitməmiş kartları kənd ərazi komissiyalarının arayışı əsasında DAİM-in müraciətinə uyğun olaraq müvəkkil bank tərəfindən ləğv edilir.
5.8. DAİM müraciəti əsasında müvəkkil bank kartları ləğv etdikdən sonra bu barədə məlumatları (istehsalçıların adlı siyahısı əlavə edilməklə) 10 (on) gün müddətində DAİM-ə təqdim edir.
[28]
6. Hesabat və nəzarət
6.1. Müvafiq DAİM istehsalçılara becərdikləri əkin sahəsi və çoxillik əkmələrə görə yardımın verilməsi üçün ayrılmış büdcə vəsaitinin istifadəsi barədə hesabatı hər il noyabrın 30-dək Respublika Komissiyasına və müvafiq rayon (şəhər) icra hakimiyyətinə təqdim edir.
6.2. İstehsalçılara becərdikləri əkin sahəsi və çoxillik əkmələrə görə dövlət büdcəsindən ayrılmış vəsait hesabına yardımın təyinatı üzrə verilməsi üzərində nəzarət qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
6.3. DAİM-in vəzifəli şəxsləri istehsalçılara becərdikləri əkin sahəsi və çoxillik əkmələrə görə yardımın verilməsi üçün ayrılmış büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
[29]
7. Mübahisələr
7.1. Bu Qaydaların həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada həll olunur.
|
|
|
|
|
|
|
|
|
|